DəDƏ heydər atatüRK



Yüklə 7,09 Kb.

tarix14.06.2018
ölçüsü7,09 Kb.

background image
DƏDƏ HEYDƏR - ATATÜRK 

 

Azadlıq Allahı tək əyləşib   



öz yerində,   

Yerin, göyün nuru var  

peyğəmbər gözlərində.   

Sadəliyi nur saçır,  

əzəməti dərində,  

Gedir polad çiynində Kəpəz,  

Qoşqar  boyda yük,  

Dədə Heydər - Atatürk. 

 

Dərin-mavi gözləri  



sakit yanan od-ocaq,  

Alovunda düşmənlər yanacaq,  

kül olacaq.  

Qaranlıqda işıqdır –  

О işığa yol açaq.  

Məsləki varlığından,  

Min qat böyükdür, böyük –  

Böyüklüyün rəmzidir  

Dədə Heydər - Atatürk. 

 

Dörd tərəf  qar-qiyamət,  



sərt qış...  

O, güllü yazdır.  

Dinc, mülayim səsi də  

qaynar bir ehtirasdır.  

Ərzurumdan Xəzərə şığıyan  

Xan Arazdır.  

Dalğasında dönüklər  

ağ köpükdür,  

Boz  köpük.  

Qəzəblidir nəhr tək  

Dədə Heydər - Atatürk. 

Ümüd körpüsü üstə  

Dayanıbdır inamla.  

Anla bu həqiqəti,  

Anla, ey qafil, anla,  

Nicat verəcək xalqa  

Yalnız Heydər - Atatürk. 

 

 



Xəlil Rza Ulutürk 

 

Azərbaycan. -  2003. – 17 dekabr. 

S.8.

 

        Günəşə qovuşmaq istəyirəm mən! S.10-11. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə