DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə49/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   45   46   47   48   49   50   51   52   ...   77

152 

 

duyğusuz,  sevgisiz  alverini,  Məcnun  özünəməxsusbir  qətiyyətlə 



rədd edir, Xosrov olmadığını söyləyir. 

                         Dərsiz mənə, var dilrübalər



                         Leyli kimi çox pəriliqalər... 

                         Billah, denməniz bu hərfi zinhar

                         Aləmdə bir ondan özgə kim var, 

                         Bülbül gül üçün qılanda nalə, 



                         Dərdinə dəva olurmu lalə? 

                         Xosrov deyiləm ki, mənə dilbər 

                         Şirin ola gah, gah Şəkkər? 

                         Mən yek cəhətəm təriqətimdə, 

                         Təğyir işi yox cibillətimdə.                    

Poemada Məcnun da Leyli də uğursuz, ailə tərbiyəsi görməsə 

də,  həqiqi  məhəbbətin  nə  olmasından  xəbərsizdir.  Çünki  onların 

müasirlik mövqeyindən yaranmış məhəbbəti orijinaldır və keçmi-

şi inkar edir. Burada ata-ana və oğul arasındakı dərin uçurum poe-

madakı dramatizmi və ziddiyyətləri daha da gücləndirir. 

Yüksək əxlaqi-mənəvi, ailə tərbiyəsi görmüş Məcnun ülvü, saf 

məhəbbəti ilə  yaşıdlarından fəqlənir. O, öz istək, arzu, məhəbbə-

tində dönməz mövqe tutur. Leylinin kimsə ilə əvəz olunmasını is-

təmir, ailə həyatı qurmaq üçün heç bir gözəli qəbul etmir. Misilsiz 

bir mənəvi güc və qüvvətlə, cəsarət və qətiyyətlə öz həyat prinsip-

lərini müdafiə edir. Bu baxımdan əsrlər ötsə də əsər yeni nəsillər 

üçün  aktualdır.  Çünki  onu  xalq  ruhuna  bu  qədər  yaxın  edən, 

sevdirib  yaşadan da məhz ailə tərbiyəsinə vermiş  olduğu tərbiyə 

motivləridir. 

Ailə  tərbiyəsi  oğul  ata-anası  ilə  tamamlanmır.  Ikinci  tərəf  – 

Leylinin ata-anasını da şair ön plana çəkir və onları tarixi həqiqət-

lər işığında təsvir edir. Leylinin atası müəyyən xüsusiyyətlərə ma-

lik olmaqla bərabər, Məcnunun atasından orijinal keyfiyyətləri ilə 

fərqlənir.  Belə  ki,  Məcnunun  atası  rəhmdil,  xoşrəftar,  mülayim, 

fədakardırsa, Leylinin atası bir o qədər sərt, kobud və inadkardır. 

Deməli,  iki  ailə,  iki  müxtəlif  əqidəyə  mənsub  olan  Leyli  və 

Məcnunun ata-anası köhnə nəslin nümayəndəsi kimi təsvir edilir. 

Leyli və Məcnun isə saf eşqə, məhəbbətə çatmaq üçün... Şair bu-




153 

 

rada  da  yeni  nəslin  mövqeyində  dayanıb  Leylinin  Məcnuna 



yazdığı məktuba önəm verir: 

Olsaydı mənim bir ixtiyarım, 

Olmazdı səndən özgə yarım. 

– deyimi ilə qadın hüquqsuzluğunun cövlan etdiyini göstərir. 

Yüksək əxlaqa malik olan Leyli və Məcnun yaşadıqları mühit-

də dərd-sərini deməyə kimsəni tapmır, üzünü allaha tutub şikayət-

lənən Məcnun naəlac qalıb füsunkar təbiətli dağlardan, daşlardan, 

qayalardan,  çeşməli  bulaqlardan  kömək  istəyir.  Mənəviyyatca 

zəngin  olan  bu  qəhrəmanların  romantik  macəralarını  təsvir  edən 

şair  xalq  əfsanələrindən  də  istifadə  edərək  maraqlı  epizodlar 

vermişdir.  Qayğı,  insanpərvərlik  hissi  ilə  yaşayan  Məcnun  öz 

paltarını verib zalım bir ovçunun ovladığı ahunu, göyərçini xilas 

edib, azadlığa buraxır. 

Bu  keyfiyyətlər  Leylidən  də  yan  keçməmişdir.  O,  Məcnunu 

dərin bir məhəbbətlə sevdiyinə görə ata-anası tərəfindən incidilir. 

Həyatdan  cana  doymuş  Leyli  günlərini  göz  yaşları  içərisində 

keçirir.  Heç  bir  təskinlik  tapmayan  Leyli  gecə-gündüz  ayla,  ul-

duzla, yağışla, sellə söhbət edir. O, bəzən həyəcanlanıb Məcnunu 

məzəmmət edir, eşqdə kamil, vəfalı olmağa çağırır, qadınlar üçün 

cəmiyyətin müəyyən etdiyi qadağalara etiraz edib öz sevgilisi ilə 

görüşmək, danışmaq istəyir. Leylinin qəhrəmanlığı orasındadır ki, 

belə ağır, hüquqsuz bir şəraitdə öz eşqini, mənliyini, böyük insan 

adını qoruya bilir. Leyli dövrünün qadınlarına məxsus cəhənnəm 

həyatını  yaşayır,  alınıb  –  satılır,  susdurulur,  lakin  təslim  olmur, 

güzəştə getmir. 

Füzuli  feodal  cəmiyyətinin  əxlaqi-mənəvi  əsarətinə  məhkum 

olan  qadının  iztirablarını,  həyəcan  və  kədərini  təsirli,  canlı  və 

bədii hisslərlə verə bilmişdir. 

Başdan-başa  mənəvi  saflıq,  saf  duyğular  aşılayan  “Leyli  və 

Məcnun”un  daha  maraqlı  cəhətlərindən  biri  də  onların 

məktublaşması səhnəsidir ki, burada hər iki aşiqin daxili dünyası, 

mənəvi aləmi açılır. 

Məcnuna elə gəlir ki, Leyli ibn-Səlama getməklə ona xəyanət 

etmişdir.  Amma  o,  məhəbbətində  sadiqdir,  sevgilisinin  yolunda 




154 

 

yenə  canını  qurban  verməyə  hazırdır.  Leylinin  Məcnuna  yazdığı 



cavab məktubu  əsərin canlı həyatla qırılmaz əlaqəsini əks etdirir. 

“Bu məktubda Leyli tarixi cəhətdən konkret, real insan kimi gö-

rünür. Onun ürəkləri  yandıran sözlərində bütün  varlığını,  gəncli-

yini  məhəbbətin  şirin,  cazibəli  xülyalarına  vermiş  olan  gənc  bir 

qızın  məhkum  ruhu  səslənir.  Leyli  Məcnunun  qarşısında  özünü 

günahkar bilib üzr istəyir”  (H.Araslı). 

Füzuli  Leylini  –  saf  məhəbbətə  sadiq,  mənəvi  cəhətdən  zən-

gin,  etibarlı  və  vəfalı  olan,  yalnız  öz  məhəbbətini  azadlıqda 

axtaran qəhrəmanını belə təsvir edir: 

Hər tənə ki, eyləsən rəvandır, 

Səndən xəciləm üzüm qaradır. 

Bəsdir mənə çəkdiyim xəcalət, 

Mən gövhərəm, özgələr xiridar. 

Məndə deyil ixtiyari-bazar, 

Dövran ki, məni məzəndə saldı. 

Bilməm kim idi satan, kim aldı? 

Olsaydı mənim bir ixtiyarım, 

Olmaz idi səndən özgə yarım!  

Yaxın Şərqin orta əsr feodal-ruhani cəmiyyətinin qadın faciə-

sinin  amansızlıqlarını  real  cizgilərlə  təsvir  edən  şair  Leylini  gü-

nahkar  bilmir,  onun  azadlığını,  mənəviyyatını  “həbs”  edən  döv-

randır,  onun  zülmü  və  ədalətsizlikləridir.  Bu  cəmiyyət  onlarca 

Leylilərin,  Məcnunların  istək  və  arzularını,  saf  məhəbbətini, 

mənəviyyatını  boğmuş,  onları  köhnə  qayda-qanunların  əsarəti 

altında yaşamağa məcbur etmişdir. 

Leyli  və  Məcnun  məhəbbətinə  təkcə  dövrün  sərt  qanunları 

deyil,  hətta  ata-ana  da  etiraz  edir.  Leylinin  ata-anası  Məcnunun 

elçilərini  rədd  edir,  onu  başqasına  verirlər.  Məcnunun  ata-anası 

isə  onu  Leylidən  çəkindirməyə  çalışır,  ona  varlı-hallı  olan  başqa 

birisi ilə evlənməyi məsləhət bilirlər. Hər iki ailənin ata və anaları 

öz istəklərinə nail ola bilmir. 

Hər  iki  gənc  özlərini  köməksiz  və  kimsəsiz  hesab  etsə  də, 

sevgisində  dönməzdir.  Leyli  hüquqsuz  olsa  belə,  Məcnuna  olan 

eşqini ata-anasından gizlədir. Onu sevmədiyi ibn-Səlama versələr 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə