DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə11/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

32 

 

“Azərbaycan ensiklopediyası”nda deyildiyi kimi, “bəzi qədim 



türk tayfalarında Xəzər dənizinin adına” da Quzğun dənizi  deyil-

mişdir (2, III c., s. 260). 

Aydındır ki, bu ad III-V əsrlərdə Xəzər dənizinin şimal sahil-

lərində hegomonluq etmiş və quzğun quşunu özlərinə totem və ya 

onqon seçmiş qız ğunların (hunların) adı ilə bağlıdır. Avstraliyada 

indi  də  aborigen  tayfaların  çoxu  etnik  ad  kimi  öz  totemlərinin 

adını daşıyırlar (məs., kenquru tayfası). Dəniz də sözsüz ki, məhz 

bu ğun tayfa birləşməsinin adı ilə “Qız ğunlar dənizi” adlandırıl-

mışdır.  Təbiidir  ki,  o  zaman  “qız  ğun”  ifadəsi  bir  söz  kimi  yox, 

ifadə  və  ya  söz  birləşməsi  kimi  işlənmişdir.  Ancaq  tarixi  zaman 

dəyişiləndən  sonra  “qız-ğun”  ifadəsi  artıq  söz  birləşməsi  kimi 

yox,  bir  mürəkkəb  sözdən  ibarət  ad  kimi  işlənməyə  başlayır  və 

özündə  “qız”  sözünün  “qüzğun”  mənasını  ehtiva  edir.  Bir  sözə 

çevrildikdən  sonra  isə  “qızğun”  sözünün  tələffüzündə  yaranmış 

narahatlığı  aradan  qaldırmaq  üçün  ahəng  qanununun  tələbi  ilə 

onun  “quzğun”  şəklində  tələffüzü  artıq  zərurətə  çevrilir.  Məlum 

yırtıcı quşu bildirən “quzğun” sözünün ortaya çıxmasından sonra 

isə  artıq  “qız” sözünün “yırtıcı  quş” mənasında işlənməsinə  ehti-

yac qalmır; onun bu mənası unudulur və “qız” sözü yalnız “gənc 

qadın” mənasında işlənməyə başlayır. 

Beləliklə,  bütün  bu  deyilənlərdən  aydın  olur  ki,  qız  qalaları 

həmin qız hunlardan qalmış yadigarlardır. Ancaq “qız” sözü özü-

nün qədim “quzğun” mənasını artıq itirdiyinə görə sonrakı nəsil-

lər “qız qalaları” ifadəsindəki “qız” sözünü yalnız “qadın” məna-

sında başa düşmüş və bu sonuncu mənadan da çıxış edərək, “qız 

qalaları”nın  mənşəyi  barədə  məlum  əfsanələri  düzəltməyə  başla-

mışlar. 

Faktlar göstərir ki, hunlar öz totem abidələrini qoruyucu isteh-

kamlar qismində hərbi yürüşləri zamanı da tikirmişlər. Bu zaman 

“tilsimli”  qız  qalaları  həm  hunların  özlərini,  həm  də  topladıqları 

qənimətləri qorumalı idilər. Məsələn, fərz edək ki, hunlar Albani-

ya ərazisindən keçib, İrana yürüş etməlidirlər. Albaniya ərazisində 

toplanmış  qənimətləri  özləri  ilə  İrana  aparıb,  sonra  qayıdanda 

yenidən  geri  qaytarmaq  məqsədəuyğun  deyildi.  Bu,  bir  tərəfdən 




33 

 

artıq iş olardı, digər tərəfdən isə İranda onları əldən vermək təhlü-



kəsi  də  həmişə  mövcud  idi.  Buna  görə  də  belə  halda  ən  düzgün 

çıxış  yolu  Albaniya  ərazisində  bələdlədikləri  gözdən  uzaq,  əlve-

rişli yerlərdə öz “tilsimli qalalarını” tikib, qənimətləri oraya yığıb, 

orada kiçik bir mühafizə dəstəsi qoyduqdan sonra yürüşü davam 

etdirmək  ola  bilərdi.  Geri  qayıdanda  isə  həmin  qənimətləri  götü-

rüb, Şimali Qafqaza doğru hərəkət etmək mümkün idi. Bu baxım-

dan  Bakının  ərazisi  çox  münasib  idi;  buradan  Şimali  Qafqaza 

dənizlə  də  gedib-gəlmək  mümkün  idi.  Ona  görə  də  bu  buxtada 

dayaq məntəqəsi düzəltmək hunlar üçün çox əlverişli idi.  

Bu  baxımdan  yanaşdıqda  Qız  qalasının  hal-hazırdakı  qurulu-

şunu və istehkam xüsusiyyətlərini də  çox asanlıqla başa düşmək 

və  izah  etmək  mümkündür.  Bunun  üçün  əvvəlcə  yerdə  durub, 

başını yuxarı qaldırıb, qanadlarını açmış bir quzğun quşunu təsəv-

vür  etmək  lazımdır.  Ancaq,  təəssüf  ki,  Bakıdakı  qalada  bu  “qu-

şun” başı XIX əsrdə təmir zamanı ruslar tərəfindən, sağ qanadı isə 

(ərazinin  yuxarı  hissəsində  yerləşən  qanadı)  1230-cu  ildə  Bakıya 

monqol hücumu zamanı dağıdılmışdır. “Azərbaycan Sovet ensik-

lopediyası”nda Bakıdakı Qız qalası haqqında deyilir: “Vaxtilə Qız 

qalasının  yuxarı  hissəsində  maşikullar  olmuşdur;  yuxarı  hissə 

XIX  əsrin  ortalarındakı  təmirdən  sonra  indiki  şəklə  salınmışdır 

(XVIII-XIX  əsrlərdə  qaladan  gözətçi  məntəqəsi  və  mayak  kimi 

istifadə olunurdu)” (2, III c., s. 152).  

Özü  Bakıda  yaşamış  Əbdür-Rəşid  Bakuvinin  1403-cü  ildə 

yazdığı  məlumata  əsasən isə qalanın  yuxarı (yoxuş) hissəsindəki 

(şimal-qərb tərəfdəki) çıxıntısı (yəni “quş”un sağ qanadı) 1230-cu 

ildə  monqollar  Bakını  tutan  zaman  uçurulmuşdur  (23,  41-42). 

Bəzi  mütəxəssislər  Bakuvinin  işlətdiyi  “yuxarı  hissəsi”  ifadəsini 

“qalanın  özünün  baş  hissəsi”  kimi  başa  düşmüşlər,  halbuki 

qalanın baş hissəsi, artıq deyildiyi kimi, XIX əsrdə sökülmüşdür. 

Qalanın  indiyədək  salamat  qalmış  aşağı  (dəniz  tərəfdəki)  çı-

xıntısı  isə  mütəxəssislər  tərəfindən  “dayaq  divarı”  və  ya  “kontr-

fors” kimi izah edilmişdir. Əslində isə o, heç bir “dayaq” funksi-

yası yerinə yetirmir və yetirə də bilməz: dayaq divarı funksiyasını 

yerinə  yetirmək  üçün  bu  çıxıntı  qalanın  dəniz  tərəfindəki  (aşağı-




34 

 

dakı) divarının orta hissəsinə birləşməli idi ki, onun aşağıya doğru 



“sürüşməsinə”  mane  olsun.  Halbuki  quşun  qanadı  onun  arxasın-

dakı bel sütununa birləşdiyi kimi, bu çıxıntı da qalanın şimal-şərq 

tərəfindəki  arxa  divarına  bağlanmışdır.  Əks  tərəfdən  isə  qalanın 

həmin  yerinə  dağılmış  yuxarı  çıxıntının  (“sağ  qanadın”)  indiyə-

dək  salamat  qalan  kiçik  bir  hissəsi  birləşmişdir.  Ancaq  mütəxəs-

sislər  indiyədək  bunu  hiss  etməmişlər.  Ümumiyyətlə,  sağ  “qana-

dın”  itirilməsi  nəticəsində  qala  öz  harmonik,  simmetrik  qurulu-

şunu  da  itirmişdir  və  məhz  bunun  nəticəsində  də  mütəxəssislər 

qalanın  quruluşunun  izahında  çətin  vəziyyətdə  qalmışlar.  Məsə-

lən,  qalanın  konusvari  silindr  şəklində  tikilməsinin  səbəbləri  də 

daima mütəxəssisləri düşündürmüş, lakin bu məsələyə də indiyə-

dək  məntiqli  və  inandırıcı  bir  izah  tapılmamışdır.  Ancaq  biz  qu-

şun  bədəninin  konusvari  silindr  formasında  olmasını  və  onun 

aşağı  hissəsinin  yuxarı  hissədən  enli  olduğunu  da  yada  salsaq, 

onda bu məsələ də asanlıqla öz müvafiq izahını tapmış olacaqdır. 

Arxeoloji qazıntılar zamanı qaladan tapılmış əşyalardan ən qə-

dimlərinin V əsrə aid olması faktı da qalanın məhz həmin dövrdə 

hunlar  tərəfindən  öz  totem  quşlarının  simvolu  kimi  tikilməsini 

təsdiq edir. Qalanın ətrafındakı zirzəmi formalı tikililərdən aydın 

olur  ki,  hunlar  topladıqları  qənimətləri  həm  qalanın  içərisində, 

həm  də  gizli  yeraltı  zirzəmilərdə  mühafizə  edirmişlər.  Bu  gizli 

zirzəmilər və qala divarları ilə örtülmüş gizli su quyusu da (hətta 

qalanın  birinci  mərtəbəsi  düşmənlərin  əlinə  keçdiyi  halda  belə 

həmin  quyu  vasitəsilə  yuxarı  mərtəbələrə  su  qaldırmaq  mümkün 

idi) arxeoloji qazıntılar zamanı aşkar edilmişdir. 

Qalanın indiyədək salamat qalmış çıxıntısı (qanadı) iki hissə-

dən  –  qalanın  arxasına  bitişmiş  hündür  hissədən  və  bu  hissənin 

uzaq  kənarından  ona  bağlanın  alçaq  bir  çıxıntıdan  ibarətdir. 

Sonuncunu  “dayaq”  kimi  izah  etmək  heç  cür  mümkün  deyildir. 

Görünür, elə bu səbəbdəndir ki, qalanın quruluşu haqqında danı-

şan mütəxəssislər bir qayda olaraq onun üzərindən sükutla keçir-

lər.  Ancaq  biz  quşun  açılmış  qanadının  aşağı  hissəsinin  yuxarı 

hissəsindən  enli    olduğunu  xatırlasaq,  bu  alçaq  çıxıntının  tikilmə 

səbəbi və funksiyası da öz-özlüyündə aydınlaşacaqdır. Qalanın iki 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə