DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə29/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   25   26   27   28   29   30   31   32   ...   77

89 

 

Qaplan kimi cana urdu min dağ



Aslansifəti uzatdı dırnaq, 

Aslanların oldu pişvası, 

Qaplanların oldu müqtədası. (6.səh. 168); 

Hər ləhzə alıb əlinə bir mar, 

Xürsənd oluban deyirdi ol zar: n  (6.səh. 168); 

Gur olmuş idi pələngə həmraz

Gurg olmuş idi gəvəznə dəmsaz. (6.səh. 167); 

Şir olmuş idi ənisi – xəçcir, 

Nəxcir əmərdi şirdən şir.          (6.səh. 167); 

Yanında tutardi mur xanə

Göz yaşından yığardı danə.      (6.səh. 167); 

Gəh odunu təndə tab edərdi

Min canəvari kəbab edərdi.      (6.səh. 167); 

İzhari – camalın eyləmək gül

Bülbül görüb eyləmək təğaful?  (6.səh. 198). 

Ahunun alırdı mişki-bacın, 

Rubah səmurunun xəracın.       (6.səh. 167). 

Nümunələrdən  də  göründüyü  kimi  poemanın  zooloji  leksi-

kasına heyvan, quş və həşərat adları daxildir. 

Nəticə  olaraq  qeyd  etmək  lazımdır  ki,  Məhəmməd  Füzulinin 

“Leyli və Məcnun” əsərinin onomastik leksikasını antroponimlər, 

toponimlər,  etnonimlər,  fitonimlər,  kosmonimlər  və  zoonimlər 

təşkil edir. Poemada toponim və etnonimlərin işlənməsi bədii əsə-

rin  tarixiliyini  daha  da  artırır.  Məhəmməd  Füzuli  kosmonim, 

zoonim  və  fitonimlərdən  müxtəlif  məqamlarda  istifadə  etmişdir. 

“Leyli və Məcnun” əsərində bu leksik vahidlərdən bənzətmə təş-

beh, metofora və s. məqsədilə istifadə edilmişdir. Axtarış və araş-

dırmalar göstərir ki, Füzuli yaradıcılığı onomastik vahidlərlə zən-

gindir.  Ona  görə  də  Füzuli  yaradıcılığında  xüsusi  adların  üslubi 

imkanları ayrıca bir tədqiqatın mövzusu olmalıdır. 



 


90 

 

Ədəbiyyat 

1. Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti. I hissə. Bakı, 

2007. 


2. B.Xəlilov. 224 qədim türk sözü. Bakı, 2010. 

3.  Ə.Tanrıverdi.  Türk  mənşəli  Azərbaycan  şəxs  adlarının  tarixi-

linqvistik tədqiqi. Bakı, 2012. 

4.  Klassik  Azərbaycan  ədəbiyyatında  işlənən  ərəb  və  fars  sözləri 

lüğəti. 2 cilddə. Bakı, 2005. 

5. Kitabi – Dədə Qorqud. Bakı, 1988. 

6. M.Füzuli. Əsərləri. 6 cilddə, ikinci cild. Bakı, 2005. 

7. Osman Mirzə. Adlarımız. Bakı, 1993. 

 

 

 



Aliyeva Aynure 

Summary 

Onomastic units in Fuzuli’s creation 

(for the materials of the poema of “Leyli and Majnun”) 

The poem of “Leili and Majnun” by Mahammad Fuzuli is rich 

for onomastic units. The using of toponym and etnonym increases 

the historical redity of artistic work in the poem. It is known that 

Fuzuli  had  used  fromkosmonym,  zoonym  and  phytonyms  in 

different  ways  all  of  them  had  completed  in  this  article  and  the 

ethymological  explanation  of  some  onomastic  units  had  been 

explained. 



Key  words:  antroponym,  toponym,  etnonym,  kosmonym, 

phytonym. 

 



91 

 

 



Айнура Алиева 

Резюме 

Ономастические единицы в творчестве М.Фузули 

(на основе материалов поемы «Лейли и Меджнун»). 

 

Поема Магамеда Фузули «Лейли и Меджнун» богат свои-

ми ономастическими единицами. Исследовании топонимов и 

этнонимов в поэме имеет большое историческое значение ху-

дожественного произведения. При исследовании выяснилось 

что,  М.Фузули использует  космонимов, зоонимов и фитони-

мов в различных ситуациях. Все ети особенности описаны в 

статье  и  дается  этимологические  обьяснения  некоторым 

ономастическим единицам. 

Ключевые слова: антропоним, топоним, этноним, космо-

ним, фитоним, зооним, ономастическая единица, поема. 

 



92 

 

Əlvan Cəfərov 



elmi işçi 

 

MƏHƏMMƏD FÜZULİ YARADICILIĞININ  

(TÜRKCƏ QƏZƏLLƏRİ ƏSASINDA) LÜĞƏT TƏRKİBİ 

ŞƏRQİ ANADOLU DİALEKTLƏRİ İLƏ MÜQAYİSƏDƏ  

 

Asiya və Avropanın böyük bir hissəsində müxtəlif çoğrafi şə-



raitlərdə  müasir  türk  xalqları  və  onların  dilləri  formalaşmışdır. 

Türk  dillərini  başqa  dillərdən  fərqləndirən  cəhət  onların  quruluş 

baxımından bir-birinə çox yaxın olmasıdır. (Çuvaş və yakut dillə-

ri istisna olmaqla). Eyni mənşədən gələn bu dillərin fonetik siste-

mində, leksik tərkibində və qrammatik quruluşunda ümumilik nə-

zərə  çarpacaq  dərəcədə  çoxdur.  1071-ci  il  Malazgird  qələbəsi  ilə 

Oğuz-Türkmən böylarına açılan Şərqi Anadolu bölgəsinə köçmüş 

Bayındır,  Avşar,  Ağqoyunlu,  Bəydilli,  Saatlı,  Bayat,  Cahangirli, 

Qarakeçili,  Qacar,  Sürməli  kimi  tayfaların  Azərbaycan  ərazisin-

dən getdiyi ehtimal olunur. Bunlar hər iki ərazidə yaşayan tayfala-

rın  dialektlərindəki  eyniliklərlə  də  özünü  büruzə  verməkdədir. 

Azərbaycan  və  Şərqi  Anadolu  ərazilərində  danışan  Türklər  XI 

əsrdən  XVI  əsrə  qədər  Qərb  Türkcəsinin  Şərq  Oğuz  Qolu  içə-

risində inkişaf etmişdir. XVI əsrdən etibarən Azərbaycan torpaq-

larının Səfəvi Dövlətinin suverenliyi altına girməsi ilə Qərb Türk-

cəsinin  Şərq  və  Qərb  Oğuz  qolları  XXI  əsrə  qədər  uzanan  müd-

dətdə iki fərqli yazı dili sürətlə meydana gəlmişdir. Şərqi Anadolu 

dialektləri  XVI  əsrdən  etibarən  hər  nə  qədər  Qərb  Türkcəsinin 

Qərb Oğuz qolu içərisində yer alsa da, səs və şəkil məlumatı baxı-

mından  Azərbaycan  türkcəsi  ortaq  dialektoloji  bağını  qoruyub 

saxlamışdır. Azərbaycan Türkcəsində yazılan Məhəmməd Füzuli-

nin türkcə qəzəllərindəki dialektizm xüsusiyyətləri bir çox səs və 

şəkil  məlumatına  dair  ünsürlərlə  Şərqi  Anadolu  dialektlərində, 

xüsusilə  Azəri  və  Tərəkəmə  dialektlərindəki  ortaqlıq  canlı  bir 

şəkildə nəzərə çarpmaqdadır.  

İlk  öncə  Şərqi  Anadolu  bölgəsi  haqqında  qısa  məlumat  ver-

mək  istəyirəm.  Ağrı,  Bingöl,  Bitlis,  Elazığ,  Ərzincan,  Ərzurum, 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə