DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə58/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   54   55   56   57   58   59   60   61   ...   77

180 

 

Ədəbi-tənqidi fikirləri ilə qabaqcıl ədəbi ənənənin əsasını qo-



yan şair bədii yaradıcılıq sahəsində qəzəl, qəsidə janrlarının nüfu-

zunun  artmasına  nail  olmuş,  əsrlərlə  bu  ənənənin  geniş  şəkildə 

davam etməsinə səbəb olan dahi ədəbi nümunələr yaratmışdır: 

Məsnəvi üsulu, qəzəl sənəti 

Qazanmış olsa da aləmdə şöhrət, 

Lakin bir eybi var, ifratla təfrit, 

Nə onda dad qoymuş, nə bunda ləzzət. 

Təkcə qəsidədir hər xeyir işdə 

Cilvələr saçaraq sayılır sənət

(5;18) 


Şairin farsca “Divan”ının dibaçəsində təxəllüs məsələsinə, sö-

zün  qiymətinə,  qəzəl  janrına  verdiyi  ədəbi  xarakteristikası  Azər-

baycan  ədəbiyyatının  inkişaf  yolunda  həlledici  rol  oynamışdır. 

Bədii  sözə  yüksək  qiymət  verən  şair  əsl  sənətkarın  professional 

fəaliyyətdə göstərməli olduğu davranış tərzini aşağıdakı fikirlərin-

də ifadə edirdi: “Qəribə bir haldır, söylənmiş bir sözü söyləndiyi-

nə  görə,  söylənməmiş  bir  sözü  isə  əvvəlcə  söylənmədiyinə  görə 

işlətmək olmur.”(4;16) 

“Mətləül-etiqad” əsərində şair elm, elmin əldə edilmə yolları, 

biliyin növləri, şəriət məsələləri və s. elm problemlərinin təhlilini 

aparır  və  dəyərli  fikirlərlə  çıxış  edir.  M.Füzuli  yaradıcılığında 

hansı bir mövzuya müraciət olunmasına baxmayaraq hər bir halda 

kamillik  və  əməksevərlik  başlıca  ideya  kimi  ortaya  qoyulur.  Hər 

zaman  hərəkərlər  və  davranışda  olan  bu  və  ya  digər  özəlliklər 

məhz tərbiyə  məsələsinə şamil  edilir. Nəticədə,  M.Füzuli  yaradı-

cılığında  davranış  tərbiyəsi  materiallarına  geniş  yer  ayrılmışdır. 

Bununla da deyə bilərik ki, Füzuli dühası şəxsiyyətin əqli və iradi 

kamilliyin  vəhdətindən  irəli  gələn  davranış  tərzinin  bir  ictimai 

faktor olaraq üzə çıxarması ilə xarakterizə oluna bilər. 

   



181 

 

Ədəbiyyat 

1. K.D.Uşinski. Seçilmiş pedaqoji əsərləri, Azərnəşr, 1953 

2. M.Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 

400 səh. 

3.  M.Füzuli.  Əsərləri.  Altı  cilddə.  II  cild.  Bakı,  “Şərq-Qərb”, 

2005, 336 səh. 

4.  M.Füzuli.  Əsərləri.  Altı  cilddə.  III  cild.  Bakı,  “Şərq-Qərb”, 

2005, 472 səh. 

5.  M.Füzuli.  Əsərləri.  Altı  cilddə.  IV  cild.  Bakı,  “Şərq-Qərb”, 

2005, 344 səh. 

6.  M.Füzuli.  Əsərləri.  Altı  cilddə.  V  cild.  Bakı,  “Şərq-Qərb”, 

2005, 224 səh. 

7.  M.Füzuli.  Əsərləri.  Altı  cilddə.  VI  cild.  Bakı,  “Şərq-Qərb”, 

2005, 336 səh. 

8.  Əliyeva  Z.  Pedaqogika.Prezident  Kitabxanası.  Bakı,  2004,  92 

səh. 

9. Sadıqov F. Pedaqogika. Bakı, 2008 



 

 

 



Məmmədova Səlimə 

M.Füzuli yaradıcılığında davranış tərbiyəsi 

Xülasə 

Verilmiş  elmi  iş  M.Füzuli  yaradıcılığının  pedaqoji  baxımdan 

tədqiqinə  həsr  olunmuşdur.  Şairin  bir  sıra  poemaları,  “Divan” 

yaradıcılığı  aparılan  araşdırmanın  tədqiqat  obyekti  kimi  irəli 

sürülür.  Elmi  iş  pedaqogika  sahəsində  davranış  tərbiyəsi 

problemini  əhatə  edərək  M.Füzuli  yaradıcılığının  bu  baxımdan 

dəyərli və xarakterik xüsusiyyətlərini üzə çıxarmışdır. 

 



182 

 

 



Мамедова Салима 

Проблема воспитания поведения 

в творчестве М.Фузули 

Резюме 

Данная  научная  работа  посвящена  исследованию 

проблемы  воспитания  с  педагогической  точки  зрения  в 

творчестве М.Фузули. С этой целью некоторые поэмы поэта 

и  его  творчество  «Диван»а  приводятся  ко  вниманию  как 

объект  исследования.  Научная  работа  охватывая  проблему 

воспитания  правильного  поведения  в  педагогике  а  также 

выявляет  ценные  и  характерные  особенности  творчества 

М.Фузули.  

 

 



Mamedova Salima 

The problem of upbringing of behavior in the creation  

of M.Fuzuli 

Summary 

The  given  scientific  work  is  devoted  to  study  the  problem  of 

upbringing  of  behavior  by  point  of  pedagogical  view  to  creation 

of  M.Fuzuli.  With  that  end  in  view,  the  poems  and  creation  of 

“Divan”  of  poet  is  brought  to  attention  as  object  of  research. 

Scientific work, by embracing the problem of upbringing of right 

behavior by point of pedagogical view also discloses valuable and 

specific peculiarities of creation of M.Fuzuli. 



 

 

 

 

 

 

 

 

 


183 

 

Səbinə Muradova 



böyük laborant 

MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN 

ƏMƏK TƏRBİYƏSİ  

 

Əmək  cəmiyyətin  maddi  və  mənəvi  sərvətinin  əsas  mənbə-



yidir, insanın sosial nüfuzunun başlıca meyarıdır, onun müqəddəs 

vəzifəsidir, şəxsiyyətinin, tərbiyəsinin bünövrəsidir. 

Şəxsiyyətin ümumi inkişafının mühüm amillərindən biri əmək 

tərbiyəsidir.  Əmək  insanın  ictimai  həyatında  zəruri  olduğu  kimi, 

tərbiyənin  bünövrəsi  də  onun  üzərində  qurulmalı  və  inkişaf 

etməlidir. 

Uşağın  istər  sağlamlığı,  istərsə  də  qüvvətli  və  çevik  olması 

onun ictimai-faydalı əməyə alışması prosesi hələ körpəlik dövrün-

dən düzgün qurulmalıdır. Bu da uşaq müəssisələrinin üzərinə dü-

şür.  Məktəbəqədər  yaşda  uşaq  ətrafdakı  bütün  şeylərə  maraqla 

yanaşır və fəal hərəkət etməyə səy göstərir. Düzgün qurulan əmək 

tərbiyəsi prosesində uşaq fəaliyyət göstərərək onu əhatə edən şey-

lər  haqqında  ilk  təsəvvürlər  əldə  edir,  onda  əməyə  məhəbbət  və 

yaradıcı  münasibət  formalaşır.  Uşaq  bağçasında    əmək  tərbiyə-

sinin  vəzifələri  və  tələblərinə  uyğun  gələn  bir  sıra  əmək  növləri 

vardır. Bura özünəxidmət, böyüklərin təsərrüfat əməyində uşaqla-

rın  iştirakı,  təbiətdə  əmək,  oyuncaqların  və  bəzi  sadə  əşyaların 

hazırlanması üzrə uşaqların əməyi daxildir. 

Əmək növlərindən bütün yaş qruplarında aparılan tərbiyə işin-

də  istifadə  edilməlidir.  Uşaqlar  bağçaya  gəldikləri  ilk  günlərdən 

böyüklərin köməyinə ehtiyac hiss edirlər. 

Uşaqlara  yeni tələblər bəzən onlarda şıltaqlığa gətirib çıxarır. 

Buna görə də onlarda  özünəxidmət vərdişləri tərbiyə etmək üçün 

didaktik oyunlar keçirmək lazım gəlir. Oyunları keçirməklə uşaq-

larda  soyunma,  geyinmə,  səliqəli  yemək,  səliqəli  gəzmək  kimi 

özünəxidmət vərdişləri tərbiyə edilir. 

Kiçik  yaşlarından  uşaqlarda  şəxsiyyətin  müəyyən  keyfiyyət-

ləri yaranır.Onun da cəmiyyətdə özünəməxsus yeri olur. Bu dövr-

dən başlayaraq onun şəxsiyyətinin inkişafına çalışmaq, cəmiyyət-

dəki mövqeyini başa salmaq, məsuliyyət hissini inkişaf etdirmək-




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə