DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə47/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   43   44   45   46   47   48   49   50   ...   77

145 

 

Vasya. Əsas ad kateqoriyasına daxil olan ata adından istifadə qə-



dim tarixə malikdir. Bəlkə də o, pədərşahlıqla əlaqədardır. Yaran-

dığı vaxtdan ata adı ad sistemində əsas rol oynamış və bu proses 

indi  də  davam  etməkdədir.  Qədim  türk  yazılı  abidələrində  də  ilk 

dəfə  hakim  təbəqənin  nümayəndələri,  ata  adlarından  istifadə 

etmiş, bu məqsədlə ata adlarının yanında “oğlu” və ya “qızı” söz-

lərinin  yerində  “ibn”  və  ya  “bin”  sözləri  işlənmiş  və  bu  ənənə 

sonralar  tədricən  bütün  din  xadimləri,  sərkərdələr,  əmirlər,  saray 

əyanları, alim, şairə sənətkarlar arasında da yayılmışdır. 

Hətta “ibn” və “bin” komponentli ata adlarından geniş istifadə 

olunduğu  vaxt  xalq  kütləsi  “oğlu,  qızı”  sözlərindən  də  istifadə 

edirdi. (XIX – XX əsrlərdə). 

İstər türk,  istərsə də digər xalqlarda ata adlarından istifadə heç 

də  eyni  adlı  şəxsləri  fərqləndirmək  üçün  yox,  onların  sosial 

xüsusiyyətlərini, cəmiyyətdəki mövqelərini adları ilə təqdim etmə 

bu  adın  xalq  içərisində  o  zaman  geniş  yayıldığını  sübut  edir: 

Məşədi  Ağa  Hüseyn  Məşədi  Qədir  oğlu,  Hacı  Mikayıl  oğlanları 

və s. Ata adları, nümunələrdə göründüyü kimi, titul və ləqəblər ilə 

birgə verilir.  Bu isə  çoxkomponentli ad modellərinin  yaranmsına 

səbəb olur.  

                                         



Ədəbiyyat 

1.

 



Elçin .Seçilmiş əsərləri. Çaşıoğlu. 2005, 600 s 

2.

 



Yusifov.  Z.  Adlar  və  onların  mənası.  Azərbaycan  gəncləri 

qəzeti, 1 mart 1973-cü il. 

3.

 

Elçin. Ədəbi düşüncələr.Qapp-Poliqraf, Bakı, 2002, 296 s. 



4.

 

 Виноградов В. Статистика Теория. Поетической речи. 



Поетика. Москва. 1963, с.38. 

5.

 



 Кенесваев. С. К., Джаузаков. Т. Д. О лексических 

пластах ономастики казахского языка.  Советская 

тюркология, 1976, №3, 52-53 с. 

6.

 



 Paşayev A. Nizami Gəncəvinin poetik  antroponimiyası. 

AOP, I., 1987, 53-56 s. 

7.

 

 Namilə  Rövşənqızı.  Adınız  sizə  nə  deyir?  Yeni  müsavat 



qəzeti, 27 iyun, 2009. 


146 

 

8.



 

 Kitabi – Dədə Qorqud dastanları. Bakı, 1962, Azərnəşr, 38 s. 

9.

 

 Paşayev.A  Nizami  Gəncəvinin  poetik  aləmi  (poetik 



antroponimika), Bakı, Mütərcim, 2010, 208 s. 

10.


 

 Qumilyov L. Qədim türklər. Bakı, Gənclik, 1993, 533 s. 

11.

 

Bağırov. F. B. S.Rəhimovun əsərlərində toponimlərin üslubi 



xüsusiyyətləri,  AOP,  N4, Bakı, 1993, 164-165 s. 

12.


 

Hüseynova Həcər Emin qızı. Səməd Vurğunun bədii əsərində 

onomastik  vahidlərin  linqvistik xüsusiyyətləri, Bakı, Elm, 

2001, 196 s. 

13.

 

Əliyev  K.  Bədii  adların  üslubi  xüsusiyyətləri.  AOPK  M,  I 



bur, Bakı, 1987, 259-280 s. 

14.


 

Əliyeva D.M. S.Ordubadinin romanlarında onomastik vahid-

lərin linqvistik xüsusiyyətləri. Bakı, 1996, Nam.dis.  

15.


 

Mahmud  Kaşğarlı.  “Divani-lüğətit-türk”.  Ankara,  Aleaddin 

Kiral Basımevi, 1941, 640 s. 

16.


 

Никонов В. Ведение в топонимики. Москва. Наука. 1965. 

179 с. 

17.


 

 Vəliyeva T. “Mehdi  Hüseynin  onomastikası”,  Bakı,  Zaman, 

1997, 149 s. 

18.


 

Hüseynova Həcər Emin qızı. Səməd Vurğunun bədii əsərində 

onomastik  vahidlərin  linqvistik xüsusiyyətləri, Bakı, Elm, 

2001, 196 s. 



 

Резюме 

Лексическо-семантических особенности антропонимах 

в произведение Эльчина 

 

В  этом  научном  работе  выявляются  лексическо-семанти-

ческих  особенности  антропонимах  в  произведение  Эльчина. 

Этим путем мы можем изучать антропонимы которые имеет-

ся в произведение Эльчина. 

Ключевые  слово:  Антропонимы,  лексический,  семанти-

ческий, ономастика. 

                      



147 

 

 



Summary 

Lexical-semantical features of antroponyms 

 in Elchin”s creation 

 

This  article  deals  with  lexical-semantical  features  of  antro-

ponyms in Elchin”s creation. It is known that Elchin”s creation is 

rich for onomastic unites. 

  Key words: Antroponym, lexical, semantical, onomastics.   

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 


148 

 

•Pedaqogika, Fə



ls

ə

f

ə

  v

ə

 Psixologi ya  

 

Tərlan Əsgərova 

elmi işçi 

 

M.FÜZULİ YARADICILIĞINDA  

AİLƏ VƏ MƏNƏVİ TƏRBİYƏ MƏSƏLƏLƏRİ  

 

XVI əsr klassik Azərbaycan ədəbiyyatının qüdrətli dühası Mə-



həmməd Füzuli üç dildə - Azərbaycan, fars və ərəb dillərində qiy-

mətli  sənət  əsərləri  yaratmış  danılmaz,  inkar  edilməz  bir  sənət-

kardır. 

Azərbaycan  ədəbi-nəzəri  və  pedaqoji  fikrin  inkişafı,  tərəqqisi 

tarixində M.Füzulinin öz mövqeyi və yeri olmuşdur. Füzulişünas-

lığa ilk yol açmış ədəbiyyatşünas, tənqidçi Abdulla Surdan başla-

mış  bir  çox  maarifçi-alimlərimizin  –  F.Köçərli,  Ə.Seyidov, 

R.Əfəndiyev, M.Cəlal, M.Cəfər, R.Ağazadə və b. Araşdırmaların-

dan, kitab və monoqrafiyalarından  öyrənirik ki, Füzuli şərqin üç 

böyük mədəni irsə malik olan türk, fars və ərəb xalqlarının dilini, 

adət-ənənəsini,  məişətini,  ailə  tərbiyəsini  mükəmməl  bildiyinə 

görə onu bədii sənətdə sənətkarlıqla, ustalıqla təsvir etmişdir. 

Eşq,  məhəbbət,  gözəllik  şairi  kimi  şöhrət  qazanmış  M.Füzuli 

qəzəl, qəsidə, rübai və əsərlərində dönə-dönə feodal cəmiyyətinin 

türk, fars, ərəb qadınlarını əsarət, zülm, işgəncə içərisində  yaşat-

masından gileylənir, ailədə qadın hüquqsuzluğundan şikayətlənir-

di.  Bu cəhətdən biz şairin  bəşər mədəniyyətində  geniş  şöhrət  qa-

zanmış  “Leyli və  Məcnun” poeması  üzərində  dayanmaq istərdik. 

Azərbaycan bədii fikrinin inkişafı tarixində qiymətli  yer tutan bu 

poema  dünya  ədəbiyyatı  tarixinin  nadir  incilərindən  olmaqla 

yanaşı, xalq içərisində yayılmış və ölməz sənət əsəri kimi həmişə-

yaşar hüququnu qazanmışdır. 

M.Füzuli  göstərir  ki,  farsdilli  poeziyada  “Leyli  və  Məcnun” 

haqqında çox yazılıb, amma türkdilli xalqların ədəbiyyatında əsər 

yazılmayıb: 

 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə