DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə30/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   26   27   28   29   30   31   32   33   ...   77

93 

 

Hakkari,  Qars,  Malatya,  Muş,  Tunceli,  Van,  Ərdahan  və  Iğdır 



Şərqi Anadolu bölgəsinə daxil olan İllərdir.  

Ağrı. Ağrı ili, yayda alpinistlik və təbiət gəzintiləri, qış möv-

sümündə  isə  xizək  idmanı  üçün  əlverişli  şəraitə  malik  əfsanəvi 

dağı ilə Şərq Anadolu Bölgəsinin turizm mərkəzləri arasındadır.  

Bingöl.  Şərqi  Anadolu  Bölgəsinin  Yuxarı  Fırat  hissəsində 

yerləşmişdir. Adı əfsanələrə keçmiş bu bölgəyə Bingöl adını ver-

mişlər. Qalaları, xizək mərkəzi və üzən adası ilə diqqəti cəlb edən 

bir ildir.  



Bitlis.  Şərqi  Anadolu  Bölgəsində  iştirak  edən  Bitlis,  cənub-

dan Siirt, qərbdən Muş, şimaldan Ağrı illəri və Şərqdən Van Gölü 

ilə  həmsərhəddir.  Bitlis,  Qalaları  və  Türk  İslam  əsərləriylə  əhə-

miyyətli bir ildir.  



Elazığ. Şərq Anadoluda tarixi Harput Qalasının olduğu təpə-

nin ətəyində qurulmuş bir şəhərdir. Mövcud tarixi qaynaqlara gö-

rə Harputun ən köhnə sakinləri B.e.ə. 2000-ci ildən etibarən Şərqı 

Anadoluda yaşayan Hurrilərdir. 



Ərzincan. Şərqi Anadolu bölgəsində Fıratın yuxarı hissəsin-

də yerləşən Ərzincan, Anadolunun ən qədim mədəniyyət mərkəz-

lərindən biridir. Ərzincan mədəni  zənginliyi  qədər təbii  gözəllik-

ləri,  coğrafiyası,  mətbəxi  və  həyat  imkanları  ilə  tam  bir  turizm 

cənnətidir.  

Ərzurum.  Şərqi  Anadolu  Bölgəsinin  ən  böyük  şəhəri  olan 

Ərzurum  olduqca  köhnə  bir  məskunlaşma  vahididir.  Palandöken 

Dağı  ətəklərində  yerləşən  bu  şəhər  son  illərdə  qış  turizmi  baxı-

mından böyük əhəmiyyət qazanmışdır.  



Hakkari. Dərin və uzun Zap Vadisinin cənub yamacında yer-

ləşən  və  dörd  bir  tərəfi  dağlarla  əhatəli  Hakkari  Anadolunun  ən 

uzaq ellərindən biridir. Türkiyə xəritəsinin Cənub-Şərq küncündə 

ən  ucqar  nöqtədə  mövqe  tutan  və  İran–İraq  sərhəddindəki  343 

km-lik. sərhəddi ilə Türkiyənin ən strateji İli olduğu deyilə bilər.  

Qars.  Qars  Şərqi  Anadolunun  ən  Şərqində  Ermənistan  sər-

həddində yerləşir və eyni zamanda iqlim səbəbindən də ən soyuq 

illərindən biridir. Ancaq məkanın bu mənfiliyi İlin sənaye inkişa-



94 

 

fında nisbətən mənfi təsir etsə də il turizm potensialı baxımından 



bölgənin başlıca illərindən biridir.  

Malatya. Şərqi Anadolu Bölgəsinin Yuxarı Fırat Hövzəsində 

yerləşən  Malatya  ili,  coğrafi  mövqeyi,  tarixi  karvan  yollarının  - 

məşhur Kral Yolu və İpək Yolu - üzərində olması və sahib olduğu 

zəngin  su  qaynaqları səbəbi  ilə, Neolit  dövründən  bu  yana məs-

kunlaşmalara səhnə olmuşdur.  

Muş. Təbii, tarixi və mədəni dəyərlər baxımından böyük bir 

turizm  potensialına  sahib  olan  Muş,  Şərqi  Anadolunun  Yuxarı 

Murat-Van  hissəsində,  Çar  Adası  və  Korni  Adası  arasındakı  dü-

zənlikdədir.  



Tunceli.  Şərqi  Anadolu  Bölgəsinin  Yuxarı  Fırat  hissəsində 

yerləşən  Tunceli  İli,  Şimalda  və  Qərbdə  Munzur  Dağları  ilə 

Qarasu çayı, Şərqdə Bingöl Dağları və Pəri Suyu, cənubda Keban 

Baraj Gölü ilə əhatə olunur.  



Van. Van və ətrafı, ərazi baxımından əhəmiyyətli bir mövqe-

yi  olduğu  üçün  çox  köhnə  dövrlərdən  bəri  məskunlaşma  ərazisi 

olmuş,  bir  çox  sivilizasiyanın  izlərini  özündə  qoruyub  saxlamış-

dır.  Urartu  mədəniyyətinə  paytaxtlıq  edən  Van,  bu  günə  qədər, 

Hurrilər, Hititlər, Farslar, Medes, Səlcuqlular, Osmanlılar kimi bir 

çox mədəniyyəti bağrında daşımışdır.  



Ardahan. Türkiyənin Şərqi Anadolu Bölgəsindəki sərhəd İl-

lərindən olan Ardahan, sərhədləri içərisindəki Damalı Dağlarında 

meydana  çıxan  Atatürk  silueti  ilə  məşhurdur.  Hər  il  iyun  ayının 

15-dən  İyul  ayının  15-ə  qədər  saat  18-dən  etibarən  Qaradağın 

üzərində  Atatürkün  bu  silüeti  dəqiq  olaraq  təxminən  20  dəqiqə 

izlənilməkdədir. 



Iğdır.  Türkiyənin  Şərq  sərhəddində  yerləşən  Iğdır,  əfsanəvi 

Ağrı Dağı ilə həmsərhəd olan bir ildir. 

Orta  əsrlərin  nəhəng  şair  və  mütəfəkkirlərindən  biri  də  Mə-

həmməd  Füzuli  olmuşdur.  Professor  M.Yusifov  Füzuli  haqqında 

yazır.  “Füzuli  əslən  Azərbaycan  bayatlarının  nəslindəndir.  Azər-

baycan məkanında doğulub. Lakin sonrakı hadisələr Füzuli ailəsi-

ni  və  digər  başqa  ailələri  Azərbaycan  məkanından  uzaqlara 

köçməyə məcbur etmişdir”(3.s.55) Füzulinin əsərlərində bugünkü 




95 

 

Azərbaycan  dili  ilə  səsləşən  o  qədər  aydın  fikir  və  ifadələr,  xalq 



deyimləri  vardır  ki,  bunları  Azərbaycan  mühitindən,  Azərbaycan 

məişətindən,  Azərbaycan  həyatından  və  azərbaycançılıq  təfəkkü-

ründən  ayrı  təsəvvür  etmək  mümkün  deyildir.  Onun  əsərləri  öz 

vətəninin  hüdudlarından  kənarda  ərsəyə  gəlmiş  olsa  da  onların 

ruhu Azərbaycanla bağlıdır. Ona görə də bu dil asanca başa düşü-

lə  bilir.  Buradakı  sözlər,  ifadələr,  cümlələrin  quruluşu  bilavasitə 

Azərbaycan mühitini  xatırladır. Şairin dilində  Azərbaycan məka-

nında  işlədilən  çoxlu  dialektizmlərə  də  rast  gəlmək  olur.  Şairin 

dilində  belə  ifadələr öz məkanından kənarda işlədilsə  də öz milli 

və  yerli xüsusiyyətlərini saxlamaqdadır. Buna görə də  Füzuli ya-

radıcılığında, əsasən də türkcə qəzəllərində Azərbaycan dilinə aid 

dialektizmlər  çox  zəngindir.  Onun  yaradıcılığı  təkcə  Azərbaycan 

poeziyası üçün deyil, bütövlükdə Şərq ədəbiyyatı, eləcə də dünya 

ədəbiyyatı üçün əhəmiyyətlidir. Füzulinin zəngin ədəbi və fəlsəfi 

irsi olmuşdur. Üç qəzəl divanı, azərbaycan, fars və ərəb dillərində 

qəzəl  divanları  olmuşdur.Bunların  içərisində  Azəri  türkcəsində 

yazdığı  qəzəllərinin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Odur  ki, 

həm  Məhəmməd  Füzulinin  Türkcə  qəzəllərindəki  dialektizmlər, 

həm  də  Türkiyə  türkcəsinin  Şərqi  Anadolu  bölgəsindəki  dialek-

tizmlərin yüksək əksəriyyətinin araşdırmalar nəticəsində eyni mə-

nada  işləndiyi  ortaya  çıxmışdır.  Bu  formalaşmada  müxtəlif  tay-

faların eyni ərazilərdə bərabər yaşamaları mühüm rol oynamışdır. 

Bəhs edilən ümumiliyi göstərmək üçün Türkiyə türkcəsinin Şərqi 

Anadolu  bölgəsinin  dialektləri  ilə  Məhəmməd  Füzulinin  Türkcə 

qəzəllərində işlədilən bəzi sözləri müqayisəyə cəlb edirik.  

Degil.  İnkarlıq  bildirən  ədat.  Deyil  ədatı  Füzuli  qəzəllərində 

degil şeklinde işlenmişdir.  



Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur

Degil bihudə olmaq yox ikən ərzü səma peyda.(1.s.40)  

...Oldu bazari-cahan rövnəqi bir dürri-yetim 

Ki, degil iki cahan hasili ol dürrə bəha. (1.s.41) 

Bu ədat Şərqi Anadolu dilalektlərində də aşağıdakı şəkillərdə 

işlənməkdədir. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə