DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə53/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   49   50   51   52   53   54   55   56   ...   77

164 

 

məhdudlaşdırır.  Bu  isə  onun  arzusu  ilə  davranışında,  marağı  ilə 



fəaliyyətində ziddiyyət yaranmasına səbəb olur. 

Özünütərbiyə anlayışı geniş mənada özünütəhsil anlayışını da 

əhatə edir. Dar mənada isə özüntərbiyə cəmiyyətin və fəaliyyətin 

tələbi əsasında insanın özündə yeni mənəvi keyfiyyətlərin forma-

laşdırılması və ya hər hansı əxlaqi keyfiyyətlərin adət və rəftarın-

dan çıxarması prosesidir. Özüntərbiyənin özünüdərketmə, özünü-

məcburetmə,  özününəzarət,  özünüələalma  kimi  anlayışları  möv-

cuddur. 


Bütün  bunlara  diqqəti  yönəltməklə  bildirmək  istərdik  ki,  tər-

biyə  prosesi  nəinki  sosial-ictimai  anlamda  qurulan  pedaqoji  pro-

sesin  bir  hissəsidir,  eyni  zamanda  psixoloji  təkamülün  inkaredil-

məz və ardıcıl inkişafda olan hərəkətverici tərəflərindəndir. Məhz 

bunları  nəzərə  alaraq  tərbiyə  prosesində  milli-mənəvi  dəyərlərin 

dərkinə, onların mənimsənilməsinin əhəmiyyətinə geniş yer ayrıl-

masına böyük ehtiyac vardır. Bu cəhətdən Azərbaycan ədəbiyya-

tının  böyük korifeyi  Məhəmməd Füzulinin  tədqiqata cəlb  etdiyi-

miz  yaradıcılığı  özünəməxsus  əhəmiyyətli  məqamları  ilə  seçilir. 

M.Füzuli  ədəbiyyat  və  mədəniyyət  tariximizin  iftixarıdır,  dünya 

ədəbiyyatı tarixi üçün isə böyük ədəbi hadisədir. Danılmaz faktdır 

ki, Füzuli sənəti təkrarolunmaz xəzinədir, Şərqin üç dilində (türk, 

fars, ərəb) “Divan” bağlayan şair dövrünün əxlaqi, mənəvi, psixo-

loji  durumuna  ayıq  gözlə  baxaraq  onun  mənfi  tərəflərini  qələmə 

almış,  sosial,  siyasi,  elmi,  mədəni,  ədəbi  problemləri  işıqlandır-

mışdır.  M.Füzuli  yaradıcılığında  ədəbi-bədii  (“Leyli  və  Məc-

nun”),  alleqorik  (“Səhhət  və  Mərəz”,  “Bəngü  Badə”,  “Söhbətül-

əsmar”, “Həft cam”),elmi-dini (“Mətləül-etiqad”,“Hədisi-ərbəin”, 

türkcə  “Divan”ının  dibaçəsi),  siyasi  (“Şikayətnamə”)  məfkurəli 

əsərlərin rəngarəng palitrasını müşahidə et¬mək olar.  

Füzuli  şeiriyyəti  bədii  təsir  qüvvəsi  ilə  nə  dərəcədə  yüksək 

məqamda  dayanırsa,  mövzu,  ideya  və  məzmun  keyfiyyətlərinə 

görə bir o qədər yüksəkdədir. Əsərlərdə irəli sürülən hər hansı bir 

problemin  ictimai-sosial  mahiyyəti  də  məharətlə  aparılmış  və 

xüsusi yanaşma vasitəsilə seçildiyini diqqətə önünə gətirir. Məsə-

lən,  didaktik  məzmunlu  alleqorik  əsərlərində  şairin  açıq  deyə 




165 

 

bilmədiyi  məsələləri  müxtəlif  obyektlərin,  bitkilərin,  mücərrəd 



varlıqların və ya insan orqanlarının üzərinə küçürdüyünün şahidi 

oluruq.  Bu  zaman  bədii  söz  sənətinin  incə  imkanları  vasitəsilə 

mükəmməl  əksini  tapan  ictimai  fikir  üzə  çıxarılır,  cəmiyyət 

daxilində  mövcud  adət-ənənələr,  mənəvi  dəyərlər  təhlil  edilir, 

yaxşı  və  pis  cəhətləri  açıqlanır.  M.Füzuli  əsərləri  aşağıdakı  psi-

xoloji, didaktik və tərbiyəvi məzmunla diqqəti cəlb edir.   

1.  Ailədaxili münasibətlər və davranış, 

2.  Cəmiyyət  daxilində  səxsiyyətlərarası  münasibətlər  və 

davranış tərzi, 

3.  Siyasi dairələrdə davranış xüsusiyyətləri

4.  Cəmiyyət və şəxsiyyət problemi, şəxsiyyətin cəmiyyətdəki 

mövqeyi, 

5.  Şəxsiyyətin  mənəvi  tərbiyəsi  problemi  və  davranış 

tərzində onun təzahürü

6.  Cəmiyyət və elmi, ədəbi mühit münasibətləri 

Bütün  bu  məqamlar  ilə  seçilən  M.Füzuli  yaradıcılığı  orta  əsr 

Şərq  dünyasında  davranış  etikasının  əlamətlərini  müəyyən  et-

məkdə əhəmiyyətli mövqeyə malikdir. Davranış qaydaları və on-

ların icrasına münasibət məsələləri şairin əsərlərinin ictimai məz-

mununu dolğun etməyə xidmət edir. Məhz bu cəhətdən, M.Füzuli 

yaradıcılığı dövrünün aynası kimi tanınır, əsərlərin bədii uğurları 

isə  onların  ictimai-sosial  məzmununa  söykənmiş  olu.  Beləliklə 

şairin əsərlərinin təhlilinə keçməzdən əvvəl bu əsərlərin cəmiyyət 

üçün  xüsusi  əhəmiyyət  daşımasını  vurğulamaq  yernə  düşərdi. 

Belə  ki,  M.Füzuli  yaradıcılığı  tərbiyəvi  xarakteri  ilə  seçilən  mü-

hüm  ədəbi-bədii  yaradıclıq  hadisələrindəndır.  Şairin  yaradıcılığı 

əsasında apardığımız bu tədiqat bizi bir daha klassik ədəbi təfək-

kürün kamil tərbiyə üsullarının təqdimatı ilə tanış etdi və müdrik 

nəsihətlərinin  üzə  çıxarmaq  imkanları  verdi.  Tədqiqatımızda  to-

xunduğumuz  məsələlərə  aşağıdakı  aspektlər  üzrə  aydınlıq  gətirə 

bilərik. 

1.  Ailədaxili  münasibətlər  və  davranış  problemi  M.Füzuli 

yaradıcılığında  xüsusi  məqamları  ilə  seçilən  məsələlərdəndir. 

Burada atalar və  oğullar kimi  qlobal mahiyyətli  ictimai  problem, 




166 

 

valideyn  və  övlad  münasibətləri,  həyat  yoldaşı  anlayışı  məsələ-



sinə  orijinal  münasibət  əksini  tapır.  Şair  ailədaxili  münasibət  və 

davranış  tərzinin  təsvirində  zamanəsinin  təsəvvürlərindən  və  də-

yərlərindən  çox-çox  kənara  çıxaraq  ümumbəşəri  anlamda  huma-

nist, idealist münasibətlər silsiləsi yaradır. Məcnunun valideynləri 

ilə  münasibətində  atdiği  bir  sıra  yanlış  hərəkətlər,  onların  aid  ol-

duğu sosial təbəqəyə  yad olan davranış  tərzinə  baxmayaraq vali-

deynlərinin övladını düzgün anlaması, onun dərdinə şərik çıxması 

və  istəklərinin  həyata  keçməsi  üçün  çalışdığnın  şahidi  oluruq. 

Belə ki,  özünü  Leylidən  uzaq bilən və  dərd əlindən cəmiyyətdən 

uzaqlaşan Məcnun sözün  əsl  mənasında heç bir  zaman tənha ol-

madı,  hər  an  ətrafında  valideyn  qayğısı,  valideyn  iştirakı  duydu. 

Cəmiyyətin  qəbul  etmədiyi  məhəbbəti  valideynlərinin  qəbul  et-

məsi bəlkə də Məcnuna qol-qanad verir və öz mübarizəsində daha 

mətin olmasını təmin etmişdir. Məcnunun evə qayıtması, Leyliyə 

qovuşması üçün bir sıra təbdirlər tökən valideynləri Leylinin qo-

naq  gəlməsi  bəhanəsilə  onu  evə  qaytarır,  veriləcək  cavabdan  əv-

vəlcədən  hali  olmasına  baxmayaraq  Məcnunun  atası  Leyliyə  elçi 

gedir, oğluna kömək etmək arzusu ilə və firavan həyata qayıtması 

üçün  çalışaraq  onu  Kəbəyə  aparır.  “Leyli  və  Məcnun”  poeması 

ailədaxili münasibətlərdəki gözəlliyin, burada hökm sürən düzgün 

davranış  tərzinin  təsviri  ilə  diqqəti  cəlb  edir.  Əsərdə  bədii  prob-

lemin və ideyanın  yaranışı ailədaxili münasibətlərin mənfi cəhət-

ləri  əsasında  deyil,  məhz  şairin  bədii  təfəkkürünün  və  bədii  kon-

sepsiyasının məzmunundan çıxış edərək üzə çıxır. Məhəbbət şairi 

olaraq Füzuli sırf ədəbi-bədii mövqedən çıxış edərək bədii prob-

lemi  məişət  səviyyəsində  müəyyənləşən  sosial  məzmunda  əks 

etdirmir.  Bu  isə  pedaqogika  elmi  baxımından  müsbət,  tərbiyəvi 

əhəmiyyəti  ilə  dəyərli  hesab  edilə  bilər.  Məsələn,  Məcnunun 

anasının oğluna məsləhətini nəzərdən keçirək: 

Key rahəti-canü nuri-didə! 

Fərzəndi-yeganeyi-güzidə! 

Şənində rəyasəti-ərəb var, 

Mirasi-şücaətü ədəb var.   

Ətvari-müluki tut həmişə



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə