DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə3/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   2   3   4   5   6   7   8   9   ...   77

 

ləşdir,  sonra  həmin  predmetə  sahib  olma  üsullarını  tap»



1

.  Lakin 

«keçmişə  dönmədən  gələcəyi  görmək»

2

  mümkün  olmadığı  kimi, 



elmin  miflə  əlaqəsini  aydınlaşdırmadan  irəli  getmək  mümkün 

deyil. Bir müdrik kəlamda da bu fikrin obrazlı əksinə rast gəlirik: 

«Keçmişə güllə atsan, gələcək səni topa tutar!» Yeni yaranan elm-

lər belə keçmişlə, əldə edilən təcrübə ilə bağlıdır. 

Elmin  predmetinin  müəyyənləşdirilməsi  onun  qarşısında  qo-

yulan məqsədin dərki deməkdir. Elmin problem və maraq dairəsi, 

təcrübəsi,  dünyanı  əks  etmə  nöqtələri  o  zaman  müəyyənləşir  ki, 

seçilən predmetə «sahib olma üsulları» düzgün tapılır. 

Ona  görə  də  elmi  sistem  kimi  götürüb,  əlamətlərini  aydınlaş-

dırmağa  çalışsaq,  mifologiya  ilə  üst-üstə  düşən  bir  sıra  cəhətlər 

görərik. Müqayisə üçün aşağıdakı məsələlərə nəzər salaq: 

Anlayışların,  kateqoriyaların,  qanunların,  ideyaların  bir-birinə 

tabeliyi və onların arasında məntiqi əlaqənin olması; 

Hissələrin,  bölmələrin,  daha  kiçik  elementlərin  bir  sistemdə 

qruplaşdırılması, modellərin düzgün qurulması;  

Sadəliyin və ardıcıllığın gözlənilməsi; 

İdeyaların, faktların sadəcə olaraq sadalanması deyil, qoyulan 

məsələnin  mahiyyətinin  açılması.  Y.Borevin  sözləri  ilə  desək, 

«yüksəyə qalxıb faktların quş kimi göydə qapılması» 

Vahidlik  prinsipinə  riayət  edilməsi,  başqa  sözlə,  anlayışların 

izahının eyni başlanğıc əsasında verilməsi; 

Səhvlərə qarşı amansızlıq və məqsəddən dönməmək.

3



Elmə  aid  bu  müddəaların  bəzilərini  (1,2,3,4,5)  qeyri-şərtsiz 



mifologiyaya da aid etmək olar. 

Klassik  ədəbiyyatımızın  ən  işıqlı  simalarından  olan  Məhəm-

məd Füzuli də bilik əldə etməyin üsullarından bəhs edir və nəzəri, 

təcrübi əhəmiyyətini bu gün də qoruyub saxlayan maraqlı fikirlər 

irəli sürür:  

«Tədqiqatçılar  məqsədə  çatmaq  üçün  lazım  olan  biliyin 

yollarına aid müxtəlif fikirlər irəli sürmüşlər: 

                                                           

1

 О возвышенном. – М.-Л., 1966, s. 5. 



2

 Борев Ю. Естетика. - М., 1988, с. 8. 

3

 Borev Y. Göstərilən əsəri, s. 16 




 

Bəziləri deyirlər ki, belə bir yol ağıla əsaslanan mühakimədən 



ibarətdir;  çünki  əgər  ağıl  doğru-düzgün  mühakimə  əsasında  fə-

saddan və pozğun nisbətlərdən çəkinərək (məntiqi mühakimənin) 

iki  müqəddiməsini  istər  təsdiq,  istərsə  də  inkar  nöqteyi  -nəzərin-

dən düzürsə, mütləq düzgün nəticə əldə edər».

1

 

Füzulinin  elm  haqqındakı  qənaətləri  diqqətlə  araşdırılmalıdır. 



Böyük Şərq mütəfəkkirinin yazdıqlarında gerçəkliklə uydurmanın 

sərhədləri düzgün müəyyənləşdirilir. Şair elə bil ki, mifik görüş-

lərdən  alınan  məlumatlarla  elmin  əldə  etdiyi  nailiyyətləri  müqa-

yisə edir və özünə qədərki alimlərin fikirlərinə söykənərək yazır:  

«Filosofların bə’zisinə görə, elm, aləmin zatında məfhum olan 

bərabər  bir  surətin  əldə  edilməsindən  ibarətdir.  Bəzilərinə  görə 

isə elm əşyanın surətinin ağıl vasitəsi ilə qavranmasından ibarət-



dir. Bir sözlə, desək, elm biliyinin həqiqəti bilik (mərifət) elmin-

dən ibarətdir; çünki bunların hər ikisi cəhlin müqabilidir.»

2

 

Mütəfəkkir şair elmin inkişaf tarixinə nəzər salır və tarixi kök-



lərində mifik düşüncə tərzinin durduğunu dərk edib onu iki mər-

hələyə  ayırır.  Bu  gün  Füzulinin  həmin  fikirləri  ilk  baxışda  bizə 

mücərrəd və primitik görünə bilər. Lakin dərindən yanaşdıqda nə 

qədər dolğun və müasir səslədiyinin şahidi oluruq: 

«Bəziləri demişlər ki, elm iki qismə bölünür: 

Birincisi, cəhlin ardı olmayan elmdir  (yə’ni elə  elmdir ki, on-

dan qabaq cəhl olmamışdırbu da Tanrının elmidir. (Müasir elmi 

dillə desək, mifdir - R.Q.) 

İkincisi,  cəhldən  sonrakı  elmdir  ki,  bu  bizim  elmimizdir  (yəni 

insanların öyrəndiyi elmdir). Bu sonuncu, təsəvvür və təsdiq  mər-

hələlərinə  bölünür.  Belə  bir  elm  bilik  adlanır:  çünki  o,  bir  bildi-

rəndən - öyrədəndən asılıdır».

3

  

Görün, şair  «tanrının elmi» kimi qiymətləndirdiyi miflərin in-

san  beynində  kortəbii  şəkildə  yaranmasını  necə  dolğunluqla  izah 

edir:  «tanrının  elmi»  öyrədəndən  asılı  olmayaraq  əldə  edilir; 

həqiqi elmi isə alimlər, bilicilər öyrəncilərə çatdırırlar.  

                                                           

1

 Füzuli. Göstərilən əsəri, s. 92. 



2

 Yenə orada, s. 88. 

3

 Yenə orada. 




10 

 

Məgər  Füzulinin  aşağıdakı  fikirləri  XIX-XX  yüzilliklərdə 



Avropada  filosoflar,  folklor  araşdırıcıları,  ədəbiyyatşünas  alimlər 

tərəfindən  miflərlə,  nağıllarla  bağlı  irəli  sürülən  müddəaların 

analoqu deyilmi?  

«Elm iki cürdür:  

Birisi, Hüzuri - yəni bildirmə vasitəsindən asılı olmayan elmdir 

(Şair bələkə də mifik görüşlərdən, əsatirlərdən doğan bilgiləri nə-

zərdə tutur - R.Q.). Məsələn, Tanrının bütün məfhumlar haqqın-

dakı elmi (dünya modeli, zaman və məkan haqqındakı mifik mə-

lumatlar  -  R.Q.)  və  yaxud  bizim  öz  varlığımız  (ilk  insanın  yaran-

ması barədəki miflər-R.Q.) haqqındakı elmimiz belədir.  

Digəri Hüsuli, yəni vasitədən asılı olan elmdir. Məsələn, bizim 

bəzi şeylərin mahiyyətləri haqqındakı elmimiz belədir.Belə bir el-

mə bilik də deyilir; çünki bu elmin bir bildirənə ehtiyacı vardır».

1

 

Füzuli  insanın  topladığı  hər  cür  mə’lumatı,  yaxud  müxtəlif 



yollarla,  vasitələrlə  əldə  olunan  biliklərin  hamısını  elm  hesab  et-

mir,  konkret  olaraq,  «külliyyatı  və  mürəkkəb  şeyləri  dərk  etmə-

yi», «təfərrüat və yaxud sadə şeyləri anlamağı», dünyadakı varlıq-

ların mahiyyəti dərk etməyi əsl bilik (mərifət) və elm sayır. 

«Demək  olmaz  ki,  təfərrüatın  dərk  edilməsi  biliyə  (mə’rifətə) 

xasdır, belə bir bilik tanrıya mənsub edilməzsə, bu nəticə çıxır ki, 

guya  tanrı təfərrüatı  dərk  etmir;  bu,  filosofların fikridir.  Halbuki, 

tanrı  külliyyatla  birlikdə  və  eyni  zamanda  ayrı-ayrı  təfərrüatın 

biliyindən asılı olmadan, hərtərəfli olaraq dərk edir. 

Həmçinin  (bəziləri)  demişlər  ki,  təfərrüatın  dərk  edilməsi  ilə 



külli bir məfhum da dərk edilir; çünki külli məfhum həmin məfhu-

mun təfərrüatının biliyindən ibarətdir. Bu mə‘nada olan bilik elm 

adı daşıyır və insana alim deyildiyi kimi, arif də deyilir»

2

.  


Şair  əsatiri  görüşlərin  əsil  elmin  ərəfəsi,  başlanğıcı  olmasına 

etiraz  edənlərin  fikirlərinə  də  aydınlıq  gətirməyə  çalışır:  «Bəzi 

filosofların dediyinə görə, Hüzuri elm ola bilməz; çünki Tanrının 

elmi məfhumların  mövcudiyyətindən  asılıdır. Bizim öz  mövcudiy-

yətimiz  haqqındakı  elmimiz  isə  ağıldan  asılıdır  və  bütün  elmlər 

                                                           

1

 Füzuli. Göstərilən əsəri, s.88. 



2

 Yenə orada. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə