DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə62/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   58   59   60   61   62   63   64   65   ...   77

194 

 

likasının  Dölət  bayrağının  rəngləri  fonunda  səkkizguşəli  ulduz, 



ulduzun  mərkəzində  alov  təsviri  vardır.  Azərbaycanın  dövlət 

himni  böyük  bəstəkar  Üzeyir  Hacıbəyov  və  şair  Əhməd  Cavad 

tərəfindən tərtib edilmiş “Azərbaycan marşı”dır. 

Məlumatın müzakirəsi  və  təşkili  mərhələsində  müəllim iş  və-

rəqlərindəki məlumatların müzakirə ediləcəyini elan edir. Burada-

kı  oxşar  fikirlər  müəyyən  olunur,  yığcamlaşdırılır  və  yekun 

məlumat ortaya qoyulur. 

Nəticələrin çıxarılması mərhələsində tədqiqatın  yekununu əks 

etdirən  qənaətlərlə  motivasiya  mərhələsindəki  tədqiqat  sualı  və 

ona dair irəli sürülmüş ilkin  fərziyyələr tutuşdurulur, nələrin üst-

üstə düşdüyü, nələrinsə yeni olduğu aydınlaşdırılır. 

Yaradıcı tətbiqetmə mərhələsində əldə olunmuş yeni bilik ya-

radıcı  şəkildə  tətbiq  olunur.  Bunun  üçün  müəllim  yaradıcı  tapşı-

rıqlardan istifadə edir.Müəllim mövzunun tələbindən, dərsin məq-

sədindən  irəli  gələn  istənilən  yaradıcı  tapşırığı  ümumi  formada 

şagirdlərə elan edir, kim nəyi bacarırsa onu da yerinə yetirir. 

Refleksiya mərhələsində biliyin əldə olunması yollarına nəzər 

salınır.  Şagirdlərdən  soruşulur  ki,  “gəlin  görək  biz  bu  bilikləri 

necə  əldə  etdik?  Əvvəlcə  nədən  başladıq?  Sonra  hansı  işləri 

gördük? Daha sonra nə etdik?”  

 

Nəticə 

1.

 



Şeirin  ideyası  müəyyənləşdirildi.  Azərbaycan  sərvəti  tü-

kənməz,  dostluqda  möhkəm,  gözəlliklər  diyarı,  qurub-yaradanlar 

yurdu, azad, xoşbəxt millətin vətənidir. 

2.

 



Şeirin  tərbiyəvi  əhəmiyyəti  aydınlaşdırıldı.  Azərbaycanın 

sərvətini  qorumaq,  ondan  düzgün  istifadə  etmək,  dosta,  qardaşa 

hər zaman hörmət etmək, onlara vəfalı olmaq, Vətənin gözəlliyi-

ni, təbiətini göz bəbəyi kimi qorumaq, Vətənin rifahı üçün əlimiz-

dən  gələni  etmək,  Azərbaycanın  dövlət  atributlarına  hörmətlə 

yanaşmaq, onların hər birinin xüsusiyyətlərini bilmək lazımdır. 

 

 



195 

 

Ədəbiyyat 

1.

 

F.Yusifov  “Ədəbiyyatın tədrisi metodikası”, Bakı, 2010. 



2.

 

V sinif  “Ədəbiyyat” dərsliyi. Bakı, 2012. 



3.

 

V sinif  müəllimlər üçün metodik vəsait. Bakı, 2012. 



 

Xülasə 

Məqalə  S.Rüstəmin  “Azərbaycana  gəlsin”  şeirinin  tədrisi 

metodikasından  bəhs  edir.  İnteraktiv  təlim  metodlarının  dərslərə 

tətbiqi  biliyi  asanlaşdırır,  şagirdin  fəallığını  təmin  edir.  Belə  ki, 

şagird özü də bilmədən diskussiyaya qoşulur, öz-özünü tanımağa 

məcbur olur. 



Açar sözlər: Fəal/interaktiv təlim, tapşırıq, qrup, müəllim, 

şagird. 


 

Резюме 

В статъе говоритъся о методике обучения в пятом классе 

стихотворения  С.Рустам  «Azərbaycana  gəlsin».  Применение 

методов  интерактивного  обучения  на  уроках  облегчает 

приобретаемых  знаний,  обеспечивает  активностъ  ученика. 

Ученик сам того не зная, вовлекается в дискуссию, заставляя 

узнаватъ самого себя. 

Ключевые  слова:  активное/интерактивное  обучение, 

задание, груп, учителъ, ученик. 

 

Summary 

 

This  article  deals  with  the  teaching  methods  of  the  poem 



“Azərbaycana  gəlsin”  in  the  fifth  form  by  S.Rustam.  Interactive 

training  methods  simplifies  studies  and  provides  student’s 

activity.  So  the  student  joins  discussions  without  knowing 

oneself, are forced to know oneself.  



Key  words:  active/interactive  training,  exercise,  group, 

teacher, student. 




196 

 

Ələkbərova Tamilla  

                                                                    magistr 

 

SİNTAKSİSİN TƏDRİSİNDƏ CÜMLƏ QURMAQ 

VƏRDİŞLƏRİNİN FORMALAŞDIRILMASI ÜZRƏ 

GÖRÜLƏN İŞLƏR        

 

Müasir dərsə verilən tələblərdən biri də şagirdlərin ədəbi nit-

qini inkişaf etdirməkdir.  Buna nail olmaq üçün şagirdlərin lüğət 

ehtiyatını  zənginləşdirmək,  ədəbi  tələffüzünü  yaxşılaşdırmaq,  or-

foqrafik və durğu işarələri biliyini genişləndirmək, forma və məz-

munca  səlis,  dolğun  cümlələr  qurmaq,  mətn  tərtib  etmək  bacarı-

ğını artırmaq lazımdır.  

Nitqin  inkişafına  yönədilmiş  işlər  Azərbaycan  dilinin  bütün 

bölmələrində həyata keçirilsə də bu sahədə sintaksisin rolu əvəz-

edilməzdir. Sintaktik mövzuların, demək olar ki, hamısı nitq inki-

şafı,  o  cümlədən  cümlə  qurmaq  vərdişlərinin  inkişaf  etdirilməsi 

baxımından  bu  və  ya  digər  dərəcədə  əhəmiyyətə  malikdir.  Bunu 

əyani  şəkildə  sübut  etmək  üçün  nitq  inkişafı  ilə  əlaqədər  sintak-

sisdən bəzi mövzuların tədrisinə diqqət yetirək:  

Cümlədə  sözlərin  əlaqəsi.  Mövzunun  tədrisinə  şagirdlərə  söz 

birləşməsi  və  onun  quruluşu  haqqında  məlumat  verməklə  başla-

maq daha faydalı olar. Əvvəlcə şagirdlərə müqəddəs torpaq, mək-

təbə getmək, bizim ölkəmiz, tipli söz birləşmələri təqdim olunur və 

onlar üzərində iş aparılır. Şagirdlər həm morfologiya, həm də sin-

taksis bəhsinin tədrisi zamanı qazandıqları biliklər əsasında həmin 

söz birləşmələri arasındakı forma və məzmun bağlılığını asanlıqla 

şərh edirlər. Məlum olur ki, sözlərin birləşmə şəklində formalaş-

ması üçün bu iki əlamətin – forma və məzmun bağlılığının olması 

vacib şərtdir. Yəni sözlər həm mənasına görə bir-biri ilə əlaqəyə 

girməli, həm də həmin məna bağlılığı müvafiq qrammatik forma 

ilə  ifadə  olunmalıdır.  Bu  iki  əlamətdən  birinə  riayət  olunmazsa, 

yanaşı  gələn  iki  söz  heç  vaxt  birləşmə  əmələ  gətirə  bilməz.  Mə-

sələn,  qısa  çay,  qara  pambıq,  yaşıl  səma  tipli  birləşmələrə  daxil 

olan sözlər quruluşunda qrammatik cəhətdən nöqsan olmamasına 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə