DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə36/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   32   33   34   35   36   37   38   39   ...   77

111 

 

düşür. İkinci misrada yaş sözüü təzə-tər anlamında qəbul etdikdə  



misra təxminən aşağıdakı şəkildə anlaşılır.  

“Təzə-tər yetim uşaqlardır, onlarda ədəb-ərkan yoxdur”. Doğ-

rudur, dərin sətiraltı mənası ilə seçilən Füzuli poeziyasının bu şə-

kildə izah olunması mübahisə doğura bilər. Füzulişünaslar, beytin 

ümumi mənasını fərqli şəkildə aça bilər, lakin misranın ilk anla-

şılan  mənasının  məhz  qeyd  etdiyimiz  şəkildə  olduğu  qənaətin-

dəyik. 

Budur cürmü, onu zəncirə çəkmiş dalğalar hər an

Nə üzlə gözləyim şəfqət oğul üzlü gözəldən kim (8, s.34) 

Beytin birinci misrasında işlənən cürmü sözü diqqəti cəlb edir.  

Fikrimizcə,  bu  söz    Çəmbərən  dialektində  qorunub  saxlanan 

“təkcə”  məhdudlaşdırıcı  ədatının  (səh.83)  qarşılığı  kimi  işlənən 

cümrü sözünün fonetik cəhətdən dəyişilmiş formasıdır. 

Füzuli, qıldı fəryadü Fəğanım tirə gərduni,  

Hənuz ol mah sormaz kim,nə fəryadü fəğandır bu (8,s.266)              

Məqtə  beytinin  birinci  misrasındakı  tirə  sözü  dialekt  və 

şivələrimizdə fərqli məna çalarlarında işlənməkdədir.  

Tirə  I  (Ağdam,  Gədəbəy,  İmişli,  Qarakilsə,  Qazax,  Qubadlı, 

Laçın, Sabirabad, Şəmkir, Tovuz) – 1. nəsil; 2. tayfa; 3. qohum-

əqrəba və s. 

Tirə II (Qubadlı) – 1. tərəfdar; 2. həmfikir. 

Tirə IV (Şəki) – lək. 

Tirə  V  (Şahbuz)  –  arı  səbətinin  içində  olan  bölmələr, 

arakəsmələr (1, s.499). 

Bizcə, beytdə  işlənən tirə  sözü ilə dialektlərimizdə  rast  gəldi-

yimiz  tirə  sözlərinin  bir-biri  ilə  məna  əlaqəsi  yoxdur.  Belə  ol-

duqda  misrada    işlənmiş  tirə  sözü  ilə  mənaca  səsləşən  tir  sözü 

maraq  doğurur.  Azərbaycan  dilinin  dialekt  və  şivələrinin  bir  ço-

xunda işlənən tir sözü də tirə sözü kimi müxtəlif mənalarda tələf-

füz olunur. Lakin Salyan dialektində rast gəldiyimiz  və böyük, iri 

anlamlı tir  sözünün misradakı tirə sözünün kökü kimi çıxış etdiyi 

qənaətindəyik. 




112 

 

Misradan anlaşılan məna fikrimizi möhkəmləndirməyə kömək 



edir.  Fikrimizcə,  beytin  I  misrası  “Füzuli  fəryadü-fəğanın  böyük 

fələyə söylədi” şəklin  də anlaşıla bilər. 



Aşıq oldum yenə bir tazə gülü-rənaya, 

Ki, salır al ilə hər dəm məni yüz qovğayə (8, s.266)              

Nümunədə işlənmiş al sözü yalan  hiylə mənasında (Ağcabədi, 

Ağdam,  Bakı,  Cəbrayıl,  Füzuli,  Qazax  dialektlərində  qorunub 

saxlanılmışdır (1, s.18). 



Bəla yolunda qovğayə qaçan mən tək 

                                      dözər Məcnun,  

Qaçan olmaz durnatək, yey bilür hər  

                                    kimsə yoldaşın  (8, s.266)           

Beytdə  yaxşı mənasında işlənən  yey sözü Cəbrayıl, Gədəbəy, 

Göyçay, Xanlar, İmişli, Meğri, Ordubad, Şamaxı, Tərtər dialekt-

lərində də yaxşı anlamında işlənməkdədir. “O sənnən yey danışır” 

(İmişli) (1, s.549). 

Abı-çeşmim cizginiz kuyində, əmma qəsri yox, 

Deməsin bu dövrdə kimsə ki, mərdümzadəyəm.(8,s.223)              

Beytin  ikinci  misrasında  qarşılaşdığımız  mərdümzadə  sözü 

diqqəti  cəlb  edir.  Bizim  fikrimizcə,  bu  söz  əslində  fars  mənşəli 

mərdümazar – xalqa əziyyət verən, camaatı incidən (6, s.52) sözü-

dür.  Azərbaycan  dilinin  dialektoloji  lüğətində  mərdümazar  sözü 

əks olunmasa da, şəxsi müşahidəmizə əsasən deyə bilərik ki, mər-

dimazar sözü mərdimazar, mərgimazar şəklində  Xaçmaz dialekt-

lərində “pislik edən adam” mənasında işlənməkdədir. 



Canım aldın mey üçün saqi, içirdin mənə qan

Dad əlindən ki, məni ol ilə məğbun etdin (8, s.266)              

Beytdə müşahidə etdiyimiz məğbun sözü Biləsuvar dialektin-

də rast gəldiyimiz bacarıqsız mənalı mağ sözünə Yardımlı, Lerik, 

Lənkəran dialektlərində qarşılaşdığımız mağmın – fərsiz, bacarıq-

sız  sözləri  ilə  səsləşir.  Bizim  fikrimizcə,  II  misradakı  tabeli  mü-

rəkkəb  cümlənin  budaq  cümləsi  “məni  yalan  ilə  bacarıqsız  hala 

gətirdin” şəklində anlaşıla bilər. 

Qəmzə peykanının gözün mən mübtəladan saxlamaz 



Sərf edər əhli-nəzər,nəqdin gədadan saxlamaz (8,s.144) 


113 

 

       İkinci  misrada  işlənən  gəda  sözü  qərb  qrupu  dialekt  və 



şivələrində aşağıdakı mənalarda işlənir: 

Gədə I (Ağbaba, Çəmbərək, Vedi) – uşaq, oğlan. 

Gədə  II  (Çəmbərək)  –  alaçıq  (dəyə)  tikmək  üçün  istifadə 

olunan çubuq. 

Gədə III (Vedi, Zəngibasar) –m kişiyə yaraşmayan hərəkət (5, 

s.156). 


 Gədə  sözünün  qeyd  olunan  məna  çalarlarından  sonuncu  – 

“kişiyə yaraşmayan hərəkət” anlamı beytdəki gəda sözünə nisbə-

tən  yaxın  olsa  da,  tam  olaraq  həmin  sözün  mənasını  ifadə  etmir. 

Beytdə  işlənən  gəda  sözü  daha  çox  Xaçmaz  dialektində  işlənən 

gəda dialektində də gəda sözü beytdə işlənən mənada səviyyəsiz, 

alçaq mənasında işlənmişdir. 



Şükufə bərgi torpaq üzrə simin xiştələrdir kim,  

Əsasi-eyşi-xəlq ol xiştlərdən üstü var oldu (8, s.338)   

Nümunələrdən  də  göründüyü  kimi,  xiştə  sözü  bəndin  hər 

ikisində işlənmişdir. Xiştə sözünə  dialekt  və  şivələrimizdə  aşağı-

dakı şəkildə işlənir. 

Xişdəx` I (Qax, Qarakilsə, Qazax, Şuşa) – köbə. 

Xişdəx II (Çəmbərək) – şumlanmış sahə arasında qalan kiçik 

xam yer. 

Maraqlıdır ki, xişt sözü fars dilində kərpic anlamında da işlə-

nir  (2,  s.243).  Xişt  sözünün    məna  çalarını  nəzərdən  keçirdikdə 

belə  düşünmək  olar  ki,  beytin  birinci  misrasında  işlənmiş  xişt 

sözü Çəmbərək dialektindəki xişdəx –  “şumlanmış sahə arasında 

qalan kiçik xam yer” mənasında, II misrasında isə kərpic anlamın-

da işlədilmişdir.           

Söylədim dərdi-dilimni bildi ol kim yardır, 

Qılmadı bir rəhm bəs kim, zalimü xunxardır (8, s.332)           

Beytin  sonuncu  misrasında  işlənmiş  xunxar  sözü  dialekt  və 

şivələrimizdə  Lerik  dialektində  davakar  anlamında  işlənir  (1, 

s.230). Maraqlıdır ki, fars dilində qan içən anlamında işlənən xun-

xar sözü xonxar şəklində Bakı dialekti, Maştağa şivəsində də eyni 

mənada işlənməkdədir. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə