DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə20/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   16   17   18   19   20   21   22   23   ...   77

62 

 

Füzuli  poeziyasında  Xızır  əleyhissəlamın  Dirilik  suyu  içib 



əbəbi həyat qazandığını tez-tez dilə gətirir. 

 

Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən 



Kim, köyər gördükdə şəmin atəşi-sazanına. 

Fani ol eşq içrə kim, bənzər fənasi aşiqin 

Feyzi-cavid ilə Xızırın çeşmeyi-heyvanına! (6.s.144) 

və yaxud: 



Ya rəb kəmali-bargəhi-kibriya həqi! 

Yəni füruğı-nuri-rüxi-Müstəfa həqi! 

Qıl ğərqə bəhri-eşqə vüsudum şəfinəsin, 

Fərmani-Xırzə Musi edən iqtiba həqi! (6.s.148) 

Bu  qəzəldə  Füzuli  Xızırın  fərmanına  Musanın  etdiyi  iqtida 

haqqına,  vücudumun  gəmisini  eşq  dənizinə  qərq  elə  deyir.  «Qu-

rani-Kərim»də  Xızır  peyğəmbərlə  Musa  peyğəmbərin  gəmidəki 

görüşlərinə və oradakı hadisələrə bir işarədir. 

Başqa bir bənddə şair deyir: 

 

Xirə yetir abi-zindəgani! 

Vər aşiqi-mübtəla deyilsən

Məcruhi-gəmü bəla deyilsən, 

Təqib ilə göstərib əlamət, 

Qılma özünü, məni məlamət! 

Bir əqlü fərasət eylə peyda

Ancaq bizi etmə xəlqə risva! (6.s.158) 

və yaxud: 



Xızır vaqif olub həqiqətimə, 

Airdi ol rütbə ilə kisvətimə, 

Mənə eldən dəyər təpəncavü zür

Elə məndə yetər nişatü sürür (6.s.211) 

və yaxud: 



Ol şəhənşah ki, teyzindən umar kum müdam

Bəzmi-vəhdətdə əgər Xızrü, əgər İsadır. 

Çakəri-çakəri fəğfur ilə xaqan oluban, 

Bəndeyi-bəndəsi İskəndər ilə Daradır (5.s.252) 

 



63 

 

Füzuli bu şeirdə Xızır peyğəmbərlə İsa peyğəmbərin adını bir 



yerdə çəkir. Xızır peyğəmbər əbədi həyat qazanıbsa, İsa peyğəm-

bər də ölüləri diriltmək gücünə malik olub. Füzuli bu yanaşmadan 

məharətlə  istifadə  edir.  Füzuli  Xızır  peyğəmbərlə  bağlı  həm  dini 

rəvayətlərdən, həm  də  folklor  motivlərindən faydalanmışdır. Şair 

məhəbbət  lirikasında  və  təbiət  təsvirlərində,  istərsə  də  çətin 

məqamda  Xızırın  hekayələrindən  kifayət  qədər  bəhrələnib  və 

gözəl əsərlər yaratmışdır. 

Füzuli  yaradıcılığının  zirvəsi  olan  «Leyli  və  Məcnun»  poe-

masını  xalq  mənəviyyatı,  xalq  adət  ənənəsi  ilə  bağlanan  keyfiy-

yətlər  o  qədər  çoxdur  ki,  hamısını  qeyd  eləmək  əlbəttə  mümkün 

deyil.  «Leyli  və  Məcnun»  şairin  iri  həcmli  epik  xarakterli  əsəri 

olduğundan,  mövzu  əfsanəvi  olsa  da  xalqın  həyat  səhnələri  öz 

əksini  tapa  bilmişdir.  Əfsanə  ərəblərin  həyatından  olsa  da,  azər-

baycanlı  şairin  qəlbindən  süzülən  sətirlər  Azərbaycan  xalqının 

folklorundan bəhrələnmişdir. Füzuli sənətinin böyüklüyünü göstə-

rən ən güclü cəhətlərdən biri də məhz budur.  

Füzuli «Leyli və Məcnun» dastanını qələmə alarkən şifahi və 

yazılı  variantlarını,  onunla  əlaqədar  xeyli  rəngarəng  faktları 

öyrənmiş və lazım bildiklərindən faydalanmışdır. Şərq rəvayətləri 

və  əfsanə  qəhrəmanlarının  xarakterinə  ən  münasib  gələnlərini 

Füzuli  qələmə  aldığı  dastanında  qeyd  etmişdir.  Müxtəlif  yazılı 

mənbələrdən  və  müxtəlif  dildə  yaranmış  folklor  nümunələrindən 

götürülmüş  ümumi  cəhət  odur  ki,  onlar  azərbaycanlı  bir  şairin 

qələminin  bəhrəsidir.  Beləliklə,  ərəblərin  yaratdığı  eşq  əfsanəsi 

Füzulinin  qələmi  ilə  bütün  dünyada  şöhrət  tapmışdır.  «Leyli  və 

Məcnun» qədim ərəblərin xarakter xüsusiyyətləri, davranış qayda-

ları,  əxlaq  normaları  barədə  qiymətli  məlumat  verir.  Füzuli 

Leylinin anasının dili ilə deyir: 



Ey iki gözüm, yaman olur ar! 

Namusumuzu itirmə, zinhar… 

Biz aləm içində niknamız, 

Mərifi-təmami-xasü amız, 

Nə pəng ilə daxi edəlim laf? 

Biz deməyəlim, sən eylə insanf? 


64 

 

Tut kim, sənə qıymazam məni-zar. 



Məndən ulu bir müdəbbirin var. 

Neylərsən agər atan eşitsə? 

Qəhr ilə sənə səyasət etsə? 

Minbəd gəl eylə tərki-məktəb. 

Bil əbsədini həmin cədü ab. (6.s.26) 

Leylinin  anası  hadisədən  xəbər  tutandan  sonra  təşvişə  düşür, 

qızını  çağırır  və  ona  öyüd,  nəsihət  verir.  Ana  öz  nəsihətində 

uzaqgörən, ismətli , abırlı bir qadın kimi hərəkət edir. Ana həddi-

buluğa yenicə çatan məsum məktəbli qızının arlı, namuslu, şərəfli 

olması üçün  ona yalvarır. 

«Leyli  və  Məcnun»  poemasında  Füzuli  öz  dövrünün  bir  çox 

ictimai  mənəvi  əlamətlərini  görüb  onlar  haqqında  yeri  gəldikcə 

məlumatlar verir. Şair xalq adət və ənənəsini yada salaraq deyir: 

 

Sən kimi yanan fəraqə çoxdur. 



Əmma, bu imiş çü xəliqə adət, 

Sən həm cəzə eyləmə ziyadət. 

Qız daim ata evində qalmaz. 

Peyvəstə anaya mehr salmaz. 

Lazım meyi-qəflət eyləyib nuş. 

Eyləsən atan-anan fəramuş. 

Leyli bu sözü qılardı ilqar, 

Deməzdi bir özgə mehnətim var. (6. s. 99) 

Poemada toy  ənənəsini şair  Leyli üçün  İbni  Səlamın elçi gəl-

məsi  səhnəsində geniş  şəkildə  əks  etdirir.  Leylinin  toy mərasimi, 

gəlinin  geyimi,  bəzək  əşyaları  və  başqa    bu  kimi  adət-ənənə  ilə 

bağlı  xalqımızın  qədimdən  bəzi  yaşayıb  gəlməkdə  olan  mənəvi 

keyfiyyətlərini öyrənmək baxımından poema çox qiymətlidir: 



Əncüm gühəri olub səbəfuz 

Qıldı şəbi-tari ğeyrəti-ruz, 

Gülçöhrə sənəmlər oldular cəm, 

Rəsmi-tərəb etdilər mürəttəb. 

Beş yüz büti-gülrüxü şəkərləb, 

Yüz qonçə dəhənli mahparə


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə