Dədə Qorqud • 2016/11 104



Yüklə 56,64 Kb.

tarix14.01.2018
ölçüsü56,64 Kb.
növüXülasə


Dədə Qorqud

  •  

2016/11

104


Nail QURBANOV

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutunun

“Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi

e-mail: naiLqurbanov. 79@maiiru

9

%

QƏDİM  T Ü R K  D A STA N L A R IN D A  M İFO LO Jİ D Ü N Y A G Ö R Ü ŞÜ N  

ƏKS  O LU N M A SI M Ə SƏ L Ə L Ə R İN Ə  B İR  N Ə ZƏ R

Xülasə

Məqalədə  mifoloji  dünyagörüşün  dastan  mətnlərinə  transformasiya  etməsi  məsələlərindən 

bəhs  olunur. Tədqiqatın  obyektini isə “Oğuz Kağan”, “Yaradılış”,  “Şan qızı”  dastanları təşkil edir.

Açar  sözlər:  qədim  türk  dastanları,  mifoloji  dünyagörüşü,  “Oğuz  Kağan”,  “Yaradılış”, 

“Şan qızı”

A LOOK AT THE PROBLEM S  OF REFLECTING  THE  M YTHOLOGICAL 

OUTLOOK IN THE ANCIENT TURKIC EPOSES

Summary

İn  the  article  it  is  said  about  the  theoritical  bases  transition  forms  o f muthological  thoughts 

transmitted  into  Turk  eposes  and  the  definite  results  are  got.  As  in  investigation  object  «Oghuz 

Kağan»,  «Yaradilish»,  «Shan gizi» and other ancient Turk eposes are used.

Key  words:  the  ancient  Turk  eposes,  mythologisal world view,  “Oghuz  Kagan”,  “Yaradilish”, 

“Shan gizi”

ВЗГЛЯД НА ВОПРОСЫ  ОТРАЖ ЕНИЯ М ИФОЛОГИЧЕСКОГО 

М ИРОВОЗЗРЕНИЯ В ДРЕВНИХ ТЮ РКСКИХ ДАСТАНОВ

Резюме

В  статье  рассматриваются  проблемы  трансформации  мифологических  мировоззрений  в 

древних  тюркских  дастанах.  И  объектом  исследования  являются  тюркские  древние  дастаны  -  

«Огуз каган», «Сотворения», «Шан кызы» и др.

Ключевые 

слова: 

древние  тюркские 

дастаны, 

мифологическо-космогонические 

мировоззрения,  «Огуз каган», «Сотворения»,  «Шан  кызы»

M ifoloji  şüurun  parçalanması  nəticəsində  miflər  öz  sakral  mahiyyətini  itirmiş, 

lakin mifoloji təsəvvürlər «mifopoetik mərhələdən»  sonra da, yəni  artıq tarixi və epik 

şüurün  hakim  kəsildiyi  dövrdə  belə  sonunculara  öz  güclü  təsirini  göstərmişdir.  Bu 

baxımdan,  mifoloji  təsəvvürlər əfsanə,  rəvayət, nağıl kimi,  epik  şüurun  digər forması 

olan  dastan  mətnlərinə  də  transformasiya  etmişdir.  Bunu  dastan  mətnində  bu  və  ya 

digər  şəkildə  öz  mövcudluğunu  sürən  mifik  motiv,  obraz  və  s.  aşkar  göstərir. 

Dastanın  özünün  birbaşa  mifdən  qaynaqlanması  hadisəsi  də  mövcud  olmuşdur. 

Məsələn, E.M.Meletinski göstərir ki, mədəni  qəhrəman haqqında olan miflər bir qay­

da olaraq qəhrəmanlıq eposlarının kökündə  durur  (1,  21-94).  Yəni  başqa  sözlə  desək, 

qəhrəmanlıq dastanları elə mədəni qəhrəmanlar haqqında olan miflərdən qaynaqlanır.

Fikrimizcə,  mifin  dastanlara  keçidi  və  ya  təsiri  daha  çox  iki  yolla  baş  vermiş­

dir:  ya  əski  m if mətnləri  dövrün,  çağın  dəyişməsi  (mifoloji  şüur  tipindən  epik  şüur 

tipinə  keçid)  ilə  bağlı  olaraq  yeni  keyfiyyət  və  ünsürlərlə  zənginləşərək  dastana çev­

rilmişlər,  ya da sonralar müstəqil  şəkildə yaranmış dastan  süjetinə m if motivləri daxil 

olaraq  onu  zənginləşdirmişdir.  Bu  hadisə  qədim  dastanlar  və  qismən  müasir  (başqa


Dədə Qorqud •  2016/11

105


sözlə, klassik) dastanların müqayisəli  tədqiqi zamanı aşkarlanır.  Qədim türk dastanla­

rında mif-dastan keçidi daha qabarıq görünür.

F.Bayat  mif-dastan  keçidi  barədə  yazır:  «M if və  dastanın  iç-içə  girdiyi  dönəm 

arxaik  dastanlar  dönəmidir...  Arxaik  dastan  miflə  klassik  dastan  arasında  bir  növ 

keçid  mərhələsidir»  (3,  112).  Daha  sonra  F.Bayat  qeyd  edir:  «Arxaik  dastanda  qəbi­

lənin,  toplunun keçmişindən həqiqi tarix  kimi  bəhs  edilir və  insanın mənşəyi,  yaran­

ması,  mədəni  ünsürlərin  əldə  edilməsi  və  onların  fantastik  varlıqlardan  -   əjdaha  və 

divlərdən  qorunması  məsələsi  qarşımıza  çıxır...  Arxaik  dastanlarda  epik  zaman 

mifoloji özəlliyə də sahibdir.  Məsələn,  «Gilqamış»  dastamnda hadisələr yerin göydən 

ayrıldığı və insan nəslinin ad qoyulduğu bir dövrdən başlar...  »  (3,  105).

Ağayar  Şükürov  isə belə  yazır:  «Eposun arxaik  formaları  mifə  gedib  çıxır.  Bu­

rada epik mənzərə hələ də allahlarla, ruhlarla doldurulmuş, epik zaman isə İlk yaradı- 

lışm  mifik  zamanı  ilə  üst-üstə  düşür.  Epik  düşmənlər  çox  vaxt  qorxunc  əjdahalar 

olur,  qəhrəman  özü  isə  əcdadların  ilkin  cizgiləri  ilə  təsvir olunur  (valideynləri  olma­

yan,  göylərdən  enən  ilk  insan  -   qəhrəman  kimi).  Sonra  epik  qəhrəman  ilk  mədəni 

obyektləri  kəşf edən  kimi  (odu,  balıqçılıq  və  əkinçilik  alətini,  musiqi  alətləri  və  s.) 

göstərilir  və  nəhayət,  epik  qəhrəman  yer  üzündə  qorxunc  mənfi  qüvvələrin,  əjdaha­

ların təmizləyicisi rolunda çıxış edir» (6,  140).

Göründüyü kimi,  sonradan epik mətnə  transformasiya  etmiş,  yəni  dastana çev­

rilmiş  mətnlərdə  kosmosun,  konkret  obyektlərin  yaradılması  və  ümumilikdə  kosmik 

nizamın  bərpası  kimi  ilkin  fəaliyyətlərin  -   yəni  mifin  izləri  aşkar  görünməkdədir. 

Həmin  fəaliyyət  qədim  türk  dastanı  olan  «Oğuz  kağan»  dastanında  da  aşkar  görün­

məkdədir.  Dastanda  Oğuzun  göydən  günəş  şüası  ilə  enən  qızdan  Gün  xan,  Ay  xan, 

Ulduz  xan,  Dünya  ağacının  bəlgəsi  olan  qızdan  Göy  xan,  Dəniz  xan,  Dağ  xan  adlı 

oğlanlarının  olduğu  göstərilir.  Bu  Özü  göstərir  ki,  Oğuz  xanın  oğlanları  kosmik  ob­

yektləri  təcəssüm  etdirir.  Doğrudur,  kosmik  obyektlərin  adlarını  daşıyan  obrazların 

varlığından  çıxış  edərək  mətnin  mifoloji-kosmoqonik  mahiyyətli  olmasını  iddia 

etmək mübahisə doğura bilər.  Lakin yada salaq ki, dastan belə başlayır:

Olsun dedilər.  Onun şəkli budur 

(burada isə bir göy öküz şəkli verilir).

Bundan sonra sevinc tapdılar.

Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğlu oldu.

Göründüyü kimi,  dastan mətninin əvvəlində  «Olsun!»  deyilir və  məhz bu  əmr­

dən sonra «Onun şəkli budur» deyə göy öküzün təsviri verilir.  Qeyd edək ki, nümunə 

kimi  verdiyimiz  parçada  mifin  dastana  keçid  hadisəsi  transformativ  yox,  transmis- 

sivdir.  Yəni  burada  mifdən  dastana  keçid  hadisəsi  birbaşadır,  heç  bir  şəkil  dəyişmə 

hadisəsi  baş  verməmişdir.  Dastanı  araşdıran  F.Bayat dastandakı  öküz  şəkli  haqqında 

yazır:  «Oğuz  kağan»  dastanında  çəkilən  göy  öküz  şəkli  Oğuzun  yox,  Tanrının 

yaratdığı  yerin  simvoludur»  (4,  37).  M üəllif buna  sübut  kimi,  əksər  yaradılış  mif- 

lərindəki,  eyni  zamanda  dini  kitablardakı  «Olsun!»  və  ya  «Yaransın!»  tipli  əmrlərin 

yerin yaradılmasına yönəldilmiş  sözlər olduğunu göstərir.  Məlum olduğu kimi,  islam 

və  xristian  dinlərində  Allahın  dünyanı  «Olsun!»  deyə  əmr  verməklə  yaratdığı  gös­

tərilir.  Məhz bu nöqteyi-nəzərdən çıxış edərək F.Bayat yazır:  «Yaradılış miflərindəki 

«yarat»  və  ya  «olsun»  hökmü  «Oğuz  kağan»  dastanındakı  «Bolsun  kil»  (Olsun) 

hökmünə  adekvatdır.  Məntiqi  baxımdan  dünyanın  yaranmasından  sonra  Oğuzun 

doğulması da yaradılış miflərindən gəlir.  Mifoloji mətnlərdə bu Ülgenİn yaratdığı ilk



Dədə Qorqud •   2016/11

106


insandır və  ya  Kayrakanm  doqquz  ağac  budağından  yaratdığı  doqquz  adamdır.  Bib­

liyada və İslamda ilk insan olan Adəmdir»  (4, 36).

Dastanda verilən öküz təsvirinin Yerlə bağlı  olması tezisi bir sıra xalqların,  elə­

cə  də  islam  və  türk  mif-mədəniyyətində  mövcud  olan  yaradılmış  yerin  öküzün  üzə­

rində  saxlanılması  motivi  ilə  də  səsləşir.  Bu  qəbildən  olan  miflər  Qafqazdan  tutmuş 

Volqaboyuna kimi,  Krımdakı türklərin mifoloji  dünyagörüşlərində mövcud olmuş  və 

qeydə  alınmışdır.  Təbii  ki,  bu  mifoloji  təsəvvürlərin  bir  çox  variantları  Azərbaycan 

türklərinin  də mifoloji düşüncəsində özünə yer etmişdir (9,  779;  10, 7-9 ).

Bundan  başqa,  dastanın  bəzi  variantlarında  göstərildiyi  kimi,  Oğuzun  xtonik 

keyfiyyətlərə  malik  olması  -   ayağının  öküz  ayağına,  belinin  qurd  belinə,  kürəyinin 

samur  kürəyinə,  köksünün  ayı  köksünə  bənzəməsi,  bədəninin  hər  yerinin  sıx  tüklə 

örtülməsi,  oxu, yayı  yaratması,  müəyyən əşyalara ad verməsi  (məsələn,  arabaya, türk 

tayfalarına),  onun  ilkin  əcdad,  mədəni  qəhrəman  statusundan  xəbər  verir.  Beləcə, 

dastanın zamanının da ilkin,  sakral  çağı, yaradılış çağını əks etdirməsi meydana çıxır.

S.Rzasoy  dastanın  uyğur versiyasında möacud  olan  mifoloji  informasiya  lara istinad 

edərək  yazır:  «...  bu  dastan  məzmunu  və  ideologiyasına  görə  daha  arxaikdir  və  bu 

mənada  onda  təqdim  olunan  kosmoqonik  m if  daha  canlıdır»(l 1,  93).  Məhz  bu 

dəlillərin mövcudluğu bizə imkan verir ki,  «Oğuz kağan»  dastanının yaradılışla bağlı 

təsvirləri  özündə  əks etdirən kosmoqonik m if mətnindən qaynaqlandığını  iddia edək. 

Dastan  mətnində  müşahidə  olunan  digər  epik  elementlər  isə  sonrakı  çağlarda  epik 

şüurun diktəsi  ilə əmələ  gəlmişdir.  Bu baxımdan,  m if çağında antropomorflar olaraq, 

kosmik  obyektləri  təcəssüm  etdirən  Oğuzun  oğlanlarının  da  sonradan  dastan  mət­

nində adi insanlar səviyyəsinə enmələri epik məntiqin interpretasiyasıdır.

Xatırladaq  ki,  analoji  süjet  prof.  A.Nəbiyevin  aşkarlayıb  üzə  çıxardığı  Boz 

Öküz haqqında olan Azərbaycan mifində də özünü göstərir.  Burada da kosmik düzən 

Oğuz  və  onun  övrəti  Fatinin uşaqları -  Göy xan,  Dəniz  xan,  Qodu  xan,  Yel  xan,  Sel 

xan,  Dağ  xan,  Torpaq  xan vasitəsilə  bərpa  olunur.  Lakin bu  m if mətnində  Yaradıcı- 

Tanrı  statusunda  Boz  Öküz  iştirak  edir  (5,  34-38).  Analoji  kosmoqonik  təsəvvür 

digər qədim türk  dastanlarında da müşahidə olunur.  Məsələn,  Bulqar-tatar qəhrəman­

lıq  salnaməsi  olan  «Şan qızı»  dastanında  tanrının dünyada ilk dəfə  alpları -  ölümsüz 

varlıqları,  onların  vasitəsilə  isə  insanları  necə  yaratması,  şor  qüvvələrin  himayəçisi 

Albastının  (Tama-Tarxanın)  Yeraltı  dünyaya  hakimlik  etməsi  və  s.  kimi  mifoloji- 

kosmoqonik təsəvvürlər özünü göstərir:

Qədim zamanlarda,

Hələ Yer üzündə

İnsanlar olmayanda

Ulu Tanrı alp-divləri yaratdı.

Əvvəl yaratdı 

Böyük alpları:

Günəşi və Ayı,

Və bəzi başqalarını.

...  Tanrı onlara cəza verdi -  

Elə etdi ki,bu alplardan 

Ancaq ölümlü insanlar doğulsun.

Yer üzünə insanlar belə gəldi (7,  104-105).



Dədə Qorqud

 •  

2016/11

107


Altaylardan  qeydə  alman  «Yaradılış»  dastanında  da  kosmik  düzənin,  həm­

çinin Yer üzünün yaradılışı  ilə bağlı  olan mifoloji görüşlər əks olunmuşdur (yakut 

və çuvaşlarda da oxşar m if mətnləri mövcuddur):

Dünya bir dəniz idi, nə göy vardı, nə bir yer,

Ucsuz, bucaqsız, sonsuz sular içrəydi hər yer.

Tanrı Ülgen uçurdu, yoxdu bir qonmağa,

Uçurdu, axtarırdı bərk bir yer, sığınmağa.

... Ülgen hey düşünmüşdü ta göylərə baxaraq:

-  Bir dünya istəyirəm,  bir soyla yaradayım.

Ülgen aşağı baxaraq «Yaransın yer!»  demiş,

Bu istək əsasında dənizdən yer törəmiş.

...  Torpağın üzərində bir qədər gil  dururdu.

Torpaq üstündəki  şey dedi nədir, əcəba,

İnsan oğlu bu olsun, insana olsun ata,

Görünməyə başladı  insan kimi bir şəkil,

Birdən insan olmuşdu torpaq üstündəki gil (2, 428-431).

Göründüyü kimi, altay türklərindən qeydə alınmış «Yaradılış» dastanı öz arxaik 

məzmununu  mühafizə  etməklə  türklərin əski  mifoloji-kosmoqonik dünyagörüşünü -  

dünyanın  yaradılışı,  onun  necə  üç  balıq  vasitəsilə  dünya  suları  üzərində  dayanması 

(dastanın  Verbitski  topladığı  variantında  yaradılmış  dünya  üç  balıq  üzərinə  qoyulur 

(2, 429)), insanların yaradılışı barədə təsəvvürləri özündə əks etdirir.

Dastanda  yaradılış  prosesi  davamlı  şəkildə  özünü  göstərir.  Burada  qədim  türk­

lər tərəfindən Yerin  relyefinin əvvəllər hamar,  sonra isə nahamar olmasının səbəbləri 

özünəməxsus şəkildə izah olunur:

Tanrı insanoğluna «tüpür»  deyə bağırdı,

Tüpürdü, tüpürcəyi yer üzünə dağıldı.

Yer üzü dümdüz ikən qırışıb birdən soldu,

Sanki yoxdan yaranıb hər yan təpə-dağ oldu (2, 449).

Daha  sonra  dastanda  digər  mifololoji  yaradılış  aktı  -   yerin  digər təbii  landşaf­

tının, heyvanların yaranma formaları göstərilir:

Şeytan qutu alınca göstərdi öz xislətin,

Yer altında düzəltdi  bir körük, bir kəlbətin.

Çəkic alıb əlinə başladı örs vurmağa,

Örslə çəkic zərbindən yarandı bir qurbağa.

Bir vurdu,  ilan çıxıb qıvrılaraq qeyb oldu.

Bir vurdu,  ayı  çıxdı, qaçıb toz-duman oldu.

Bir vurdu, donuz çıxdı, donuzların vəhşisi,

Bir vurdu, dəvə çıxdı, tanrının səbri daşdı (2, 457).

«Yaradılış»  dastanında,  həmçinin  Ülgenlə  Erliyin  timsalında  yaradıcı-xeyir 

başlanğıcla  yaradıcı-şər  başlanğıcın  (kosmos-xaos)  qarşıdurması,  bu  qarşıdurma 

nəticəsində  şərin -  Erliyin məğlub olması,  onun yeraltı  dünyaya qovulması  və yeraltı 

dünyada qalaraq bütün  şər qüvvələrə himayədarlıq etməsi kimi  mifoloji-kosmoqonik 

görüşlər də əks olunmuşdur.

Göründüyü  kimi,  yuxanda  gətirilən  nümunələrdən  aydın  olur  ki,  «Yaradılış» 

dastanı  da  arxaik  dastanın  tipik  nümunəsidir  və  dastanın  əsas  məzmununu  dünyanın



Dədə Qorqud

  •  

2016/11

108

yaradılışının  mifopoetik  cəhətdən  izah  olunması  təşkil  edir.  Bu  isə  özlüyündə  həmin 

dastanın  kosmoqonik  düşüncədən  qaynaqlandığım  göstərir.  Sözsüz  ki,  bu  tipli  qədim 

dastanlar  müəyyən  bir  mif-arxetipə  söykənməkdədirlər.  Lakin  klassik  dastanlar  isə 

fərqli zaman və düşüncənin -  epik düşüncə dövrünün məhsulu olduğundan onlarda olan 

mifoloji  dünyagörüşü  bəzən  itmiş,  bəzən  isə  relikt  (gizli  qalıq)  şəkildə  müasir  zamana 

gəlib  çatmışdır.  Müşahidələr  nəticəsində  aşkarlanan  belə  mifoloji  reliktlərə  nümunə 

olaraq  dastan  qəhrəmanlarının  möcüzəli  şəkildə  doğuluşu  motivlərini,  qəhrəmana  buta 

verilməsi motivlərini  və s.  misal göstərmək olar.  «Yaradılış» tipli  qədim  dastanların isə 

bir  sıra  səbəblərdən  «müasirləşmə»  imkanı  olmadığından  onlar  öz  mifoloji  köklərinə 

bağlılığını  itirməmişlər.  Məsələn,  Sibirdə yaşayan türklər digər türk xalqlarına nisbətən 

daha  az  xarici  təsirlərə  məruz  qalmış,  tarix  səhnəsində  passiv  mövqedə  dayanmış,  bir 

növ  təcrid  olunmuş  şəraitdə  yaşamışlar.  Buna  görə  də  bu  dastanın  verdiyi  mifoloji 

informasiya  türk  xalqlarında  olan  digər  yaradılış  haqqındakı  mifoloji  informasiyalara 

nisbətən daha təmiz  (yəni  yad  ünsürlərsiz),  daha ilkindir.  Beynəlxalq  aləmdə  daha fəal 

mövqedə dayanan digər türk xalqlarında (qaqauz, özbək, türkmən, azəri, osmanlı türklə­

rində)  isə vəziyyət başqa cürdür.  Bu xalqlarda mifoloji  motiv və  süjetlər,  eyni zamanda 

dünyanın,  insanın yaranması  ilə  bağlı  olan  kosmoqonik  görüşlər xarici  təsirlərin,  eləcə 

də  başqa  xalqlarla  mədəni  əlaqələrin  nəticəsində  əksər  hallarda  ya  digər  mifoloji 

təsəvvürlərlə çulğaşmış, ya da yeniləri ilə əvəz olunmuş şəkildə bizə çatmışdır.

Beləliklə,  qədim türk  dastanlarından  gətirdiyimiz  nümunələrdən  görünür ki,  bu 

dastanlar  bir  sıra  mifoloji  özəlliklərə  sahibdirlər:  burada  zaman  sakral  zamandır, 

hadisələr  ilkin  yaradılış  çağında  baş  verir,  xaosdan  kosmosa keçid  təcəssüm  olunur. 

Bütün  bunlar  bizə  belə  bir  qənaətə  gəlməyə  əsas  verir  ki,  həqiqətən  də,  qədim  türk 



dastanları, əsasən, m if mətnlərindən qaynaqlanmışdırlar.

ƏDƏBİYYAT

1.  М елетинский  E.M .  П р ои схож ден и е  героического  эпоса.  Ранние  формы  и  ар­

хаические  памятники.  М .,  1963

2.  B .Ö gəl.  Türk  m ifologiyası.  1  cild  (II  nəşr)  (Tərcüm ə  edən,  ön  sözün,  qeyd  v ə  izahla­

rın  m üəllifi  Ram iz Ə skər),  B akı,  20 0 6

3.  Bayat F.  M ifolojiye  giriş.  Karam,  Çorum,  2005

4.  Bayat F.  O ğuz epik ən ən əsi v ə   «O ğuz Kağan»  dastanı.  Bakı,  Sabah,  1993

5.  N əb iy ev   A .  A zərbaycan  m ifologiyası.  Folklorşünaslıq  m əsələləri.  V   buraxılış.  Bakı, 

Bakı  U niversiteti,  2 0 0 2 .  səh.  6-92

6.  Şükürov  A.  M ifologiya (1  kitab).  Bakı,  Elm ,  1995

7.  H acıyev  T.  M ikayıl  Baştunun  «Şan  q ızı dastanı»  və  poetikası.  Bakı,  T əhsil,  2005

8.  A tsiz.  Türk edebiyati tarihi.  İstanbul,  Türk  tarih  kurumu,  1943

9.  П отанин  Г.К.  Очерки  С еверо-Западной  М онголии.  В  4 -х   т.,  т.4.  C -П б.,  И з-во 

И мпер.  Рус.  Геогр.  О б-ва,  1883

10.  А .  Архангельский.  М ухам меданская  космогония.  Казань,  1899

11.  R zasoy  S.  O ğuz m ifologiyası  (m etod,  struktur,  rekonstruksiya).  Bakı,  2009

Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə