DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə6/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   2   3   4   5   6   7   8   9   ...   77

17 

 

yıla bilirdi. Böyük sənətkar məhz buna görə də qəzəl janrına daha 



çox əhəmiyyət verir, öz mütərəqqi fikirlərinin, qəlb duyğularının 

geniş xalq kütlələrinin içərisində yayıla bilməsi üçün qəzəl janrı-

nın daha çox əlverişli olduğunu başa düşürdü”.(4, s.113) Yuxarı-

da söylənilənləri bir daha nəzərdən keçirərək  qeyd edək ki, hör-

mətli tədqiqatçı alimin qeyd etdiyi kimi Füzulinin qəzələ  mətbua-

tın,    nəqliyyatın  olmadığı  o  dövrdə  xanəndələr  tərəfindən  yayıl-

ması səbəbindən üstünlük verməsini bir o qədərdə doğru hesab et-

mək olmazdı. Çünki, Füzuli qəzələ onun  sadə xalq təbəqələri tə-

rəfindən  mənimsənilməsini düşünüb önəm verirdi. Sadə, zəhmət-

keş  təbəqələr  yalnız  sadə  dildə  anlayışlı  yazılan,  həcmcə  kiçik 

olan  qəzəlin  vasitəsilə  həm  bədii  sözün  qüdrətini  anlayacaq.  Şe-

riyyət  nədir?  Onu  dərk  edəcək,  həm  də  qəzəlin  məzmunundan 

şairin  fikirlərini,  söylənilənlərin  mənasını  anlamaq  qüdrətində 

olacaq.  Digər  tərəfdən  şair  şeirin  qəzəl  növündə  sultanları,  saray 

əyanlarını mədh etmək mümkün olmadığından ona yüksək dəyər 

vermişdir.  Çünki,  qəzəl  həmdə  bu  mövzuda  yazmaq  istəməyən 

şairləri ondan xilas edirdi. O cümlədən Füzulini də.  

Klassik  poeziyada  üç  ünsür  əql,  iradə,  eşq  həmişə  ədavətli 

olub.  Əqlin,  iradənin,  eşqin  qarşı  durmasına,  daha  çox  aşiqanə 

mövzuda yazılan qəzəllərdə rast gəlinir. Füzuli də özündən əvvəl-

ki  klassiklərin  yolu  ilə  getmiş,  əqli,  iradəni,  eşqi  üz-üzə  qoymuş 

üstünlüyü eşqə vermişdir. Nümunə üçün “Əql yar olsaydı” qəzə-

linə nəzər salaq.  

Əql yar olsaydı, tərki-eşqi- yar etməzmidim? 

İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim? 

Ləhzə-ləhzə surətin görsəydim ol şirinləbin, 

Sən kimi,ey Bisutun,mən həm qərar etməzmidim? (3,səh72) 

Elmi  ədəbiyyatdan  məlumdur  ki,  aşiqanə  mövzuda  yazılan 

qəzəllərdə iki və ya üç obraz iştirak edir. Aşiq, məşuqə və əgyar. 

“Əql yar olsaydı” qəzəlində bu obrazların  üçü də iştirak edir. Qə-

zəl  şikayət  formasında  yazılıb.  Düşdüyü  eşqin  burulğanında  çır-

pınan aşiq məşuqəsinə halından,  əqlinin ona qulaq asmamasından 

şikayət edir. Əqli aşiqə həmdəm olmur, məşuqəsinə olan sevgisi, 

hissləri, duyğuları onu üstələyir. Sevdası iradəsini əsir edir. Əgər 




18 

 

bu  yolda  əqli  ilə  iradəsi  birləşib  ona  dost,  həmdəm  olsaydı,  aşiq 



eşqindən  üz  döndərər,  rahat  ömür  sürərdi.  Şirin  dodaqlı  yarın 

surətini  ay  kimi  hərdən  az-az  görsə,    niqabın  altından  ona  bir 

nəzər salsa, üzünün bir hissəsini göstərsə aşiqinə bu da bəs edərdi. 

Bisütün  dağı  kimi  yerində  bərqərar  olar,  səbirsizlik  göstərib  

vətəni tərk etməzdi. 

Nişə məhrəm eylədin səmi, məni məhrum edib

Mən sənin bəzmində can nəqdin nisar etməzmidim.   

(3, səh72) 

Məni  özündən  uzaqlaşdırıb  əğyarı  dost  bildin.  Əgər  məni 

özünə  dost,  həmdəm  seçsəydin  tənimlə  səni  sənə  baxan  yad 

nəzərlərdən  gizlədərdim.  Sənin  məclisində  (eyş-işrət  məclisində) 

canımı  sənə  hasar  edərdim.    Füzuli  nişə  deyəndə  əğyarı  nəzərdə 

tutub onu balın üstünə qonan  zəhərli həşərata bənzədir.   

Eşiqinin  aləmə  faş  olacağından  qorxan  aşiq  sirrini  gizli 

saxlayır  ki,  məşuqəsinin  adı  dillərə  düşüb  ona  ləkə  gətirməsin. 

Əlinə  fürsət  düşən  sözbazlar  bundan  faydalanmasın.  Məşuqəsin-

dən dərdinə əlac görməyən aşiq eşqinin aşikar olmasından qorxub 

dərdinə  dərman üçün təbibə getməyə də ehtiyat edir. 



Dərdimi aləmdə, pünhan tutduğum naçardır, 

Uğrasaydım bir təbibə aşikar etməzmidim?  (3, səh72) 

Göründüyü  kimi  bu  beytdə  Füzuli  həm  də  mənəvi  əxlaqi-

tərbiyə məsələlərinə də toxunur. 

Eşqdən canımda bir pünhan mərəz var, ey həkim  

Xəlqə pünhan dərdim izhar etmə, zinhar, ey həkim 

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə, 

Qoy məni dərdimlə, dərman eyləmə, var, y həkim  

Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl, 

Kim, olam bu dərdə artıqraq giriftar, ey həkim!...  

(3, səh171) 

Aşiq  xəstə  yatağında  ona  uğrayan,  lakin  mərəzini  tapmaqda 

aciz qalan təbibə dərdini  anladıb xalqdan onu gizli  saxlamağı xa-

hiş edir. Təbibdən mərəzini sağaldacaq dərman yox, onu düşdüyü 

bəlanın betərinə giriftar edən tədbirdə bulunmağını istəyir.  



 


19 

 

Vaizin küfrün mənim rüsvaylığımdan qıl qıyas, 



Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?  

(3, səh 72) 

Dindarın dinsizliyi ilə mənim rüsvayçılığımı müqayisə etsən, 

əgər onda sidq  bağlılığı  olsaydı  mən də dinə qadağan olunan bu 

nişandan əl çəkərdim. Əgər onun tutduğu yolda aşiqliyi, əqidəsinə 

bağlılığı  həqiqət  olsaydı  gerçəyi  görərdi.  Mənim  aşiqliyimi  rüs-

vayçılıq  bilməzdi.  Nə  qədər  ki,  o  bu  yoldadı  məni  anlamayacaq, 

məni rüsvay biləcək. Mən də bu “nişandan” əl çəkməcəm. 

Yuxarıda  orta  əsrdə  insanın-insana  bağlılığının,  sevgisinin, 

məhəbbətinin  şəriətə  zidd  hesab  edilməsi  qeyd  edilmişdi.  Füzuli 

bu  “nişandan  əl  çəkərdim”  deməklə  ona  işarə  etmişdi.  Özünü 

“Quran  ayəsi”  kimi  təmiz  göstərib  insani    duyğuları  şəriətə  zidd 

hesab edən bundan öz manafeləri üçün yararlanan  əslində dinsiz, 

imansız din nümayəndələrini ifşa edir. 

Şair  çox  gözəl  bilirdi  ki,  Qurani-Kərimdə,  şəriətdə  insanın, 

insana olan sevgisi, bağlılığı  yasaq deyildir. Əksinə Allah insan-

ları  bir-birini  sevməyə,dost  olmağa  çağırırdı.  Din  nümayəndələri 

insanın-insana olan sevgisini şəriətə zidd hesab etməklə  özlərini 

ifşa edir, ariflər, aqillər yanında rüsvay olurdular. 

Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni! 

Birdəm bəlayi eşqdən etmə cüda məni! (3, səh 213) 

Bu misralar aşiqin ürəyinin fəryadıdır. Tanrıya üz tutub mər-

həmətini ondan əsirgəməməsini, eşqin bəlaları ilə onu dost etmə-

sini  və  bu  bəla  eşqindən  bir  an  belə  məhrum  etməməsi  üçün 

yalvarır.  

Az eyləmə inayətini əhli- dərddən

Yəni ki, çox bəlalara qıl mübtəla məni! 

Olduqca mən əl götürmə bəladan iradətim, 

Mən istərəm bəlanı, cün istər bəla məni! (3, səh 213) 

Bəlanın  nəki  ağırlıqları  var  mən  ondan  əl  çəkmərəm,  çünki 

mən eşq bəlasını istədiyim kimi eşqin bəlasıda məni istər.  

Təmkinimi bəlayi-məhəbbətdə qılma süst, 

Ta düst tən edib deməyə bivəfa məni! 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə