DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə13/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   9   10   11   12   13   14   15   16   ...   77

38 

 

Əslində isə “Atli Bağavan” adı da türkmənşəlidir və yalnız bu 



ifadənin  sonundakı  cəm  şəkilçisi  iranməşəlidir.  Bu  isə  təbii  bir 

haldır, çünki  hər hansı  bir toplunun adı  çəkilərkən bu ad həmişə 

həmin toplunun adını çəkən xalqın dilində cəm formasında işlənir 

(Məsələn,  farslar,  almanlar,  naxçıvanlılar,  tələbələr  və  s.).  “Atli 

Bağavan”  adını  tatların  dilindən  eşidib  yazıya  alan  V  əsr  erməni 

müəllifləri isə həmin dövrdə baş verən hadisələrin içərisində idilər 

(çünki hunlar gürcülər və ermənilər yaşıyan ərazilərə də yürüşlər 

keçirirdilər)  və  ona  görə  də  onlar  bu  dəstələrin  Atli,  yəni  Atilla 

dəstələri olmasını çox yaxşı bilirdilər. Avropa yazılı mənbələrində 

“Attila” adlanan hun kralının adı sadə xalq arasında məhz “Atli” 

şəklində işlənmişdir (Elə türk xalqlarının özləri də “Attila” adını 

öz  dillərində  rahat  tələffüz  etmək  üçün  “Atilla”  formasında  işlə-

dirlər). German-Skandinav dastanlarında da onun adı məhz “Atli” 

kimi  verilmişdir  və  tədqiqatçılar  bu  saqalardakı  həmin  obrazdan 

danışarkən  həmişə  onun  tarixi  Attila  olduğunu  da  qeyd  edirlər 

(21, 121). 

VI-VII  əsr  mənbələrinin  bəzilərində  isə  Bakının  qadim  adı 

“Bağavan” yox, Baquan şəklində yazılmışdır. Bu isə o deməkdir 

ki,  ətrafdakı  irandilli  xalqlar  indiyədək  “bağlar”  (“bağavan”)  ad-

landırdıqları dəstələrin artıq “qun” (hun) bağları (dəstələri) oldu-

ğunu bilirlər və öz dillərində onları “baği-qun” (hun bağları) ad-

landırmağa başlamışlar. İki sözdən ibarət adlar isə təfəkkürdə ifa-

də, söz birləşməsi kimi yox, xüsusi ad kimi qavranıldığı hallarda 

müəyyən dövrdən sonra substantivləşib, bir ada çevrilməyə məh-

kumdurlar. Hətta tanrı  adları da bu baxımdan istisna təşkil etmə-

mişlər. Məsələn, hunlarda baş tanrıya “Tanq uri”, yəni “Dan oğ-

lu”  (“Şəfəq  oğlu”)  deyirdilər  (8,  82).  Ancaq  bu  ifadə  Göytürk 

dövründə artıq “Tenqri”, indi bizim dilimizdə isə “Tanrı” forması 

almışdır.  Həxamənişilər  dövrünün  (e.ə.  VI  –  b.e.  IV  əsrləri)  baş 

Tanrısı  Ahura  Məzdaya  isə  Sasanilər  dövründə  (III-VII  əsrlər) 

“Hörmüzd” deyilirdi (6, 162). 

Məhz  bu  səbəblərdən  də  “Baği-qun”  ifadəsinin  də  sonradan 

danışıq  dilində  “Baqu”  forması  alması  mahiyyətcə  qaçılmazdır. 

“Baquan” forması isə “Baqu” sözünün irandilli xalqların dilindəki 




39 

 

cəm formasıdır. Etnonimlərin sonradan həmin xalqın və ya toplu-



nun yaşadığı ərazini, yeri bildirən toponimə çevrilməsi də adi hal-

dır.  Buna  ən  bariz  nümunə  kimi  Abşeron  yarmadasında  türkdilli 

əhalinin  yaşadığı  Türkan  kəndini  göstərmək  olar.  Ətrafdakı  tat-

dilli əhali əvvəlcə bu toplumun özünü “türkan”, yəni “türklər” ad-

landırmış, sonra isə bu ad türklərin yaşadığı kəndə də şamil edil-

mişdir. 


Bütün bu deyilənlər aydın şəkildə göstərir ki, Bakının əsası V 

əsrdə hunlar tərəfindən qoyulmuş, Qız qalası isə onun ilk tikilisi 

olmuşdur.  Həmin  zaman  Bakı  ərazisində  baş  verən  hadisələr  isə 

hətta XIX  əsrədək  əfsanə və rəvayətlər şəklində  xalq  yaddaşında 

saxlanılmışdır.  Belə  ki,  XIX  əsrdə  akademik  B.Dorn  tərəfindən 

Bakı  sakinlərinin  dilindən  yazıya  alınmış  bir  rəvayətə  əsasən 

Bakının  əsası  Xunsar  (hunların  başçısı)  tərəfindən  qoyulmuşdur 

(17, 173). Bu addakı arxaik “sar” sözü orta əsrlərdə bəzi irandilli 

xalqların dilində “başçı” mənasında işlənmişdir (26, II c., s.1790). 

İçərişəhər ərazisində aparılmış arxeoloji axtarışlar da Bakının 

məhz  V  əsrdən  etibarən  yaşayış  məskəninə  çevrilməsini  təsdiq 

edir. “Azərbaycan Ensiklopediyası”nda oxuyuruq:  “Bakıda tapıl-

mış  5-7-ci  əsrlərə  aid  Sasani  dəfinəsi  o  dövrdə  buranın  yaşayış 

məntəqəsi olduğunu göstərir. 5-6-cı əsr mənbələrində Bağavan və 

Atəşi-Bağavan (qədim mənbələrdə “Atli Bağavan” şəklində yazı-

lıb K.H.) adlandırılır. Ərəb mənbələrində (10 əsr) “Bakuyə”, “Ba-

kuh”, “Baku”, rus məxəzlərində (15 əsr) Baka, Səfəvilər dövründə 

farsdilli mənbələrdə “Badkubə” kimi qeyd edilib” (2, I c., s.550). 

“Küləkdöyən” mənasını verən “Badkubə” variantı, sözsüz ki, 

sonralar  yaranmış  xalq  etimologiyasının  məhsuludur.  Həmin  si-

tatda yer almış “Atəşi Bağavan” variantı isə, artıq deyildiyi kimi, 

“Atli Bağavan” (“Atilla dəstələri”) ifadəsinin təhrif olunmuş for-

masıdır. 

Nəhayət, bunu da qeyd etməyi lazım bilirik ki, məqalədə gəti-

rilən  tarixi  məlumatların  çoxu  bizdən  əvvəlki  tədqiqatçıların  bə-

zilərinin  əsərlərində,  xüsusilə  də  S.Aşurbəylinin  “Bakı  şəhərinin 

tarixi” kitabında da vardır. Fikrimizcə, bu müəlliflər sadəcə həmin 

məlumatları dövrün tarixi hadisələri fonunda, düzgün elmi istiqa-




40 

 

mətdə  araşdırıb,  onlardan  müvafiq  tarixi  hadisələrin  gedişinə 



uyğun nəticələr çıxarılması işində çətinlik çəkmişlər. 

Müxtəlif  mənbələrdən  götürülmüş  bu  məlumatları  düzgün 

elmi  prinsiplər  və  məntiq  əsasında  araşdırdıqda  isə  nəinki  onlar 

arasında heç bir ziddiyyət ortaya çıxmır, əksinə, onlar biri digərini 

tamamlayaraq,  Qız  qalası  və  Bakının  mənşəyinə  dair  yuxarıda 

deyilən fikirləri birmənalı şəkildə təsdiq edirlər. 

Sonda  bir  məsələyə  də  diqqət  yönəltmək  istərdik.  Məlumdur 

ki, hunlar həm Asiya, həm də Avropa tarixində mühüm yeri olan 

xalqlardan  biri  olmuşlar.  Avropalılar  hələ  orta  məktəb  dərs-

liklərindən  hun  tarixi  ilə  tanış  olurlar.  Ancaq  hun  mədəniyyət 

abidələri  bizim  zəmanəmizə  qədər  gəlib  çatmamışdır.  Bu  səbəb-

dəndir  ki,  mütəxəssislər  həmişə  Qız  qalasını  “dünyada  bənzəri 

olmayan  bir  abidə”  (7,  177)  hesab  etmişlər.  Əgər  biz  bu  “bən-

zərsiz” abidəni nəhayət  ki, öz həqiqi sahiblərinin adı ilə dünyaya 

təqdim  etsək,  onun  tarixi-mədəni  qiyməti  və  şöhrəti  daha  da 

artacaqdır.  Abidənin  dağılmış  baş  hissəsinin  və  XIII  əsrdə 

uçurulmuş  sağ  “qanadının”  yuxarıda  deyilən  şəkildə  bərpası  isə 

qalanın  ilkin  harmonik  vəziyyətini  özünə  qaytarmaqla,  onu  daha 

da möhtəşəm və cazibədar edə bilər. 

 

Ədəbiyyat 

1.  Azərbaycan  tarixi.  Ən  qədim  zamanlardan  XX  əsrin  əvvəl-

lərinə qədər. Akad. İ.Əliyevin redaktəsi ilə. Bakı: “Elm”, 1993. 

2.  Azərbaycan Sovet Ensiklopediyası. On cilddə. Bakı: I c., 1976; 

III c., 1979. 

3.  Bartold  V.V.  Müsəlman  dünyası  tarixində  Xəzəryanı  bölgələ-

rin yeri. Bakı: “Elm”, 1999. 

4.  Bəydili C. Türk mifoloji sözlüyü. Bakı: “Elm”, 2003. 

5.  Hüseynoğlu  K.  Qədim  Turan:  mifdən  tarixə  doğru.  Bakı: 

“MBM”, 2006. 

6.  Hüseynoğlu  K.  Mifin  mənşəyi,  mahiyyəti  və  tipologiyası. 

Bakı: “Elm və təhsil”, 2010. 

7.  İçərişəhər. Toplu.Tərtibçi-müəllif İ.Atakişiyev. Bakı.2012. 

8.  Qasımova  F.  Türk  mifologiyasında  mədəni  qəhrəman  proble-

mi. Bakı: “Nurlan”, 2012. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə