DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə38/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   34   35   36   37   38   39   40   41   ...   77

118 

 

zin təbliği isə həm də Azərbaycanda formalaşmış bəşəri mədəniy-



yətə maraqların dərinləşməsinə zəmin yaratmış olur”. (27, s. 4) 

Füzuli  irsinin  öyrənilməsi,  təşkili,  tədqiqi  və  təbliği  azərbay-

cançılıq  ideyalarının  tarixi  köklərini  öyrənmək  baxımından  çox 

böyük  əhəmiyyət  daşıyır.  Milli  mədəniyyətimizin  tərkib  hissəsi 

olan  ana  dilimizin  tarixi  köklərinin  öyrənilməsi  baxımından  da 

Füzuli yaradıcılığının əvəzsiz rolu vardır. 

Yazdığımız elmi əsərdə Füzuli irsinin leksik bazası elmi tədqi-

qata  cəlb  edilmişdir.  Bu  tədqiqat  işi  dahi  şairin  türkcə  qəzəlləri 

əsasında  aparılmışdır.  Qeyd  etmək  lazımdır  ki,  Füzulinin  türkcə 

qəzəllərinin dili olduqca anlaşıqlıdır. Ancaq buna baxmayaraq bu 

qəzəllərdə çətin ərəb-fars söz və ifadələrindən də istifadə edilmiş-

dir.  Lakin  ümumən  qəzəllərin  dili  anlaşıqlıdır  və  müasir  oxucu 

tərəfindən kifayət qədər tez anlaşılır və qavranılır. 

Füzuli  yaradıcılığı  özünün  zəngin  leksik  xüsusiyyətləri  ilə 

fərqlənir. Buna görə də ilk öncə onun leksik xüsusiyyətlərini təd-

qiqata cəlb etməyi qarşımıza məqsəd qoymuşuq. 

Dilimizin  tarixi  kölərinin  öyrənilməsi  baxımından  Füzuli  qə-

zəllərinin dili olduqca maraq doğurur. Belə ki, bu qəzəllərdə dili-

mizin tarixi baxımdan araşdırılması üçün kifayət  qədər elmi fakt 

gizlənmişdir.  Bizim  əsas  məqsədimiz  həmin  elmi  faktları  müm-

kün qədər tapıb üzə çıxarmaq və dilimizin müəyyən zaman kəsi-

yində mövcud olmuş dil hadisələrini və bu dil hadisələrinin leksik 

vahidlərə,  onların  dəyişməsinə  və  inkişafına  göstərdiyi  təsiri  Fü-

zuli  qəzəlləri  üzərində  canlı  nümunələr  əsasında  tapıb  üzə  çıxar-

maq və bir sıra sözlərin tarixən necə dəyişib müasir formaya düş-

məsini göstərməkdir.Həmçinin bu sözlərin müasir Azərbaycan di-

linin lüğət tərkibi ilə müqayisəsini verərək müəyyən zaman kəsi-

yində  bəzi  sözlərin  inkişafında  nə  kimi  dəyişikliklərin  baş  verdi-

yini  və  bu dəyişikliklərin nəticəsində  həmin sözlərin inkişaf edib 

müasir  formaya  düşməsini  araşdırmaq  da  bizim  əsas  məqsədlə-

rimizdən biridir. 

Fikrimizcə,  Füzulinin  türkcə  qəzəllərinin  leksikasını  anadilli 

ədəbiyyatımızın  digər  qədim  yazılı  qaynaqları  ilə  tutuşdurduqda 

ortaya daha maraqlı nəticələr çıxarmış olarıq. 




119 

 

Füzuli  qəzəllərində  diqqəti  cəlb  edən  sözlərdən  biri  qılmaq 



sözüdür. Məsələn:  

Cahan əhlinə ta əsrari-elmin qalmaya məxfi

Qılıbdır hikmətin küffar içində ənbiya peyda. (16, s.40) 

 “Kitabi-Dədə  Qorqud”  dastanında  həmin  sözlə  eyni  mənşə-

dən  olan  qıl  (“tük”),  qılağuz  (“bələdçi”),  qılıc  (“qılınc”),  qılmaq 

(“etmək”) sözləri mövcuddur. Məsələn: Qıl sicim ağ boynına ta-

qalım  (13,s.33);  Məhəmmədin  sağ  yanında  namaz  qılan  (13, 

s.21); Həmin sözlər eyni ilə “Dastani-Əhməd Hərami” poemasın-

da da işlənməkdədir. Məsələn: Məanidə qılı iki biçənlər (yəni mə-

nada  tükü  tükdən  seçənlər  –  M.S.Seyidov),  Dilindən  daima  göv-

hər saçanlar (25, s. 19); Olursa həqq-taaladan inayət, Qılam (yəni 

edəm - M.S.Seyidov) bu qissəyi bir-bir inayət. (25, s. 22); Gəlin, 

barı bu gün söhbət qılalım (yəni edək - M.S.Seyidov) (25, s. 19); 

Nələr qılır (yəni edir - M.S.Seyidov) görün bu çərxi-qəddar, Qılır 

(yəni edir - M.S.Seyidov) dərdə necələri giriftar. (25, s. 64). 

Maraqlıdır  ki,  “Kitabi-Dədə  Qorqud”  dastanında  qılınc  sözü 

yalnız bir form¬da - qılıc kimi işlənir. “Dastani-Əhməd Hərami” 

poemasında  isə  bu  söz  iki  formada  –  həm  qılıc,  həm  də  müasir 

dilimizdə  səsləndiyi  kimi,  qılınc  formasında  işlənir.  Məsələn: 

Qılucumdanmı  gördi,  süfrəmdənmi  gördi  (13,  s.  24);  Qara  polat 

uz  qılıcum  əlümə  alayımmı?  (13,  s.  26);  Qılıcunı  nə  ögərsən, 

mərə kafir (13, s.39); Qara polat uz qılıcın vergil mana (13, s. 43); 

Qılıcından saparım yoq! (13, s. 156); Qılıc salsa bir ərə təpinəydi 

(25, s. 23); Şoluqdəm belinə qılınc quşandı (25, s. 29); Qılınc ilə 

çün anı dəxi yıxdı (25, s. 32). 

Qeyd  etmək  lazımdır  ki,  qıl  sözü  qədim  söz  köküdür.  Günü-

müzdə bu söz öz izlərini qıl (et, elə), qıl (tük) sözlərində qoruyub 

saxlamışdır.  Müasir  Azərbaycan  dilinin  lüğət  tərkibində  hər  iki 

sözün mənası  daralmışdır. Belə ki,  bu  gün dilimizdə qıl (et,  elə) 

sözü  ancaq  namaz  qılmaq  ifadəsində  öz  izini  qoruyub  saxlamış-

dır. Qılınc sözü də bu qəbildəndir. Qıl (tük) sözü isə razı olmaram 

ki,  qılına  bir  zərər  gəlsin,  ələkçinin  qıl  verəni,  qıl  körpüsü  kimi 

ifadələrdə daşlaşmışdır.    



120 

 

Füzuli  qəzəllərinin  leksikasında  diqqəti  cəlb  edən  başqa  bir 



söz də vardır ki,  bu söz də irmək sözüdür. Qeyd etmək lazımdır 

ki, bu söz də qədim söz köklərindən biridir. Füzuli yaradıcılığında 

bu  söz  aşağıdakı  nümunədə  “yetmək”,  “çatmaq”  mənalarında 

işlədilmişdir. Məsələn: 



Çəkmə aləm qeydini, ey sərbüləndi-fəqr olan

Səltənət təxtinə irdin, bəndü zindani unut! (16, s. 77) 

 “Kitabi-Dədə  Qorqud”  dastanında  “axar  su,  dənizə  tökülən 

axar su, çay” mənasını ifadə edən ırmaq sözü işlənir. Bu söz cüzi 

fonetik  dəyişikliklə  irmaq  formasında  “Dastani-Əhməd  Hərami” 

poemasında da işlənir. Eyni zamanda, hər iki abidədə ir¬maq sö-

zü ilə eyni mənşədən olan ir(mək), iriş(mək), iraq sözləri işlənir. 

Bundan  başqa,  “Kitabi-Dədə  Qorqud”  dastanında  irgür(mək), 

“Dastani-Əhməd Hərami” poemasında isə iral(maq) sözləri işlən-

mişdir. Nümunələrə diqqət yetirək: Qova-qova könül dünyaya irdi 

(25, s. 20); İrərlər İsfəhan şəhrinə bir gün (25, s. 60); Məgər mə-

dəd  irişə  Mustafadan  (25,  s.21);  Çün  axşam  irişbən  gün  tolundu 

(25,  s.41);  Anın  hikmətlərinə  əql  irişməz  (25,  s.19);  Ol  ucdan 

mənzilə irəməyəvüz (25, s.31); Nə zahirdir o kim gözdən iralmaz 

(25,  s.20);  Boğuldum  qaldım  uş  irmağ  içində.  (25,  s.  65)  Qeyd 

etmək  lazımdır  ki,  bu  sözlərin  kökü  ir(mək)  müstəqil  feli,  hətta 

məsələyə  bir  qədər  də  dərindən  yanaşsaq,  ir  sinkretik  söz  kökü-

dür. (4) 

Hər  iki  abidədə  ir(mək),  iriş(mək),  irgür(mək)  sözləri  “çat-

maq”, “qovuş-maq” mənalarında işlənmişdir. Qeyd etmək lazım-

dır  ki,  ir  kökü  qədim  sinkretik  söz  köküdür  və  müasir  dilimizin 

lüğət  tərkibində  bu  söz  y(er)  ismində,  iri  sifətində,  irəli,  iraq 

zərflərində,  y(er)imək,  yüy(ür)mək  fellərində,  həmçinin  bu  nitq 

his¬sələrindən  yaranan  bütün  söz,  söz  birləşmələri  və  ifadələrdə 

öz izlərini qoruyub saxlamışdır. 

“Dastani-Əhməd Hərami” poemasında işlənən iral(maq) sözü 

isə  fel  olaraq  “ayrılmaq”  mənasını  ifadə  etmişdir.  Yaxud  hər  iki 

abidədə  “uzaq”  mənasını  ifadə  edən  iraq//ıraq  sözü  mövcuddur. 

Qeyd etmək lazımdır ki, hər iki söz eyni mənşəlidir və ir sinkretik 

kökü  ilə  əlaqədardır.  Burada  bir  cəhət  diqqətimizi  cəlb  edir. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə