DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə54/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

167 

 

Ayini-şücaət eylə pişə. 



Əbruyi-xəm isə gər muradın, 

Süst etmə kəmanə etiqadın!... 

Sən ləl’sən, olmagil səbüksəng, 

Döndərmə günəş görüb rəvan rəng! 

Etmə özünü hübabmanənd 

Başında olan həvayə xürsənd!  

Kim, yoxdurur ol həvadə bünyad

Başın olur ol həvadə bərbad. 

Sərgərimlik etmə şəm’nisbət, 

Suzi-qəmi-eşq ilə mürüvvət. 

Gör şəm’i necə düşər bəlayə, 

Başına gedən, gedər fənayə. 

Zövqi-dilü didə qılma adət! 

Salma meyü şahidə iradət! 

Məhbubü mey ilə bəsləyən can 

Sanma olur əhli-əqlü iman! 

Əqlimi olur müdam məstin? 

İmani olurmu bütpərəstin? 

Şe’rə həvəs etmə kim, yamandır, 

Yaxşı desələr onu, yalandır! 

Hala qıla gör kəmal hasil, 

Fövt etmə məcal, gəzmə qafil!    

(3; 75-76) 

Gördüyümüz  kimi,  məsləhətlər  övlada  təzyiq  halında  deyil, 

onun ictimai statusunun, ailənin sevimlisi olmasının vurğulanması 

ilə, həyat təcrübəsində gəlinən nəticələrə əsaslanaraq verilir. 

Digər tərəfdən Leyliyə anasının etdiyi qızına verdiyi öyüdlərə 

diqqət  yetirək,  bu  zaman  yenə  də  övladına  həssaslıqla  yanaşan 

valideyn obrazı ilə rastlaşırıq: 



Key’şux! Nədir bu göftugulər,  

Qılmaq sənə tənə eybculər? 

Nəycün özünə ziyan edirsən? 

Yaxşı adını yama edirsən? 

Nəyçün sənə tə’nə edə bədyu? 


168 

 

 Namusuna layiq işmidir bu? 



Nazik bədən ilə bərgi-gülsən, 

Əmma nə deyim ikən yünülsən! 

Lalə kimi səndə lütf çoxdur

Əmma nə deyim, üzün açıqdur. 

Təmkini cünunə qılma təbdil! 

Qızsan, uzun olma,qədrini bil! 

Hər surətə əks kimi baxma. 

Hər gördügünə su kimi axma. 

Mey gərçi səfa verir dimağə

Axdığı üün düşər əyağə. 

(3; 55-56)  

Beləliklə,  söyləyə  bilərik  ki,  əsərin  bədii  mahiyyətindən  asılı 

olmayaraq burada pedaqoji cəhətdən göstərilən tərbiyə  üsulu heç 

də əməli təsir qüvvəsindən kənar deyil. Doğru məqamda və mün-

bit şəraitdə övlada bu cür təsir yolları tərbiyə işinin aparılmasında 

əsas  götürülə  bilər  və  onların  tərbiyə  işində  tətbiqi  milli-mənəvi 

ruhda  tərbiyə  olunan  şəxsiyyət  probleminin  həllində  əhəmiyyətli 

rol oynaya bilər. 

2.Cəmiyyət daxilində səxsiyyətlərarası münasibətlər və davra-

nış tərzi M.Füzuli yaradıcılığında xüsusi ictimai-tarixi məzmunda 

öz əksini tapır. Şairin alleqorik əsərləri məhz cəmiyyət daxilində 

sosial  təbəqələrin  bir-biri  ilə  mübarizəsini,  qarşıdurmasını  ifadə 

edir.  “Söhbət  ül-əsmar”  poeması  bunun  bariz  nümunəsidir.  Əsər 

orijinal  mövzuda  yazılmışdır.  Belə  ki,  insanlar  arasında  hökm 

sürən  özbaşınalıq,  özündənrazılıq,  özündən  müştəbehlik  hisləri, 

təkəbbür, qarşıdurma və münaqişə meylləri bostan və bağ bitkilə-

rinin alleqorik canlandırılması ilə əks olunur. Şairin özünəməxsus 

bədii  tapıntısı  məhz  bu  münasibətlərin  və  konfliktin  bədii  ideya 

kimi irəliyə sürülməsi ilə daha da qabarıq üzə çıxır. Real cəmiyyət 

daxilində mövcud davranış tərzinin alleqoriya vasitəsilə verilməsi 

isə  buna tənqidi münasibəti təmsil  edir. Şair bütün olanları ümu-

miləşdirərək belə qərara gəlir ki, zaman və cəmiyyət dəyişkəndir 

və  fanidir.  Buna  görə  də,  daha  müdrik  davranmaq  və  hər  vəziy-

yətdə ağılın gücünə güvənmək lazımdır, nə gözəllik, nə cavanlıq, 



169 

 

nə də var-dövlər və hakimiyyət insanın başqaları üzərində hökm-



ran olmasına səbəb ola  bilməz. Bunu ifadə etmək üçün şair  aşa-

ğıdakı misraları qələmə almışdır: 



Bildi ki, bu dövrdə vəfa yox, 

Dünyanı sevən çəkər cəfa çox. 

Pəs etdi yəqin ol cəfakeş,  

Olmaz bu cahanda kimsə dilxoş. 

Bildi ki, olub bu deyr fani. 

Tərk eylədi ləzzəti-cahani. 

Dünya işinin mədarı yoxdur, 

Heç kimsəyə etibarı yoxdur. 

Eylər birisini sahibi-tac, 

Ol birisin ona möhtac. 

Leylaya verib üzari-gülgün, 

Qeys onu görəndə ola Məcnun. 

Həm Yusifə verdi hüsni-ziba

Oldu ona mübtəla Züleyxa. 

Əzraya veribdi hüsni-bihəd, 

Qılmış ona Vamiqi müqəyyəd. 

Bu köhnə evin vəfası yoxdur, 

Ənduhu qəmü cəfası çoxdur. 

(3;274) 


M.Füzuli nazimi-ustaddır. O, alleqorik əsərlərində sətiraltı və 

gizli  yolla  cəmiyyətin  daxili  mexanizminə  təsir  edərək,  insanlara 

ülvi hislər və həqiqi dəyərlər aşılayaraq onları mədəni və ictimai 

varlıq kimi formalaşmağa yönəldir. Kamilliyi dünyanın faniliyinə 

inandırmaqla  həyata  keçirən  şair  şəxsiyyətin  inkişafında  yeni 

mərhələ açır və bu mərhələ onun yaratdığı bədii ənənənin əsasını 

qoyur.  Füzuli  bədii  ənənəsi  dünyaya  obyektiv  baxma,  mənfi 

cəhətlərin  aydin  qiymətləndirilməsi  və  həyata  tənqidi  şəkildə 

münasibətdə olaraq onun dərki kimi məsələləri əhatə edir.    

3. Siyasi dairələrdə davranış xüsusiyyətləri M.Füzuli yaradıcı-

lığında  özünəməxsus  cəhətləri  ilə  əksini  tapır.  Siyasi  dairələrdə 

mövcud  davranış  tərzinə  də  şairin  münasibəti  birmənalı  şəkildə 

mənfidir. O, cəmiyyət həyatında, dövlət idarələrində və hakimiy-



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə