DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə60/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   56   57   58   59   60   61   62   63   ...   77

187 

 

Ədəbiyyat 

1. Bayramov Ə.S. Etnik psixologiya məsələləri. Bakı, 1996. 

2.  Əliyev  R.İ.  Şəxsiyyət  və  onun  formalaşmasının  etnopsixoloji 

əsasları. Bakı, 2000. 

3. Əliyev R.İ. Tərbiyənin psixologiyası. Bakı, 2006. 

4.  Əzimli  Q.E.  Yaş  və  pedaqoji  psixologiyanın  müasir  problem-

ləri. Bakı, 2006. 

5. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 

2003. 


                                       

 

С.Мурадова 

                                  Р е з ю м е 

В  статье  освещаются  вопросы,  связанные  с  воспитанием 

детей  младщего  возроста.  Обращается  внимание  на  важную 

роль  трудового  воспитания  в  трудовом  воспитании, 

методическое  оценивание,  проводимое  воспитателями  в 

дошкольном воспитании. 

Одним из основных достоинств статьи такой актуальный 

вопрос  как  правильная  организация  использования  видов 

труда. 

  

                               S u m m a r y 



The  article  is  highlighted  the  problems  of  small  children 

learning  culture.  Lab  our  training  play  a  minor  role  in  the 

development. Systematic evaluation of the center of the attention 

so  preschools  manures.  Topical  issues  such  as  the  use  of  the 

proper organization of lab our based on the merits of the article.       

 

                               



 

 


188 

 

Ümumi nə



z

ə

ri m

ə

s

ə

l

ə

l

ə



 

Həsənova Könül  

                                                                              magistr 

 

DƏRSLİKDƏ VƏ METODİK VƏSAİTLƏRDƏ  SİFƏT 



DÜZƏLDƏN LEKSİK ŞƏKİLÇİLƏRƏ YENİ BAXIŞ  

 

-Sız şəkilçili sözlər digər sifətlər kimi, isimlərlə yanaşma əla-



qəsində  olur.  Lakin  bəzən  belə  sözlər  xüsusi  vurğu  ilə  tələffüz 

olunur  və  onlardan  sonra  müəyyən  dərəcə  fasilə  olunur.  Bu  cür 

hallarda -sız şəkilçili sözlər xüsusiləşir və adverbiallaşır. Məsələn, 

Çiçəksiz, sözsüz, insansız, səadətsiz bahar olmaz – cümləsində çi-

çəksiz, sözsüz, insansız, səadətsiz sözləri “çiçək, söz, insan, səa-

dət  olmadan”  mənasındadır  və  feli  bağlama  məzmununa  uyğun 

məna ifadə edir. 

Tədqiqat əsərlərində, dərslik və vəsaitlərdə qeyd olunur ki,-sız 

və -lı şəkilçiləri çox məhsuldar sifət düzəldən şəkilçilərdir. Bizim 

fikrimizcə,  bu  şəkilçilər  morfologiya  kitablarında  öz  təyinatını 

düzgün tapmamışdır. Bunlar sözdüzəldici yox, qrammatik şəkilçi-

lərdir. Bu şəkilçilər bir kateqoriyadan olan bir qrup sözə deyil (bu 

sözdüzəldicilik əlamətidir), bir kateqoriyadan olan bütün sözlərə, 

yəni bütün isimlərə artırılır (bu qrammatiklik əlamətidir). Əlamət 

bildirən sözlərə artırılan -ca, -cə şəkilçisi də belədir. Feli bağlama, 

feli sifət, məsdər şəkilçiləri də belədir.  Feli sifət, feli bağlama və 

məsdər şəkilçilərinin təyinatı düzgün müəyyən edilmişdir. Lakin -

sız, -lı, -ca şəkilçiləri öz həqiqi təyinatını tapa bilməmişdir. -ca,-cə 

şəkilçisi sifətin dərəcə əlaməti, zərf düzəldən şəkilçi, qoşma, ədat 

və s. kimi izah edilir və hansı məqamda həmin vəzifələrdə işləndi-

yi bilinmir. Əslində, -ca, -cə şəkilçisi vurğulu və vurğusuz olmaq-

la  fərqlənir.  Vurğusuz  olduqda  qoşma  kimi  çıxış  edir,  vurğulu 

olduqda əksəriyyət etibarı ilə sözdə adverbiallıq yaradır, -sız və -lı 

şəkilçiləri  isə  sözdüzəldicilikdən  çox  aid  olduğu  sözə  təsdiq  və 

inkar  məna  verən  kateqorial  şəkilçilərdir.  Lakin  bir  ənənəni  poz-

mayaraq, bunları sifət düzəldən şəkilçilər kimi saxladır. 




189 

 

Dilçiliyimizdə -kı



4

 şəkilçisinin izahı da düzgün verilmir Başqa 

sifət  düzəldən  şəkilçilərdən  fərqli  olaraq,  bu  şəkilçinin  leksik  şə-

kilçi olsa da, bir sıra qrammatik şəkilçilərdən sonra da sözə artırı-

la bildiyi göstərilir və bağdakı (ağaclar), yoldakı (maşın), dağdakı 

(əkin),  evdəki  (əşya)  tipli  misallar  verilir.  Halbuki  sözdüzəldici 

şəkilçi sözdəyişdirici şəkilçidən sonra işlənə bilməz. 

-kı,  -ki,  -ku,  -kü  şəkilçisinin  yiyəlik  və  yerlik  hallarda  olan 

sözlərə artırıldığı və sifət düzəltdiyi göstərilir. Əslində, bu şəkilçi 

yiyəlik hal  ilə işləndikdə mənsubiyyət mənası ifadə edir, mənsub 

əşyanı ümumi və qeyri-müəyyən şəkildə, sahib şəxsi dəqiq şəkil-

də bildirir və cümlədə təyin yox, mübtəda vəzifəsində işlənir: Sə-

nin  kitabların  buradadır  –  Səninki  buradadır.  Bizim  paltarımız 

oradadır – Bizimki oradadır. Bunu sifət düzəldən şəkilçi adlandır-

maq doğru olmaz.Yiyəlik, mənsubiyyət bildirir. Yerlik halda olan 

sözə  artırıldıqda  isə  vəziyyət  başqadır.  Tək  yerlik  hal  şəkilçisi 

deyil, bu şəkilçidən əvvəl kəmiyyət və mənsubiyyət şəkilçiləri də 

işlənə  bilir;  dağdakı  qar  –  dağlardakı  qar  –  dağlarımızdakı  qar; 

evdəki  əşya  –  evlərdəki  əşya  –  evlərinizdəki  əşya  və  s.    Bunlar 

göstərir ki, bu məqamda –kı, -ki, -ku, -kü şəkilçisi sifət düzəldən 

şəkilçi deyil, feli sifət, feli bağlama şəkilçisi tipində bir şəkilçidir. 

Elə söz düzəldir ki, həmin sözdə ismin əsas qrammatik əlamətləri 

qalır və söz həm də sifət xüsusiyyəti kəsb  edir, sifətin suallarına 

cavab  verir  və  s.  Odur  ki,  bu  şəkilçini  isim  xüsusiyyətlərini 

(kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri) saxladıqda atributiv və 

ya sifəti isim şəkilçisi adlandırmaq daha doğru olar. Yəni əslində 

isimdir, lakin sifət xüsusiyyətləri qazanmış, atributivləşmişdir. 

 

Ədəbiyyat 

1.Əli Fərəcov. “Qrammatik məfhumlar və onların mənimsədilmə-

si üzrə aparılan işlər” Bakı 1970. 

2. Muxtar Hüseynzadə. “Müasir Azərbaycan dili” 

3. Cəfər Cəfərov. “Nitq hissələrində keçid prosesi” 

Xülasə 

 

Tədqiqat əsərlərində, dərslik  və vəsaitlərdə  qeyd olunur ki,-

sız və -lı şəkilçiləri çox məhsuldar sifət düzəldən şəkilçilərdir. Bi-

zim fikrimizcə, bu şəkilçilər morfologiya kitablarında öz təyinatı-




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə