DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə40/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   36   37   38   39   40   41   42   43   ...   77

124 

 

kökünün  “düşmək”,  “tökmək”,  “süzmək”,  “yerə  vurulmaq”, 



“məğlub edilmək”, “sarsılmaq”, “ağlamaq” mənasının izlərini öz 

semantikasında  əks  etdirən  ağlamaq,  ağlamamaq,  ağlaşmaq 

sözləri işlənmişdir (14, s. 39). 

“Oğuznamə”də də ağ sinkretik kökünün “düşmək”, “tökmək”, 

“süzmək”, “yerə vurulmaq”, “məğlub edilmək”, “sarsılmaq”, “ağ-

lamaq” mənasına rast gəlirik. Nümunələrə diqqət yetirək: Oyunda 

ağlayanın  başı  kəl  olur  (6,  s.  24);  Ağlama  ölü  içün,  ağlağıl  dəlü 

içün  (6,  s.  25);  Oğlan  ağlamayınca  məmə  verməzlər  (6,  s.  30); 

Ödünc  gülə-gülə  gedir,  ağlayu-ağlayu  gəlür  (6,  s.  32);  El  içün 

ağlayanın  gözi  yaşı  dügiməz  (6,  s.  44);  Ölən  içün  olmamışdır, 

inən-çoğ ağlayanlar bulmamışdır (6, s. 46); Ərli ağlar, ərsiz ağlar 

(6,  s.  62);  Oğlı  ölən  ağlar.  oğlı  olmayan  ağlar  (6,  s.  62);  Bir 

oynaşlu  ağlar,  iki  oynaşlu  ağlar,  toquz  oynaşlu  ağlar  (6,  s.  77); 

Çoq ağlayan ulusın bulmamışdır (6, s. 85); Çoq gülən çoq ağlar 

(6,  s.  86);  Кəndü  düşən  ağlamaza  ağlamaq  degil,  amma  gözi  də 

çıqar  (6,  s.  156);  Varlı  ağlar.  yoqlı  ağlar  (6,  s.  167);  Yurdundan 

sürülən yurdına varınca ağlar (6, s. 186). 

Müasir dövrdə dilimizin lüğət tərkibində ağnamaq, ağnatmaq, 

ağlamaq kimi bir neçə söz vardır ki, bu sözlər ağ sinkretik kökü-

nün  “düşmək”,  “tökmək”,  “süzmək”,  “yerə  vurulmaq”,  “məğlub 

edilmək”,  “sarsılmaq”,  “ağlamaq”  mənasını  öz  semantikasında 

qoruyub  saxlamışdır.  Nümunələrə  diqqət  yetirək:  ağnamaq 

(f.məh.  uçmaq,  yıxılmaq,  dağılmaq,  tökülmək);  ağnatmaq  (f. 

aşağı sürmək, endirmək) (1, s. 52 - 74). Nümunələrdən də görün-

düyü  kimi  bu  sözlərin  semantikasında  aşağıdan  yuxarıya  doğru 

deyil, əksinə yuxarıdan aşağıya doğru olan hərəkət öz əksini tapır. 

Müasir  türk  dilində  isə  ağmaq  feli  “aşağıya  enmək”,  “əyil-

mək”, “meyl etmək” mənalarında işlənir: Hiç konuşmadan güneş 

batıya ağıncaya dek çalıştılar (R.N.Güntekin). Bu fel müasir türk-

mən  dilində  də  aqmak  formasında  “düşmək”,  “enmək”  mənala-

rında işlənir: Şol vaqtda etip qelen atlılar atdan aqdılar. – Bu vaxt 

ötüb  gələn  atlılar  atdan  düşdülər  (B.Kerbabaev).  Bundan  başqa, 

müasir türkmən dilində bu felin “yıxılmaq”, “aşmaq” mənaları da 

mövcuddur. Elçin Məmmədov qeyd edir ki, ağmaq felinin yalnız 




125 

 

türk  və  türkmən  dillərində  qorunduğunun  şahidi  oluruq.  Bu  fel 



qaqauz  dilində  tamamilə  itmiş,  Azərbaycan  dilinin  isə  bəzi  dia-

lektlərində mühafizə olunmuşdur. İlkin mənası “qalxmaq”, “ucal-

maq”, “yüksəlmək” olan ağmaq feli, təxminən XIV-XV  əsrlərdə 

yeni  mənalar  (“düşmək,  aşağı  enmək”)  qazanmış,  bu  mənaları 

türk  və  türkmən  dillərində  mühafizə  olunmuş,  müasir  türkmən 

dilində  digər  oğuz  dillərindən  fərqli  mənalar  da  (“yıxılmaq, 

aşmaq”)  qazanmışdır”  (17,  s.  226,  227).  Biz  müəllifin  ağmaq 

felinin “düşmək”, “aşağı enmək” mənalarının, təxminən XIV-XV 

əsrlərdən etibarən qazanması fikri ilə razılaşmırıq. Çünki hələ XI 

əsrdə  M.Kaşğarinin  “Divanü  lüğət-it-türk”  əsərində  “asılmaq” 

mənasını  ifadə  edən  ağılmaq  sözü  (8,  s.  281),  “yerə  vurulmaq”, 

“sarsılmaq” mənalarını ifadə edən ağtılmaq sözü (8, s. 281), “yalı 

aşmaq” mənasını ifadə edən ağmaq sözü (10, s. 208) işlənmişdir. 

Elə ona görə də biz belə hesab edirik ki, ağmaq felinin “düşmək”, 

“aşağı enmək” mənaları daha qədimdir. 

Yazılı  mənbələrdə  olduğu  kimi  müasir  dilimizin  lüğət  tərki-

bində də ağlamaq sözü və ondan yaranan bir sıra ifadələr ağ sin-

kretik  kökünün  dilimizdə  mövcud  olan  belə  izlərindəndir.  Bunu 

aşağıdakı kimi izah etmək olar: Ağ (sinkretik kök – düşmək) + la 

= ağlamaq - gözünün yaşını axıtmaq. gözünün yaşını tökmək, gö-

zünün yaşını süzmək, gözünün yaşını sıxmaq və s. Məlumdur ki, 

ağlama  prosesində  göz  yaşları  yuxarıdan  aşağıya  doğru  hərəkət 

edir, süzülür. Bunu onun semantikasında da müşahidə etmək olar: 

Ağlamaq (şiddətli ağrı, ruhi sarsıntı və ya başqa bir ağır təəssürat 

nəticəsində  göz  yaşı  axıtmaq)  (1,  s.  69).  Eyni  vəziyyəti  ağlamaq 

felindən yaranmış ağladıcı, ağlağan ağlağanlıq, ağlama, ağlamaq, 

ağlamalı, ağlamsınma, ağlamsınmaq, ağlar, ağlarcasına, ağlaşma, 

ağlaşmaq,  ağlatma,  ağlatmaq,  ağlayan,  ağlayıcı,  ağlayış,  gününə 

ağlamaq,  qan  ağlamaq    və  s.  kimi  sözlərin  semantikasında  da 

müşahidə etmək olar (1, s. 52 - 74). 

Bir sıra qohum türk dillərinin lüğət tərkibində də ağ sinkretik 

kökünün  “düşmək”,  “tökmək”,  “süzmək”,  “yerə  vurulmaq”, 

“məğlub  edilmək”,  “sarsılmaq”,  “ağlamaq”  mənasını  müşahidə 

etmək  olar.  Məsələn,  osmanlı,  cığatay,  uyğur  dillərində  “əyil-




126 

 

mək”,  “yıxılmaq”,  “düşmək”  anlamlarında  işlənən  ağ  sözü  möv-



cuddur (29, s. 142). Bu anlamda osmanlı dilində düşən ulduz söz 

birləşməsi ağma yıldız kimi ifadə edilir (29, s. 182). Bundan baş-

qa, osmanlı, Azərbaycan, krım, uyğur, kazan dillərində “ağlamaq” 

mənasında ağla sözü işlənir. Məsələn: kan ağlamak - qan ağlamaq 

(osm.); Asma ağlayor (osm.). - Üzüm tənəyindən şirə damcılayır; 

Ağlamayan  çocuğa  meme  vermezler  (osm.).  -  Ağlamayan  uşağa 

döş  verməzlər  (29,  s.  177).  Bundan  başqa,  osmanlı,  Azərbaycan 

və  krım  dillərində  “ağlatmaq”,  “dərd  vermək”  mənalarında  ağlat 

sözü işlənir. Məsələn: Neçün zar ağlatacakmın (osm.). – Nə üçün 

mən onu kədərləndirəcəyəm (29, s.177). Hər üç dildə “ağlaşmaq”, 

“yas  tutmaq”  mənalarında  isə  ağlaş  sözü  işlənir  (29,  s.  177). 

Ağlaş  sözü  krım  dilində  həm  də  “ağlayaraq  şikayətlənmək”, 

“güclü  şikayətlənmək”  mənalarını  ifadə  edir.  Məsələn:  Bar 

Şorbacı ağlaş. – Get ağaya şikayət elə! (29, s. 178). Eyni zamanda 

osmanlı  dilində  “ağlayan”  mənasında  ağlayıcı  sözü  (29,  s.  177), 

“yalandan ağlamaq” mənasında ağlamsa sözü (29, s. 178) işlənir. 

Afaq Məmmədova müasir dilimizdə mövcud olan ağla felinin 

kökündəki ağ sözünü “Kitabi-Dədə Qorqud” dastanında “yüksək, 

hündür” mənasını ifadə edən ağ kəlməsi ilə (ağ-ban evim) əlaqə-

ləndirmişdir  (18,  s.  184).  Lakin  müəllif  burada  ağ  kəlməsinin 

simkretik kök olduğunu nəzərə almamışdır. 

Ağlamaq sözünün etimologiyası barədə İ.D.Vəliyevin də söy-

lədiyi fikirlər olduqca maraqlı və inandırıcıdır. Ona görə də həmin 

fikirləri burada verməyi mədsədəuyğun hesab edirik. O, bu xüsus-

da  qeyd  edir  ki,  istər  tarixən,  istərsə  də  müasir  dilimizdə  eyni 

mənada  işlənən  ağlamaq  felinin  kökü  ağ  “yas”  məzmunu  ifadə 

edən ağı ismindən törənmişdir. Belə ki, ad bildirən ağı sözünə fel 

düzəldən  –la  şəkilçisi  artırmaqla  ağı+la(maq)  feli  yaranmışdır. 

Sonrakı  mərhələlərdə  ağı+la(maq)  düzəltmə  felindəki  qapalı  “ı” 

saiti düşərək söz ağlamaq forması almışdır. Deməli, söz öz ilkin 

formasını - ağı qoruya bilməmiş, məna ifadə etmək xüsusiyyətini 

itirmişdir. Ağ sözü türk dillərində iki variantda mövcuddur. Oğuz 

qrupu dilləri üçün geniş saitli ağ, digər türk dilləri üçün dar saitli 

ığ, yığ, yıy, jı, ji, yi forması xarakterikdir. Bu kök türkmən dilində 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə