DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə32/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   28   29   30   31   32   33   34   35   ...   77

99 

 

Bu söz ŞAD-da, əsasən də Ərzurum və Artvin dialektində də 



işlənməkdədir.  Eger//Eğer//eyer.(6.s.89)  Artvin  dialektində  Eğer 

bəzi hallarda at mənasını da verir. 



Pünhan.  Fars  dilindən  tərcümədə  1)gizli,  məxfi;  2) 

gözəgörünməz,  qaib;  3)  göz  önündə  olmayan  mənalarını  verir. 

(3.s.220) 

Xəta səndən degil, cismim oxundan binəsib olsa, 

Hübabi-əşki-gülgun içrə pünhan etdigimdəndir.  

(1.s.106) 

 

ŞAD-da,  Arpaçay  dialektində  də  gizli  mənasını  verir.  Ərzu-

rum  dialektində,  pinhân//pinhan  şəkillərində  işlənərək  yenə  də 

gizli  mənasını  verir.  (6.s.261)  Dişerde  suyun  üzerinde  bir  körpi 

guruli pünhan etmiş cinniler, nasın gözüne görünmüyor. (5.s.196, 

10-055-01-27). 



Tutiya.  Ərəb  dilindən  tərcümədə:  Hər  hansı  müqəddəs  şey, 

gözə  sürtülən  yağ,  dərman  və  s.,  az  tapılan  hər  bir  şey,  sink 

mənalarını verir. (3.s.409) Füzuli burada günəşin qarşısını almaq, 

önun şölələrini kəsmək üçün günəşə tutiya verir.  



Xaki-dərindir ol ki, dünü gün səvab üçün

Həm ayə sürmə, həm günəşə tutiya verər. (1.s.138) 

Ərzurum  dialektində,  Tûtiyâ//tutya  şəkillərində  işlənərək 

türkcə,  çinko  madeni,  mor  renkli  bir  kır  çiçeği  mənalarını 

verir.(6.s.315) 



Yey.  Füzulinin  türkcə  qəzəllərində,  yaxşı,  daha  yaxşı 

mənalarını verir. 



Gəh nazü gəh kirişməvü gəh işvədir işin

Canın sevənlər olmasa yey aşina sana. (1.s.55) 

Bu qəzəldə şair sevənlərin sənə yaxşı dost olmasından söhbət 

açır. 

Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim, 

Bu ahəngi-məlaləfzayə bundan yey məqam olmaz.  

(1.s.142) 

Burada isə şair hər hansı bir yaxşı məqamdan danışır. 

ŞAD-da, Ərzurum dialektində yeg, yeğ, şəklində də işlənərək 

daha  yaxşı  mənasını  verir.  (6.s.341)  Türkiyənin  başqa  bir  neçə 




100 

 

dialektində, ağlayan uşağı susdurmaq üçün istifadə olunan bir va-



sitə kimi istifadə olunur. Yey yey gəl. Ağlama yey-yey. Burada isə 

yey-yey yəni cəld, tez-tez mənasındadır. 

Pend-pənd.  Fars  dilindən  tərcümədə  öyüd,  nəsihət  mənala-

rını  verir.(3.s.213)  Bu  şerdə  də  şair  nəsihət  verənə  öyüddən, 

nəsihətdən dəm vurmamasını deyir. 

Saqın, könlüm yıxarsan, pənddən dəm urma, ey naseh, 

Həvayi-nəfs ilə bir mülkü viran eyləmək olmaz! (1.s.148) 

ŞAD-da,  Arpaçay  dialektində  arkadaş,  Ərzurum  dialektində 

isə nəsihət, öyüd mənalarını verir.(6.s.22) 

Urma.  Bu  söz  Müasir  Azərbaycan  dilinin  qrammatikasında 

vurma şəklində işlənməkdədir. Buradan da görünür ki, Füzuli qə-

zəllərinin lüğət tərkibində bu sözün əvvəlində səsdüşümü hadisəsi 

baş vermişdir. 



Füzuli, aləmi-qeyd içrəsən, dəm urma eşqindən, 

Kəmali-cəhl ilə də’vayi-irfan eyləmək olmaz. (1.s.148) 

ŞAD-da,  Elazığ  və  ətrafı  dialektlərində  Vurmak  şəklində, 

(7.s.238)  Artvin  dialektində  ulumak  və  Türkiyənin  başqa 

dialektlərində.  Urmak  sözü  vurmak,  çalmak,  söyləmək,  quyudan 

su çəkmək üçün istifadə olunan taxta vedrə mənalarında işlənir. 

Ehya. Ərəb dilindən tərcümədə, 1) diril(t)mə, canlan(dır)ma; 

2)  qüvvət  və  təravət  vermə,  qüvvətlən(dir)mə;  3)  təzədən  bərpa 

etmə; 4) yenidən vücuda gətirmə; 5) ramazanda (orucluqda) gecə 

oyaq  qalıb  ibadətlə  məşğul  olma  mənaları  verir  (2.s.136)    Şair 

aşağıdakı nümunədə də ver sözə ehya,  yəni sözu canlandır, qüv-

vətləndir.  



Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, 

Edə hər saət səni ol uyqudan bidar söz. (1.s.151) 

Ərzurum dialektində də yuxarıda qeyd etdiyim mənanı verir. 

İhya://ihya. (6.s.91) Bu söz Türkcənin bir sıra başqa dialektlərin-

də  də  işlənməkdədir.  1.  Torpaq  altından  çıxan  yumşaq,  ağımtıl, 

yağlı və tarlalara çox faydalı olan bir növ daş. 2. Hər cür kübrə. 3. 

Torpağı dərindən əkərək altını üstünə çevirərək havalandırma.  



Mah. Fars sözü olaraq işlənmişdir. Burada Ay-göy  cismi  və 

ay-təqvim  ayı  mənalarını  verir.(3.s.27)  Füzulinin  qəzəlində  də 




101 

 

ayrılıq gecələrində aya baxaraq ah nalə çəkdiyini və ayın yenə də 



bunun halından xəbərdar olmadığını qeyd edir.  

Mahə çəkdim şəbi-hicran ələmi-şö’leyi-ah, 

Ah kim, olmadı ol mah xəbərdar hənuz. (1.s.154) 

ŞAD-da, Artvin dialektində də ay parçası, sevgili mənalarını 

verir. 

Esbab. Ərəb dilindən tərcümədə səbəb. 1) səbəblər, vasitələr; 

2) alətlər mənalarını verməkdədir. (2.s.177) Əsvab. «sövb» paltar-

lar. 

Məndən axır çün qılır bizarlıq əsbabi-dəhr, 

Dəhr əsbabından ol yey kim, qılam bizarlıq. (1.s.175) 

Ərzurum  dialektində  isə  geyim,  paltar,  libas  mənasını  verir.  

(6.s.28,99) Malatya İli dialektində də bu söz eyni mənanı vermək-

dədir. (8.s.387) 



Əyyam. Klassik Azərbaycan ədəbiyyatinda Füzuli qəzəllərin-

də işlənən və ərəbcədən tərcümədə. 1) günlər; 2) zaman, zəmanə, 

dövr mənalarında işlənmiş-dir. (2.s.182) 

Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ, 

Onda tutsun qönçəvəş hər kim ki,eyş istər otağ. (1.s.176) 

Ərzurum İli dialektində də bu eyyâm şəklində işlənərək vaxt, 

zaman mənalarını verməkdədir. (6.s.106) 

Ərzincan İli dialektində Ayam-əyyam. Hava mənasında işlən-

məkdədir.  A  şindi  evümüz  tehlükede  ayam  bozdumu  biz  çihirih 

evden. (9.s.353,5-14-7) 

Malatya  İli  dialektində  də  Ayam//eyyam  hava  mənasında 

işlənir. (8.s.388) 



Səbzə//sebze.  Fars  sözü  olub,1)  göyərti;  2)  kişmiş  növü; 

Qəzəldən  gətirdiyimiz  nümunədə  də  səbzənin  bir  bitki  olması 

anlaşılır.(3.s.263) 

Çəməndə paybusindən olubdur səbzələr xürrəm

Haman bir səbzəcə olmağə aləmdə bitər,aşiq. (1.s.179) 

Ərzurum  İli  dialektində  Sebze//zebze.  Sebze  yapmak,  sebze 

yetişdir-mək, göyərti yetiştirmek (6.s.272) 

Elazığ  və  ətraf  dialektlərində  də  Sebze  yuxarıda  qeyd 

etdiyimiz mənanı verir. (7.s.239) 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə