DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə15/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

45 

 

Ələsgərin



1

 özüdür lap 

Pənahın nəvəsi Pənah! 

(«Pənah») 



 

Aşığın sirdaşı telli SAZ olub, 

Sevənin qışı da güllü yaz olub. 

Səhvə bax – çiçəklər açılıb erkən, 

Odur ki,bağların barı az olub. 

(«Rübai») 

*   *   * 

Bir vüsal məclisi qurun bu yerdə, 

Çalın SAZINIZI, çalın, aşıqlar! 

Xəzərin Şirvanı qucduğu yerdə 

Ceyran məclisi var, ceyran toyu var. 

(«Ceyran toyu») 

*   *   * 

Nənəm Məhsətini Vətən ziyası 

Qürbətdən sevdiyi elə gətirdi; 

Heyranın qəzəli, Pərinin SAZI 

Sənətə əbədi şölə gətirdi. 

(«Yurdumun qızları») 

*   *   * 

Bir atasız hönkür-hönkür ağladı, 

Qəm sinəmdə sellər kimi çağladı; 

Didərginlər ürəyimi dağladı, 

Sınıq könlüm sınıq TAPA bənzədi. 

(«Bənzədi») 

*   *   * 

Gül bülbülə ilham verər, 

Könül yara, MİZRAB TARA… 

(«Tövsiyəli sətirlərim») 

 

 

                                                           



1

 Ə.Pənahoğlu 




46 

 

Söz açaq o mələs narınlan, 



Xalacın bol üzüm barınelan; 

Səs gəlir könlümün TARINDAN: 

İgidli, ad-sanlı Salyanım! 

(«Salyanım») 



Bağların barı şirin, 

Üzümü, narı şirin. 

Deyirəm kaş dirilib, 

Dindirə TARI Şirin. 

(«Muğan bayatıları») 



Heyranam füsünkar yaşıllıqlara, 

Gözəllik, musiqi yurdudur bura; 

Təbiət bənzəyir köklənmiş TARA, 

Ürəyim çırpınır hər teldən ötrü. 

(«Mənzərə») 



Durub keşiyində Babadağ, Dübrar, 

Daha baş qaldırmaz ayrılıq, qubar; 

Ürək pıçıldayır: «Oxu, oxu, TAR!»

1

 

Bir vaxt «SINDIRILAN SAZ»ı gözəldir. 

(«Xızı») 

 

Axşam havalanır TAP, QAVAL səsi, 

Vüsal səadətlə əkiz bacıdır; 

Payız il ömrünün kamilləşməsi, 

Bolluq gözəlinin qızıl tacıdır. 

(«Payız») 



Çalınıram SAZ kimi, 

Fərəhim birə mindir; 

Balamın təbəssümü 

Açılan səhərimdir. 

 

                                                           

1

 M.Müşfiqin poemasına işarədir 




47 

 

Qonşu da TAR kökləyib; 



Nəvəsi iməkləyib

Atalar gözəl deyib: 

«Bala baldan şirindir». 

(«Baldan şirin») 



Heç vaxt bu gecəni unutmarıq biz, 

Salon ağzınadək dop-dolu, səssiz; 

Bir TARI iki mərd qoşa dindirir – 

Biri sol qolsuzdur, biri sağ əlsiz. 

 

SİMLƏRİN harayı ucalır göyə, 

Dünya səksəkəli yaşasın niyə? 

Bir TARPI iki mərd qoşa dindirir, 

Lənət yağdıraraq müharibəyə. 

(«Düşüncələr çələngi») 



Qoşqarın, Kəpəzin əriyən qarı 

Çay olub tələsir çöllərə sarı. 

Çoban TÜTƏYİNİN xoş sədaları 

Kürə ərməğandır Muğan düzündən. 

(«Bahar») 



Od qədim sərvətimiz, şöhrətimiz… Zira bu gün 

İki sahil arasında dolaşan UD səsi od! 

(«Od») 


 

 



48 

 

Akif Əliyev 



filologiya üzrə fəlsəfə doktoru, dosent 

 

FÜZULİNİN ZƏMANƏSİNDƏN ŞİKAYƏTİ  



 

Azərbaycan ədəbiyyatının inkişafı, tərəqqisi tarıxində M.Fü-

zuli üç dildə yazıb-yaratmış bir sənətkardır. Nizami, Xətai, Xəqa-

ni ədəbi ənənələrindən bəhrələnmiş şairin ölməz irsi müxtəlif as-

pektlərdə  füzulişünasıqda  Abdulla  Surdan  başlamış  M.Cəlal, 

H.Araslı, A.Rüstəmova, Ə.Ağayev, F.Qasımzadə,A.Vəfalı, S.Əli-

yev və b. görkəmli ədəbiyyatşünas alimlərimiz tərəfindən tədqiqa-

ta cəlb olunsa da bu əsərlər indi də öz aktuallığını saxlamaqdadır. 

Yaxın  Şərqin  Bağdad  şəhərində  yaşayıb-yaratmış  M.Füzuli 

farsca yazdığı şeirlərilə Azərbaycan klassik poeziyasının xalq hə-

yatı ilə əlaqəsini möhkəmləndirmiş,onun ictimai-fəlsəfi məzmun, 

bədii  dil  və  üslub  cəhətdən  zənginləşməsinə  təsir  göstərmişdir. 

Şair  anadan  olduğu  yer  haqqında  tarixi  həqiqətə  öz  şeiri  ilə  bir 

aydınlıq gətirmişdir: 



Ey Füzuli,məskanım çün Kərbəladır,şeirimin 

Hörməti hər yerdə vardır, xalq onun müştəqıdir 

Nə qızıldır, nə gümüş nə  ləlü,nə mirvarıdır, 

Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır [1; 351]. 

XV  əsrin  sonu,  XVI  əsrin  əvvəllərində  sənət  dünyasına  gə-

lən  şairin  uşaqlıq  və  gənclik  dövrü  feodal  cəmiyyətin  tüğyan 

etdiyi  qanlı  müharibələrin,  saray  çəkişmələrinin  şahidi  olmuş  və 

onları  tarixi  həqiqətlər    işığında  təsvir  etmişdir.  Xüsusilə  Uzun 

Həsən və Şah İsmayıl Səfəvilərin hakimiyyəti dövrünə şair  geniş 

yer  verir.  Həm  də  Şah  İsmayılın  azərbaycan  dilinə  onun  dövlət 

dili  kimi  qəbul  edilməsini  alqışlayırdı.  Bu  dildə  məktəblər  açıl-

masını zəruri hesab edən Füzuli məhz bu səbəbdən Azərbaycanın 

qüdrətli xalq şairi kimi böyük mövqe qazanmışdır. 

Şair öz ana dilinin Azərbaycan dili olduğunu ucadan bəyan 

edərək  yazırdı:  “Bəzən  ərəbcə  şeir  yazdım  və  ərəb  fəsihlərini  

müxtəlif məzumələrimlə şadlandırdım. Bu mənim üçün asan  idi. 

Çünki  mənim  elmi  bəhslər  dilim  ərəbcə  idi.  Bəzən  türkcə  şeir  




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə