42
əzilmə, Ə.Həsənovun qara başının məhsulu olan “qara siyahı”lar... Dünyanı və Azərbaycanı
dəyişdirmək istəyənləri bunlar hər zaman beləcə şərlədilər.
İfadəmi hazırlayanda həbsxanadakı arxivimdən “Xural”ın il: 6, sayı: 33(297), 14-20 sentyabr 2008-ci il
tarixli nüsxəsi rastıma çıxdı. Orada bir yazım dərc olunub: “Selcanın məmləkəti-2”.
“Selcanın məmləkəti-2”də yazılır:
“Rüşvət və korrupsiya ölkəmizi başına götürüb. Dövlətin bütün əsaslarını sarsıdan, çürüdən və
sıradan çıxaran bu nəsnəni sən hələ tam dərk etmirsən. Mən çalışıram, çalışacağam ki, sən bu
anlayışla mümkün qədər gec tanış olasan. Rüşvətə sarılan ölkə məhvə məhkumdur, rüşvət bir ölkəni
içindən yeyən, onun gəncliyini, mənəviyyatını parçalayan ən əsas amildir. Məsələn, gözlərinin
qarşısında bizim bəzi problemlərdə qarşılaşdığımız çətinliklərin hamısı rüşvətdən doğur”.
Yazının sonunu isə bu cür bitirirəm:
“Yalan danışmaq olmaz!
Əyri işlərə qol qoymaq olmaz!
Rüşvətlə tanış olmaq olmaz!
Müəllimlərə hörmətsiz davranmaq olmaz!
Bu, həm sənə, həm Beyrəyə, həm Siraca, həm Turala, həm Banuçiçəyə, həm də mənə aiddir, mənim
balam!!!”
=
Sitatın sonu=
Belə olub, kim nə ilə mübarizə aparıbsa, onunla şərlənib tutulub. Bu hakimiyyətin xislətidir. Onlar
mərdi-mərdanə mübarizə aparmırlar. Bu, dövlət siyasətidir. Hamını ləkələmək, hamını şərləmək
iqtidarın əsas məqsədidir. Görünür, başqa şeylə məni həbs edə bilməyəndə - ən çox vuruşduğum, ən çox
döyüşdüyüm nəsnə ilə həbs etməyə qərar veriblər. Məxsusən Ə.Həsənovun bütünlüklə rüşvət və
korrupsiyaya bulaşdığını iddia edirdim, onun KİVDF vasitəsilə öz qəzetlərinə 100 minlərlə manatı necə
ayırdığını, dövlət nəşriyyatı olan “Azərbaycan” nəşriyyatını necə hissə-hissə ələ keçirdiyini, keçmiş
Beynəlxalq Mətbuat Mərkəzinin binasını necə mənimsədiyini yalnız “Xural” yazır, yalnız “Xural”
araşdırırdı. Rüşvət təklif edirdi, rədd edirdik. Görünür, Ə.Həsənov məni məhz özünün məşğul olduğu
işlə ittiham etməklə həm də qisas almağı düşünüb.
SƏBƏBLƏRDƏN BIRI:
TÜRK MILLIYYƏTÇILIYI...
Mən həm də bir türk milliyyətçisiyəm. Azərbaycanda yaşayan bütün millətləri: yəhudiləri, talışları,
ləzgiləri, tatları, udinləri, rusları, gürcüləri və digərlərini Azərbaycan dövlətinin baştacı bilirəm və onları
türk millətinin - Azərbaycan türklərinin qardaşı bilirəm. Ancaq bir həqiqəti də həmişə dərk etmişəm və
bu istiqamətdə mübarizə aparmışam ki, Azərbaycan Türklərindir! Bəli, “Xural” qəzeti Türkçülüyün ən
böyük dayaqlarından biri olub, bizi Türk millətinin qəzeti biliblər və bu, həqiqətən belə olub.
“Xural” ümummilli layihələrin müəllifi olub. 30 İyun - Sevgililər Günü kimi böyük günü Azərbaycana
və bütün Türk Dünyasına “Xural” qəzeti qazandırıb. “Bayraq Günü”nün, “Atalar Günü”nün də layihə
müəllifi bizlərik. Bu, təbii ki, Azərbaycanı idarə edən, mahiyyətcə anti-turk, anti-milli bir dəstəni
məmnun etmir və bu dəstənin mətbuatdakı dili Ə.Həsənovdur. Zatən R.Mehdiyevin və onun
komandasının Türk millətinə düşmənçiliyinin səbəbləri haqqında mətbuatda yüzlərlə yazı gedib. Və...
cənab R.Mehdiyevin bizi məhkəməyə verdiyi o məşhur yazıda da söhbət onun anti-türk mahiyyyətindən
və türk düşmənçiliyindən gedirdi.
43
Türk millətinin və türk milli maraqlarının qəzeti kimi “Xural” və məni yəhudilər bir kitaba görə
məhkəməyə verdilər. Bizi İrina Danielyan kimi bir erməni də məhkəməyə verdi!
Mən saxta soyqırım günü - 25 apreldə erməni tərəfindən məhkəməyə çəkilən bəlkə də ilk Azərbaycan
redaktoru və qəzetiyəm! Hələ onu demirəm ki, Bakıdakı ermənilərin başımıza açdığı oyunları
araşdırarkən R.Mehdiyevin ailə üzvlərinə yaxın olan bəzi vətəndaşlarımızın əməlləri bizə məlum olurdu
ki, dəhşətə gəlirdik. Aparat rəhbərinin yaxın qohumlarından biri indi də yüksək dövlət vəzifəsindədir -
Levon Yuryeviç Qurskaya!
Bəli, əsas səbəblərdən biri də Türk miliyyətçiliyi məsələsi idi.
HƏDƏFDƏ QƏRBI AZƏRBAYCANLILARDIR
Bu hakimiyyət hər zaman regional müstəvidə mübarizə aparıb - qarabağlıları qarabağlıların,
naxçıvanlıları naxçıvanlıların, qərbi azərbaycanlıları da qərbi azərbaycanlıların əli ilə sıradan çıxarmağa
çalışıb. İşgəncə verənlər də elə onlar özləri olub.
Mənim işimdə də elə belədir. 311.3.2-ci maddəsində üzümə duran 8 nəfərdən 5-i (M.Həsənli,
V.Məmmədov, S.Tarverdiyev, H.Əzizoğlu, A.Heydərov) qərbi azərbaycanlıdır. G.Əhmədovanın da əri
qərbi azərbaycanlıdır. Gülərin yalançı şahidi olan T.Rüstəmxanlı da qərbi azərbaycanlıdır. Məhkəmə
prosesi zamanı aydın oldu ki, Nərimanov icra məmurlarından 3-ü də qərbi azərbaycanlıdır. Yəni 311-ci
maddə üzrə üzümə duran 13 nəfərdən 9 nəfəri qərbi azərbaycanlıdır. Əsas üzəduranın isə həyat yoldaşı
oradandır. Bununla hakimiyyət insanı mümkün sosial bazadan uzaqlaşdırmağı hədəfləyir. G.Əhmədova
bu fikrini 02.07.2012-ci ildə keçirilən məhkəmə iclasında belə ifadə etmişdi: “Səni öz həmyerlilərin də
müdafiə etmir. Onlardan da yazmısan”. Bunlara elə gəlir ki, həmyerlini adamın üzünə qoydunsa, hər şey
bitdi. Üzümə duran Qərbi azərbaycanlıların biri, “İrəvan Mühacir Hökuməti”nin prezidenti, biri də
“Azəri-Türk Qadınlar Cəmiyyəti”nin sədridir. İndi görün bunların mühacirdə olan “prezidentləri” və
türk milliyyətçiləri də adamın üzünə dururlarsa, o zaman bu ölkənin durumuna bax.
Tənzilə Rüstəmxanlı da özünü
dişi qurd - Asena hesab edir…
Bir hissəsini üzünə qoyurlar,
bayırda olanlara da müdafiə
etməyi
qadağan
edirlər,
vəssalam. Bu da oldu dövlət
siyasəti. Anlaşılan məni həbs
etmək üçün əməlli-başlı iş gedib
və hərtərəfli plan qurulub. Həm
yaxınlarımı işdən çıxarmaq,
həm
bəzi
həmkəndlilərimi
üzümə qoymaq, eyni zamanda
Qərbi
Azərbaycanın
bəzi
tanınmış insanlarından istifadə
etmək, mənim müdafiəm və
adımla bağlı mətbu nəşrlərin
dərc olunmasını qadağan etmək,
məni aktiv müdafiə edən həmkarlarımı təhdid etmək, qorxutmaq, bəzilərini maddi vədlər qarşılığında öz
səfinə çəkmək bu planın tərkib hissəsi olub...
R.Mehdiyevin Qərbi azərbaycanlılara yönəlik siyasəti çoxdan var. H.Əliyev ölən kimi bu sahədə aktiv
çalışan R.Mehdiyev bir gecədə əldəqayırma 40 təşkilat yaratmış və bölgənin birlik və bərabərliyini
pozmuşdu. Bu, təkcə Qərbi Azərbaycandan gələnlərə aid deyildi. 2003-cü ildə həbs olunan İqbal
Ağazadəni döyən və ona işgəncə verən qarabağlılar idisə, Sərdar Cəlaloğluna qarşı ağlagəlməz vəhşiliyi
edənlər naxçıvanlılar idi. Elə bu siyasət idi ki, Əli İnsanovun da üzünə qərbi azərbaycanlıları