DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə23/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   19   20   21   22   23   24   25   26   ...   77

71 

 

suya atırlar. Etiqada görə əgər gəmidə ağasından qaçan qul olarsa 



gəmi fəlakətə uğrayardı. Gəmidə olanlar ağasından qaçan adamın 

kim  olmasını  bilmək  üçün  püşk  atırlar.  Püşk  Yunis  peyğəmbərə 

düşür. Buna görə də Yunisi dənizə atırlar. Dənizdə  Allah-təalanın 

buyuruğu ilə onu iri bir balıq udur. Yunis balığın qarnında, gecə-

nin,  yaxud dənizin  zülmətində:  «Pərvərdigara! Səndən başqa heç 

bir  tanrı  yoxdur.  Sən  pak  və  müqəddəssən!  Mən  isə,  həqiqətən, 

zalimlərdən  olmuşam  (əmrinə  qarşı  çıxaraq  özümə  zülm  eləmi-

şəm)»  -deyib  dua  etmişdi.  Allahın  Yunisə  rəhmi  gəlir  və  onun 

duasını  qəbul  edib,  balığın  qarnından  çıxartmışdı.  Yunis  xəstə 

olduğuna görə Allah ona sahildə bir ağac bitirir. Lakin səhəri gün 

ağac  tez  bir  zamanda  quruyur.  Ağacın  qurumasından  Yunis  çox 

kədərlənir. Allah-təala onun kədərləndiyini görüb deyir: «Heç bir 

əziyyət  çəkmədiyin  ağacın  quruduğunu  görüb  kədərlənirsənsə, 

bəs  böyük  şəhərin  dağılmasını  necə  rəva  bilirsən?».  Bu  sözlərlə 

İlahi  Yunisin  qarğış  etdiyi  Neynəva  şəhərini  nəzərdə  tuturdu. 

Çünki Yunis şəhəri tərk etdikdən sonra şəhər sakinləri Tanrı qə-

zəbindən  qorxub  tövbə  etmiş  və  onların  tövbəsi  qəbul  olunmuş-

dur. Yunis  öz səhvini anlayır,  yenidən Neynəvaya dönür və pey-

ğəmbərlik  fəaliyyətini  davam  etdirir.  Bu  rəvayətin  bir  hissəsi-

balığın  Yunisi udması  Füzulinin  beytində  gözəl  tərzdə  əks olun-

muşdur. Füzuli gecəni balığa-Huta, gündüzü isə Yunisə bənzədir. 

O, gözəl bir istiarə ilə zülmət gecənin təsvirini yaradarkən Yuni-

sin zülmətdə-yəni balığın qarnında qalmasını xatırladır (1. s. 146). 

Füzuli «Leyli və Məcnun» əsərində Yunis peyğəmbərin adını 

cəmi  bir  dəfə  çəkmişdir.  Yunis  peyğəmbər  haqqında  Peyğəmbər  

əleyhissəlamdan  hikmətli  bir  hədisdə  deyilir:  «Yunis  kimi  dua 

edənin duası müstəcəb olar». 

Füzuli  «Leyli  və  Məcnun»  əsərində  Məcnunun  Allahdan 

istəyi:  «Qıl  məndə  binayi-eşqi  daim»  deyərək  dua  edir.  Şair 

Məcnunun  duasının  Tanrı  yanında  qəbul  olduğunu  əsər  boyu 

bildirir.  Məcnunun  Yunis  peyğəmbər  kimi  səbirsiz  olmağı  onun 

faciəsinə səbəb olur. 



Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni! 

Bir dəm bəlayi-eşqdən etmə cüda məni! 


72 

 

Az eyləmə inayətini əhli-dərdən



Yəni ki, çox bəlalərə qıl mübtela məni! (6. s. 56) 

Füzulinin  «Bəngü  Badə»,  yəni  «Tiryək  və  Şərab»  əsərinin 

«Dər  sifati-Meyü  şərarəti-u»  (Meyin  sifətləri  və  onun  şərarəti 

haqqında) bir parçada deyilir: 



Tutdu bir ev himayətində hübab

Eylədin al ilə evini xərab. 

Şeyx Sənanə bir dəm oldun  yar

Tərki-din etdi, bağladı zünnar. 

Həmzə tədbirin ilə qıldı əməl, 

Naqeyi Salehə yetirdi xələl. 

Səndə yoxdur təriqeyi-cədü əb. 

Sən ədəbsizsən, onlar əhli-ədəb. 

Səndə yoxdu təbiəti-fərzənd

Sən münafiqsən, ol səadətmənd (6. s. 209) 

Füzuli  bu  şeirdə  Bənginin  dilindən  şərabın  insanlara  etdiyi 

ziyandan danışır. Şair şəraba qurşananların yolunu azdığını göstə-

rir. Sonra şair iki hadisəni yada salır. Bunlardan biri Şeyx Sənanın 

tərki-din  etməsi,  zünnar  bağlamasıdır.  Sonradan  dinini  dəyişib 

xristian olmasıdır. İkinci hadisə şairin Həmzə adlandırdığı şəxsin 

şərabın  təsiri  ilə  Naqeyi-Salehə-Salehin  dəvəsini  öldürməsidir. 

Saleh  peyğəmbərin  hədisi  Qurani-Kərimdə  əhatəli  şəkildə 

verilmişdir.  

Qurani-Kərim. Əl-ə-Raf («Sədd») 7 surəsi. 

73.  Samud  (tayfasına  da)  qardaşları  Salehi  (peyğəmbər) 

göndərdik.  O  dedi:  «Ey  camaatım!  Allaha  ibadət  edin.  Sizin 

ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın 

bir dəlil gəldi. Allahın bir dişi (maya) dəvəsi sizin üçün (peyğəm-

bərliyimi təsdiq edən) bir möcüzədir. Buraxın Allahın torpağında 

otlasın, ona bir pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar 

olarsınız!». 

74.  Allahın  sizi  Ad  tayfasından  sonra  onun  yerinə  gətirdiyi, 

düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub (yonub) evlər düzəlt-

diyiniz  yer  üzündə  yerləşdirdiyi  vaxtı  xatırlayın.  Allahın  nemət-

lərini yada salın yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!». 




73 

 

75. Saleh tayfasının (iman gətirməyin) özlərinə sığışdır-mayan 



başçıları  içərisindən  iman  gətirən  əlsiz-ayaqsız  yoxsullara  üz 

tutub:  «Siz  Salehin,  doğurdan  da  Rəbbi  tərəfindən  göndərilmiş 

(bir peyğəmbər) olduğunu bilirsinizmi?» -deyə soruşdular. Onlar: 

«Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökümlərə) 

inanırıq!-deyə cavab verdilər». 

76.  (İman  gətirməyi)  özlərinə  ar  bildilər:  «Sizin  inandığınızı 

(Salehin peyğəmbərliyinə) biz inanırıq! - dedilər». 

77.  Sonra  o  dəvəni  tutub  kəsdilər  və  (bununla  da)  Rəbbinin 

əmrini saymayana pozub (istehza ilə): «Ey Saleh! Əgər sən həqiqi 

peyğəmbərlərdənsənsə,  bizi  qorxutduğun  əzabı  gətir  görək!  -

dedilər». 

78. Buna görə də  onları  dəhşətli  bir sarsıntı (yerdən zəlzələ, 

göydən  tükürpədici  bir  səs)  bürüdü,  onlar  öz  evlərində  diz  üstə 

düşüb qaldılar (bir göz qırpımında həlak oldular). 

79. Saleh onlardan üz döndərib belə dedi: «Ey camaatım! Mən 

sizə  Rəbbimin    əmrini  (mənə  lütf  etdiyi  peyğəmbərliyi)  təbliq 

etdim  və  sizə  öyüd-nəsihət  verdim.  Lakin  siz  nəsihət  verənləri 

sevmirsiniz!» (4. s. 158-159). 



Qurani-Kərim .Hud surəsi. 

61. Samud qövmünə və qardaşları Salehi (peyğəmbər) göndər-

dik. O dedi: «Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa 

heç bir tanrınız yoxdur. O sizi (atanız Adəmi) yerdən (torpaqdan) 

yaradıb orada sakin etdi (və ya uzun ömür verdi). Allahdan bağış-

lanmanızı  diləyin,  sonra  da  Ona  tövbə  edin.  Həqiqətən,  Rəbbim 

(öz  elmi  qüdrəti,  mərhəməti  ilə  yaratdıqlarına)yaxındır  və 

(duaları) qəbul edəndir!». 

62.  Onlar  dedilər:  «Ey  Saleh!  Sən  bundan  əvvəl  içərimizdə 

(böyüyümüz,  ağsaqqalımız  olmağa)  ümid  edilən  bir  adam  idin. 

İndi  atalarımızın  ibadət  etdiyi  (bütlərə,  tanrılara)  ibadət  etməyi 

bizə  qadağanmı  edirsən?  Doğrusu,biz  sənin  bizləri  dəvət  etdiyin 

(tövhid) barəsində şəkk-şübhə içindəyik». 

63.  Saleh  onlara  belə  cavab  verdi:  «Ey  camaatım!  Bir  deyin 

görək,  əgər  mənim  Rəbbimdən  aşkar  bir  möcüzəm  olsa,  o  mənə 

özündən bir mərhəmət  (peyğəmbərlik) lütf etsə,  mən də  Ona  asi 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə