DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə2/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   2   3   4   5   6   7   8   9   ...   77

 

onun ayrı-ayrı elementlərinin yaranması «mütləq varlığın» - tanrı-



nın  yardımı  ilə  həyata  keçirilir.  Bu  mə’nada  Füzuli  də  zamanı 

müasir alimlər kimi iki yerə bölür:  

 

 

ELMİ BÖLGÜ : 



FÜZULİNİN BÖLGÜSÜ: 

1.Mifik zaman 

2.Emprik - tarixi zaman 

Qədimi-zamani 

Qədimi-zati 

 

 



Şairir  verdiyi  izahata  diqqət  yetirsək  E.Meletinskinin  «mifik 

zaman» anlayışı haqqında söylədikləri ilə üst-üstə düşən qənaətlə-

ri görməmək mümkün deyil: «Qədim iki cürədir. Bunlardan birisi 

zatən qədimdir («qədimi-zati»), yəni o öz varlığı e’tibarilə başqa-

sına möhtac deyildir. Digəri isə zamanca qədimdi (qədimi-zama-

ni), yəni ondan əvvəl zaman olmamışdır».

1

 Böyük sənətkar Tanrı-



nın  yaratdıqlarını  hadis  adlandıraraq,  az  qala  müasir  mifoloqlar 

kimi bildirir ki, sonradan törənmişlər öz yoxluğundan qabaq möv-

cud  ola  bilməz.  «Hadis  də  iki  cürdür:  ibdai  və  zamani.  İbdai  - 

törəməsində başqasına möhtac olan hadisədir. Zamani isə özü ilə 

səbəbi  arasında  zaman  olan  hadisdir.  Vacibin  isbatında  bundan 

istifadə etsək, bir şey itirmərik… 

Vacib iki cürədir: birincisi, varlığından əvvəl yoxluq olmayan 

(vacibi-zati)  zatən  vacibdir;  ikincisi,  varlığından  əvvəl  yoxluq 

olan vacibdir»

2



«Mətləül-etiqad»da mifik düşüncənin əsasını təşkil edən varlıq 

və yoxluq haqqında maraqlı fikirlər irəli sürülür ki, onlar son yüz 

ildə yaranan nəzəriyyələrdə eyni şəkildə şərh olunur. Belə ki, həm 

şairin  qənaətində,  həm  də  miflərdə  «varlıq  iki  cürədir:  birincisi, 

mütləq varlıqdır ki, Tanrının varlığı buna misaldır. Belə varlıq də-

yişilməzdir və başqa kəsdən alınmamışdır; ikincisi , alınan - əldə 

edilən  varlıq,  mümkün  varlıqdır.  Belə  varlıq  dəyişiləndir  və 

başqasından  alınır»

3

.  Şair  yoxluğu  da  iki  formada  təsəvvür  edir: 



                                                           

1

 Füzuli.Göstərilən əsəri, s. 110. 



2

 Yenə orada. 

3

Yenə orada. 




 

birincisi,  mütləq  yoxluqdur  ki,  yaradılışı  qeyri-mümkün  olanın 



yoxluğuqu  buna  misaldır.  İkincisi,  nisbi  yoxluqdur  ki,  törəməsi, 

yaranması mümkün olanın yoxluğu buna misaldır.  

Mifin  meydana  gəlməsi  ilə  bağlı  psixoanalitik  Yunqun  irəli 

sürdüyü  arxetiplər  nəzəriyyəsi  ilə  Füzulinin  fikirlərinin  üst-üstə 

düşməsi  adamı  heyrətləndirir.  Üunq  belə  qənaətə  gəlir  ki,  mifik 

obrazlar  insan  beynində  öz-özünə  doğur    və  müxtəlif  formalarda 

təzahür  edir.  Kütləvi  inam  nəticəsində  kulta  çevrilir.

1

  Füzuli  də 



məsələni dini (şəriət) təsəvvürlər əsasında şərh edir: «Hərçənd ki, 

digər  tərəfdən  şəriətin  qəbul  etdiyi  işdə  ağıl  əsas  götürülür.  Biz 

ağılın  hökmünü  ancaq  elə  vəziyyətlərdə  qüsurlu  hesab  edirik  ki, 

səbəblər, vasitələr və onların tətbiqi  düzgün olmur və  yaxud uy-

durmaçılığa  yol  verilir.  Əgər  ağıl  belə  nöqsanlara  üstün  gələrsə, 

əlbəttə  ki,  onun  hökmü  yalnış  olmaz.  Məsələn,  peyğəmbərlərin 

vəhy qəbul etmək və qayda-qanun vermək barədəki ağılı belədir. 

Deməli,  əqliyyatın  hamısının  yanlış  olması  barədə  hökm  vermi-

rik; çünki bunların bə’zisi doğrudur».

2

 



«Mətləül-etiqad»da mifik düşüncənin əsasını təşkil edən varlıq 

və yoxluq haqqında maraqlı fikirlər irəli sürülür ki, onlar son yüz 

ildə yaranan nəzəriyyələrdə eyni şəkildə şərh olunur. Belə ki, həm 

şairin  qənaətində,  həm  də  miflərdə  «varlıq  iki  cürədir:  birincisi, 

mütləq varlıqdır ki, Tanrının varlığı buna misaldır. Belə varlıq də-

yişilməzdir və başqa kəsdən alınmamışdır; ikincisi , alınan - əldə 

edilən varlıq, mümkün varlıqdır. Belə varlıq dəyişiləndir və baş-

qasından alınır»

3

.  


Şair  yoxluğu  da  iki  formada  təsəvvür  edir:  birincisi,  mütləq 

yoxluqdur  ki,  yaradılışı  qeyri-mümkün  olanın  yoxluğuqu  buna 

misaldır.  İkincisi,  nisbi  yoxluqdur  ki,  törəməsi,  yaranması  müm-

kün olanın yoxluğu buna misaldır.  

Mifin  meydana  gəlməsi  ilə  bağlı  psixoanalitik  Yunqun  irəli 

sürdüyü  arxetiplər  nəzəriyyəsi  ilə  Füzulinin  fikirlərinin  üst-üstə 

düşməsi  adamı  heyrətləndirir.  Yunq  belə  qənaətə  gəlir  ki,  mifik 

                                                           

1

 Füzuli.Göstərilən əsəri, s. 111 



2

 Yenə orada. 

3

 Yenə orada.. 




 

obrazlar  insan  beynində  öz-özünə  doğur  və  müxtəlif  formalarda 



təzahür  edir.  Kütləvi  inam  nəticəsində  kulta  çevrilir.

1

  Füzuli  də 



məsələni dini (şəriət) təsəvvürlər əsasında şərh edir: «Hərçənd ki, 

digər  tərəfdən  şəriətin  qəbul  etdiyi  işdə  ağıl  əsas  götürülür.  Biz 

ağılın  hökmünü  ancaq  elə  vəziyyətlərdə  qüsurlu  hesab  edirik  ki, 

səbəblər, vasitələr və onların tətbiqi  düzgün olmur və  yaxud uy-

durmaçılığa  yol  verilir.  Əgər  ağıl  belə  nöqsanlara  üstün  gələrsə, 

əlbəttə  ki,  onun  hökmü  yalnış  olmaz.  Məsələn,  peyğəmbərlərin 

vəhy qəbul etmək və qayda-qanun vermək barədəki ağılı belədir. 

Deməli,  əqliyyatın  hamısının  yanlış  olması  barədə  hökm  vermi-

rik; çünki bunların bəzisi doğrudur».

2

 



Dünyanın  mənşəyindən  bəhs  açarkən  Füzuli  müasir  mifoloq-

lardan geri qalmır, əvvəl özünəqədərki Avropa (Antik Yunan) və 

Şərq  mütəfəkkirlərinin  fikirlərini  sadalayır.  Həmin  məlumatlar 

esxatoloji miflərə aydınlıq gətirmək üçün olduqca faydalıdır. Şair 

yazır: «Ağıllı insanlar dünyanın mənşəyi haqqında müxtəlif fikir-

lər irəli sürmüşlər. Filosoflardan Miletli Fales demişdir: «Aləmin 



bir  yaradıcısı  vardır.  Ağıllılar  bu  yaradıcının  sifətini  mahiyyətcə 

deyil,  ancaq  onun  əsərləri  etibarilə  dərk  edə  bilərlər.  O  elə  bir 

ünsür yaratmışdır ki, onda varlıqlar və məfhumların şəkli vardır. 

İstər  mə’nəvi,  istərsə  də  maddi  aləmdə  olan  bütün  varlıqların 

şəkli həmin ünsürdə vardır».

3

 Təsadüfi deyil ki, mif deyəndə çox 

hallarda  bədii  söz  sənətinin  janrı  deyil,  dünya  haqqında  ən  əski 

təsəvvürlərin  məcmusu  başa  düşülür.  Ona  görə  də  mif  əhvalat, 

söyləmə,  söz  yaradıcılığı  olmaqla  yanaşı,  başqa  formalarda  da 

təzahür edir. Belə ki, dünyanın, kainatın mifik dərki qədim ritual 

hərəkətləri ilə, qayaüstü rəsmlər, rəqslər, tamaşa, oyun, musiqi və 

mahnı vasitəsi ilə də mümkündür.  

Hər  bir  elm  sahəsi  dünyanın  düzgün  dərk  edilməsinə  xidmət 

edir.  Bu  mə’nada  elmi  axtarışlara  bir  traktatda  (neçə  əsr  əvvəl 

yaradılıb,  müəllifi  mə‘lum  deyil)  qoyulan  tələblərlə  yanaşmaq 

daha  məqsədəuyğundur:  «Əvvəl  tədqiqatın  predmetini  müəyyən-

                                                           

1

 Füzuli.Göstərilən əsəri, s. 111. 



2

 Yenə orada. 

3

 Quranın «Hud» surəsi, 7-ci ayə 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə