DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə18/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   14   15   16   17   18   19   20   21   ...   77

56 

 

Ətrakdə ol fəsahə yoxdur. 



Təqrirə gətir bu dastanı, 

Qıl tazə bu əski bustanı». 

Bildim bu qəziyyə imtəhandır. 

Zira ki, bu bir bəlayi-candır, 

Sevdası dirazi bəhri kitah, 

Məzmunu fabanə naləvi ah. 

Bir bəzmi müsibəti bəladır 

Kim, əvvəli ğəm,sonu fənadır. (6.s.12) 

Füzuli yaradıcılığını xalq ruhu, xalq mənəviyyatı ilə bağlayan 

tellər qüvvəti olduğu qədər də çoxdur. Şair, övladı olduğu xalqın 

bədii irsini incədən-incəyə araşdırıb, onun ən yaxşı cəhətlərindən 

bütün  ömrü  boyu  öyrənmişdir.  «Füzuli  əsl  mənada  xalqla  nəfəs 

almış, xalqın duyğu və düşüncələri, məhəbbəti ilə yaşamışdır. Bu 

keyfiyyət  şair  ömrünün  mənası  olmuşdur.  Maraqlıdır  ki,  Füzuli 

xalqa bu dərəcədə bağlılığını tez-tez xatırlamağı nəinki vacib bil-

mir, hətta yersiz sayır. Böyük məhəbbət şairinin ayrı-ayrı qəzəllə-

rindən başlamış, ta «Leyli və Məcnun» eşq abidəsinə qədər yazdı-

ğı  əsərlərdə  möhkəm  qənaəti  belədir  ki,  əsl  aşiq  ürəkdə  sevər, 

dildə  yox. Əsl  aşiq  pünhani,gizli-gizli  yanar və  öz fədakarlığı  ilə 

ikinci tərəfin boynuna minnət qoymağa cəhd etməz. Əsl məhəbbət 

hər şeyə qadir, hər şeydən uca olan təmiz, minnətsiz məhəbbətdir. 

Bu əqidənin aydın ifadəsini şairin öz xalqına, onun yaradıb yaşa-

dıqlarına  bəslədiyi  çox  güclü  müqəddəs  məhəbbətində  də  görü-

rük» (2. s.79). 

Məhəmməd    Füzuli  yaradıcılığında  folklor  ənənələri,  xalq 

mənəviyyatı  ilə  bağlı  olduğu  kimi,  həm  də  bir  müsəlman  övladı 

tək  dinə  çox  bağlı  şəxsiyyət  olub.  Şərq  ədəbiyyatında  İslam 

dininin  və  onun  müqəddəs  kitabı  «Qurani  –Kərim»in  ədəbiyyata 

olan təsirini xatırlamamaq mümkün deyil. Əsrlər boyu müsəlman 

xalqlarının  mənəvi  dünyası  elm  və  mədəniyyəti  «Qurani-

Kərim»in  yüksək  ideallarından  qida  almışdır.  İslam  dininin  gücü 

ilə müsəlman Şərqində bütün bəşəriyyəti heyran qoyan,  yaradıcı-

lıqlarının yüksək dəyəri ilə əsərləri adlayıb bu gün də uca zirvədə 

dayanan Nizami, Firdovsi, Füzuli kimi sənətkarlar yetişmişdir. 



57 

 

Füzuli  yaradıcılığı,  sənət  dünyası  sanki  «Qurani-Kərim»lə 



nəfəs alır, şair Quranla bağlı mövzulara dönə-dönə müraciət edir, 

bədii ifadələrinin misilsiz gözəlliyini çox vaxt bu ecazkar kitabın 

səhifələrindən əxz edir: 

Ol çeşmələr eyləyib rəvanə, 

Olmuşdu olara ata-anə. 

Təmim ilə qılmış onu həq yad

Quranda – «Əlcibalü övtad». 

Məcnun ona eyləyib tamaşa, 

Bir odlu sürüd qıldı inşa. (6.58) 

 

Məhəmməd  Füzuli yaradıcılığına «Quran» rəvayətlərinin təsi-



ri çox güclü olmuşdur. Şairin sənətində «Qurani Kərim»in burax-

dığı təsirdən biz onun pak, mömin, Allahsevər bir insan olduğunu 

görürük. Şair həm də insanı-insanlığın həqiqət axtarışlarında mə-

ruz qaldığı faciənin poetik mənzərəsini şeirinin əsas məqsədi edir. 

Haqla-həqiqətlə, Allahla vəhdət yollarında Füzulinin məhəbbət və 

gözəllik amili hüdudsuz maneələrlə üzləşir. Füzuli şeirində mənə-

vi əxlaqi və ictimai gercəkliyin şərhi üstünlük təşkil edir. Əzabkeş 

Məcnunun  çəkdiyi  kədər,  iztirab  Füzulinin  hər  beytində  qeyd 

olunur: 

Ya rəb,bu həəmsara həqiçün! 

Bu məbədi-pürsəfa həqiçün! 

Qıl məndə binayi-eşqi daim

Mənəndi əsasi-Kəbə qaim! 

Sal könlümə dərdi-eşqdən dəm, 

Hər ləhzəvü hər zamanü hər dəm! 

Eşq içrə müdam şövqüm artır, 

Hər qanda ki, aləm içrə qəm var. 

Qıl könlümü ol gəmə giriftar! 

Əndişeyi-əqidən cüda qıl! 

Eşq ilə həmişə aşina qıl! 

Artır mənə zövqü  şövqi-Leyli, 

Daim mənə onda qıl təsəlli! (6.55) 

 



58 

 

Məcnun Leylinin eşqi üçün Kəbədə Allaha yalvarıb deyir: Ya 



rəb! Məndə  eşqin  binasını daim elə  Kəbənin  əsası  kimi  möhkəm 

elə hər ləhzə. Hər zaman, hər an eşq dərindən könlümə qəm. Sal; 

eşq  yolunda  müdam  şövqümü  artır,  şövq  ilə  həmişə  zövqümü 

artır, dünyanın harasında qəm varsa, könlümü o qəmə düçar elə. 

Sonra Füzuli yazır: 

Bir-bir eşidib sözun atası, 

Bildi ki, qəbul olur duası. 

Əfzun olur ol ğəmü məlamət

Mümkün deyil oğluna səlamət. (6.s.57) 

Məcnunun  müqəddəs  Kəbədə  etdiyi  dua  qəbul  olunur.  Allah 

pak, təmiz məhəbbəti eşidir və Məcnuna Məcnun sevgisi verir. O, 

pak idi, duası da qəbul olunur. 

Füzuli yaradıcılığı boyu bütün dinlərə hörmətlə yanaşan, Uca 

Tanrıya hədsiz məhəbbət tərənnüm edən, eləcə də insana verdiyi 

yüksək  qiymətlə    fərqlənən  bir  şairdir.  Füzulinin  insanpərvərliyi 

onun tanrısevərliyindən qida alır. Şair tez-tez Quran rəvayətlərinə 

müraciət  etməklə  yaradıcılığının  bu  əsas  cəhətinin  –  Allahsevər-

liyini  və  insanpərvərliyini  bir  daha  nümayiş  etdirir.  Füzuli  yara-

dıcılığında  folklor  ənənələrindən  istifadə  edərək  Quran  rəvayət-

lərindən əvəzsiz fikir mənbəyi kimi istifadə etmişdir. Şair Adəm, 

Nuh, İbrahim, Yusif, İsa, Musa, Əyyub və başqa peyğəmbərlərlə 

bağlı  hekayələr,  eləcə  də  Məhəmməd  əleyhissəlamın  meracı  və 

başqa hadisəsi ilə bağlı rəvayətlər əsərlərində öz əksini tapmışdır. 

Füzuli poeziyasında tez-tez rast gəldiyimiz surətlərdən biri də 

Xızır  əleyhissəlamdır.  Xızırın  adı  «Qurani-Kərim»də  Əl-Kəhf 

(«Mağara») 18 surəsində adı çəkilmişdir. Dini rəvayətlərdə Xızı-

rın  adı  gah  Musa  əleyhissəlamla,  gah  da  İsgəndər  Zülqərneynlə 

yanaşı verilmişdir. Xızır dirilik suyu içib və bu dünyada ölməzlik 

qazanmışdır.  Bu  səbəbdən  Xızır  müxtəlif  zamanlarda  yaşamış 

peyğəmbərlərlə  bağlı  rəvayətlər  danışılır.  Kəhf  surəsində  Musa 

əleyhissəlamla Xızırın görüşdüyü yazılıb: 

Quranı  Kərim,  Əl-Kəhf  («Mağara»)  surəsi.  60. 

Ya  Məhəm-



məd/ Yadına sal ki bir zaman Musa öz gənc dostuna 

xidmətində 



olan  Yuşə  ibn  Nyna

  belə  demişdir:  «Mən  /Xızırla  görüşmək 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə