DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə43/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   39   40   41   42   43   44   45   46   ...   77

133 

 

Elçinin  yaradıcılığında  yuxarıda  qeyd  etdiyimiz  kimi  tam 



7500-dən  yuxarı  təkrarlanan  antroponimlərlə  rastlaşdıq.  Dildəki 

antroponimlərin  rolu  və  vəzifəsi  eyni  deyildir.  Müxtəlif  tarixi 

dövrlərdə  cəmiyyətdə  işlənən  antroponimlər  bir-birində  fərqlən-

mişdir. Azərbaycan xalqının qədim yaşayış dövründə ancaq şəxs 

adları əsas olmuşdur. 

“Kitabi-Dədə  Qorqud”  da  da  şəxs  adları,  əsas  olmuşdur.  Hə-

min dövrdə soyad, ata adı, ləqəb, titul və s. antroponimlər ya iş-

lənməmiş  ya  da  az  işlənmişdir.  Lakin  bir  qədər  sonra,  orta 

əsrlərdə ad və ata adı yanaşı işlənmişdir. 

Azərbaycan  xalqının  adət-ənənəsinə  soyad  ənənəsi  XIX  əsr-

dən  daxil  olmuşdur.  Lakin  bu  dövrə  qədər  də  bir  nəsli,  bir  tay-

fanın o nəslin adı ilə də adlandırmışlar və adla paralel şəxsin mən-

sub  olduğu  nəslin  adı  da  çəkilərmiş.  Sofu-oğlanları,  Şahsevənlər 

və s. adla adlandırılmışlar.  

Jurnalist  Z.Yusifov  bu  barədə  yazır:  “Ad  insanın  daimi  yol 

yoldaşıdır;  yaxşısı  başucalığı,  pisi  gülüş  hədəfi.  Ad  valideynin 

övladına bağışladığı ilk hədiyyədir: yaxşısı bir elin ürəyincə olur, 

pisi könül sındırır. Nəhayət, ad bir milləti tanıdan ən gözəl nişa-

nədir, yaxşısını yaşadaq, pisini kənara ataq” [2]. 

Antroponimik  kateqoriyalar  müasir  Azərbaycan  dilinin  lüğət 

tərkibində iki formada işlənir: 

1. Əsas adlar 

2. Köməkçi adlar 

Rəsmi  qeydiyyatda  alınan  adlar  əsas  sayılır.  Azərbaycanlılar 

içərisində elə bir adam olmaz ki, onun şəxsi adı və yaxud atasının 

adı  olmasın.  Müasir Azərbaycan  ədəbi  şifahi  nitqində qeyd etdi-

yimiz  antroponimik  modellər  çox  zaman  bütövlükdə  işlənmir. 

Bəzən ad təklikdə, bəzən də soyad ilə birlikdə işlənir. 

İzabel Xanukoff, Amedeo Avandro, Marina Sutayeva, Vartan 

Nersesoviç,  Yevgeni  Yevtuşenko,  Leonid  İliç  Brejnev, Boris Ni-

konoviç  Pnomoryov,  Fərid  Kazımlı,  Mürşüd  Gülcahani,  Nəcəf 

Ağayeviç,  Vera  Nikolayevna,  Fazil  Ziya,  Lev  Aleksandroviç, 

Zilber, Mircəfər Bağırov, Tahir, Əbdül Qafarzadə, Yrdakiya Stan-

slavovna və b. 




134 

 

Göründüyü  kimi  Elçin  yaradıcılığında  işlənən  ad  +  soyad 



formasının çoxu alınma  yəni, əcnəbi adlar və soyadlarıdır. Bu da 

Elçinin  milliliyi ilə bərabər  müasirliyini də göstərir. 

Elçin  yarıcılığında  həmçinin  Azərbaycan  antroponimik  site-

mində köməkçi adlar kateqoriyasına daxil olan ləqəb, təxəllüs və 

titul  formalarına  da  geniş  şəkildə  rast  gəlmək  olur.  Bunlar  bil-

diyimiz  kimi,  hər  hansı  bir  şəxsin  həyat  yaradıcılığının  müəyyən 

mərhələsində meydana gəlir və onun ya adına qoşularaq birgə, ya 

da  adını  əvəz  edərək  təklikdə  işlənir.  Bunlara  aid  yuxarıda 

nümunələr vermişik. 

Şəxs  adı  cəmiyyətdə  insanın  birinin  digərindən  fərqləndiril-

məsi üçün şərti işlədilən sözə deyilir. Şəxs adı çox geniş anlayışır. 

Elə  buna  görə  də  müasir  Azərbaycan  ədəbi  dilində  şəxs  adı 

anlayışı ilə bağlı bir çox termini işlənməkdədir. 

Məs.:  “adi  ad”,  “poetik  ad”,  “kişi  adı”,  “qadın  adı”,  “oğlan 

adı”, “qız adı”, “dini ad”, “çox işlənən ad”, “rəmzi  ad”, “müasir 

ad”,  “qədim  ad”,  “köhnə  ad”,  “gizli  ad”,  “nadir  ad”,  “qondarma 

ad”,  “qəşəng  ad”.  Hər  bir  xalqın  mədəni  inkişaf  tarixində  şəxs 

adları  böyük  əhəmiyyət  kəsb  etmiş  və  edir.  Elə  buna  görədir  ki, 

şəxs adları məsələsi tarixən xalqın görkəmli şəxsiyyətlərinin, alim 

və yazıçılarımızın diqqət mərkəzində olmuşdur.  

Azərbaycan şəxs adları müxtəlif xüsusiyyətlərdən ən başlıcası 

kişi  və  qadın  adlarını  bildirməsidir.  Bu  xüsusiyyətə  görə  müasir 

Azərbaycan şəxs adları 3 qrupa bölünür: -kişi adları, qadın adları, 

kişi və qadın üçün müştərək işlənən adlar. 

Qeyri-adi  –  bədii  antroponimlərə  ancaq  yazılı  ədəbiyyat  və 

folklorda müəyyən bədii məqsədlərlə bağlı müraciət olunan adlar-

dır. Bu tip adlara daha çox yazılı ədəbiyyatda  rast gəlinir. Bu da 

onunla bağlıdır ki,  yazıçı  əsərdə  hər bir obraza  ad qoyarkən bir 

çox məqamları nəzərdən keçirir və obrazın  bütün  keyfiyyətlərini 

tam  şəkildə  açmaq  üçün  bəzən  uydurma  adlardan  istifadə  edir. 

Elçin  də  belə  adlardan  yan  keçməmişdir.  Onun  əsərlərində  belə 

adlara tez-tez rast gəlmək mümkündür. 

Hamıya  məlumdur  ki,  antroponimlər  bədii  əsərin  lüğət  tərki-

binin əsas hissəsidir. Bədii əsərlərdə şəxs adları müəyyən məqsəd 




135 

 

üçün istifadə olunur. Əsərin məzmunu ilə əlaqədar şəxs adlarının 



seçilməsi, bu adlarla hadisələrin münasibəti bir-biri ilə sıx bağlı-

dır. Tədqiqatçılar göstərirlər ki, yazıçı bədii əsərin digər xüsusiy-

yətləri  ilə  yanaşı  antroponimlərin  də  işlədilməsinə  xüsusi  fikir 

verirlər.  Buradan  aydın  olur  ki,  yazıçılar  obrazlara  ad  qoyarkən 

ona diqqətlə yanaşır.  Buradan aydın olur ki,yazıçılar obrazlara ad 

qoyarkən ona diqqətlə yanaşır. Belə bir halı Elçinin əsərlərində də 

görmək olar. Onun “Baladadaşın ilk məhəbbəti” adlı kitabının ön 

sözündə “Mələklə mən arasında” giriş sözündə belə qeyd edir ki, 

“Mən bu kitabın  adını şirin və acısı ilə bərabər,  yaşanmış illərin 

ancaq  mənə  məxsus  hiss-həyəcan  şərəfinə  “32”  qoymaq  istəyir-

dim, Amma, bax, indicə qələmi götürdüm və bu hekayələr toplan-

mış qovluğun üstündə həmin hekayələrdən birinin adını  yazdım, 

“Baladadaşın ilk məhəbbəti”. 

Ona  görə  yox  ki,  1972-ci  ildə  yazılmış  bu  hekayə  məşhur 

oldu, əsasında film çəkildi; bir çox dillərə tərcümə edildi. Mənim 

Moskvada nəşr olunmuş rus dilində ilk kitabının adını daşıdı. Ona 

görə yox ki, bu hekayəyə qədər “aerodrom” papaqlı Baladadaşlar 

sənətdə ancaq satiranın hədəfi olurdu,  az qala mənəvi məhdudluq 

meyarına çevrilirdi və birdən-birə bu “aeodrom”  papaqlı simaqə-

dər  ustasının  lirik-romantik (yəni insan) aləmi peyda oldu. 

Yəqin daha çox ona görə ki, Baladadaşın varlığı, onun təmizli-

yi, iddiasızlığı, səmimiliyi mənim üçün 32 ilin daşınan yükü mü-

qabilində çox əhəmiyyətli bir şeydir [3,4]. 

Bir  sənətkar  kimi  Elçinin  başlıca  xidməti  ədəbiyyatı  ideoloji 

buxovlardan  xilas  edib  onu  həyata,  insanlara,  mənəviyyata  ya-

xınlaşdırmaqdan,  daha  doğrusu,  ədəbi  fikrin  adı  həyat  hadisələri 

ilə  qaynayıb  qarışmasına  nail  olmaqdan  ibarətdir.  Elçin  sadə 

insanların adi həyatı, təbii psixologiyasını, yoldaşlığı gerçək həyat 

tərzini öz axarında, ədəbiyyatda, idealogiyada olduğu kimi deyil, 

həyatda  olduğu  kimi  yüksək  bədii-estetik  səviyyədə  və  böyük 

uğurla qələmə almışdır! (İsa Həbibbəyli; “ Böyük yazıçı düşüncə-

sinin qoşa qanadları” ustad haqqında söz). 

Yazıçı  əsərin  adı  ilə  yanaşı  obrazların  adlarının  seçilməsində 

də bəzi məqamları nəzərə almalıdır. Belə ki, şəxs adlarının mənası 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə