DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə28/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   24   25   26   27   28   29   30   31   ...   77

86 

 

Əsası  637-638-ci  illərdə  xəlifə  Ömər  tərəfindən  qoyulmuşdur. 



Açıq  rəngli  daşlardan  tikilmiş  bu  şəhər  uzaqdan  ağardığı  üçün 

ərəb dilində ağ mənasında olan Bəsrə adını almışdır.  

Rum. Poemada Rum coğrafi adı bir neçə dəfə işlənmişdir: 

Bir neçə zərifi-xütteyi-Rum

Rumi ki, dedin, qəziyyə mə’lum. (6. səh. 39); 

Bir subh ki, qıldı xosrovi-Rum 

Şam əhlinə Hind fəthini şum ;  (6. səh.119). 

Rum-Roma  şəhəri  ilə  romalıların  adından  alınmış  və  onların 

Şərq  qohumları  tərəfindən  əvvəl  romalılara,  onların  dövlətinə, 

sonra  bu  dövlət  Qərb  və  Şərq  dövlətlərinə  bölündükdə  Rum  adı 

Şərq  dövlətinə  verilmişdir.  Şərq  imperatorlarının  hakim  qohumu 

olan romalılar yunanlara və onların hökmündə olan başqa qohum-

larla  birləşib  qədim  yunan  dilində  əmələ  gəlmiş  bir  dildə  danış-

mağa başladığından Rum adı bu ümumi qohuma və dilə verilmiş-

dir.  Tarixi  şəxsiyyət  olan  İsgəndərə  bəzən  İsgəndər  Rumi  deyil-

məsi də bununla əlaqədardır. Eyni zamanda Şərqi Rum imperator-

luğunun hakimiyyəti altında olan ölkələr də bu adla adlanır. Indiki 

Türkiyə dövlətinin Kiçik Asiya yarımadasında yerləşən ərazisinin 

Cənub hissəsi olan Anadolu tərəfləri də vaxtilə Rum adlanırdı. 

Şam.  “Leyli  və  Məcnun”  poemasında  Şam  coğrafi  adına  da 

rast gəlinir: 

Tərpəndi səri-sinani-Bəhram

Fəth oldu ona vilayəti-Şam.   (6.səh. 169). 

Şam  –  vaxtilə  Suriya  və  Fələstinin  tutduğu  əraziyə  ərəblərin 

verdiyi ad olmuşdur. Sonralar Şam adı şəhər adı kimi qalmış  və 

nəhayət,  həmin  şəhər  Dəməşq  adlandırılmışdır.  Hazırda  Suriya 

Ərəb Respublikasının paytaxtıdır. Dünyanın ən qədim şəhərlərin-

dən  biri  hesab  olunur.Onun  adına  eramızdan  əvvəl  XV  əsrdə 

təsadüf  olunur.  Sonralar  müxtəlif  illərdə  müxtəlif  hökmdarların 

paytaxtı və ya əyalət şəhəri olaraq inkişaf etmişdir. Hazırda yaxın 

Şərqin ən gözəl şəhərlərindən biridir. 

İran. Poemada rast gəlinən coğrafi adlardan biri də İrandır: 

 



87 

 

Cahangiri ki, güntək mülk təsxirinə əzm etsə, 



Mühəqqər cilvəgahi ərseyi-İranü Turandır. 

(6.səh. 37). 

İran-Asiyada  dövlətdir.  İran  adı  qədim  fars  dilindəki  arxiya 

sözünün  dəyişdirilmiş  forması  olub,  nəsil,  əsil-nəcabətli  demək-

dir. Arxiya adı ilk zamanlar yüksək təbəqəyə verilmiş sonralar bü-

tün ölkəyə şamil edilmişdir. 

İraq. Əsərdə rast gəlinən toponimlərdən biri də İraqdır: 

Min zərrin nə’l, əsbi-tazi, 

Misrivü İraqiyü Hicazi.       (6.səh. 134). 

İraq-İran  ilə  Ərəbistan  və  Bəsrə  korfəzi  arasında  yerləşir. 

Qədimdə  bu ad  Babilistana və  ya Mesopotamiyaya məxsus  ikən, 

sonralar bu ad İranın bir hissəsinə də deyildiyindən bunları qarış-

dırmamaq üçün birincisinə  İraqi-Ərəb, ikincisinə  İraqi-Əcəm  adı 

verilmişdir. Hazırda İraq-Ərəb Respublikası adlanır.Paytaxtı Bağ-

dad şəhəridir. Bunlardan əlavə poemada Hicaz,Qaf,Şirvan, Turan, 

Kəbə və s. toponimlər; ərəb, fars, türk və s. etnonimlər də vardır. 

Əsərdə  bitki  adı  bildirən  xüsusi  adlara  –  fitonimlərə  də  rast 

gəlirik: 



Lalə kimi səndə lütf çoxdur

Əmma nə deyim, üzün açıqdur.   (6.səh. 55); 

 

Güzgü kimi qatı üzlü olma! 



Nərgis kimi xiyrə gözlü olma!     (6.səh. 56); 

Ol lalə isə, bu nəstərəndir, 

Şümşad isə ol, bu narvəndir.      (6.səh. 117); 

Qətrə-qətrə həkimi-əflak 

Xaşxaşlarında tutdu tiryak.       (6.səh. 169); 

Ver nərgisə lalə ilə rövnəq

Reyhani – tər ilə zibi-zənbəq.    (6.səh. 197). 

“Leyli  Məcnun”  poemasında  kosmonimlər  də  çoxluq  təşkil 

edir, onların elmi bədii xarakteristikası verilir: 

 



88 

 

Ol Müştəriyə verildi Zöhrə, 



Şayəstə görüldü Mah Mehrə.  (6.səh. 112); 

Saçıldı Ütaridin midadi, 

Artırdı bu səhfəyə savadı.      (6.səh. 169); 

Tərpəndi səri-sinani-Bəhram, 

Fəth oldu ona vilayəti-Şam.   (6.səh. 169); 

Mərrixə niyazın etdi izhar: 

“K’ey valiyi-məsnədi-şücaət...”! (6.səh. 171); 

Göydə nəzər etsə gər hümayə, 

Xurşid Salı hümayə sayə.      (6.səh. 36); 

Ayinə olub sipehri-gərdan

Baxdı ona, əks saldı Keyvan. (6.səh. 169); 

Xərçəng qılıb səhər yelin dəf’, 

Xasiyyəti verdi zülmətə nəf’.  (6.səh. 170); 

Geysusinə verdi Sünbülə tab, 

Mişk üstünə tökdü əmbəri-nab. (6.səh. 170); 

Olmuş bu gecə təmam kövkəb 

Azarım üçün fələkdə Əqrəb. (6.səh. 185) və s. 

Göründüyü  kimi  Məhəmməd  Füzuli  “Leyli  və  Məcnun”  əsə-

rində çoxlu planet, bürc və ulduz adları işlətmişdir: Müştəri – Yu-

piter,Zöhrə  ulduzu,Mehr–Günəş,Mah–Ay,Utarid,  Bəhram–  Mars, 

Mərrix, Xurşid-Günəş,  Keyvan-Saturn,  Xərçəng (bürc), Sünbülə-

Qız, Ay, Əqrəb (bürc) və s. Bu da onunla bağlıdır ki,Şərq xalqları 

səma  cisimlərini  həmişə  müqəddəs  varlıqlar  hesab  etmiş,  onların 

əksəriyyətini təxəyyül süzgəcindən keçirmişlər. Bu cəhətdən Xə-

qani, Nizami, Fələki, Füzuli kimi klassiklərimizin yaradıcılığı çox 

xarakterikdir.  Tədqiqatlar  göstərir  ki,  həmin  ədəbi  şəxsiyyətlərin 

həyat və yaradıcılığında astronomiya elmi xüsusi rol oynamışdır. 

Füzuli  “Leyli  və  Məcnun”  poemasında  zoonimlərin  bədii 

üslubi imkanlarından da istifadə etmişdir: 

 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə