DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə17/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

52 

 

larla: ehyam, ironiya, istehza, rişxənd, həcv, məsxərə və s. verilir. 



Bu  məsələlərə  xüsusi  diqqət  yetirən  xalq  yazıçısı  Mehdi  Hüseyn 

yazır: Füzulinin böyüklüyü ondadır ki, o, öz dövrünün nöqsanla-

rına göz yumamışdır. O, bir insanpərvər kimi, insan səadəti aşiqi 

kimi,  gördüyü  haqsızlıqlara  qarşı  üsyan  etmiş,  fəryad  qoparmış 

insan kədərini ifadə etmişdir.” [9]. 

Doğrudan  da  M.Hüseynin  təbirincə  desək,  M.Füzuli  zəma-

nəsinin  haqsızlıqlarını,  xalqa  zülm-işgəncə  verən  məmurların  iç 

üzünü  görmüş  onları  sənətkar  ustalığı  ilə  tənqid  atəşinə  tuta 

bilmişdir. Bir cəhəti də qeyd edək ki, Füzuli zəmanəsindən şika-

yəti  satira  üslubunda  yox,  tənqid  şəklində  demişdir.  Bu  tənqiddə 

isə güclü bir üsyan, fəryad, kədər vardı. 

Sevindirici  haldır  ki,  dahi  şairin  yaradıcılığındakı  bu  mə-

qamlar ilk füzulişünas, tənqidçi və ədəbiyyatşünas  Abdulla Surun 

tədqiqatlarında – Azərbaycan ədəbiyyatı tarixi [1;479] kapital əsə-

rində  öz  əksini  tapmışdır.  Nəticədə  onu  da  qeyd  edək  ki,  Azər-

baycan  ədəbiyyatının  qüdrətli  şairi  M.Füzulinin  hər  bir  əsərində 

zəmanədən  şikayət  məzmun  və  forma  baxımından  müxtəlif 

üsullarla şərh olunur. 

 

Ədəbiyyat 

 

1. Azərbaycan ədəbiyyatı tarixi III cilddə. I cild,Bakı,1960 



2. M.Füzuli .Seçilmiş əsərləri.Bakı,1984 

3. H.Araslı.Füzuli. Bakı,1958 

4. M.Quluzadə.Füzulinin lirikası.Bakı,1965 

5. M.Cəlal. Füzuli sənətkarlığı.Bakı,1958 

6. M.Cəfər. Füzuli düşünür.Bakı, 1959 

7. A.Vəfalı. Füzuli öyrədir. Bakı, 1977 

8. S.Əliyev. Füzulinin poetikası. Bakı, 1986 

9. M.Hüseyn. Ədəbiyyat və sənət məsəslələri. Bakı, 1958 

 



53 

 

Xülasə 

Məqalə XVI əsrdə yaşayıb yaratmış klassik Azərbaycan şairi 

M.Füzulinin yaradıcılığından bəhs edir. 

 

Резюме 

В  статье  рассказывается  о  творчестве  классического 

Азербайджанского поэта М.Физули, который жил и творил в 

шестнадцатом веке. 

 

Summary 

The article describes the work of the classical Azerbaijanian 

poet M.Fuzuli, who lived and created in the sixteenth century. 

 

 



 


54 

 

Xoşbəxt Əliyeva 



böyük elmi işçi, f.f.d. 

 

MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINDA  



FOLKLOR ƏNƏNƏLƏRİ  

 

Dünya ədəbiyyatının dahi sənətkarı Məhəmməd Füzuli 1498-



ci  ildə Şərqin mühüm mədəniyyət  mərkəzlərindən biri  olan  Bağ-

dad yaxınlığında Kərbala şəhərində anadan olmuşdur. Məhəmməd 

onun  adı,  Füzuli  təxəllüsüdür.  Füzulinin  atası  Süleyman  əsil-nə-

səbcə  Azərbaycan  türklərindən-qədim  Oğuz  əşirətinin  Bayat  tay-

fasındandır.Şair  ilk  təhsilini  Kərbalada  almış,  Bağdadda  davam 

etdirmişdir. iraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Fü-

zuli şəxsi mütaliəsi sahəsində orta əsr elmləri, xüsusən dini-fəlsəfi 

cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından 

tanış  olmuş,  klassik  türk,  ərəb,  fars  və  hind  ədəbiyyatını  öyrən-

mişdir. 


Füzulinin elmi irsi onun bədii yaradıcılığı qədər mürəkkəb və 

aktual olub. O özünəqədərki klassik Şərq şeirinin ən yaxşı ənənə-

lərini ustadcasına davam və inkişaf etdirmişdir. Füzuli Şərq şeiri-

ni saysız-hesabsız yaradıcılıq uğurları ilə çoxaltmış, sözün əsl mə-

nasında, ənənə  ilə  yeniliyi birləşdirmişdir. Özündən əvvəlki Şərq 

və  Qərbi  bədii  fikir  inkişafını  aydın  göstərən  Füzuli  sənəti  eyni 

zamanda örnək və etalona çevrilib. Buna görə də o, özündən son-

rakı əsərlərin mənəvi tərəqqisinə təkan vermişdi. Füzuli azərbay-

canca,  farsca  və  ərəbcə  müxtəlif  janrlı  bədii  və  elmi  əsərlər  yaz-

mışdır. 


Məhəmməd  Füzulinin  ilk  əsəri  «Bəngü-Badə»  («Tiryək  və 

Şərab») olmuşdur. O bu əsəri Şah İsmayıl Xətaiyə ithaf etmişdir. 

Bundan başqa I Şah Təhmasibə və onun şərkərdələrinə, ayrı-ayrı 

valilərə, xanlara qəsidələr yazmışdır. 

Yaradıcılığının  zirvəsi  olan  «Leyli  və  Məcnun»  poemasını 

1537-ci  ildə  qələmə  almışdır.  Füzuli  bu  əsəri  Bağdada  gələn 

Sultan Süleyman Qanuniyə həsr etmişdir. 

Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, 

rübai,  qitə,  mürəbbe  və  başqa  gözəl  əsərlər  yazmışdır.  Fəlsəfi 



55 

 

mahiyyətli  qəsidələri,  «Yeddi  cam»,  «Ənisül-qəlb»,  «Səhhət  və 



Mərəz»,  «Şikayətnamə»  əsərlərini  qocalıq  dövründə  qələmə 

almışdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə 

salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir. 

Məhəmməd  Füzulinin  «Leyli və Məcnun»  əsəri Azərbaycan, 

eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. «Leyli 

və  Məcnun»  mövzusunun  Yaxın  Şərq  ədəbiyyatında  çox  qədim 

bir  tarixi  vardır.  Tarixi  mənbələr  aydınlaşdırır  ki,  bu  mövzu  

qədim  zamanlarda  ərəb  şifahi  xalq  ədəbiyyatında  mövcud  imiş. 

Əsrlərcə şifahi  şəkildə Şərq xalqları içərisində  yayılan  «Leyli və 

Məcnun»  əhvalatı  ərəb  əfsanəsinə  çevrilmişdir. Nizami Gəncəvi-

nin  ilk  dəfə  yazılı  ədəbiyyata  gətirdiyi  «Leyli  və  Məcnun»  

poemasının  mövzusu  bir  çox  türk,  fars,  hind,  özbək  və  tacik 

şairləri  tərəfindən  də  qələmə  alınmışdır.  Dahi  Azərbaycan  şairi 

Məhəmməd  Füzulinin «Leyli və Məcnun» əsəri orijinallığı ilə bu 

mövzuda əvvəllər yazılmış poemalar arasında xüsusi bir yer tutur. 

Məhəmməd  Füzuli  yaradıcılığında  folklor  ənənələrinin  poe-

ziyamızla, bədii ədəbiyyatımızla qırılmaz əlaqəsi onun dühasının 

məhsuludur. Şair xalq folklorundan geniş istifadə etmişdir. Füzuli 

xalqın  zəngin  söz  sərvətini  dərindən  öyrənmiş  və  öz  əsərlərində 

yeri gəldikcə geniş istifadə etmişdir. Bayatılarda, nağıllarda yaşa-

yan  xalq  dünyagörüşü,  həyata,  məhəbbətə  baxışı  Füzuli  poezi-

yasına  bir  doğmalıq  gətirmişdir.  Xalq  folkloru  ənənələri  Füzuli 

üçün  əvəzsiz  fikir  mənbəyi  olmuşdur.  Zamanın  qüdrətli  şairi  ol-

duğundan  xalqın  sevgisini  qazanmışdır.  Füzuli  yaradıcılığı  dərin 

məzmunu,  pak,  ülvi  hissləri  ilə  xalq  qaynaqlarından  bəhrələnən 

fəlsəfi bir poeziyadır. 

Füzulinin «Leyli və Məcnun» əsərinin qəhrəmanı Məcnundur. 

Şair  Məcnun  simasında  dini  ənənələrə  boyun  əymək  istəməyən, 

adətlərə  tabe  olmayan,  əsirliyini  hiss  edib,  əsarətdən  qurtarmağa 

can  atan,  azadlıq  uğrunda  hər  şeydən    keçən  şeriyyəti  qələmə 

almışdır. Füzuli yazır: 

«Lütf eylə!-dedilər, ey-süxənsəns! 

Faş eylə cahənə bir nihan gənc! 

Leyli-Məcnun əsəmdə çoxdur, 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə