DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1.74 Mb.
səhifə52/77
tarix25.06.2018
ölçüsü1.74 Mb.
1   ...   48   49   50   51   52   53   54   55   ...   77

161 

 

qazanmaq üçün bu cür hərəkət edir, lakin ola bilsin ki, şagird öz 



yoldaşından qisas almaq üçün bu yolu tutur. 

 Tərbiyə  prosesində  müvəffəqiyyət  qazanmaq  üçün  təkcə  şa-

girdlərin  yaş  və  fərdi  xüsusiyyətlərinin  öyrənilməsi  və  nəzərə 

alınması kifayət deyildir. Burada tərbiyəvi tədbirin tətbiq edildiyi 

konkret şəraitin nəzərə alınması da həlledici əhəmiyyətə malikdir. 

Adətən konkret şərait nəzərə alınmadan tətbiq olunan, şablon tər-

biyəvi  tədbir  istənilən  nəticəni  vermir,  bəzən  hətta  mənfi  təsir 

göstərir.  Tərbiyəvi  tədbir  o  zaman  daha  səmərəli  rol  oynayır  ki, 

burada  müəllimin  pedaqoji  təxəyyülü  iştirak  etsin.  Belə  olduqda 

müəllim  konkret  şəraitdən  asılı  olaraq  tətbiq  etdiyi  tədbirin  nə 

kimi nəticə verəcəyini qabaqcadan görə bilər. 

Məşhur  Azərbaycan  ədibi  A.Bakıxanov  hər  şeydən  əvvəl  tər-

biyənin  məqsədini müəyyənləşdirməyə  yüksək qiymət  vermişdir. 

Onun fikrincə tərbiyənin məqsədi həqiqi insan yetişdirməkdir. O, 

əxlaq və əqli tərbiyəyə daha çox üstünlük verirdi. Tərbiyənin di-

gər tərkib hassələrini də əxlaq tərbiyəsinin tərkib hissəsində (este-

tik,  fiziki,  əmək  və  s)  verirdi.  O,  əxlaq  tərbiyəsinə  nəzakətlilik, 

təvözarkarlıq, səmimilik, doğruçuluq, düzlük, diqqətlilik, düşünə-

rək danışmaq və hərəkət etmək, sərbəstlik, özünütənqid, təmkinli-

lik,  ehtiyatlılıq,  əməksevərlik  və  s.  kimi  sifətləri  aid  edirdi.  Tər-

biyənin  məqsədi  cəmiyyətin  obyektiv  inkişaf  qanunları  əsasında 

müəyyən edilir, məhsuldar qüvvələrin inkişafı ilə şərtlənir, onunla 

bərabər dəyişir. 

Müasir  dövrdə  inkişaf  etmiş  demokratik  ölkələrdə  tərbiyənin 

məqsədi hərtərəfli inktşaf etmiş insanlar yetişdirməkdən ibarətdir. 

Hərtərəfli  insan idealı müxtəlif dövrlərdə insanları düşündürmüş, 

bu  isə  öz  əksini  xalqların  yaradıcılığında  dövrün  mütəfəkkirləri-

nin  əsərlərində  tapmışdır.  Hərtərəfli  inkişaf  etmiş  insan  idealı 

müxtəlif  xalqların  həm  yazılı,  həm  də  şifahi  xalq  ədəbiyyatında 

əks olunmuşdur. Xalq yaradıcılığında təsvir edilən bu qəhrəman-

lar  fiziki  cəhətdən  sağlam,  gözəl,  əxlaqı  təmiz,  mərd,  qorxmaz, 

döyüşkən, xalqını və vətənini sevən şəxslər kimi verilmişdir, vəsf 

edilmişdir. 



162 

 

  Hərtərəfli  inkişaf  etmiş  şəxsiyyət  tələbi  müasir  dövrdə  cə-



miyyətin pedaqoji proses qarşısında qoyduğu əsas tələbdir. Bu tə-

ləbə uyğun olaraq tərbiyə, təlim-təhsilin mədəni insan formalaşdı-

rılmasındakı  aparacağı  işlərin  məqsədləri  müəyyən  edilir.  Azər-

baycanda  tərbiyənin  məqsəd  və  vəzifələri  Azərbaycan  Respubli-

kasının  Təhsil  Qanununun  9-cu  maddəsində  öz  əksini  tapmışdır: 

dərin  və  hərtərəfli  biliyə,  bacarığa,  praktik  hazırlığa,  yüksək  mə-

dəniyyətə,  məsuliyyət  hissəsinə,  mütərəqqi  dünyagörüşə  malik 

olan  və  onu  daim  inkişaf  etdirməyə  çalışan  şəxsiyyət  formalaş-

dırmaq: soykökünə, Azərbaycan xalqının azadlıq və demokratiya 

ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist, mənəvi və 

mədəni dəyərlərinə dərindən  yiyələnən, onu qoruyan və daim in-

kişaf etdirən, ailəsini, millətini, Vətənini sevən və daim ucaltmağa 

çalışan,  ümumbəşəri  dəyərlərə  yiyələnən,  insan  hüquqları  və 

azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə, 

yüksək  əxlaqi  və  mənəvi  keyfiyyətlərinə,  demokratikliyinə  görə 

dünyanın  ən  qabaqcıl  ölkələrinin  vətəndaşları  səviyyəsində  dura 

bilən  sağlam  yurddaşlar  yetişdirmək  və  bununla  yüksək  siviliza-

siyalı  cəmiyyət  qurmağa,  azərbaycanı  dünyanın  ən  inkişaf  etmiş 

demokratik  dövlətlərindən  birinə  çevirməyə  qadir  olan  insan 

tərbiyə etməkdir. 

Hərtərəfli  inkişaf  etmiş  şəxsiyyət  dedikdə  yuksək  intelektual 

səviyəyə  malik,  zəruri  əxlaqi  keyfiyyətlərə  yiyələnmiş,  istehsalın 

əsas  sahələri  həqqında  müəyyən  biliklərə  və  əmək  vərdişlərinə 

malik,  gözəlliyi  sevməyi,  qiymətləndirməyi  bacaran,  yaşadığı 

dövrün  ictimai-siyasi  hadisələrinə  obyektiv  qiymət  verən,  dövlət 

və  şəxsi  hüquqları  haqqında  elmi  məlumata  malik,  onu  müdafiə 

edə bilən mübariz insanlar nəzərdə tutulur. Tərbiyənin bu məqsə-

dinə  müvafiq  tərkib  hissələri  müəyyən  edilir.  Bunları  aşağıdakı 

şəkildə qruplaşdırmaq olar:  

1.Əqli təhsil və elmi dünyagörüş formalaşdırılması  

2. Əxlaq tərbiyəsi  

3. Əmək tərbiyəsi  

4. Estetik tərbiyə  

5. Fiziki tərbiyə   




163 

 

6. Hüquq tərbiyəsi   



7. İdeya-siyasi tərbiyə  

8. Ekoloji tərbiyə (8;28-29) 

Tərbiyənin  qarşısında  duran  əsas  məqsədə  çatmaq  üçün  gös-

tərdiyimiz müvafiq tərkib hissələri şəxsiyyətin davranış mədəniy-

yəti vasitəsilə  üzə  çıxır. Bu isə davranış  qaydalarının konkret  bir 

tərbiyə üsulu ilə müəyyənləşməsini deyil, bütün tərbiyə növlərinin 

kompleks şəklində icrasını əhatə etməsi ilə ifadə edir. 

Şəxsiyyətin  formalaşması  müxtəlif  amillərin  ziddyyətli  təsiri 

əsasında  baş  verir.  Bura  həmçinin  xarici  və  daxili  təsirlər,  onlar 

arasında  olan  dialektik  ziddiyyət  və  onların  vəhdəti  daxildir.  İn-

sanların mənəviyyatı, əxlaqı, müxtəlif münasibətləri və digər key-

fiyyətləri bu təsirlər  əsasında baş verir və formalaşır. Xarici zid-

diyyətlər dedikdə pedoqoji və ətraf aləmin tərbiyə olunma prose-

sinə  göstərdikləri  müxtəlif  təsirlər  başa  düşülür.  Müxtəlif  tərbiyə 

təsirləri xüsusən də pedaqoji təsirlər o zaman səmərəli nəticə verir 

ki, o tərbiyə olunanların daxili aləminə təsir etsin, onların mənəvi 

dünyasını hərəkətə gətirsin. Bu daxili hərəkətəgəlmə özünütərbiyə 

meyllərinin  yaranmasına  səbəb  olur.  Ziddiyyətlər  zamanı  insan 

özünə,  hərəkət  və  davranışlarına  nəzər  salmağa,  təhlil  etməyə 

məcbur olur. Obyektiv təhlil etmə isə müsbət və mənfi keyfiyyət-

lərin  müəyyən  edilməsinə  imkan  yaradır,  insan  öz  mövqeyini 

düzgün  müəyyən  edir,  mənfi  keyfiyyətlərini  aradan  qaldırmaq 

arzusuna  düşür.  Bu  arzu  tərbiyənin  özünütərbiyə  meyllərini, 

səylərini genişləndirir, çünki tərbiyə hər bir tərbiyə olunanı lazımi 

qaydada  hərəkət  edib-etmədiyi  üzərində  düşünməyə  məcbur 

etməlidir.  Bu  təhriketmə,  düşündürmə  və  nəzarət  insanın  özünü 

yenidən tərbiyəsinə istiqamət verir. Özünü dərketmə, özünügörmə 

özüntərbiyənin ilk pilləsidir. Özünü dərk edən, mənfi keyfiyyətlə-

rini  görən  və  bu  mənfi  keyfiyyətlərin  aradan  qaldırılması  işi  hər 

kəsdən  iradi  səy,  güc  tələb  edir.  Yəni    özünü  yenidən  tərbiyə  et-

mək  istədikdə  insan  lazım  olan  zəruri  hərəkətləri  icra  etməyə 

özünü  məcbur  edir.  Çünki  insanların  malik  olduqları  hərəkət  və 

davranışlar  yeni  qaydada  hərəkət  etməyə  mane  olur,  fəaliyyəti 





Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   77


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə