DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə31/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   27   28   29   30   31   32   33   34   ...   77

96 

 

Professor, Doktor Efrasiyap Gemalmas Ərzurum dialektində 



bu ədatın Tagol hissələrindən yarandığını və değil. // de:l // deel // 

degül  //  dewül  //  deyel  //  deyıl  //  deyil  //  deyül  şəkillərində 

işləndiyini  qeyd  edir.(6.s.74)  Degil//değil.  Artvin  dialektində  də 

eyni mənada işlənməkdədir.  

Sana.  Füzulinin  türkcə  qəzəllərində  sən  əvəzliyi  bir  çox 

hallarda sana şəklində işlənmişdir. 



Ey mələksima ki, səndən özgə heyrandır sana, 

Həq bilir,insan deməz hər kim ki,insandır sana.(1.s.44) 

Bu  əvəzlik  Şərqi  Anadolunun  bir  çox  dialektlərində,  əsas  da 

Ərzurum dialektində də Füzuli qəzəllərində işləndiyi kimi tələffüz 

olunmaqdadı.  Sen  (6.s.269),  Sene  (6.s.275)  Bu  əvəzlik  müasir 

Türk dili qrammatikasında Sana şəklində işlənməkdədir. 

Derlər. Burada səsdüşümü hadisəsi baş vermişdir. Deyirlər// 

derlər.  



Verməyən canın sənə bulmaz həyati-cavidan, 

Zindeyi-cavid ona derlər ki, qurbandır sana. (1.s.44) 

ŞAD-da:  De//deey-deyir//dersin-deyirsən//deyler//deyirlər 

şəklində  işlənməkdədir.  (6.s.73)  Füzulinin  türkcə  qəzəllərinə 

baxaq. Bu qəzəldə göz xəstəliyi mənasındadır. 



Çeşmin mərizi oldu könül, lə’ldən əm et, 

Rənci-xumarə düşdü, dəvadır şərab ona. (1.s.45) 

ŞAD-da: Ərzurum dialektində Çeşme-su, bulaq. (6.s.64) Fars 

dilindən  tərcümədə.  Çeşm-göz,  Çeçmə-bulaq,  mənalarını  verir. 

(2.s.100) 



Gez.  FTQ-də  işlənərək  fars  dilindən  tərcümədə  bir  gəz-bir 

kərə, dəfə mənalarını vermişdir. (2.s.210) 



Min can olaydı kaş məni-dilşikəstədə 

Ta hər birilə bir gəz olaydım fəda sana. (1.s.55) 

Bu  söz  Kars  ili  dialektində  Tərəkəmələrin  dilində  işlənərək 

dəfə, kərə mənalarını verir. (10.s.377) Bundan başqa onu da qeyd 

edək ki, bir sira başqa türk dialektlərində bu söz çox zəngin bir lü-

ğət  tərkibinə  malikdir  Məsələn:  1.Odlu  silahlarda  nişan  almaq 



97 

 

üçün işarələnmiş yer, kərtik. 2.Taxta evlərdə qapı pərvazlarını bir-



birinə keçirmək üçün uclarına açılan dəlik. 3. Bel, keçid. 4.Kərpic 

hörgülərdə  iki  kərpic  arasındaki  boşluq.  5.Qala  bürcü.  6.Toxun-

maqda olan bez, kilim və başqa şeyləri gərgin saxlamağa yarayan 

və toxunan tərəfə əyilən iki ucu sivri ağac: Gez qırıldı və s. 7.Kəl-

bətin. 8.Sıra dağların uzanıb gedən təpələri. 9.Boyunduruğun ara-

lıq  yerlərində  olan  kərtiklər.  10.Dəmir  kəsməyə  yarayan  alət. 

11.Corab şişi.12.Bir yaşında keçi, oğlaq. 13. Divar daşları arasına 

qoyulan  suvağ.14.  Ayaqyolu,  yüznumara.  15.Toxumada  istifadə 

olunan  bir  cür  iplik.  16.Göz  17.Seslənmə  forması:  18.Çuxur.  

Bundan  başqa,  Bir  yaşında  keçi,  oğlaq  mənasında  olan  Gerzem 



//Gezem  //Gezen  //Gezezan  //Gezezen  //Gezyazma  sözləri,  Ayaq-

yolu, yüznumara mənalarında Gezinti, gezme sözləri də işlənir. 



Bunca//munca. Bildiyimiz kimi ca, cə qoşması sözə qoşula-

raq qədər mənasını verir. Bunca-bu qədər. Füzulinin qəzəllərində 

də bu mənanı verir.  

Ey Füzuli, nə murad oldu müyəssər bilmən

Bunca kim, həsrəti-lə’lilə cigər xun etdin? (1.s.184) 

Xurşid cəmalından ol ay saldı niqabın, 

Sübh oldu,dur ey bəxt, nədir munca şəkərxab? (1.s.61) 

Bu  qoşma  ŞAD-da  da  eyni  mənaları  verməkdədir.  Ərzurum 

dialektində  bu  qədər  mənasını  verir.  Ərzurum  dialektində  bunun 

başqa  variantları  və  mənaları  da  vardır.  Buncucah  //Buncuğaz 

//Bunculah – bu kadarcık, bu kadar çok. (6. s. 51) 

Bundan  başqa  Bu  kez  mənasında:  Bunca,  Bunâl,  Buncal, 

Buncalı, Bundası şəkillərində də işlənə bilir. 

Yazı/yazu. Bu söz Azərbaycan dilinin qrammatikasında yazı, 

yəni  yazı  yazmaq  və  köhnəlmiş  söz  kimi  düzənlik,  ovalıq 

mənalarını verir. Füzuli qəzəlindən gətirdiyimiz nümunədə də bu 

ovalıq, düzənlik mənasını verir. 



Sən üzündən aləmi rövşən qılıb saldın niqab, 

Yazıya salsın bu gündən böylə nurin afitab.(1.s.66) 

ŞAD-dan Ərzincan, Elazığ, Malatya və başqa dialektlərdə bu 

söz, alın yazısı, yayla, dağ mənalarını verir. ŞAD-da Yazı yaban-



98 

 

da  qalmaq–Sahibsiz,  kimsəsi  olmamaq  mənalı  frazeoloji  birləş-



mələr də vardır. ŞAD-dan Ərzincan və ətraf dialektlərində: Tarla-

ların yerləşdiyi geniş sahə, ərazi. (9.s.428) Elazığ və ətraf dialekt-

lərində:  Kır–bağ  evinin  həyəti,  bayır.  (7.s.239)    Malatya  və  ətraf 

dialektlərində:  Düzlük,  ova  (8.s.424)  Biz  yazıya  gedirdih,  qazma 

qazırdıh. (8.s.247,5-21) 

Ənbər. Balinanın ifrazatından alınan ətir, gözəl iy, xoş rayi-

hə.  (2.s.165)  Füzuli  də  burada  qeyd  etdiyim  nümunədə  torpağın 

verdiyi gözəl ətirdən söhbət açır. 

Əks ruyin suya salmış sayə, zülfün toprağa, 

Ənbər etmiş toprağın adın, suyun ismin gülab.(1.s.66)  

ŞAD-da,  əsasən  də  Ərzurum  dialektində  də  bu  sözə  rast 

gəlinir  və  aşağıdakı  kimi  tələffüz  olunur.  Ember//anber,  amber-

gözəl iy, qoxu.(6.s.95) 



Əndəlib. Bu söz fars dilindən tərcümədə bülbül mənasını ve-

rir  (2.s.166)  və  nümunədə  də  şair  bülbülün  qəfəsdə  qalmasindan 

söhbət açır.  

Bərqi-ahimdən evim hər guşə bulmuş rəxnələr

Gəl gör, ey gül, kim, giriftari-qəfəsdir əndəlib.(1.s.67) 

Şərqi Anadolunun  bir sıra dialektlərində bu söz oyun, hiylə, 

qalmaqal,  sərsəm,  uydurma,  yalan  və  başqa  mənaları  verməkdə-

dir. 


Yürü.  Gətirdiyimiz  nümunədə  bu  söz  yerimək,  yürümək 

mənalarını verir. 



Yürü, yetir mənə, ey simi-əşk, bidad et, 

Gər aqçan ilə alınmış qul isəm, azad et! (1.s.74) 

ŞAD-da, əsasən də Ərzurum dialektində yürü //yürüş //yürüyş 

//yerimə// 

yürümə (6.s.345) şəklində rast gəlinir. 



Əgər,  əgərçi-fars  dilindən  tərcüməsi,  buna  baxmayaraq,  hər 

nə qədər olsa mənalarını verir. (2.s.148) Bu söz aşağıdakı nümu-

nədə şərt bildirən bağlayıcı olaraq özünü göstərir. 

Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə, 

Əgərçi su bürudət kəsbini eylər həva görgəc. (1.s.86) 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə