DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə12/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

35 

 

qanadının  bir-birinə  birləşdiyi  hissənin  arxasındakı  dairəvi  tikili-



lər  isə,  yəqin  ki,  quşun  quyruq  hissəsinin  simvolu  kimi  nəzərdə 

tutulmuşdur.  

Bütün bu deyilənlərdən aydın olur ki, tikildiyi dövrdən keçən 

yeddi əsr əzrində Qız qalasının yuxarı hissəsi dağıldığına görə XII 

əsrdə buraya gəlmiş oğuz-səlcuqlar onlara doğma görünən bu abi-

dəni bərpa etmək qərarına gəlmişlər. Qalanın bərpa edilmiş yuxarı 

hissəsində kufi xətti ilə onu bərpa etmiş memar Məsud Davud oğ-

lunun adı həkk olunmuşdur. Qalanın V əsrdə hunlar tərəfindən ti-

kilmiş  aşağı  hissəsi  memarlıq  baxımından heç bir bəzək ünsürlə-

rinə malik deyildir. Bu da köçəri hunlar üçün təbiidir; onları yal-

nız qalanın praktiki funksiyaları maraqlandırırdı: qala düşmən hü-

cumlarına  qarşı  davamlı  olmalı  və  bu  zaman  hunların  totem-on-

qonlarının sehrli himayəsi ilə də qorunmalı idi. Məsud Davud oğ-

lu isə bir memar kimi qalaya yaraşıq əlamətləri vermək məqsədilə 

bərpa etdiyi hissəni girintili-çıxıntılı hörgü sistemi ilə inşa etmiş-

dir.  


Qız  qalası  barədə  verilən  bütün  bu  məlumatlardan  sonra  indi 

biz  bu  abidə  ilə  bilavasitə  bağlı  şəkildə  ortaya  çıxmış  “Bakı” 

toponiminin etimologiyasının izahına keçə bilərik. 

Ancaq bundan öncə qeyd etməliyik ki, Qız qalasının mənşəyi 

ilə  bağlı  yazılmış  tədqiqatlarda  olduğu  kimi,  Bakının  qədim  tari-

xinə dair yazılmış əsərlərdə də süni surətdə qədimləşdirmə meyil-

ləri aydın görünür. Hətta Qız qalasının inşası tarixini XII əsrə aid 

edən Sara Aşurbəyli də qədim Bakı, daha dəqiq desək – İçərişəhər 

ərazisində  hələ  b.e.  əvvəl  yaşayış  məskəni  olması,  b.e.  I  əsrində 

isə artıq burada kiçik bir şəhər yaranması fikrini söyləyir (13, 40). 

Ancaq belə mülahizələr irəli sürməyə heç bir əsas yoxdur; b.e. V 

əsrindən əvvəl  İçərişəhər ərazisində insan məskəni olmasına dair 

nə  tarixi,  nə  də  arxeoloji  məlumatlar  mövcuddur.  Bir  sıra  qədim 

Azərbaycan şəhərlərinin adını çəkən antik dövr müəlliflərinin (11) 

neftlə zəngin  Bakı  haqqında heç nə  yazmamaları faktının  özü də 

təsdiq edir ki, V əsrdən əvvəl burada yaşayış məskəni olmamışdır. 

Bu  da  təbiidir:  quyudan  saxsı  qablarla  su  çıxarmaq  yolu  ilə  nə 

əkinçiliklə,  nə  də  heyvandarlıqla  məşğul  olmaq  mümkündür. 




36 

 

Bunlarsız  yaşayış  məskəninin  mövcudluğu  isə  ağlabatan  fikir 



deyildir.  Ona  görə  də  hadisələrin  süni  surətdə  qədimləşdirilməsi 

həm tariximizi təhrif edir, həm də son dərəcə zərərli olan yalançı 

elmə rəvac verir. 

Guya  Bakıdan  əvvəl  onun  ərazisində  Səbayil  adlı  şəhərin  ol-

ması, ancaq sonradan onun dəniz suları altında qalması barədə de-

yilən  mülahizələri  isə  elə  Səbayil  adının  öz  etimologiyası  təkzib 

edir.  

Tamamilə aydındır ki, Səbayil adı “Səba yeli” ifadəsindən ya-



ranmışdır.“Səba” ərəbcə şimal-şərq küləyinə (26,II c., s.212), yəni 

indi  bizim  “Xəzri”  adlandırdığımız  küləyə  deyilir.“Yel”  isə  türk 

sözüdür. Buradan da aydın olur ki, bu ad ancaq ərəb işğalından və 

Bakıda ərəb dilinin yayılmasından sonra ortaya çıxa bilərdi. 

Yuxarıda  biz  qeyd  etmişdik  ki,  III-V  əsrlərdə  müxtəlif  hun 

tayfa  birləşmələri  Şimali  Qafqazdan  Albaniyaya  və  digrə  Ön 

Asiya ölkələrinə qarətkarlıq basqınları edirdilər. V əsrin ortaların-

dan hunların  Albaniya  ərazisinə daxil olub,  uzun müddət  burada 

qalması, belə demək olarsa, artıq “leqallaşır”; bu dövrə qədər vas-

sallıq  asılılığında  olan  Albaniyanı  Sasanilər  tam  şəkildə  özlərinə 

tabe etməyə çalışırlar və nəticədə Albaniyada Sasanilərə qarşı da-

vamlı üsyanlar başlanır. Bu üsyanlar zamanı gah albanlar farslara 

qarşı  mübarizədə  müxtəlif  hun  tayfalarını  muzdlu  döyüşçülər 

qismində  Albaniyaya  dəvət  edir,  gah  da  hunlar  belə  dəvəti 

Sasanilərdən alırdılar (3, 25; 1, 114-117). Məsələn, 425-ci ildə al-

banlar  tərəfindən  çağırılan  hunlar  İranın  xeyli  əyalətlərini  talan 

etmişdilər (1,114-115). Həmin zamandan ayrı-ayrı  hun dəstələri-

nin  Albaniyanın  müxtəlif  ərazilərində  möhkəmlənməsi,  özlərinə 

dayaq məntəqələri salması halları daha da artır. Belə dayaq mən-

təqələrindən biri də, artıq deyildiyi kimi,  Bakıda olmuşdur. Hun-

lar öz dəstə və ya bölüklərinə “bağ” deyirdilər. Bu söz Orxon-Ye-

nisey  abidələrində  “hissə,  dəstə,  bölük,  qəbilə”  mənasında  işlən-

mişdir (9, 348). Hələ qədim zamanlardan “bağ” sözü həmin mə-

nada  bir  çox  Azərbaycan  toponimlərinə,  o  cümlədən  “Qarabağ” 

(“Böyük dəstə” mənasını  verir) toponiminə də daxil olunmuşdur 

(yada salaq ki, Dağlıq Qarabağda da Qız qalaları vardır). Hunların 




37 

 

öz dəstələri və ya bölükləri barədə işlətdikləri “bağ” sözünü ətraf-



dakı  yerli  əhali  onların  hərbi  və  ya  etnik  adı  kimi  başa  düşdük-

lərinə görə onları bu adla tanıyır və bu sözlə də (“bağlar”) adlan-

dırırdılar  (hal-hazırda  bizim  dilimizdə  “bağça”,  “ağaclıq”  məna-

sında işlənən “bağ” sözü isə dilimizə xeyli sonralar – XII əsrdən 

sonra fars dilindən keçmişdir). O zaman Bakının ətraf ərazilərində 

yaşayan əhali daha çox tatlardan ibarət idi. Tatlar isə “bağlar” sö-

zünü öz dillərində “bağavan” şəklində deməli idilər. Aydındır ki, 

dövrün tarixçilərinə də məlumatlar yerli əhali vasitəsilə və onların 

dilindən çatırdı. Buradan da aydın olur ki, nəyə görə Bakının adı 

bu barədə ilk dəfə məlumat verən Qafqaz mənbələrinə “Bağavan” 

və “Atli Bağavan” formalarında düşmüşdür. Sonradan bu dəstələ-

rin qun (hun) dəstələri məlum olduqdan sonra VI-VII əsr mənbə-

lərində Bakının adı daha çox “Baquan” (tat dilindəki “baği-qun”, 

yəni  “qun  dəstəsi”  ifadəsindən  yaranmışdır)  şəklində  verilsə  də, 

hətta VII əsr erməni coğrafiya mənbəsində də Beyləqan bölgəsin-

dən danışılarkən bu bölgənin 12 əyaləti sırasında, S.Aşurbəylinin 

də qeyd etdiyi kimi, “Atli Bağavan” adı da çəkilir (13, 44). 

Ancaq S.Aşurbəyli də özündən əvvəlki tədqiqatçıların ənənə-

sini  davam  etdirərək,  “Atli  Bağavan”  ifadəsini  “Atəşi-Bağavan” 

kimi qəbul edir.Təəssüf ki, “Atli Bağavan” adından danışan müəl-

liflərin  hamısı  buradakı  “Atli”  sözünün  mənasını  başa  düşə  bil-

mədiklərinə  görə  onu  iranmənşəli  “atəş”  sözünün  təhrif  olunmuş 

forması kimi qəbul edib, “bağavan” sözünü isə yenə iran mənşəli 

“bəğə” sözü ilə eyniləşdirərək, bu ifadəni “Tanrıların atəşi” kimi 

izah  etmişlər.  Halbuki  qədim  Bakı,  yəni  İçərişəhər  ərazisində 

“atəş” olmasına dair heç bir məlumat yoxdur. Həm də bu barədə 

yazan  tədqiqatçılar  qədim  fars  dilindəki  “bəğə”  sözünü  (26,  I  c., 

551) həmişə təhrif olunmuş formada – “bağa” şəklində yazmışlar. 

Nəhayət, “Bağavan” sözünü iranmənşəli hesab edən tədqiqatçılar 

belə  bir  suala  da  cavab  verməlidirlər  ki,  əgər  onların  ehtimalı 

doğrudursa,  onda  bəs  nəyə  görə  Bakının  ən  qədim  abidəsi  olan 

Qız qalasının adı açıq-aşkar türkmənşəlidir? Göründüyü kimi, bu 

etimologiya ziddiyyətlərlə doludur və tənqidə dözmür. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə