DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə21/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   17   18   19   20   21   22   23   24   ...   77

65 

 

Gül suyu səprərdi rəşgüzarə



Yüz gülrüx əlində məcməri-ud, 

Eylərdi həvayi ənbərahud 

Yüz mahliqa olub günasaz

Qoşmuşdu sədayi-sazə avaz. 

Yüz nərgisi-məst gəzdirib cam, 

Əhbabə verirdi cami-gülfam, 

Yüz gül başı üzprə yüz təbəq zər 

Olmuşdu nişar üçün müqərrər. (6.s.99-100) 

Şair  Leylinin  gəlinköçmə  mərasimi,  toy  şənliklərin,  təntənəli 

geyimlər,  bəzəklər,  qız-gəlinlərin  çalıb-oxuması  elə  təkcə  o  dövr 

adətini  təsvir  etmək  arzusu  ilə  məhdudlaşmamışdır.  Füzuli  bu 

vaxt  ən  güclü  təzadlı  səhnə  yaratmağa  nail  olmuşdur:  toyda 

hamının deyib-gülməsi və Leylinin gizlicə fəğanü ah çəkməsi: 



Bir təxti-rəvan içində Leyli 

Nə şövkəiə nə şükuhə meyli, 

Hər ləhzə fəğani ah edərdi, 

Sərgəştəvü müztərib gedərdi, 

Əndişeyi-zövqü eyşdən pak, 

Seylabdə şan gedərdi xaşak. (6. s. 100) 

Toy  mərasiminin  bütün  təsviri  Füzulinin  poema  boyu  inkişaf 

etdirdiyi əsas fikrin bədii təsdiqinə kömək edir. Leyli sədaqətlidir, 

o, Məcnunun eşqinə sadiq qalır. Əsərdə Leyli ata-anasının sözünə 

zahirən  tabe  olsa  da,  daxilən  öz  ürəyinə  tabedir.  Gözəl  təntənə, 

təmtəraq onun ürəyini, aça bilmir, Məcnun eşqini unutdurmur. 

«Poemadan gətirilən başqa bir səhnəyə nəzər salaq. Çıraq ilə, 

pərvanə  ilə,  ay  ilə,  külək  ilə,  bulud  ilə,  nəsbihal  və    mükalimə-

lərinin  hamısında  Leylinin  xarakteri  ən  incə  təsvirlər  və  sözlərlə 

tamamlanır.  Eyni  zamanda,  Qeysə  olan  atəşin  məhəbbətinin  də 

məna və dərəcəsi müəyyənləşir. 

Ay  ilə    mükaliməsində  Leyli  öz  eşqini  ay  və  günün  əfsanəvi 

eşqi ilə müqayisə edir, dərdini aya deyir, ondan çarə istəyir. Ayın 

vəziyyətini Leyli öz vəziyyəti ilə, məhz öz taleyi ilə vəsf edir. Ay 

Leyli üçün indi ancaq uğursuz bir mənzərənin timsalından başqa 



66 

 

bir şey deyildir. Özünü  ona, onu da özünə oxşadaraq  Leyli ürək 



dolusu mənəvi iztirablarla açı-açı fəryad edir» (7. s. 206). 

- Key vay, tükəndi mayeyi-ömür? 

Xurşidə irişdi sayeyi-ömr! 

Dəmdir dəri-fürsət ola məsudud. 

Müşkül görünə bəyani-məqsud. 

Dəmdir oyana yuxudan əğyar, 

Şərhi-ğəmi-dərdim ola dişvar. 

Mən əxtəri-bürci-istiyaqəm 

Mən şəmi-şərarçeyi-fəraqəm. 

Gündüz həbsim, gecə nəcatim, 

Gündüz mövtim, gecə həyatım. 

Olmuş dününə günüm mütabiq

Gün görməz imiş bəlalı aşiq! (6. s. 68) 

Füzuli yaradıcılığında dövrün adət-ənənəsi, toy, yas, müharibə 

qanunları real bir şəkildə verilmişdir. Leylinin aqibəti çox faciəli 

olur. O, Məcnunu sevdiyini heç kimə danışmır, hətta anası da bu 

sirri bilmir. Hamı Məcnunun onu sevdiyini və Leylinin buna görə  

kədərləndiyini güman edirlər. İbni Salamın ölümündən sonra Ley-

linin dərdi bir azda artır. Şair xalqın yas mərasimini yada salaraq 

deyir: 


Derlər bu idi ərəbdə adət 

Kim, ər əgər ölsə, qalsa övrət 

bir il, iki il tutardı matəm, 

Fəryadü fəğan edib dəmadəm. 

Xoş gəldi bu adət ol, nigarə, 

Fəryadü fəğanə buldu çarə. 

Matəmgədə eylədi məqamın, 

Matəmdə keçirdi sübhü şanın. 

Bir neçə gün onda ağlayıb zar, 

Həm ata evinə döndü naçar. (6. s. 143) 

Füzuli yas mərasiminin necə keçdiyini və adətə görə Leylinin 

ata  evinə  dönməsini  aydın  şəkildə  vermişdir.  Leylinin  iztirabları 

onun öz dilində verilir: 

 



67 

 

Matəmzədəsən, siyəh libasın, 



Kimdən ola, nişədir bu yasın? 

Dərdi ələmin dənizi daşdı, 

Seylabi-bəla başımdan aşdı. 

Tiri-fələkə nişanə oldum, 

Tahuneyi-çərxə danə oldum. 

Matəmgədədir bu gecə aləm, 

Mən bəxti qara bir əhli-matəm. (6. s. 146) 

və yaxud: 



Ağlar kim olursa böylə halə 

Əlqissə, tutub təriqi-matəm. 

Ol vaqeəyə yığıldı aləm. 

Təmim ilə tutdular əzasin, 

Qəbrin düzüb urdular binasın. 

Tək olan müqimi-ərşeyi-xak. 

Ruh oldu qərini-övci-əflak, 

Şövq əhlinə qürb hasil oldu. 

Dəryasinə qətrə vasil oldu. (6.s.175) 

Füzuli  Məcnunun  atasının  faciəsini  dərin  bir  kədərlə  verir. 

Əsərin əvvəlində verildiyi kimi Məcnunun atası öz yeganə oğlunu 

dərin  bir  məhəbbətlə  sevir.  Şair  göstərir  ki,  ata  oğul  arzuladığı 

zaman  özünün  mal-dövlətinin  sahibi  ola  biləcək  bir  varis  kimi 

görmək istəyir. Ancaq tale buna imkan vermir. Məcnun öz atası-

nın  arzularını  doğrultmur.  Çarəsiz  ata  Məcnunu  ziyarətgahlara 

aparır,  yalvarır,  amma  əlac  olmur.  Nakəm  ata,  oğlunun  dərdinə 

dözməyib  ölür.  Füzuli Məcnunun  atasının  məzarı  üstə  etdiyi  ah-

naləni belə verir: 



Feyzin mənə olmadı müyəssər

Sən xeyr dedin, mən eylədim şər. 

Cövr ilə sənə cəfalər etdim, 

Yanlış vardım, xətalər etdim. 

Ey dövlətim,  olma dur məndən! 

Vey şəm, götürmə nur məndən! 

Olsam ğəmi-aləmə giriftar

Ancaq sən idin ənisü gəmxar. 

 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə