DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə51/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   47   48   49   50   51   52   53   54   ...   77

158 

 

yət  kimi  tərbiyə  olunması,  formalaşdırılması  ən  vacib,  təxirə  sa-



lınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata 

keçirilməsində  məktəb  və  müəllimlər  həlledici  mövqe  tutur.  Bu-

nunla əlaqədar olaraq məktəb yüksək əxlaq prinsipləri ilə yaşama-

ğa  və  işləməyə,  birgəyaşayış  qaydalarına,  qanunlarına  sözsüz 

əməl etməyə daxili tələbat oyatmalıdır. 

Tərbiyə  psixologiyası  şəxsiyyətin  əxlaqi-iradi  səviyyəsinin, 

əxlaqi şüurunun, əxlaqi təsəvvür və anlayışlarının, prinsip və ina-

mının,  əxlaqi  hisslərinin,  adətlərinin,  başqa  adamlara,  cəmiyyətə 

və  əməyə  münasibətdə  ifadə  olunan  konkret  davranış  tərzinin 

formalaşmasının  psixoloji  mexanizmlərini  açmaqla,  gənc  nəslin 

şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün imkan verir. 

Tərbiyə  psixologiyası  şagirdlərin  tərbiyəvi  təsir  şəraitində  psixi 

fəaliyyətlərinin  qanunauyğunluqlarını,  məktəblilərin  özünütərbi-

yəsinin  psixoloji  əsaslarını  aşkara  çıxarmaq  vasitəsilə  şəxsiyyəti 

müəyyən  edən  xarakterik  keyfiyyətlərin  formalaşmasına  imkan 

yaradan təsirlərin mexanizmlərini də öyrənir. 

Tərbiyə  şəxsiyyətin  formalaşdırılmasına  yönəldilmiş  xüsusi 

fəaliyyət  sahəsidir.  Görkəmli  pedaqoq  A.S.Makarenkanun  dediyi 

kimi  tərbiyənin  mahiyyəti  ondan  ibarətdir  ki,  daha  yaşlı  nəsil  bu 

prosesdə özünün təcrübəsini, özünün etirazlarını, özünün inamını 

kiçik nəslə verir. Tərbiyə daxili və xarici amillərin təsiri ilə şəx-

siyyətin  inkişaf  istiqamətlərinin  idarə  olunmasıdır.  Ona  görə  də 

şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diq-

qəti  ilk  növbədə  cəlb  edən  tərəflərdəndir.  Bu  baxımdan,  birinci 

növbədə  nəyi  tərbiyə  etmək  məsələsi,  başqa  sözlə,  şəxsiyyətin 

strukturu,  əlamət  və  keyfiyyətləri,  xassələrini  dəqiqləşdirmək  la-

zım gəlir. Məlum olduğu kimi, şəxsiyyətin hər bir keyfiyyəti bir-

biri ilə ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəx-

siyyətin hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı ola-

raq  çox  vaxt  tamamilə  fərqli  xarakter  daşıyır,  özünəməxsus  əhə-

miyyət kəsb edir. Ona görə də tərbiyə prosesində şəxsiyyətin for-

malaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa 

sözlə,  insanı  hissə-hissə  deyil,  bir  şəxsiyyət  kimi  tam  halında 

tərbiyə etmək lazımdır. 




159 

 

Tərbiyədən  söhbət  açarkən  biz  birinci  növbədə  məktəbli  şəx-



siyyətinin  formalaşması  haqqında düşünürük. Başqa sözlə, məkt-

əbin  və  müəllimin  imkanları  çərçivəsində,  şəxsiyyətin  formalaş-

ması pedaqoji psixologiyada ən zəruri məsələ kimi qarşıya çıxır. 

Hələ məktəb  yaşının ilk günlərindən tərbiyə işinin düzgün qurul-

maması, pedaqoji baxımsızlığın hökm sürməsi şagird şəxsiyyətin-

də  arzu olunmayan keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. 

Bu cür mənfi keyfiyyətləri aradan qaldırmaqsa yenidəntərbiyə işi 

tələb edir ki,  bu da  yeni  keyfiyyətləri formalaşdırmaqdan qat-qat 

çətindir. 

Hər  şeydən  əvvəl  nəzərə  almaq  lazımdır  ki,  tərbiyə  böyük-

məkdə  olan  nəslin  şəxsiyyətinin  formalaşması  prosesinin  idarə 

olunmasından  ibarətdir.  Ona  görə  də  bu  proses  özünün  psixoloji 

mexanizminə  malikdir.  Bu  mexanizmi  nəzərə  almadan  tərbiyə 

işində müvəffəqiyyət qazanılacağı barədə düşünmək olmaz. Bura-

da  birinci  növbədə  tərbiyə  prosesinin  mahiyyətini  təşkil  edən  və 

psixoloji  nöqteyi-nəzərdən  bir-biri  ilə  bağlı  olan  aşağıdakı 

cəhətlərə diqqət yetirmək lazım gəlir:  

a)  tərbiyə  olunan  və  tərbiyə  edənin  xüsusiyyətləri,  onların 

qarşılıqlı münasibətləri;  

b) tərbiyənin məqsədi;  

c) tərbiyə prosesində istifadə olunan yollar. 

Məhz buna görə də tərbiyə prosesini düzgün idarə edə bilmək 

üçün həmin cəhətlərin hər birinin xüsusiyyəti nəzərə alınmalıdır. 

Yalnız bu zaman tərbiyə prosesində şəxsiyyətin tələbatları, maraq 

və meylləri, dünyagörüşü, əqidə və idealları, qabiliyyət və xarak-

teri lazımi şəkildə formalaşdırıla bilər. 

Tərbiyə  prosesində  biz  daima  inkişaf  edən,  keyfiyyətcə  dəyi-

şən uşaqlarla işləməli oluruq. Tərbiyə olunan həmin uşaqlar özlə-

rinin şəxsiyyətlərinin psixoloji xüsusiyyətlərinə, tələbat və motiv-

lərinə  görə  bir-birlərindən  fərqlənirlər.  Ayrı-ayrı  yaş  dövrlərində 

bu  fərqlər  müxtəlifləşir  və  özünəməxsus  tərbiyəvi  iş  tələb  edir. 

Ona  görə  də  tərbiyə  prosesində  müvəffəqiyyət  qazanmaq  üçün 

birinci  növbədə  tərbiyə  olunanların  yaş  və  fərdi  xüsusiyyətlərini 

öyrənmək  və  nəzərə  almaq  lazımdır.  Məhz  buna  görə  də  hələ 




160 

 

vaxtilə  pedaqoji  psixologiyanın  banisi  K.D.Uşinski  insanı  hərtə-



rəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənməyi tövsiyyə edirdi. 

K.D.Uşinski məqsəd aydınlığını pedaqoji prosesin birinci və əsas 

məsələsi  hesab  edirdi.  Onun  fikrincə,  tərbiyənin  məqsədi  ictimai 

və xalq mənafeyini üstün tutan, həqiqətə, doğruluğa, xeyirxahlığa 

can atan, bütün insanlığın mənafeyini xalqının və özünün mənafe-

yi ilə birləşdirməyi bacaran həqiqi insan yetişdirməkdir.(1;111)  

 Görkəmli  psixoloq  S.L.Rubinşteyn  göstərir  ki,  “uşaqları  tər-

biyə  edə-edə  və  öyrədə-öyrədə  öyrənmək  lazımdır  ki,  onları 

öyrənə-öyrənə  tərbiyə  edək  və  öyrədək”.  Məhz  buna  görə  müəl-

lim və tərbiyəçi hər hansı bir tərbiyəvi tədbiri həyata keçirməzdən 

əvvəl  tərbiyə  etdiyi  şagirdin  xüsusiyyətlərini  aşkara  çıxartmalı, 

tərbiyəvi tədbiri həyata keçirməzdən əvvəl tərbiyə etdiyi şagirdin 

xüsusiyyətlərini  aşkara  çıxartmalı,  tərbiyəvi  tədbiri  ona  müvafiq 

şəkildə tətbiq etməyə çalışmalıdır. 

 Tərbiyə  psixologiyası  sahəsində  tədqiqat  aparan  psixoloqlar 

belə  bir  qənaətə  gəlmişlər  ki,  şagird  şəxsiyyətinin  təşəkkülündə 

həlledici  yeri  təkcə  onların  fəaliyyətinin  düzgün  təşkili,  şagird-

lərin əxlaqi davranış təcrübələri toplamaları tutmur, eyni zamanda 

burada  düzgün  əxlaqi  davranış  motivlərinin  tərbiyə  edilməsi  də 

mühüm  rol  oynayır.  Bu  baxımdan,  şagirdlərin  tələbat  sahəsinin 

öyrənilməsi  mühüm  əhəmiyyətə  malikdir.  Çox  vaxt  şagirdin 

davranışındakı  bu  və  ya  digər  cəhət  onun  tələbatı  ilə  bağlı  olur. 

Tələbatlar bir motiv kimi şagirdin davranışını şərtləndirir. Bundan 

isə tərbiyə prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və nə-

zərə alınması zəruri olan bir tələb — şagirdin davranışına qiymət 

verərkən  onun  motivini  müəyyənləşdirmək  tələbi  meydana  çıxır. 

Psixoloqların tədqiqatları sübut etmişdir ki, motivdən asılı olaraq 

eyni fəaliyyət nəticəsində şagirdlərdə müxtəlif əxlaqi keyfiyyətlər 

formalaşa  bilər.  Məsələn:  bir  şagird  öz  yoldaşının  düzgün  olma-

yan  hərəkəti  haqqında  sinif  rəhbərinə  xəbər  verir.  Şagirdi  buna 

vadar  edən,  başqa  sözlə onun  bu  cür  hərəkətinin  motivi  müxtəlif 

ola bilər. Ola bilsin  ki,  şagird öz  yoldaşını bu vəziyyətdən çıxar-

maq, ona kömək etmək məqsədilə sinif rəhbərindən kömək gözlə-

yir. Yaxud sinif rəhbərinin yanında özünü ucaltmaq, öz nüfuzunu 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə