DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə42/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   38   39   40   41   42   43   44   45   ...   77

130 

 

в  то  же  время  с  другими  великолетными  историческими 



памятниками. В этом научном расследование анализи-рованы 

корни слов в сравнениям лексике современного азербайджан-

ского  языка.  Наша  цель  ис¬кать  такие  исторические  корни 

слов в творчестве Физули и анализировать их значение. Этим 

путём мы можем изучать наш родной Азербайджанский язык 

и его историю. 



 

Summary 

Lexıcalogy Of Fuzulı’s Creatıve 

In  this  scientific  research  are  investigated  vocabulary  of 

famous poet of the Middle Ages of Azerbaijan Mahammad Fuzuli 

in the context of the modern Azerbaijan lexicology. In addition In 

this  scientific  research  are  compared  lexical  units  of  Fuzuli’s 

creative  with  another  magnificent  historical  monuments  at  the 

same time. In this scientific research are analyzed the roots of the 

words  in  comparison  vocabulary  of  the  modern  Azerbaijani 

language. Our purpose is to find such histotical roots of the words 

in Fuzuli’s creative and to analyse their meanings. In this way we 

can study our native Azerbaijan language and its history.      

 

 

 

 

 

 

 

 



131 

 

Zemfira Abbasova 

elmi işçi 

 

ELÇİN YARADICILIĞINDA ANTROPONİMLƏRİN 



LEKSİK-SEMANTİK XÜSUSİYYƏTLƏRİ  

 

Antroponimlərin  leksik-semantik  xüsusuiyyətlərinin  tədqiqi 



zamanı Elçin yaradıcılığında 7500-dən yuxarı təkrar olunan antro-

ponimlərə rast gəldik. 

Elə antroponimlər var ki, yazıçının həmin ada sevgisindən irə-

li gələrək bir neçə əsərdə bir neçə dəfə işlədilmişdir. Elə adlar var 

ki,  yazıçının  seçdiyi  adlarla  məzmun  üst-üstə  düşür.  Buna  “Sarı 

gəlin” və “Qarabağ şikəstəsi” hekayələrini göstərmək olar. 

Yazıçı hekayələrinin mövzusu müxtəlifdir. Onun Qarabağ ha-

disələri ilə  bağlı qələmə  aldığı  kiçik həcmli  “Sarı gəlin” hekayə-

sində,  Azərbaycan  musiqisinin  sehrindən  danışılır.  İki  qütbdə  iki 

ayrı-ayrı milli mədəniyyətə məxsus insanların musiqi səsində bir-

ləşməsi uzaq Amerikanın Nyu-York şəhərində varlı zadəgan Mis-

ter  Blyumentalin  66500  dollara  satın  aldığı  sədəfli  Azərbaycan 

Balabanından,  onun  sehrinə  saldığı  və  bu  səsin  sehrindən  işdən 

qovulan miss  Consondan keçirdiyi  və həyatı boyu utanmayacağı 

sehrli musiqi əsərindən danışılır. 

...və  əlbəttə,  mister  və  miss  Blyumentalların  ağlına  gələ  bil-

məzdi  ki,  miss  Conson,  həqiqətən  olan  hadisəni  danışır  və    bəd-

bəxt  miss  Merlin  Consonun  da  ağlına  gələ  bilməzdi  ki,  Azər-

baycan adlı uzaq bir məmləkət var və o məmləkətdə flyetaya bən-

zər o musiqi alətinə “balaban” deyirlər və balabanın çaldığı o an-

laşılmaz,  yanıqlı  havaya  həmin məmləkətdə  “Sarı gəlin” deyirlər 

[1,97]. 


Kiçik  bir  hekayə  dərin  ictimai,  siyasi  həm  də  xalqın  böyük 

mənəvi keyfiyyətlərinə sahib çıxan milliliyi hər addımda müdafiə 

edən yazıçı da, Qarabağdan qaçqın düşəndən sonra ehtiyac üzün-

dən,  əsrlərdən, babalarından ona  yadigar qalan neçə-neçə  işbazın 

muzeylərini satın ala bilmədiyi üstü gümüş və firuzə ilə işlənmiş 

sədəfli balabanı axır ki, həyat yoldaşı Firuzənin nəvəsinə hədiyyə 




132 

 

ala    bilmədiyini  dərd  etməməsi  üçün  Ələkbərə  satması  və  onun 



Nyu-York şəhərində sehrinə saldığı miss Consondan danışılır. 

Bu hekayədə Fətulla, Firuzə, Ələkbər, papaqcı Cəfər Norveçli 

Martinus  Asbyornsen,  bəstəkar  Blyumentallar,  skripkaçı  Q.Salo-

nun,  N.Amatilərin,  Stradivarinin  və    balabanın  1500-ci  ildəki 

sahibi Fətullanın babalarından biri olan Məhəmməd İbn Yusif ibn 

Mütəllibin adı çəkilir. 

“Payız yağışı” – ktematonimlərdən – Sovet İttifaqı “Reqal Y. 

N. Plaza” oteli, Bakının Basin küçəsi, “Mersedes” maşını,  Bakı, 

İbsen,  Nyu-York,  Manhettim,  BMT,  Avropa,  Azərbaycan  kimi 

toponimlərin adı çəkilir. 

Yazıçının bu iki hekayəsində yazıçı bir növ Azərbaycanın mil-

li sərvətlərinin təəssubkeşliyini çəkən, onun qeydinə qalan vətən-

pərvər  bir  yazıçı  kimi  çıxış  etməklə  bərabər  həm  də  bir  tənqidçi 

kimi də çıxış edir. 

“Sovet  İttifaqı  dağılandan  sonra  sərhədlər  açılmışdı,  Bakıya 

gəlib gedən xaricilər əntiq əşyaları – qədim Azərbaycan xalqları-

nın,  zərgər  işlərini,  misgərlik  nümunələrini,  lap  elə  müasir  rəs-

samların  əsərlərini  su  qiymətinə  alırdılar,  xaricə  aparıb  on  qat, 

hətta  yüz qat artıq qiymətə satırdılar,  ya da çox az pulla özlərinə 

zəngin, qiymətli şəxsi kolleksiyalar düzəldirdilər...” 

“...Əlbəttə, həmişə belə olmayacaqdı, fürsətdən istifadə etmək 

lazım idi. Düzdü, belə getsəydi, bir-iki ildən sonra Azərbaycanda 

daha heç nə qalmayacaqdı, amma bu, sonranın problemi idi və bu 

problemlə,  qoy  gələcəyin  adamları  və  azərbaycanlıların  özü 

məşğul  olsun”  [1,  85].  Doğrudur  bu  sitatlar  mövzudan  kənar 

görünə bilər. Amma bu sitatlar Elçinin nə qədər milli, vətənpərvər 

və hissiyatlı, bir yazıçı olduğunu ortaya çıxarır. 

Ümumiyyətlə, Elçin  yaradıcılığı müxtəlif və rəngarəng antro-

ponimik leksikaya malikdir. Onomastik mənbələrdə də antroponi-

mik  kateqoriyaya  dair  külli  miqdarda  dil  faktları  özünü  göstərir. 

Bunların  hər  biri  müəyyən  məqsəd  üçün  işlənir  və  xüsusi  vəzifə 

daşıyır. Elə buna  görə də antroponim anlayışına şəxslə  bağlı hər 

bir xüsusi ad kateqoriyası daxildir. Məs.: şəxs adları, familyaları, 

ata adları, ləqəblər, təxəllüslər və titullar. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə