DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə59/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   55   56   57   58   59   60   61   62   ...   77

184 

 

də əmək tərbiyəsinin rolu müstəsnadır. Tərbiyə proqramında uşaq 



bağçasının böyük və məktəbə hazırlıq qruplarında uşaqların kənd 

təsərrüfatı  əməyi  ilə tanışlığı  və bu sahədə fəaliyyət  göstərmələri 

nəzərdə tutulmuşdur. Müşahidələr, tərbiyəçi və uşaqlarla aparılan 

müsahibələr  göstərir  ki,  kiçik  yaşdan  başlayaraq  uşaqların  kənd 

təsərrüfatı əməyində iştirak etmələri onların əqli, fiziki, estetik cə-

hətdən inkişafına, əxlaq və əmək tərbiyəsinə güclü təsir göstərir. 

Bağçalarda uşaqların kənd təsərrüfatı əməyi ilə tanış edilməsi-

nə və müəyyən bitkilərin əkilərək becərilməsində iştirak etmələri-

nə  imkan  yaradılmalıdır.  Tərbiyəçilər  uşaqların  əməyini  təşkil 

edərkən  təkcə  müəyyən  bacarıqlar  aşılamaqla  kifayətlənməməli, 

həm  də  uşaqların  ümumi  inkişafını  təmin  etməyə  çalışmalıdırlar. 

Onlar  bu  prosesdə  aşağıdakı  vəzifələrin  həyata  keçirilməsinə  səy 

göstərməlidirlər: 

1. Uşaqlara kənd təsərrüfatı bitkilər ilə bağlı sadə elmi-nəzəri 

məlumatların verilməsi

2.  Bitkilərin  əkin  üçün  hazırlanması,  əkilməsi  və  becərilməsi 

ilə əlaqədar ilkin praktik bacarıqların aşılanması; 

3. Əmək alətləri, bitkilər, yerinə yetirilən əməliyyatlar, alınan 

məhsulların adları hesabına uşaqların nitqinin inkişaf etdirilməsi

4.  Yoldaşlıq,  dostluq,  kollektivçilik,  qayğıkeşlik,  qarşılıqlı 

hörmət hissinin tərbiyə edilməsi

5. Bilavasitə gözəlliyini özünün yaradılması prosesində estetik 

zövqün inkişaf etdirilməsi

6.  Əməkdən  zövq  almaq,  ona  şüurlu  münasibət  bəsləmək 

hissinin yaradılması və inkişaf etdirilməsi

7.  Gigiyenik  məsələlərə  əməl  olunması,  sağlamlığın  və 

gümrahlığın təmin edilməsi və s. 

8.  Yaşlıların  əməyini  başa  düşmək  və  ona  nəzarət  etmək 

hissinin inkişaf etdirilməsi. 

Uşaqlar  bağçada  böyüklərin  işlərini  müşahidə  edirlər.  Birinci 

növbədə aşpazın, xadimənin, həkim və tibb bacısının əməyi haq-

qında məlumat alırlar. Tərbiyəçi əməksevərliyi artırmaq məqsədi 

ilə  onlara  işlərin  nəticəsini  göstərir,  uşaqları  həyatın  müxtəlif  sa-

hələrində  böyüklərin  əməyi  ilə  yaxından  tanış  etmək  məqsədilə 




185 

 

bir sıra  maraqlı ekskursiyalar təşkil edir. Məsələn, tikiş fabrikinə, 



çörək  zavoduna,  oyuncaq  və  mebel  fabrikinə,  tikinti  yerlərinə 

aparır. 


Tərbiyəçilər  müxtəlif    peşə  sahibi  olan  adamların  əməyi  haq-

qında uşaqlara məlumat verərkən bu əməyin əhəmiyyətinin onlara 

başa  salmağa  çalışır.  Məsələn,  inşaatçıların  əməyi  ilə  tanışlığı 

şəhərimizin abadlaşdırılması, onun gündən-günə gözəlləşdirilməsi 

ilə əlaqələndirirlər. Qeyd etmək lazımdır ki, ekskursiyaların keçi-

rilməsi zamanı tərbiyəçilər elə obyektlər seçirlər ki, orada fəhlələ-

rin kollektiv əməyi daha aydın görünsün. Ekskursiyalardan sonra 

keçirilən müsahibələr, uşaqların aldıqları təəssüratı söyləməsi çox 

gözəl nəticə verir. Əməyin növbətçilik növü uşaqların əmək fəa-

liyyətini  daha  da  yüksək  pilləyə  qaldırır.  Növbətçilik  ictimai 

xarakter vərdişlərinin tərbiyəsində mühüm rol oynayır. 

Növbətçilik  orta  qrupun  ikinci  yarısından  etibarən  başlayır. 

Uşaqlar  süfrə  düzəldir,  nahar  vaxtı  üçüncü  yeməyi  paylayır,  ye-

məkdən  sonra  stolu  yığışdırır,  məşğələ  üçün  materialları  və  və-

saitləri qoyur, qurtardıqdan sonra onları yerinə yığır, fırçaları, stə-

kanları, yapışdırma və rəsm işində istifadə olunan əsgiləri yuyur, 

stolun üstünü silir. Tərbiyəçilər tez-tez uşaqlarla birlikdə növbət-

çilərin işini müşahidə edir. Sonra növbətçilərin işlərini gördükləri 

haqqında uşaqların fikrini öyrənirlər. Söhbət zamanı hər uşaq fik-

rini  söyləyir, sonra  tərbiyəçi uşaqların öz işlərinə necə yanaşdıq-

larını,  bunun ümumi işə və kollektivə necə təsir göstərdiyini qeyd 

edir. 


Uşaqlar  gördükləri  işin  əhəmiyyətini,  kollektiv  üçün  zəruri 

olduğunu başa düşür, öz əməklərinin nəticəsini görür, bununla da  

onlarda əməksevərlik artır. 

Tərbiyəçilər daha  çox uşaqlarla təbiət guşəsində əmək işlərini 

təşkil etməlidirlər. Şəraitdən asılı olaraq hər bir uşaq otaq bitkilə-

rini sulayır, torpağını yumşaldır, bitkilərin yerini dəyişir, qışda və 

yazda  yeşiklərə  toxum  səpir,  köklü  bitkilər  əkir,  heyvanlar  üçün 

yem  hazırlayır,  akvariumun,  quşların  qəfəsini  təmizləməkdə  kö-

mək edirlər. 



186 

 

Təbiətdə əmək, əsasən, açıq havada keçirilir ki, bu da uşaqla-



rın  fiziki  qüvvəsini  artırır.  Təbiətdəki  əmək  müşahidə  ilə  də  sıx 

bağlıdır. Bu proseslərdə uşaqlar ilk dəfə olaraq hadisələr arasında-

kı  əlaqələri  başa  düşməyə  və  səbəb  asılılığını  müəyyən  etməyə 

başlayırlar; məsələn, sınmış budağı sarıyanda o, bitişir. Beləliklə, 

uşaqlarda müşahidəçilik, zehni görüş dairəsi, konkret bilik inkişaf 

edir. 


Uşaq  bağçasında  aparılan  işlər  ailədə  davam  etdirilməlidir. 

Uşaqların ailə əməyində iştirakı onlarla valideynlər arasında düz-

gün münasibətin yaranmasında böyük rol oynayır. 

Qarşıya çıxan çətinlikləri aradan qaldırmaq və uşaqları düzgün 

tərbiyə  etmək  üçün  bağça  ilə  ailə  uşağın  qarşısında  eyni  tələbi 

qoymalıdır.  Təcrübədə  yəqin  edilmişdir  ki,  belə  əlaqə  məktəbə-

qədər yaşlı uşaqlarda lazımi əxlaqi sifətlərin tərbiyə edilməsi üçün 

zəmin  yaradır.  Ailədə  tərbiyə  işi  mühüm  və  başlıca  məsələdir. 

Valideynlər  öz  övladlarının  yüksək  keyfiyyətlərə,  nəcib  xüsusiy-

yətlərə  malik  olan  hərtərəfli  inkişaf  etmiş  ağıllı,  bacarıqlı  və 

hamının rəğbətini qazanmış şəxslər kimi yetişməsini istəyirlər. 

Ailədə əmək tərbiyəsi almış uşaqlar uşaq bağçasında da əmək 

işləri ilə məşğul olur. Bəzi valideynlər isə bunun mahiyyətini dərk 

etmədiklərindən  narazılıq  edərək  deyirlər:  “Eşitdiyimə  görə,  mə-

nim  qızım  bağçada  boşqab  silib,  mən  onu  bağçaya  boşqab 

silməyə göndərməmişəm”. 

Əmək  müəyyən  məqsədə  xidmət  etməlidir.  Uşaqlarda  əmək 

vərdişlərinin  başlanması  ilə  yanaşı  onların  təlim-tərbiyəsini  elə 

istiqamətdə  qurmaq  lazımdır  ki,  bu  uşağın  bütün  gələcək  ictimai 

fəaliyyəti üçün əsas olsun. 

                                     



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə