DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə57/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   53   54   55   56   57   58   59   60   ...   77

177 

 

Mərdlik et, mərdliklə ta tapasan 



Atadan mərhəmətlə feyzi-nəzər

(4;415-416) 

Tərbiyə məsələlərində xüsusi mövqeyə  malik  mənəvi  tərbiyə, 

elmə  və  kamilliyə  meyl,  həyatla  düzgün  davranış  tərzi  M.Füzuli 

estetikasının mühüm cəhətlərindəndir. Şair ya öz timsalında oxu-

cunu  adı  çəkilən  sosial  problemlərin  ciddilik  dərəcəsinə  inanadı-

rır, məsələn: 

Ömrümün əvvəli ki, zövqü səfa vəqti idi, 

Elmsiz keçdi bütün bisərü samanlıq ilə. 

 

Tifl vəqtim ötərək dərdə giriftar oldum

Keçdi ömrüm bu fəna yerdə pərişanlıq ilə. 

 

Ömrümün axırı ki, zöhdü ibadət çağıdır, 

Keçdi, əfsus, o da aləmdə peşimanlıq ilə. 

 

Ah, bu ömrə ki, zövq almadım ondan, keçdi 

Mənəvi zövqü səfa qəflətü nadanlıq ilə

(4;424) 


yaxud da, öz timsalında həyatda şəxsiyyət kimi özünü təsdiq etmə 

məqamlarının  çətinliyini  əks  etdirərək  nikbin  ruhlu  olmağın 

psixoloji üstünlüyünü təsvir edir: 

Mənə pis söylədisə bir pis adam,incimədim, 

Məni, Allaha şükür, yaxşı bu dünya tanıyır. 

Mənim həddimdə onun fikri nə təsir edəcək, 

Elə bir qövmə ki, ondan məni la tanıyır. 

(4;424)  

M.Füzuli  yaradıcılığınad  müstəqil  fikirlilik,  valideynlərin  öv-

lad fikrinə biğanə qalmaması məsələləri, valideyn-övlad dialoqları 

maraqlı  pedaqoji  məqamlar  olaraq  diqqəti  cəlb  edir.  “Rindü  Za-

hid”  əsərində  atalar  və  oğullar  problemi  qoyularaq  ata  və  oğlun 

dialoqu  əsasında  söhbət  yaradılır  və  eyni  bir  mövzunun,  sosial 

problemin  hər  iki  mövqeyə  aid  münasibətlə  işıqlandırılmasının 

şahidi  oluruq.  Burada  evlilik,  şəriət,  zəhmətkeşlik,  əyləncə  və  s. 



178 

 

məsələlər  müzakirəyə  cəlb  edilir.  Hər  iki  tərəf  məntiqi  dəlillərlə 



çıxış edirlər. Uzun müddət atalar və cəmiyyət tərəfindən məqbul 

qəbul edilən, illərlə həyata keçirilən bir sıra ictimai məsələlər oğul 

tərəfindən məntiqi dəlillərlə rədd edilir. Hər bir məsələyə müxtəlif 

mövqelərdən münasibət bildirmək və kompramisə getmək, insan-

ların arasında münaqişəyə son qoymağın sivil yolu kimi bu əsərdə 

geniş  əksini tapmışdır.  Məsələn, mey  və  şərab  haqqında danışar-

kən Rind  və  Zahid  tamamilə  müxtəlif mövqelərdə dayanırlar, la-

kin  kəskin  seçilən münasibətləri bir-birini dinləmək və  anlamağa 

çalışdıqlarından  onların  düşmən  mövqelərə  qədər  yüksəlməsinə 

gətirib çıxarmır: 

“Zahid dedi: 

-Ey Rind! Meyin eybi aşkardır. Onun qəbahətini deməyə ehti-

yac  yoxdur.  İndi  ki,  sən  onun  keyfiyyətindən  xəbərdar  oldun  və 

onun  nəşəsini  gördün,  bu  gizli  sirdən  pərdəni  götür.  Onun  mən-

fəətləridən danış. De görüm, onun faydası nədir ki, onun xatirinə 

insan  Allaha  düşmən  olsun.  Onun  mənfəəti  nədir  ki,  insan  onun 

üçün şəriətin hökmlərindən çıxsın?.... 

Rind dedi: 

-Ey Zahid! Şərabın mənfəətində, Allahın kəlamı  gizli pərdəni 

onun  aydınlıq  üzündən  götürmüşdür.  Şərabın  faydalarından  de-

məyə  nə  ehtiyac  var?...  Allahın  işləri  ilə  məşğul  olanların  yəqin 

ki,  şərab  heç  yadlarına  da  düşmür.  Allaha  itaət  etməkdən  qafil 

olanlar  isə  məlumdur  ki,  pis  işlər  etməyə  meyl  edirlər.  Bundan 

yaxşı  nə  ola  bilər  ki,  şərab  onların  ağıllarını  əllərindən  alsın  və 

dünyanı onların fəsadından qurtarsın.”(6;54-56) 

Beləliklə,  M.Füzuli  yaradıcılığı  tərbiyə  məsələlərinə  özünə-

məxsus baxış mövqeyinə malikdir. Bu görüşlər müdriklik məktəbi 

dərslərinə  işarə  olaraq  həyatda  doğru  davranmaq  və  həqiqi  olan 

məqbul  bəşəri hərəkətləri  müəyyən etmək üçün dəyərli bir örnək 

ola bilər. İnsanlara qarşı anlayışlı olma, yaşından və sosial səviy-

yəsindən asılı olmayaraq digərinin fikirlərinə hörmət və həqiqətin 

hər bir anda - doğru ya yanlış məqamlarda labüd reallıq olmasına 

dərindən  inam  kimi  fikirlər  dahi  şairimizin  möhtəşəmliyinin 



179 

 

sübutudur.  Bu  isə  kamil  şəxsiyyətin  formalaşması  üçün  müvafiq 



tərbiyəvi məzmuna malikdir. 

6.Cəmiyyət  və  elmi,  ədəbi  mühit  münasibətləri  nəinki  M.Fü-

zuli yaradıcılığının bir çox mütərəqqi fikirli Azərbaycan ziyalıla-

rının  yaradıcılığının  əsas  leytmotovidir.  Dövrünün  aynası  olan 

mütəfəkkirlərimiz  təkcə  bədii  yaradıcılıqlarında  ədəbi  kəşflərə 

imza atmayıblar, eyni zamanda cəsarətlə zəmanələrinin elmi inki-

şafına,  ədəbi  mühitinə  tənqidi  fikirlə  yanaşmış  və  bu  məsələlərə 

bütün ciddilikləri ilə qiymət verməyi özlərinə bir vətəndaşlıq bor-

cu hesab etmişlər. Məhz mütəfəkkir ziyalılarımızın hesabına əsr-

lərlə  Azərbaycan  cəmiyyəti  daxilində  elmi,  ədəbi,  siyasi  savadın 

təbliği,  yayılması  işi  aparılmışdır.  Eynilə  M.Füzuli  yaradıcılığı 

buna gözəl nümunə ola bilər. Məsələn, “Söz” rədifli qəzəli şairin 

ədəbi-bədii fikirlərinin bariz nümunəsidir: 

 Xəlqə ağızın sirrini hər dəm qılır izhar söz,  



 Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. 

   

 Artıran söz qədrini sidqilə qədrin artırar,  

 Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.   

 

 Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,  

 Edə hər saət səni ol uyqudan bidar söz.   

 

 Bir nigari-ənbərinxətdir könüllər almağa,  

 Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz.   

 

 Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər  

 Rişteyi-izharə min-min gövhəri-əsrar söz.  

  

 Olmayan qəvvasi-bəhri-mə’rifət arif degil  

 Kim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz.   

 

 Gər çox istərsən, Füzuli, izzətin, az et sözü  



 Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz

(2;151) 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə