DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə5/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   2   3   4   5   6   7   8   9   ...   77

14 

 

 



Hüseynova Pərixanım   

filologiya elmləri üzrə fəlsəfə doktoru  

 

FÜZULİNİN ƏDƏBİ-BƏDİİ GÖRÜŞLƏRİ  



 

Məhəmməd Füzulinin nəinki Azərbaycan ədəbiyyatı, mədə-

niyyəti habelə xalqın ictimai fikir tarixində özünəməxsus yeri var. 

Onun ədəbi irsi ideya məzmunu, ictimai-siyasi, fəlsəfi, baxımdan 

dərin məzmun kəsb  edir. Füzuli Azərbaycan klassik ədəbiyyatın-

da  zəngin,  kamil  sənət  nümunələri  yaradıb.  O  bəşəri  şairdir.  Tək 

“Leyli  Məcnun”  poeması  ilə  dünya  ədəbiyyatına  möhtəşəm  bir 

əsər  bəxş  etməyib.  Yaratdığı  əsərlər  bütünlüklə  bəşəri  səciyyə 

kəsb edir.   

Məhəmməd  Füzuli  Azərbaycan  ədəbiyyatı  və  fəlsəfi  fikir 

tarixində “Leyli və Məcnun”, “Səhhət və Mərəz”, “Bəngü- Badə”, 

“Mətləül-etiqad” kimi əsərləri ilə özünün əbədi heykəlini ucaldıb. 

Məhəmməd Füzuli qəzəl şairi kimi də bu mərtəbədədir. Təsadüfü 

deyil  ki,  görkəmli  ədəbiyyatşünas  alim  Mir  Cəlal  Paşayev  şairi 

qəzəl  ustadı  kimi  yüksək  dəyərləndirmişdir.  “Leyli  və  Məcnun” 

kimi böyük məhəbbət poeması, “Səhhət və Mərəz”, “Bəngü- Ba-

də” kimi alleqorik, “Mətləül-etiqad” kimi  fəlsəfi əsərlər yaradan, 

parlaq  qəsidələr,  qəzəllər  müəllifi  olan  Füzuli  hər  şeydən  artıq 

lirikası  ilə  məşhurdur.  Bütün  Yaxın  Şərqdə  dastan  dedikdə  Fir-

dovsi,  rübai  dedikdə  Xəyyam,  əxlaqi-didaktik  şeir  dedikdə  Sədi 

xatırlandığı kimi, qəzəl dedikdə də Füzuli yada düşür”. Füzulinin 

təfəkkür fəlsəfəsində qəzəl şeirin üst qatıdır. Bu baxımdan da şair 

qəzələ başqa mövqedən yanaşmışdı. Bu yanaşma nədən ibarətdir? 

Fikrimizcə, qəzəldə musiqi həzinliyi olduğu üçün o həm oxunaqlı, 

həm də ruhları oxşayan bir şeriyyətdir ki, yaddaşlara tez və möh-

kəm həkk olunur. Həcmcə kiçik olmasına baxmayaraq beyin tərə-

zisində şeirin digər növlərinə nisbətən samballı və ağır gəlir. Qə-

zəl şeirin digər növlərinə bənzəmədiyi kimi qəzəl  yazmaq da hər 

şairə  qismət  olan  bir  iş  də  deyil.  O  söz  xiridarlarına  məxsus  bir 

sənətdir.  Bu  sənətin  də  adı  qəzəlxanlılıqdır  (söz  xiridarı).  Füzuli 




15 

 

qəzəl  haqqında  yazdığı  şeirində  qəzəli  yüksək  səciyyələndirir. 



Onun məziyyətlərindən bəhs edir.  

Qəzəldir səfabəxşi əhli-nəzər

Qəzəldir güli-bustani-hünər

Qəzali-qəzəl seydi asan deyil

Qəzəl münkiri əhli- ürfan deyil.  (3, səh10) 

Şair qəzəli gül  bağçasına bənzədir. Gül bağçası  onu  yetişdi-

rən  bağbanın  hünərini  göstərib  öz  gözəllikləri  ilə  onu  seyr  edən-

lərə zövqü-səfa bəxş edir. Qəzəl də şairin könül bağçasının hünə-

ridir.  Bu  bağçanın  da  bağbanı  şairdir.  Şairin  könül  boğçası  onun 

qüdrətini göstərir, şöhrətini artırır.  

Bədii sənət nümunəsi kimi qəzələ yüksək dəyər verən Füzuli 

qəzəl  yazmağı  və  onu  dinləyənlərin  işini  dini  ehkamları  öyrədən 

və öyrənənlərin işinə bənzəmədiyini, ali və çətin iş olduğunu on-

ların  başa  düşməyəcəyini  söyləyir.  Bu  da  təsadüfi  deyil,  çünki 

orta əsr dövründə sevmək, bağlılıq Allaha aid olduğundan insanın 

insana olan məhəbbəti qəbul edilmirdi. Bu səbəbdən də, Füzulinin 

yaşadığı dövrdə nəinki qəzələ hətta onu yazana da ciddi yanaşıl-

mırdı. Qəzəldə məhəbbətin, qadın gözəlliyinin tərənnüm edilməsi 

şəriətə zidd hesab olunurdu.  

Könül, gərçi əşara çox rəsm var

Qəzəl rəsmin et cümlədən ixtiyar. 

Ki, hər məhfilin ziynətidir. Qəzəl, 

Xürədməndlər sənətidir qəzəl.      (3, səh10) 

Əgər könüldə çoxlu şeirlər varsa, onların içindən qəzəli seç. 

Çünki,  qəzəl  hər məclisin bəzəyidir. Ona ziynət  verir. Qəzəl  söz 

sənətidir.  Əsl  söz  alimlərinin  sənətidir.  Sadə,  anlayışlı  yazılma-

yan,  mövzusu  və  məzmunu  eşqdən,  gözəllikdən  uzaq  olan  qəzəl 

insanı  həyəcanlandırmaz,  zamanlara  keçməz,  yaddaşlardan  tez  

silinər.  Qəzəl  həm  yazıldığı  dövrdə,  həm  də  bütün  zamanlarda 

məşhur olmalıdır. Füzuli qəzəl haqqında farsca “Divan”ının “Di-

bacə”sində yazır: “Qəzəl aşiqin könül dərdini mərhəmətli sevgili-

sinə  açması  və  ya  məşuqun  öz  halını  sadiq  aşiqinə  bildirməsidir. 

Bu isə yeni yetişən gənclər arasında və ya təmiz ürəkli cavanlarla 

yoldaşlıq etməyin verdiyi zövq və həyəcanla olur. Qəzəl üslubun-




16 

 

da  mübhəm  məzmunlar  anlaşılmaz  ləfzlər  heç  kəsə  bir  həyəcan 



verməz”  (1,  s.16).  Şairə  görə  qəzəlin  özünə  məxsus  bir  dili  və 

müəyyən  kəlmə  aləmi  vardır.  Füzulidən  öncəki  klassiklərin 

yazdığı  qəzəllərin  də  mövzusu  və  məzmunu  eşqin,  məhəbbətin, 

hüsnün tərənnümü olmuşdu.  

Böyük  sənətkar  özünü  gözəl  qəzəllərin  yaradıcısı  hesab  et-

mir,  özündən  əvvəlki  klassiklərin  bu  sahədə  elə  bir  iz  qoyduq-

larını onlardan sonra nə isə yeni bir söz deməyə ehtiyac qalmadı-

ğını qeyd edir və həmin klassiklərə böyük dəyər verir: “Təsadüfən 

məndən  əvvəl  gələn  şairlərin  hamısı  yüksək  anlayışlı,  dərin  dü-

şüncəli  insanlar  imiş.  Qəzəl  üslubuna  yarayan  hər  gözəl  ibarəni, 

incə məzmunu elə işləmişlər ki, ortada bir şey qalmamışdır. İnsan 

onların  bütün  yazdıqlarını  bilməlidir  ki,  çalışıb  vücuda  gətirdiyi 

əsərlərdə  özündən  əvvəl  söylənən  mənalar  olmasın”  (1,  səh16). 

Füzuli  qəzəl  yazanlardan  və  özündən  də  bunu  tələb  etmiş,  üzə-

rində  elə  çalışmışdır  ki,  yaratdığı  mənalar  özündən  əvvəlkilərlə 

nəinki, üst-üstə düşməmiş, qəzəl ustadı kimi bütün dünyada məş-

hur  olmuşdur.  Özünün  qeyd  etdiyinə  görə  qəsidə  və  müəmma 

yazmağa meyl etmiş, qəzəl yazmaq fikrində olmamışdır (Bax, 1, 

səh.16) Yaradıcılığa qəzəllə başlamayan şairin bu janra sonradan 

müraciət  etməsinə  özündən  əvvəlki  klassiklərin  təsiri  az  olma-

mışdır.  

Üç dildə yazmasına baxmayaraq türk dilinə üstünlük verən və 

bu dilin saflığını qorumağa çalışan Füzulinin ana dilinə olan sev-

gisinin nəticəsidir ki, qəzəlin sadə, gözəl olan Azərbaycan dilində 

yazılmasına üstünlük vermişdir. Şairə görə yalnız bu dildə yazılan 

qəzəl tez öyrənilər, yaddaşlarda qalar, zamandan-zamana keçər. 



Qəzəl de ki, məşhuri- dövran ola

Oxumaq da, yazmaq da asan ola.  (3, səh 10) 

Füzulinin tədqiqatçısı görkəmli ədəbiyyatşünas alim mərhum 

akademik  Həmid  Araslı  Füzulinin  qəzəl  haqqında  düşüncələrin-

dən bəhs edərkən qeyd edir ki, “Bu janr mətbuatın olmadığı, nəq-

liyyat  vasitələrinin  ibtidai  bir  şəkildə  mövcud  olduğu  bir  dövrdə 

sənətkarın fikrinin geniş yayıla bilməsi üçün ən əlverişli bir janr-

dır. Qəzəl musiqi ilə əlaqədar olaraq xanəndələr vasitəsilə də ya-



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə