DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə33/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   29   30   31   32   33   34   35   36   ...   77

102 

 

Künd.  Fars  dilindən  tərcümədə  1)  biçinsiz,  kobud;  2)  küt, 

kəsməyən;  3)  saatın  dala  qalması;  4)  qoçaq,  cəsur,  igid.  Kündə: 

dustaqların ayağına vurulan bənd, bağ; 2)  yaymaq və yastılamaq 

üçün  girdə  şəklə  salınmış  xəmir  parçası.  (2.s.360)  Füzulinin 

qəzəlində də yumrulamaq mənasında işlənmişdir. 



Kuhkən künd eyləmiş min tişəni bir dağilən

Mən qoparıb salmışam min daği bir dırnağilən.  

(1.s.256) 

Ərzurum  dialektində  Çörək  bişirmək  üçün  ayrılan  xamır 

topası  (6.s.208)  Türkiyə  türkcəsinin  bir  sıra  başqa  dialektlərində 

kök. Bu ağacın kündü kırılmış və qarşılıqlı və qovalama şəklinde 

oynanılan bir oyun.  

Sayru. Məhəmməd Füzuli türkcə qəzəlində sağ ilə  yoldaşlıq 

etmək  xəstəyə  ağırdır  deyə  müraciət  edir.  Burada  sayru  xəstə 

mənasında işlənmişdir. 

Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb, 

Sayruya düşvardır həmrəhlik etmək sağ ilən. (1.s.256) 

Şərqi  Anadolu  dialektlərindən  Malatya  İli  dialektində  də 

Sayru  xəstə  anlamındadır.(8.s.417)  Türkcənin  başqa  dialektində 

də soyrı şəklində işlənərək yenə də xəstə mənasını verir. 



Rüsva(y). Fars dilindən tərcümədə  biabır, bədnam anlamın-

da işlənir. (2.s.249) Qəzəldə başını daşlara vuraraq biabır olduğu-

nu  qeyd  edir.  Onu  da  qeyd  edək  ki,  bu  söz  Müasir  Azərbaycan 

Ədəbi dilində də işlənərək yuxarıdakı mənasını verməkdədir. 



Daşlarə urub başımı, rüsva gəzər oldum

Ey əql, qaçıb qurtula gör dərdi-sərimdən(1.s.257) 

Bu  söz  Şərqi  Anadolu  dialektlərindən  Ərzurum  (6.s.266)  və 

Malatya İli (8.s.416) dialeklərində də rüsvay etmək, biabır etmək, 

rəzil etmək mənalarında işlənməkdədir. 



Pərişan. Fars dilindən tərcümədə 1) dağınıq, dağılmış; 2) ni-

zamsız,  qarmaqarışıq;  3)  qəmli,  kədərli,  dərdli.  (3.s.215)  Füzuli 

bu  qəzəlində  isə  könlünün  zamanın  zülmündən  pərişan-kədərli, 

qəmli olduğunu qeyd edir 



Cəm’ könlün dövr cövründən pərişan olmasın, 

Çərx fərmanınla gəzməkdən peşiman olmasın.  


103 

 

(1.s.259) 

Bu  söz    Şərqi  Anadolu  dialektlərindən  Qars  İli  dialektində  

perişan (10.s.381), Ərzurum  dialektində. perîşân:  perişan;  şəklin-

də işlənərək darma dağınık anlamında (6.s.257). Türk dilinin baş-

qa dialektlərində, məsələn: Diyarbakır perîşân, perişan. Uşak dia-

lektində perşan, Güney-Batı və Anadolunun bir sıra başqa dialekt-

lərində  də  perişan,  pirişan  şəkillərində  işlənərək  yuxarıdakı  eyni 

mənanı verir. 

Yaşırmaq. Füzuli türkçə qəzəlində yaşırmaq-gizlənmək kəl-

məsini işlədərək zəif-liyini eldən gizlətdiyini qeyd edir. 



Zə’fim eldən yaşırıb, əhvalimi saxlar, vəli 

Naleyi-biixtiyarımdır qılan rüsva məni. (1.s.288) 

Şərqi Anadolu dialektlərindən Kars ili dialektində də bu söz 

yeşirmek  şəklində  işlənərək  örtmək,  gizlətmək  mənalarında  iş-

lənir. Qnu da qeyd edək ki, bu söz müasir Aərbaycan dilində işlə-

nən yaşmaq-üz örtüyü sözündədə özünü qoruyub saxlamaqdadır. 

Sayə. Füzuli qəzəlində bu söz fars dilli söz olaraq iki mənada 

1)  kölgə;  Allahın  kölgəsi  2)  himayə,  kömək.(3.s.258)  mənasını 

verir. 

Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim

Sayə tək sevdayi-zülfün payimal eylər məni. (1.s.300) 

Bu söz ŞAD-da, Artvin dialektində isə saye şəklində işlənə-

rək Aracılık,  marifet  yəni  ara adamı, mərifət mənalarını vermək-

dədir.  


Nedəyin. Nə edək. Burada birinci sözdə söz sönunda biz sait 

düşümü hadisəsinə rast gəlirik. Bu söz Füzulinin qəzəlində də bu 

mənanı  verməkdədir.  O  nə  etməsini,  bu  dərdin  dərmanının  nə 

olmasını bədii sualla qeyd edir. 



Çıxdı can, kimsəyə izhar edə bilmən dərdim, 

Nedəyin, ah, bu dərdin nə olur dərmani? (1.s.291) 

Eyni  hadisə  ərzurum  dialektində  də  baş  verməkdədir.  Ər-

zurum dialektində də bu söz nedəyin//nedeyh//nedim variantların-

da da işlənir. (6.s.240) 

Şərqi Anadolu dialektləri ilə, M. Füzulinin türkcə qəzəllərin-

də  ortaq  dialektizmlərin  tədqiqi  apardığımız  araşdırmalar  nəticə-




104 

 

sində  aydın  olur ki,  Şərqi Anadolu  dialektlərində  bəzi  ərazilərdə, 



Şərqi  Anadolu  bölgəsindəki  bəzi  sərhəd  İlləriylə  məhdudlaşmış, 

bu  xüsusiyyətlərin  bölgənin  daxili  tərəflərinə  getdikcə  ortadan 

tədricən  qalxdığını  görürük.  Xüsusilə  Ərzurumun  Yuxarı  Aras, 

Yuxarı Qarasu, Tortu və  İspir dialektlərində, Ərzincanın mərkəz, 

Tercan  və  Çayırlı  dialektlərində,  Ağrı,  Qars,  Ardahan  və  Iğdır 

İllərinin  Azeri  və  Terekeme  dialektlərində,  Vanın  Kürəsinli  və 

Ərcis dialektlərində, Bitlisin Ahlat və Adilcevaz dialektlərində bu 

təsir çox diqqətə çarpan bir şəkildə görülür. 

Bütün  bu  yazdıqlarımdan  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 

hər iki tərəfin fonetik sistemində, leksik tərkibində və qrammatik 

quruluşunda ümumilik nəzərə çarpacaq dərəcədə çoxdur. Türkiyə 

Türkcəsinin Şərqi Anadolu bölgəsinin dialektləri dil vəsaiti baxı-

mından olduqca zəngin və çeşitli olduğuna görə bununla Məhəm-

məd Füzulinin Türkcə qəzəllərində işlədilən dialektizmlər arasın-

dakı  eynilik  mənşə etibarı ilə bir kökdən gəldiyi  üçün çox gözəl 

nəticələr ortaya çıxardır. Dilimizin köhnə və yeni bir çox xüsusiy-

yətini  mühafizə  edən  bu  zəngin  vəsait,  xüsusilə  qarşılaştırmalı 

çalışmalarda, araşdırma nəticəsində əhəmiyyətli üstünlüklərə ma-

lik olduğunu göstərir.  

 

Ədəbiyyat 

 

1.  Məhəmməd  Füzuli.  Əsərləri.  6  cilddə.  I  cild.  Bakı.  “Şərq-



Qərb”, 2005, 400 səh. 

2.  Klassik Azərbaycan  ədəbiyyatında işlənən  ərəb və  fars sözləri 

lüğəti. 2 cild-də. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 416 səh. 

3.  Klassik Azərbaycan  ədəbiyyatında işlənən  ərəb və  fars sözləri 

lüğəti. 2 cild-də. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 472 səh. 

4.  Efrasiyab  Gemalmaz.  Erzurum  ili  ağızları.  3  cilddə.  I  cild. 

İnceleme. Anka-ra. 1995. 410 səh. 

5.  Efrasiyab  Gemalmaz.  Erzurum  ili  ağızları.  3  cilddə.  II  cild. 

Metinler. Anka-ra. 1995. 247 səh. 

6.  Efrasiyab  Gemalmaz.  Erzurum  ili  ağızları.  3  cilddə.  III  cild. 

Bibliyoqrafiya – sözlük ve dizinler. Ankara. 1995. 381 səh. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə