DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə37/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   33   34   35   36   37   38   39   40   ...   77

114 

 

Zəhi cəvahiri-ehsani-omə mədəni-xos 



Düri-şəfaət üçün bəhri-zəhmətə qəvvas (8, s.167) 

Birinci  misranın  sonunda  işlənən  xos  sözü  dialekt  və 

şivələrimizin bir çoxunda işlənir. Misallara nəzər salaq: 

Xos  I  (Ağbaba,  Gədəbəy,  Xanklar,  Qax,  Qazax,  Mingəçevir, 

Şəki, Tovuz) – çərşənmə axşamı. 

Xos II )Gədəbəy, Tovuz) – Bazar günü. 

Xos III (Basarkeçər, Qazax) – yaxşı. 

Xos IV (Zəngilan) – paltar növü (1, s.216). 

Nola dersən qədr ilə əfzun Məsihadən səni 

Yeri-göy mizan olub fərq olmuş ağırdan yünül (8, s.207)              

Beytin  son  misrasında  rastlaşdığımız  mizan  sözü  Füzuli 

rayonunun  dialekt  və  şivələrində  “yeddi  qardaş  ulduzlarından 

birinin adı” kimi qeyd olunur (1, s.359). 

Diyari-dərd sərgərdaniyəm, hər kim məni istər,  

Dəlili-rah qətrə-qətrə əski laləgunumdur (8, s.122)              

Birinci misrada işlənmiş sərgərdaniyəm sözünə  Şəki ləhcəsin-

də  səryəndar  –  boş-bekar,  işsiz  mənasında  rast  gəlirik  (1,s.430). 

Azərbaycan  klassik  poeziyasının  əvəzedilməz  şairi  M.Füzulinin 

“Saçın  ədişəsi  təhriki-zənciri cumunumdur” qəzəlinin   (8, s.122)  

dili dialektizmlərlə zəngindir.Qəzəldə işlənmiş “xali olmaq” Xaç-

maz  dialekt  və  şivələrində  “yiyəsiz,  sahibsiz  qalmaq”  anlamında 

işlənmiş,  həmçinin  sərasər-daima,  bihudə-boş-boşuna  kimi  bir 

çox dialekt və şivələrimizdə işlənən sözlər qəzəlin dilini daha da 

zənginləşdirmişdir.  Adıçəkilən  qəzəlin  dilinə  nəzər  saldıqda 

aşağıdakı beytdə işlənmiş “hirman/odu” ifadəsi diqqəti cəlb edir. 

Gələn navəklərin bir-bir yaqıb qoymaz bulam zövqin 

Məni hirman oduna yandıran suzi dərunumdur (8, s.122).           

Fikrimizcə,  ikinci  misrada  işlənən  hirman  sözü  Zaqatala  dia-

lektində  “hirman”  –  qalın  kolluq,  Quba  dialektində  işlənən  “xır-

man  –  ot  tədarükü  saxlanı-lan  yer”  mənalarına  yaxın  mənada 

işlənmişdir. Maraqlıdır ki, ərəb-fars sözləri lüğətində hirman sözü 

ərəb mənşəli söz olaraq – 1) əli üzülmə, məhrum olma; 2) qovul-

ma, xaric olma anlamlarında qeyd olunmuşdur (6, s.252). Doğru-

dur,  beytin  tam  olaraq  açılması,  izah  edilməsi  ədəbiyyatşünaslar 




115 

 

tərəfindən  daha  dəqiq  icra  olunar.  Bununla  yanaşı,  bir  ehtimal 



olaraq hirman sözünün dialekt və şivələrimizdə yaşayan anlamına 

yaxın olması qənaətindəyik. 

M.Füzulinin  şeirlərində  morfoloji  xüsusiyyətlərə  də  rast  gəl-

mək  mümkündür.  Belə  ki,  adlıq  hal,  yönlük  və  təsirlik  halların, 

yönlük  hal  təsirlik,  yerlik və çıxışlıq  halların, təsirlik hal  yönlük 

və yerlik halların, yerlik hal yönlük və çıxışlıq halların mövqeyin-

də işlənir. Bu hal dialekt və şivələrimiz üçün də səciyyəvi haldır. 

M.Füzulinin dili ilə dialektlərimizdə işlənən sözlərin qarşılaş-

dırılması göstərir ki, dil tariximizlə bağlı bir sıra qaralıq məsələlər 

məhz dialekt və şivələr müstəvisində aydınlaşır. 

                  

                                    Ədəbiyyat 

1.  Azərbaycamn dilinin dialektoloji lüğəti. A-Z, Bakı, 2007. 

2.  Azərbaycan  klassik  ədəbiyyatında  işlədilən  ərəb-fars  sözləri 

lüğəti. Bakı, 1980. 

3.  B.Xəlilov.  Müasir  Azərbaycan  dilinin  leksikologhiyası.  Bakı, 

2008. 


4.  Ə.Tanrıverdiyev.  Azərbaycan  dilinin  tarixi  qrammatikası. 

Bakı, 2010. 

5.  İ.Bayramov.  Qərbi  Azərbaycan  şivələrinin  leksikası.  Bakı, 

2010. 


6.  Klassik Azərbaycan  ədəbiyyatında işlənən  ərəb və  fars sözləri 

lüğəti. A-Z. Bakı, 2005. 

7.  M.Şirəliyev.  Azərbaycan  dialektologiyasının  əsasları.  Bakı, 

1962. 


 


116 

 

Bahram Mammadov 



M. Fuzuli’s creation and dialectisms 

      In  this  article  it  is  spoken  about  M.Fuzuli’s  creation  and 

dialektisms fluently. 

The language facts which were used in Fuzuli’s poetry and kept 

in  the  dialects  of  the  Azerbaijan  language  in  modern  age  are 

researched  into  three  directions  (phonetic,  Lexic  grammatic)  and 

are received interesting scientific results. 

 

Бахрам Мамедов 



Творчество М.Физули и диалекты  

 

В  статье  исследуются  творчество  и  диалектизмы  М.  Фи-

зули языковые факты которые сохранено в Азербайджанских 

диалектах  используется  в  поезие  Физули  делятся  на  три 

частях  (фонетическое,  лексическое  и  грамматическое).    И 

получено интересных научных резултатов. 

 



117 

 

Seyidov Murad  



elmi işçi 

 

FÜZULİ  YARADICILIĞININ  LEKSİKASI 



(Müasir Azərbaycan dilinin lüğət tərkibi ilə müqayisədə)  

 

Dahi  Azərbaycan  şairi  Füzuinin  hər  kəsi  heyran  qoyan  söz 



dünyası  500  idən  artıq  bir  zaman  keçməsinə  baxmayaraq  milli 

mədəniyyətimizin ayrılmaz və əvəzedilməz tərkib hissəsi kimi hə-

lə də öyrənilməkdə və araşdırılmaqdadır. Füzuli yaradıcılığı o qə-

dər  məna  incəliklərinə,  məna  zənginliklərinə  malikdir  ki,  istər 

ideya-bədii  məzmun,  istərsə  də  forma  və  sənətkarlıq  baxımından 

bu  sənət  incilərinin  araşdırılması  indiyə  qədər  tam  olaraq  müm-

kün  olmamışdır.  Füzuli  yaradıcılığında  bəhs  olunan  mövzuların 

əhatə dairəsi olduqca genişdir. O öz əsərlərində həyat, dünya, cə-

miyyət, reallıq və həqiqət, insan və təbiət, maddi və mənəvi aləm 

haqqında özündən əvvəl və sonra heç kəsin demədiklərini qələmə 

ala  binişdir.  Bu  dahi  mütəfəkkirin  yaradıcılığı  haqqında  bir  çox 

elmi əsərlər, tədqiqat əsərləri yazılsa da hələ heç kəs Füzuli düha-

sını tam olaraq araşdırmağa nail olmamışdır. Hər tədqiqatçı Füzu-

li yaradıcılığının bir cəhətini aydınlaşdırmış və yazılan hər bir el-

mi əsərdə bu zəngin bədii irsin araşdırılmasından yeni-yeni faktlar 

ortaya çıxmışdır. Ötən 500 il ərzində Füzuli irsi milli mədəniyyə-

timizdə,  milli  mənəviyyatımızda,  tariximizdə,  ədəbiyyatımızda, 

ana dilimizdə elə dərin kök salmışdır ki, milli varlığımızı Füzuli-

siz təsəvvür edə bilmirik. Başqa sözlə, dahi şair xalqımızın, millə-

timizin milli varlıq rəmzinə çevrilmişdir. Məhz bu səbəbdəndir ki, 

nəinki  500,  hətta  5000  il  bundan  sonra  da  Azərbaycan  deyəndə 

dahi Füzuli, Füzuli dedikdə isə Azərbaycan yaşayacaq. 

“Klassik irsimizin  öyrənilməsi,  tədqiqi və təbliği  milli  mədə-

niyyətimizin  bəşər  mədəniyyətinə  qovuşdurulmasına  yönələn  və-

tənpərvərlik  timsalıdır.  Zəngin  irsimizi  beynəlxalq  aləmdə  nə 

qədər  çox  tanıda  bilsək  o  qədər  də  vətənimiz,  xalqımız  və  milli 

varlığımız  barədə  həmin  informasiyaları  yaymış  oluruq.  Bu  gün 

Azərbaycan  Respublikası  beynəlxalq  aləmdə  daha  çox  iqtisadi 

maraqların mərkəzləşdiyi bir məkana çevrilmişdir. Mənəvi irsimi-



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə