DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə10/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

29 

 

III  əsrdən  başlayaraq  hunlar  və  ya  ğunlar  Şimali  Qafqazdan 



Albaniya,  Gürcüstan,  Ermənistan,  İran,  Bizans,  Suriya  və  Meso-

potamiya ərazilərinə qarətkarlıq yürüşləri keçirirdilər və o dövrün 

bəzi  mənbələrində  Şimali  Qafqaz  “hun  torpaqları”  adlandırılırdı 

(16, 26). 371-ci ildə hun tayfalarının əksər hissəsinin Şimali Qaf-

qazdan Dunay çayı ətrafına köçməsindən sonra da hunlar Cənubi 

Qafqaz  yollarını  unutmurdular.  390-cı  illərdə  hunların  Cənubi 

Qafqaza, İrana və digər Ön Asiya ölkələrinə olan böyük hücum-

larına  dair  çoxlu  məlumatlar  vardır  (16,  37-38).  Ancaq  hunların 

həmin  ölkələrə  bizim  tədqiqatımız  üçün  mühüm  olan  hücumu  V 

əsrin birinci yarısında olmuşdur. 

Bizans səfiri Priskin 448-ci ildə Atillanın qərargahında Roma 

səfiri  Romulladan  eşitdiyi  məlumatlara  görə  “hunların  böyük  bir 

qoşunu Basiğ və Kursiğ adlı sərkərdələrin rəhbərliyi altında “han-

sısa  səhradan”  və  “hansısa  gölün”  yanından  keçdikdən  15  gün 

sonra  “hansısa  dağlardan”  (Qafqaz  dağlarından)  keçib  Midiyaya 

daxil oldular... O zaman hunların bir dəstəsi Sasani İranının Cənu-

bi  Qafqazdakı  əyalətlərini  soyub  talamış,  başqa  bir  hissəsi  isə 

Mesopotamiya və Suriyaya yürüş etmişlər” (16, 38-39). 

Yenə  Priskin  məlumatına  əsasən,  Sasani  əyalətlərini  qarət 

edən  hunlar  “onların  başı  üzərindəki  fəzanı  oxlarla  dolduran” 

böyük bir fars qoşunu ilə üzləşir. Bu təhlükədən qorxuya düşən və 

topladıqları  qənimətlərin  xeyli  hissəsini  itirən  hunlar  geri  dönər-

kən gəldikləri Dəryal keçidindən yox, Xəzərin ətrafı ilə, Dərbənd 

keçidi vasitəsilə Şimali Qafqaza qayıdırlar. Bu zaman onlar “sual-

tı qayalardan qalxan alovları” görmüşlər (16, 40-41). Bu hadisə-

lərdən danışarkən akad. B.B.Bartold qeyd edir ki, “bu, Bakı ətra-

fındakı atəş barədə ilk xronoloji məlumatdır” (3, 27). 

Ancaq  hunların  bu  yürüşünün  tarixi  barədə  mütəxəssislər 

arasında fikir ayrılığı vardır. Belə ki, E.Tompson hunların bu yü-

rüşünün  415-420-ci  (27,  31),  Ç.Qordon  isə  423-425-ci  illər  (25, 

202)  arasında  baş  verdiyini  bildirirlər.  Bu  atəşlərin  yaxınlığında 

yerləşən  hər  hansı  bir  yaşayış  məskəni  barədə  hunların  heç  nə 

söyləməmələri isə belə düşünməyə əsas verir ki, o zamana qədər 

Bakı  ərazisində  yaşayış  məskəni  olmamışdır.  Abşeron  yarımada-




30 

 

sında  daha  qədim  yaşayış  məskənləri  olsa  da,  İçərişəhərdəki  ar-



xeoloji tapıntılar V əsrdən qədimə getmir (2, 1 c., 350). Bu isə o 

deməkdir  ki,  Qız  qalasının  tikilməsi  tarixini  də  V  əsrdən  əvvələ 

aid etmək düzgün olmazdı. 

Bu  da  məlumdur  ki,  “Qız  qalası”  adlandırılan  abidələr  təkcə 

Azərbaycan  ərazisində  deyildir.  “Azərbaycan  Sovet  ensiklopedi-

yası”nda verilmiş “Qız qalaları” məqaləsində deyildiyi kimi, “Qız 

qalası adlı abidələrə Qafqazda, Qara dəniz sahili, Orta Asiya, İran 

və s. yerlərdə təsadüf edilir. Azərbaycanda Bakıda, Şamaxı, İsma-

yıllı, Şəki, Qazax rayonlarında, Nax. MSSR, Dağlıq Qarabağ və s. 

yerlərdə  var...  Qız  qalaları  istehkam  tipli  tikili  hesab  olunur.  Qız 

qalalarının əsas xüsusiyyəti onların  dəniz və  ya  çay sahillərində, 

hündür yerlərdə tikilməsidir” (2, c. 3, s. 152). 

Bu  məlumatdan  göründüyü  kimi,  Qız  qalalarının  yayıldığı 

yerlər  Avropa  hunlarının  məskunlaşdıqları  (14,  201;  15,  97-98; 

22, 13-14) və  ya  yürüşlər etdikləri ərazilərlə tam  şəkildə üst-üstə 

düşür. Hal-hazırda bu abidələrin demək olar ki, hamısı dağılmış-

dır və onlardan yalnız xarabalıqlar qalmışdır. Bakıda tikilmiş Qız 

qalası  isə  öz  tarixi  ərzində  iki  dəfə  bərpa  olunması  (XII  və  XIX 

əsrlərdə)  nəticəsində  nisbətən  salamat  qalmışdır.  Beləliklə,  Qız 

qalalarının kimlərə məxsus olması məsələsi tədricən aydınlaşma-

ğa başlayır. Abidələrin adının türkmənşəli olması da onların mən-

şəyinin hunlarla bağlı olmasını təsdiq edir. 

Bəs  bu  qalalar  hunların  nəyinə  lazım  idi  və  nəyə  görə  onlar 

“Qız qalası” adlanırlar?  

Məlum olduğu kimi, hunlar köçəri idilər və əsasən arabalarda 

yaşayır və hərəkət edirdilər. IV əsr Roma tarixçisi Ammian Mar-

sellin  yazırdı  ki,  “arabalarda  onların  arvadları  ərləri  üçün  paltar 

tikir, uşaq doğur və böyüyənə qədər onları arabalarda saxlayırlar” 

(12,  240).  Ancaq  bu  da  məlumdur  ki,  Atilla  və  onun  əyanları 

sarayda  yaşayır və oturaq həyat  tərzi  sürürdülər (20, 31). Köçəri 

tayfalar  isə  mal-heyvan  sürüləri  ilə  birlikdə  daima  hərəkətdə 

olsalar  da,  çətin  anlarda  onlara  da  istehkam  tipli  sığınacaqlar 

lazım olurdu. Ona görə də onlar bir qayda olaraq hər il təkrar olu-

nan hərəkət marşurutları üzərində belə müdafiə qalaları tikirdilər. 




31 

 

Ümumiyyətlə,  köçəri  tayfalar  bir  qayda  olaraq  həmişə  eyni  bir 



əlverişli ərazidə qışlayır, qış bitdikdən sonra isə mövsümə müva-

fiq olaraq müəyyən ərazilər üzrə köç etdikdən sonra yenə öz qış-

laqlarına qayıdırdılar. Qalalar və digər tikililər də daha çox məhz 

bu ərazilərdə inşa edilirdi. Çox vaxt isə onlar bu qalaları öz totem-

lərinə  və  ya  onqonlarına  (ölmüş  totem-əcdadların  ruhlarına)  ox-

şatmağa  çalışırdılar.  Çünki  totem  və  ya  onqon  əcdad-xilaskar,   

qoruyucu hesab edilirdilər. Məsələn, qədim türk mif və əfsanələ-

rində  yolu  azmış  və  ya  təhlükə  qarşısında  qalmış  tayfalara  çox 

vaxt  qəflətən  peyda  olan  və  ya  xüsusi  çağırışla  gələn  boz  qurd 

təhlükəsiz yol göstərirdi. Boz qurd haqqındakı əfsanələr geniş ya-

yılsa  da,  əslində  qədim  türk  tayfalarının  böyük  əksəriyyətində 

totem-onqonlar quşlardan ibarət idi. Məsələn, akademik V.M.Jir-

munski  oğuz  tayfalarından  danışarkən  qeyd  edir  ki,  hər  bir  tayfa 

öz  müqəddəs  totem  heyvanına  –  onqon  quşuna  malik  idi  (19, 

525).  Ağayar  Şükürov  da  tanınmış  türk  tədqiqatçısı  B.Ögələ 

istinadən  yazır:  “Qədim  türklərdə  quş  onqonu  geniş  yayılmışdı. 

Hər bir qəbilə bir quşu özü üçün simvol və ya onqon seçirdi” (10, 

126). Daha sonra tədqiqatçı qu quşu, durna, qartal, sağsağan, quz-

ğun, sonqur, şahin və s. quşların qədim türk tayfalarında totem və 

ya  onqon  hesab  edilməsini  göstərən  çoxlu  əfsanələr  gətirir. 

Onqon-totemlərə  tayfaya  uğur  gətirəcək,  onları  təhlükələrdən  xi-

las edəcək bir tilsim kimi baxılırdı (4, 363). Öz onqonlarının sehr-

li himayəsini qazanmaq məqsədilə qədim insanlar çox vaxt onlara 

heykəllər  də  qoyur  və  belə  heykəllərə  sitayiş  edirdilər.  Məsələn, 

bir çox qədim türk tayfalarının yaşadıqları ərazilərdə, xüsusilə də 

onların  mal-heyvanlarını  bəslədikləri  çöllərdə  indi  də  daşdan 

yonulub hazırlanmış qoç heykəllərinə rast gəlmək mümkündür. 

“Qız  qalası”  adındakı  “qız”  sözünün  qədim  türk  dilində  iki 

mənası –“qız” və “quzğun” (və ya “su quzğunu”) mənaları olmuş-

dur.  Bu  mənaların  hər  ikisi  həm  1969-cu  ildə  Leninqradda  çap 

olunmuş  “Qədim  türk  sözlüyü”ndə  (18,  450),  həm  də  Mahmud 

Kaşğarinin “Türk sözləri toplusu”nda (24, 326) qeyd edilmişdir. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə