Dədə Qorqud • 2016/11 26 Ali Berat alptekin professor Doktor



Yüklə 267,1 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü267,1 Kb.
#57765
növüXülasə


Dədə Qorqud • 2016/11

26

Ali Berat ALPTEKİN 

Professor Doktor

Türkiyə Cumhuriyyeti Necmettin Erbakan  Universitesi 

e-mail: aalptekin@konya.edu.tr

AZƏRBAYCAN VƏ TÜRKİYƏ XALQ NAĞIL, 

ƏFSANƏ VƏ ATALAR SÖZÜNDƏ BOZQURD

Xülasə

Türk  dastanlarının  çağdaş  folklor  nümunələri  və  xalq  inanclarında  necə  əks  olunduğunun  təhlil 

edildiyi  bu  məqalədə  "Bozqurd"  dastanının  Azərbaycan  folklorundakı  izləri  Türkiyə  ilə  müqayisəli  şə­

kildə  araşdırılır.  Şübhəsiz ki,  adı  çəkilən  dastanla  digər mətnlər arasında da oxşarlıqlar var.  Bu məqalə­

nin həcmi  çərçivəsində  və  Azərbaycandan  toplanılmış  nümunələr  əsasında  araşdırma  apardığımızı  vur- 

ğulamaq istəyirik.

Açar sözlər:  "Bozqurd"  dastanı, nağıl,  əfsanə,  atalar sözü

“BOZGURD” (“GREY W OLF”) IN AZERBAIJAN AND TURKEY  FOLK TALES,

LEGENDS AND PROVERBS

Summary

In  the  article  about  the  investigation  o f the  modem  folklore  examples  and  folk  beliefs  in  the 

Turkic  eposes  it is  said about the  comparative  investigation o f the  signs o f the  epos  “Bozgurd”  (“Grey 

w o lf’)  in  Azerbaijan  folklore  with  the  Turkey  folklore.  O f course,  there  are  also  similarities  among 

the  mentioned  epos  and other texts.  We  would  like  to  mention that the  investigation  is  carried  out on 

the base o f the  examples  collected from Azerbaijan.

Key words:  the epos “Bozgurd”  (“Grey w o lf’), tale,  legend, proverb

В  данной  статье,  в  которой  анализируется  отражение  тюркских  дастанов  в  современных 

фольклорных  образцах  и  народных  верований,  исследуются  следы  дастана  «Бозгурд»  в 

Азербайджанском  фольклоре  в  сравнительном  аспекте  с  турецким  фольклором.  Несомненно, 

существует  схожесть  вышеуказанного  дастана  с  другими  текстами.  Нужно  отметить  что,  в 

рамках этой статьи исследование ведется на основе образцов,  собранных в Азербайджане.

Ключевые слова:  дастан  «Бозгурд», сказка, легенда,  пословица

Türkiyədə  bu  mövzuya Həsən Fəhmi  [Erginol]  (Erginol  1929:  2-3,  H.  Fəth Göz­

lər  (Gözlər  1955:  42-48,  Əli  Rza  Yalqın  (Yalqın  1930:  200-202;  II  1930:  33-34;  III 

1931:  138,  Əbdülqadir İnan  (İnan  1987:  69-75,  Altan Dəliorman  (Deliorman  1967:  6- 

11),  Saim  Sakaoğlu  (Sakaoğlu  1985:  255-262),  Əbdüssəlam Arvas  (Arvas  2015:  183- 

196) tərəfindən m üxtəlif vaxtlarda məqalə və məruzələr şəklində toxunulmuşdur.  Fuad 

Köprülünün  "Elmi  yeni  nəsillər tamamlayır",  -  ideyasından çıxış  edərək məsələyə  ya­

naşdıqda,  sözün nə  qədər yerində  deyildiyi  məlum  olur.  Onsuz  da humanitar elmlərdə 

son  nöqtəni  qoymaq  mümkün  deyil.  Zamanla  bizim  yazdıqlanmıza  yenilərinin  əlavə 

olunacağına əsla şübhəmiz yoxdur.

Əlbəttə,  hər mətnin  yaranmasının  bir  səbəbi  var.  Əvvəllər  dastan  daxilində  qiy­

mətləndirilən  bu  ünsürlər  zamanla  nağıl,  əfsanə,  dastan  və  lətifə  kimi  janrlarda  da 

özünü büruzə  verməyə  başlamışdır.  Köçəri  həyat  dövründə  yaranan  dastan  dövründən

БОЗГУРД В  АЗЕРБАЙДЖ АНСКИХ И  ТУРЕЦКИХ  НАРОДНЫ Х  СКАЗКАХ, 

ЛЕГЕНДАХ И  ПОСЛОВИЦАХ

Резюме



Dədə Qorqud •   2016/11

21

sonra  hissə-hissə  və  ya  tam  oturaq  həyat  tərzi  dövrü  nümunələrində  də  forma  və 

məzmunca dəyişiklik baş vermişdir.

Türk  dastanlarının  əsas  motivlərindən  biri  olan  bozqurd  bəhs  edəcəyimiz  rə­

vayətlərdə  qurd  olaraq  verilir  və  m üxtəlif  xüsusiyyətləri  ilə  diqqəti  cəlb  edir.  Türk 

mifologiyası  və  folklorunun mühüm  dəyərlərindən biri  olan  bozqurdun müasir dildəki 

ifadə  şəkli  “qurd”dur.  Başlanğıcı türk tarixi  qədər  qədim  olan  bozqurd motivi  ilk dəfə 

qarşımıza  Hun  türkləri  dövrünün  mətnlərində  çıxır.  "Oğuz  Kağan",  "Ərgənəkon"  və 

"Bozqurd"  dastanlarında  daha  çox  nəzərə  çarpan  motiv  həmin  dastanlarda;  qurd 

tərəfindən qaçırılma, qurd tərəfindən böyüdülmə və qurdun yol göstərməsi  şəklindədir. 

Zamanla  qurdla  bağlı  söylənilənlər  bir  millətin  hafizəsində  dərin  iz  salmış  və 

keçmişdən günümüzə qədər bayraqlarında və ya pullarında yaşadılmışdır.

Dastan mətnlərinin ən mühüm xüsusiyyəti ana motivin əsrlərə meydan oxuyaraq də­

yərlərini itirmədən yaşamasıdır. Başlanğıcda xalq arasında şifahi  şəkildə dildən-dilə keçən 

bu mətnlər zamanla xarici və yerli tədqiqatçılar tərəfindən toplanaraq yazıya keçirilmişdir.

Heç  şübhəsiz,  folklorun  ən  mühüm  xüsusiyyətlərindən  biri,  dəyişikliyə  uğrasa 

da,  yaşaması,  davam  etməsidir.  Belə  ki,  başlanğıcda  dastan  adlandırdığımız  ilk  ədəbi 

janr  zamanla  nağıl,  əfsanə,  lətifə  və  xalq  əfsanələrinə  çevrilsə  də,  dastan  motivləri 

həmin janrlarda  qorunmuşdur.  Hətta  zaman-zaman  həmin  m otiv  və  ya  motivlər  hər 

hansı bir inancla, qəlib ifadə ilə və ya atalar sözü ilə əvəzlənmişdir.

25-27  may 2016-cı  il tarixləri arasında Azərbaycanın paytaxtı  Bakıda keçirilən III 

Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda qardaş respublika Azərbaycanı 

və mədəniyyətini daha yaxından tanımaq  imkanı əldə  etdik.  Simpoziumdan  sonra Azər­

baycan  Milli  Elmlər Akademiyası  Folklor  İnstitutuna  getdik  və  oradakı  həmkarlarımız 

bizə Azərbaycan folkloru  ilə bağlı nəşr olunmuş müxtəlif kitablar verdilər.  Yeri  gəlmiş- 

kən,  əziz  dost,  hörmətli  müəllim  Əli  Şamilə,  Aynur Qəzənfərqızına və  İnstitutun  direk­

toru, professor Muxtar Kazımoğlu-İmanova təşəkkürlərimi bildirirəm.

Bozqurd -  nağıl kimi

Azərbaycanda  "Kor  canavarın  qisməti"  adı  ilə  məlum  olan  mətn  Türkiyədə  də 

toplanılmışdır.  Əslində  bu  nümunə  bir  nağıl  olub,  Eberhard-Boratav  süjet  kataloqunda 

123,  Aame-Tomson  süjet kataloqunda 834,  1645b nömrəsi  ilə  qeydə  alınmışdır.  Nağılın 

Türkiyə  və  dünyada  onlarla variantı  müəyyən  edilmişdir.  Həqiqətən  də,  Eberhard-Bora­

tav süjet kataloqunda  123 nömrəli süjet nağılın bütün xüsusiyyətlərini özündə əks etdirir.

Məsələnin daha aydın olması üçün həmin nağılın motivlərini aşağıda veririk:

a)  Bir  ağa  qoyununa  çoban  tutur,  amma  çobanın  xəbəri  olmadan  hər  gün  sürü­

dən bir qoyun azalır.

b) İtən qoyunlarından narahat olan ağa günün birində qoyunu özü otarmağa gedir.

c)  Sürünün  içərisindən  çıxan  bir  qoyunun  mağarada  kor  bir  canavara  təslim 

olmasını görən ağa bundan çox təəccüblənib və hər işdən əlini ayağını çəkir.

d) Ağanın xanımı oduna gedəndə quru bir kötüyün altında çoxlu qızıl tapır.

e) Qonşusunu çağıran qadın geri gələndə qızılların arıya çevrildiyini  görür.

f)  A nları  bacadan  aşağı  tökən  qadın  içəri  girdikdə  anların  təkrar  qızıla 

çevrilməsinə məəttəl qalır.

g) Bunu görən evin kişisi:  "Kor canavann qismətini verən Allah mənim də qismə­

timi verir", -  deyir. (Alptekin 2002:  83-84;  322-323; Sakaoğlu 1973:  126-127; 413-415).




Dədə Qorqud •  2016/11

28

Bozqurd  - əfsanə kimi

Dini  məzmun  daşıyan,  inandırıcı  və  qısa,  nəsrlə  olan  xalq  yaradıcılığı  nümunəsi 

kimi  əfsanələr  süjet  kataloqlarında  əfsanə,  rəvayət,  leqenda,  lejand  kimi  istilahlarla 

yanaşı,  dini  nağıllar  kimi  də  tanınır.  Bu  səbəblə  bəzi  nağıl  və  əfsanə  mətnləri,  həm 

əfsanə,  həm  də  nağıl  kimi  dəyərləndirilir.  Əslində  bu  mövzunun  tədqiqatçılar  tərəfin­

dən müzakirəsinə ehtiyac var.

Azərbaycanda  qeydə  alınmış  nağıl  mətni  Türkiyədə  əfsanə  kimi  səciyyələndiril­

mişdir  (Alptekin  1993:  83-84).  Əslində  Azərbaycan  variantı  və  Ali  Berat  Alptekinin 

Bingöldən topladığı  mətn əfsanədir.

Çünki  yuxarıdakı  motivdən  də  bəlli  olduğu  kimi,  ağanın  gördüklərindən  sonra 

işini-gücünü  buraxması,  qadının  tapdığı  qızılları  qonşusuna  göstərmək  üçün  çağırma­

sından  sonra  arıya  çevrilməsi,  daha  sonra  da  bacadan  aşağı  töküləndə  yenidən  qızıla 

çevrilməsi  mətnin  nağıl  olmasını  sübut  edir.  Yuxanda  qeyd  edilən  d,  e,  f,  g  motivləri 

Azərbaycan və Alptekinin toplama mətnində yoxdur.

Bu mətn,  eyni  zamanda,  "Kor canavann qismətini  verən  Allah,  mənim  də  qismə­

timi  verir"  atalar  sözünün  hekayəsi  olaraq  da  bilinir.  Mətnin  ən  mühüm  xüsusiyyətlə­

rindən biri də Türkiyə və Azərbaycanda söylənilən mətnlərin quruluşundakı ortaqlıqdır.

Heç  şübhəsiz,  bu  mətnin  mənşəyi  Göytürklərin  "Bozqurd"  dastanıdır.  Aşağıda 

verəcəyimiz  mətnlə  "Bozqurd"  dastanının  müqayisəsi  apanldıqda nəzərə  çarpan  dəyi­

şiklikləri isə normal  qarşılamaq lazımdır.  Belə ki, Bozqurd dastanında qolu-ayağı kəsi­

lərək  bataqlığa  atılan  uşağı  dişi  bir  canavar  bəsləyir,  Türkiyə  və  Azərbaycan  mətnlə­

rində kor və ya yaralı canavar keçi (qoyun) tərəfindən doydurulur.

“Bir  ağanın çobanı  varmış.  Günaşırı  bir qoyun  yox  olormuş.  Axşam  ağa  saneer, 

qoyun  kəm  gəler.  Bürsüyün  saneer,  genə  kəm  gəler.  Çobanı  qovur  ki,  sürünü  tələf 

eliyirsən.  Çoban and içir, aman eliyir, ağa buna məhəl qoymer.  Ağa özü geder qoyuna. 

Axşam  qoyunu  gətirəndə  saneer,  görör  ikisi  kəmdi.  Deyir,  bu  nətər  oldu?  Çoban 

güdəndə  biri  kəm  olurdu,  mən  özüm  otaranda  ikisi  kəm  olor.  Atı  minir,  çobanın 

dalınca geder.  Deyir:  -  Mən səyf eləmişəm,  bir gündə  iki  qoyunum  getdi.  Çoban qayı­

dır gəler.  Deyir:  -  Bax,  yatmeram,  oturmeram,  yanıma  gələn  olmor,  qurd-quş  gəlmer, 

bu  qoyun  hara  geder?  Bütün  günü  qoyunun  içində  hərrənəjəm,  görüm  hara  geder. 

Hərrəndiyi  yerdə  görör  qoyun  hoppanışdı.  Geder  oraya,  görör  bir  quyudu,  içində  kor 

canavar.  Allah-taala  tərəfdən  buna  yem  geder.  Hay  göndərir,  ağası  gəler.  Deyir, 

oğrunu tapmışam.  Deyir, hanı bə? Deyir,  gəl bəri.  Canavarı  göstərir.  Ağası deyir, onun 

gözün  mən  çıxartmışam  ey.  Deyir,  gözün  çıxartmısan,  Allah-taala  burda  bir  quyu 

yaradıf, atıf onu içinə,  sənin döölətini yeyir d a ...” (Rüstəmzadə 2014:  71).



Yaralı qurd (Türkiyə)

Bingöl’ün  köylerinden  birinde  bir  çoban  yaşarmış.  Garip  Çoban  ağasımn  kor- 

kusuyla  her  akşam  koyunları  sayarak  ağıla  koyar,  sonra  da  yatarmış.  Aradan  uzunca 

bir  süre  geçer.  Bu  arada  çoban,  her  gün  sürüden  bir  koyunun  belirli  bir  zaman  dilimi 

içerisinde  kaybolduğunu  görür.  Bu  durum  uzunca  bir  süre  devam  edince  çoban  daha 

da  dikkatli  olmaya  başlar.  Günün  birinde  koyun  sürüden  ayrılır  ve  meleyerek  ma­

ğaradan içeriye girer.  Çoban da arkasından mağaraya girince gördüklerine inanamaz.

Çünkü koyun mağarada yaralanan bir kurdu emzirmektedir.  Koyun kurdu emzir- 

dikten  sonra mağaradan  çıkmakta ve  kayalığm  üzerinden  tekrar  sürüye  katılmaktadır.



Dədə Qorqud •  2016/11

29

Koyunun kurdu emzirmesi  onun iyileşmcsine kadar devam eder.  Çoban  da bu durumu 



ibretle  takip  eder.  Koyunun  can  düşmanı  kurda  yaptığı  iyiliği  duyan  köylüler mağara 

ve  yanındaki  köye  “Çoban  Taşı”  adını  verirler.  Yine  halk  arasındaki  inanca  göre  bu 

mağaranın ortasından bir yol  geçtiğine inanılmaktadır (Alptekin  1993:  83-84).

Qurd ağzı bağlama

Türkiyə  və  Türk  dünyasında  qurdla  bağlı  başqa  bir  ortaq  inanc  qurdun  ağzının 

bağlanması  ilə  bağlıdır.  İtən  bir  heyvanı  canavarın  yeməməsi  üçün,  guya  magiya  ilə 

onun  ağzı  bağlanır.  Əslində  bu  məsələ  Türkiyədə  də  geniş  araşdırılmış,  amma  qardaş 

respublika Azərbaycanda belə bir oxşar inancın olmasından bəhs edilməmişdir.

Meşədə,  çöldə  qalan  mal-heyvanı  canavar  parçalamasın  deyə  ona  “qurd  ağzı” 

düyünləyirlər.  Bunun  üçün  bir  sap  götürürlər.  Yeddi  dəfə  “qulfallah”  oxuyub  ardınca 

da deyirlər:

“Girdim meşəyə arı kimi,

Dəyirmanda darı kimi,

Canavarın ağzını bağladım 

Tumanımın bağı kimi”

Yaxud  bir  bıçaq  götürürlər,  həmin  sözləri  ona  oxuyub,  bir  dəsmala  büküb 

döşəyin altına qoyurlar” (Əzizqızı 2015:  145-146).

Burada  nəzərimizi  cəlb  edən  əsas  məqam  qurdun  ağzının  bağlanmasında  ixlas 

surəsinin  yeddi  dəfə  oxunduqdan  sonra  oxunan  mənzum  parçanın  söylənməsidir.  Bu 

parça Türkiyədə söyləyicilər tərəfindən unudulmuşdur.

Hələ  də Azərbaycanda yaşayan və Türkiyədəki  oxucuların tapmaqda çətinlik çə­

kəcəyi qurdla bağlı  atalar sözü və məsəllərdən bəzi nümunələri  sadalamaq istəyirik:

Qurdla bağlı atalar sözləri və məsəllər

Qurd ilə qiyamətə qalmaq.

Qurd qocalanda dişin çəkdirər.

Qurd tükün dəyişir,  huyun dəyişməz.

Qurd dumanlıq sevər.

Qurd qurda ağız çevirməz.

Qurd görmək mübarək, görməmək daha mübarək.

Qurd yuvası sümüksüz olmaz.

Qurd az idi adada,  biri də gəmi ilə gəldi.

Qurd acgöz olar.

Qurd balası qurd olar.

Qurd acından yeriyə bilməz,  deyərlər:

  -  


O qədər yeyib ki,

özünü çəkə bilmir.

Qurd keçiyə dəyməzsə,  keçi Məkkəyə gedər.

Qurd qonşusun yeməz.

Qurd oğurladığının dərisini verər.

Qurd tövləyə girəndən sonra it bacadan ha hürsün.

Qurda dedilər: -  Gəl səni çoban edək. Ağladı:

  -  


Qurd əti

qurda haramdır.

Qurda sən tikmək öyrət, yırtmaq dədəsinin peşəsidir.


Dədə Qorqud •  2016/11

30

Qurddan soruşdular: -  Nə vaxt yaylağa çıxacaqsan? Dedi:

  -

Bizimki il iləndir.

Qurddan qorxan qoyun saxlamaz.

Qurdun üzü ağ olsa



avadanlığa gündüz gələr.

(Maşallah qızı/ Abbasova-Şerkiderecek/ Soytürk 2015:  86)

Qurd tükünü də dəyişsə,  xasiyyətini dəyişməz.

Qurd keçinin bir zadını yeməyib.

Qurddan olan qurd olar.

Qurddan qorxan qoyun saxlamaz.

Qurdun adı yeddidi, yesə də yeddidi, yeməsə də yeddidi.

(Maşallah qızı/ Abbasova-Şerkiderecek/ Soytürk 2015:  88).

Atalarımızın  uzun  sınaqları  nəticəsində  yaranan  atalar  sözləri  qəlibləşir,  özündə 

böyük mədəniyyət xəzinələrini  saxlayır.  Yuxarıda verilən atalar sözləri  diqqətlə  oxun­

sa,  türk  millətinin  qurdu  niyə  simvol  seçdiyi  aydın  olar.  Nəticə  etibarilə  dastanlar 

şifahi  şəkildə yayıldığı üçün quruluşunda və mövzusunda başlanğıcda elə  çox  dəyişik­

lik  olmasa  da,  daha  sonrakı  dövrlərdə  dəyişiklik  özünü  büruzə  verməyə  başlayır.  Bu­

nun  nəticəsində  bir janrın  zamanla  fərqli  bir janra  çevrilməsi  çox  normaldır.  Bu  də­

yişiklik  zamanı  dastan  strukturunda  dəyişikliklər  baş  verərkən  əsas  motivlərini  heç 

vaxt  itirmir.  Dastan  ana  motivlərinin  heç  dəyişmədən  digər  şifahi  xalq  yaradıcılığı 

janrlarına çevrilməsinin  səbəbi bu motivlərdə millətin milli  kodlarım təşkil  edən  şifrə- 

ləri içərisində  saxlamasıdır.  Bu gün təkcə Türkiyə və Azərbaycanda deyil,  Adriatikdon 

Çin  Səddinə  qədər  türklərin  yaşadığı  bütün  coğrafiyada  janrlara  bozqurd  motivinin 

qurd adı  ilə də olsa daxil olduğu bəllidir.



ƏDƏBİYYAT

ALPTEKİN,  Ali  Berat  (1993),  Fırat  Havzası  Efsaneleri,  Antalya:  Kültür  Ofset 

Basımevi.

ALPTEKİN, Ali Berat (2002), Taşeli Masalları, Ankara:  Akçağ yay.

ARVAS,  Abdüsselam  (2015),  “Türk  Mitolojisinde  Kurt”,  Türk  Mitolojisine  Giriş, 

Ankara:  Gazi Kitapevi.

DELİORMAN, Altan (1967), “Bugünkü Mänäsı ile Bozkurt”, Türk Kültürü, 5 (55), Mayıs:

[ERGİNOL],  Hasan  Fehmi  (1929),  “Anadolu’da  Bozkurt  Efsanesi”,  Halk  Bilgisi 

Haberleri,  1  (1), Teşrinisani.

ƏZİZQIZI,  Çimnaz  (2015),  Nənəmdən  nəvəmə  II.  Kitab.  Bakı:  Azərbaycan  Milli 

Elmlər Akademiyası Folklor İnstitutu

GÖZLER,  H.  Fethi  (1955),  “Türklerde  Bozkurt’un  Önemi”,  Türk  Yurdu  5.  seri  (246), 

Temmuz.

İNAN, Abdulkadir,  “Türk Rivayetlerinde  Bozkurt”, Makaleler ve İncelemeler,  Ankara: 



Türk Tarih Kurumu Yay.

MAŞALLAH  qızı/  ABBASOVA,  Mətanət-Hüseyn  Şerqidətəcək/  Soytürk  (2015), 

Güney Azərbaycan Folkloru IV, Bakı:  Elm və Təhsil.

MAŞALLAH  qızı/  ABBASOVA,  Mətanət-Hüseyn  Şerqidətəcək/  Soytürk  (2015), 

Güney Azərbaycan Folkloru V, Bakı:  Elm və Təhsil.

RÜSTƏMZADƏ,  İlkin  (2014),  Qarabağ:  Folklor  da  Bir  Tarixdir,  IX.  Kitab,  Bakı: 

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İstitutu.



Dədə Qorqud •  2016/II

31

SAKAOĞLU,  Saim  (1985),  “Anadolu  Folklorunda  Göktürk  Efsanelerinin  İzleri”, 



Beşinci  Milletlerarası  Türkoloji  Kongresi-İstanbul,  23-28  Eylül  1985  Tebligler  II.  Türk 

Edebiyatı Cilt I, İstanbul.

SAKAOĞLU,  Saim  (1973),  Gümüşhane  Masalları  Metin  Toplama  ve  Tahlil,  Ankara: 

Atatürk Üniversitesi Yay.

[YALGIN],  Ali  Riza  “Anadolu’da  Bozkurt  I”,  Halk  Bilgisi  Haberleri,  1  (12),  1 

Teşrinewel; II, 2 (14),  1  Känunevvel; 2 (18),  1  Nisan.



Çapa tövsiyə edən: AMEA-nın müxbir üzvü Muxtar İmanov

Yüklə 267,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə