DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə56/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   52   53   54   55   56   57   58   59   ...   77

173 

 

Ləbi qəlbindəki daği sağaldan bir güləndamın, 



Ləbini dişləmə, ey bimürüvvət, olma gəl cani. 

 

Nə lazımdır sənə bir təxt kim, qayıq kimi axsın 

O göz yşı selində kim, tökər məzlum müjgani. 

 

Şəriktək pay alırsan kəndlinin daim qazancından, 

Sənin borcundur olmaq kəndli malının nigəhbani. 

 

Onun malı talandıqda cərimə çəkməli sənsən, 

Cərimə kim çəkər, indi ki, sən etdin bu talani? 

(5;265) 


M.Füzuli yaradıcılığında hakimlərə xüsusi münasibət öz əksi-

ni tapır. Belə ki, cəmiyyətdə və dövlət daxilində əmin-amanlıq və 

tərəqqi  birbaşa  hakimin  fəaliyyəti  ilə  əlaqələndirilərək  onların 

davranış  və  tədbirlərinə  həlledici  amil  kimi  münasibət  göstəriir. 

Məsələn,  şairin  Məhəmməd  paşaya  ünvanladığı  qəsidədə  bunun 

bir daha şahidi ola bilərik:  



Hökmdür hökm ki, dünyayə verər ziybi-nizam, 

Hökmdür hökm ki, din rəsmini eylər əhya. 

 

Hökm gər olmasa dünyayə salır zülm fəsad, 

Hökm gər olmasa bulmaz nəsəqi-mülk bəqa. 

 

Hakim oldur ki, müvafiq ola hökmünə qədər

Hakim oldur ki, mütabiq ola əmrinə qəza. 

 

Hakim oldur ki, onun olmaya zatında təmə, 

Hakim oldur ki, onun olmaya felində riya. 

 

Şəmdən görsə ki, pərvanəyə bir zülm yetər

Kəsə başın, deməyə zaye olur nəfi-ziya... 



Hökmdür vasiteyi-mövtü həyati xəlqin, 



Vay ol hakimə kim, eyləyə hökmdə xəta. 


174 

 

 



Qıla məzlumləri mərhəmətindən məhrum, 

Verə zalimlərə öz nəfi üçün istila. 

 

Rəhmət ol hakimə kim, olmaya eldən qafil

Nəqdi-övqatı ola bəzli-niyazi-füqəra. 

(5;131-132) 

 

Şair  oğlu  Fəzliyə  nəsihətlərində  şəxsiyyət  məsələlərini  geniş 



təhlil edir. O, oğlunu müstəqil həyata hazırlayır, öz atalıq hökmü-

nü bərqərar etmir, atalıq haqqını halal edir. Şair yazır: 



Ayrılmalıydı meyvə ağacdan dəyən kimi, 

Verməz təbiət heç kəsə bu hökmlə aman. 

 

Meyvə dərilməz isə ağacdan, bu qaydadır, 

Dövran əlilə hər ikisinə yetər ziyan. 

 

Həm meyvəni əzib, cürüdüb məhv edər hava

Həm də dəyər ağac başına daş zaman-zaman. 

 

Yoxdursa meyvədə ağaca daha ehtiyac əgər, 

Meyvə ağacda tutmamalı boş yerə məkan. 

 

Dinlə məni, ağıllı balam, diqqət ilə sən, 

Bu incə nüktə sirrini ta eyləyim bəyan. 

 

Salsan həqiqət aləminə yaxşı bir nəzər, 

Sən meyvəsən, mən isə ağac, dəhr busitan

(5;313-314) 

Nəticə etibarilə, M.Füzuli yaradıcılığı şəxsiyyətyönümlü tərbi-

yənin gözəl nümunəsi sayıla bilər. Şairin “Səhhət və Mərəz” əsə-

rində insanı sağlamlaşdıran və xəstəhal edən bir sıra psixoloji mə-

sələlər əksini tapmışdır. Burada insan ağlı, ürəyi, eşqi, ruhu, hüs-

nü,  xəyalı,  heyrəti,  fərəhi,  qorxusu,  qəminin  insan  orqanizmində 

səbəb olduğu fəsad və xeyirlərdən bəhs olunur. İnsanın fiziki tər-




175 

 

biyəsi,  psixoloji  durumunun  kamilləşməsi  yolları  əsərin  didaktik 



məziyyətlərindəndir. Ruhun tərbiyəsi və onun digər insani hislər-

dən asılılığının tam aradan qaldırılması  probleminin  qoyuluşu və 

həlli  M.Füzuli  dühasının  böyük  uğuru  olaraq  üzə  çıxır.  Bununla 

da,  şairin  əsərlərində  şəxsiyyətin  cəmiyyət  daxilində  rolu,  məsu-

liyyəti  və  özünüdərki  problemi  maraqlı  pedaqoji  və  psixoloji 

aspektlərdən araşdırılır.   

5. Şəxsiyyətin mənəvi tərbiyəsi problemi və davranış tərzində 

onun təzahürü şairin mənəvi tərbiyə probleminə münasibəti müa-

siri  olduğu  dövrün  əxlaq,  estetika,  incəsənət,  fəlsəfə,  ədəbi-bədii 

yaradıcılıq  məsələlərinə  işıq  salır.  Məsələn,  M.Füzulinin  qitələ-

rində  Allaha  müraciət  edilərək  insanların  iki  firqəsi,  iki  qrupu 

haqqında fikirlər verilir, ulu Tanrıya onlardan qorunmaq üçün dua 

edilir. Qitələrdən birində oxuyuruq : 

Onların daş sifətli qəlblindən 

Keçməmiş elmi-taətü təqva. 

 

Üləma cərgəsində durmuşlar, 

Edərək minlər ilə səhvü xəta. 

 

Vurur İslamə rəxnələr onlar, 

Tanrıdan, eldən etməyib pərva. 

 

Və ikinci o lovğa cahillər  

Ki, edir qazilik işin ifa. 

 

Xəlq üçün mərcəi-ümur olaraq

Həvəsin, hökmün eyləyir icra. 

 

Hörm edərlər xilaf şər’ ilə, 

Əsl məqsudu cifeyi-dünya... 

 

Bu iki bəd əməl səfehlərdən 

Dini-islamə çox yetişdi cəfa

(4;413-413) 




176 

 

Digər  bir  qitəsində  şair  müdrik  nəsihətləri  ilə  insanların 



həyatda  doğru  mövqe  tutaraq  hərəkət  etmələri  üçün  bir  sıra 

məsləhətlərlə çıxış edir: 



Nəsəb fəziləti insana özgəsindəndir. 

Nəsəblə özgəyə, ey süflə, iftixar eləmə. 

 

Əmir xidməti, şahə yaxınlığın puçdur, 

Öyünmə bunlara dünyada, etibar eləmə. 

 

Bir iş ki, dost köməyi olmadan düzəlməyəcək, 

İnanmayıb, özünü heç ümidvar eləmə. 

(4;414-415) 

Öz  əsərlərində  kamilləşək  dünyaya  bələd  olmaq  və  həyatda 

düzgün  bir  şəxsiyyətə  çevrilmək  kimi  sosial  problemləri  qabarıq 

şəkidə vurğulayaraq M.Füzuli insan varlığının ictimai məzmunu-

nu diqqət önünə gətirir: 



Bu təbiətdə böylədir adət, 

Yaşamaqçün cahanda növi-bəşər. 

 

Ananın mehribanlığı uşağa 

Gərək olsun zəmani-həddə qədər... 

 

Ey könül, sən o tifli-qafilsən 

Ki, özündən yoxdur, heyf, xəbər. 

 

Sənə bu varlıq aləmi anadır 

Ki, tərəfdarın oldu şamü səhər. 

 

Atadır feyzi-aləmi-ülvi 

Ki,vücudunda vardır ondan əsər. 

 

Bu qədər olma surətə bağlı, 

Mərd olan bundan ali rütbə dilər. 

 

Ana dövründə bəsdir hərlənmək, 

Qız deyilsən, igidliyin göstər! 

 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə