DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1.74 Mb.
səhifə63/77
tarix25.06.2018
ölçüsü1.74 Mb.
1   ...   59   60   61   62   63   64   65   66   ...   77

197 

 

baxmayaraq  semantik  cəhətdən  əlaqəyə  girə  bilmədiyi  üçün 



birləşmə əmələ gətirə bilmir. Eləcə də aralarında semantik cəhət-

dən  bağlılıq  olan  ana  layla,  vətən  sevgi,  sən  atan  tipli  sözlər  də  

müvafiq  qrammatik  forma  ilə  əlaqələnmədiyindən  birləşmə  şək-

lində formalaşmır.  

Sintaktik əlaqələr.  Məlumdur ki, sözlər cümlədə ya tabesizlik, 

ya da tabelilik əlaqəsi ilə bir-birinə bağlanır. Şagirdlər bilməlidir-

lər  ki,  tabesizlik  əlaqəsi  ilə  bağlanan  sözlər  bərabərhüquqlu, 

tabelilik əlaqəsində isə bir söz əlaqədə olduğu başqa sözdən asılı 

olur,  onu  aydınlaşdırır.  Müasir  Azərbaycan  dilində  tabelilik 

əlaqəsinin üç növü vardır: uzlaşma, idarə və yanaşma. 

Uzlaşma  əlaqəsinin  nitq  inkişafı  nöqteyi-nəzərindən  mühüm 

praktik əhəmiyyəti vardır. Aparılan müşahidələr əsasında məlum 

olmuşdur  ki,  şagirdlər  uzlaşma  əlaqəsi  ilə  bağlı  aşağıdakı  tipli 

səhvlərə daha çox yol verirlər: 



Mən bu gün atamla məktəbə getdik. Uşaqlar meydançada top 

oynayır. Camaat bu  qərara etiraz etdilər.  

Belə nöqsanların  qarşısını  almaq üçün morfologiyanın  tədrisi 

zamanı (isim və feli keçərkən) elementar şəkildə də olsa iş aparıl-

malı,  sintaksisin  tədrisinə  hazırlıq  görülməlidir.  Uzlaşma  əlaqəsi 

ilə bağlı aşağıdakıları şagirdlərə öyrətmək vacibdir: 

Mübtəda insana aid  olduqda xəbər onunla uzlaşır. Ancaq bə-

zən  bu  qanun  pozulur;  məsələn,  şagirdlər  oxuyurlar  (uzlaşır)  . 

Uşaqlar top oynayır (uzlaşmır) . 

Şagirdlərə başa salmaq lazımdır ki, əgər söz topluluq bildirən 

məfhumu ifadə edirsə, xəbər tək halda işlənir ( uşaqlar top oyna-



yır  cümləsində olduğu kimi). Yox əgər söz ümumi məfhumu ifa-

də  edirsə,  yəni  qrupa  daxil  olan  əşyaları  ayrılıqda  nəzərə  çatdır-

mağa xidmət edirsə, xəbər cəm olur (şagirdlər oxuyurlar cümlə-

sində olduğu kimi) . 

 Üslubla bağlı məsələlərdən biri də xəbərin heyvana aid müb-

tədalarla nadir hallarda uzlaşmasıdır. Bunu da qeyd etmək lazım-

dır  ki,  xəbər  canlı  əşyalara  (insandan  başqa)  aid  mübtədalarla 

nadir hallarda uzlaşır. 




198 

 

Nitq  inkişafı,  o  cümlədən  cümlə  qurmaq  bacarığının  inkişaf 



etdirilməsi  baxımından  mühüm  rolu  olan  mövzulardan  biri  də 

idarə  əlaqəsidir.  Mövzunun  tədrisi  zamanı  nitq  inkişafı  ilə  bağlı 

aşağıdakı işlər görülə bilər: 

1.

 



Fellərin və qoşmaların üslub xüsusiyyətlərinə, sinonimliyi-

nə, onların hallara olan münasibətinə dair çalışmalar. 

2.

 

Eyni felin müxtəlif halları idarə etməsinə aid çalışmalar.  



3.

 

Qoşmalarla idarəyə aid çalışmalar. 



Tabelilik  əlaqəsinin  bir  növü  olan  yanaşma  əlaqəsi  vasitəsilə 

şagirdlər cümlədə sözlərin sırasını, onların mənaca bir-birinə bağ-

landığını öyrənirlər. Tabelilik əlaqələrini və o cümlədən yanaşma 

əlaqəsini  yaxşı  mənimsəyən  şagird  cümləni  sintaqmlara  bölmək-

də, mübtəda və xəbər zonasını müəyyənləşdirməkdə, beləliklə də 

ifadəli oxuda az çətinlik çəkir. 

Müəllim yanaşma əlaqəsini keçərkən nitq inkişafı və o cümlə-

dən  cümlə  qurmaq  vərdişlərinin  inkişafı  ilə  əlaqədar  aşağıdakı 

çalışmalar üzərində dayanmalıdır: 

1.

 



Birləşmənin əsas ( ikinci tərəf) tərəfinə tabe söz artırmaqla 

birləşmə əmələ gətirmək

2.

 

Tabe tərəfə (birinci tərəf) tabeedici sözlər artıraraq yanaşma 



əlaqəsi ilə düzələn birləşmələr əmələ gətirmək və onları cümlədə 

işlətmək; 

3. Həmin birləşmələr əsasında cümlələr yaratmaq; 

4. Cümlələr vasitəsilə rabitəli mətn tərtib edərək müəyyən ha-

disəni təsvir edən inşa yazdırmaq. 

Nitq  inkişafı  və  o  cümlədən  fikrin  sinonim  cümlələrlə  ifadə 

olunması baxımından feli sifət, feli bağlama və məsdər tərkibləri 

də xüsusi əhəmiyyətə malikdir.  

Feli bağlama tərkibinin tədrisi ilə əlaqədar müəllim şagirdlərin 

nitqini  inkişaf  etdirmək  üçün  aşağıdakı  tipli  çalışmalar  apara 

bilər: 

1.

 



Feli  bağlama  tərkibli  cümlələrlə  onlara  oxşar  mürəkkəb 

cümlələrin sinonimliyinə aid çalışmalar; 

2.

 

Bəzi  feli  bağlamaların  özlərinin  sinonimliyinə  aid 



çalışmalar. 


199 

 

Feli  sifət  və  məsdər  tərkiblərinin  tədrisi  ilə  əlaqədar  cümlə 



qurmaq  vərdişlərinin  inkişafı  üzrə  aparılan  işlər,  əsasən,  feli 

bağlama tərkiblərində olduğu kimi həyata keçirilməlidir. 

 “Cümlə  üzvləri”  mövzusunun  tədrisi  də  nitq  inkişafı  və  o 

cümlədən  şagirdlərin  cümlə  qurmaq  bacarığını  formalaşdırmaq 

baxımından  xüsusi  əhəmiyyətə  malikdir.  Məlumdur  ki,  qramma-

tik  cəhətdən  formalaşan,  müəyyən  fikir  ifadə  edən  cümlə  tərkib 

hissələrə – üzvlərə malik olur. Cümlə üzvlərindən bəziləri cümlə-

ni quruluş cəhətdən yaratmaqda və bitmiş bir fikri ifadə etməkdə 

xüsusi  əhəmiyyətə  malikdirsə,  digərləri  bunları  izah  etməyə, 

aydınlaşdırmağa xidmət edir. Cümlə üzvləri cümlənin təşkilindəki 

mövqeyinə  görə  iki  yerə  bölünür:  baş  üzvlər,  ikinci  dərəcəli 

üzvlər. Baş üzvlər, yəni mübtəda və xəbər cümlənin qurulmasında 

aparıcıdır, digər üzvlər isə cümlənin  genişlənməsinə, orada ifadə 

olunan fikrin aydınlaşmasına xidmət edir.  

Hər  bir  cümlə  üzvünün  tədrisindən  sonra  şagirdlərə  həmin 

cümlə  üzvünə  aid  müvafiq  materiallardan  nümunələr  seçmək  və 

onları  cümlədə  işlətməyi  tapşırmaq  yolu  ilə  cümlə  qurmaq 

vərdişlərinin  inkişafına  nail  olmaq  olar.  Ardıcıllığa  əməl  edərək 

əvvəlcə  dərslikdəki,  sonra  müəllimin  söylədiyi  və  şagirdlərdən 

aldığı,  daha  sonra  isə  bədii  ədəbiyyatdan  seçilmiş  nisbətən  çətin 

misallardan istifadə etmək daha yaxşı nəticə verir.  

Şagirdlərin zehni fəallığını təmin etmək, təfəkkür və nitqlərini 

inkişaf  etdirmək  nöqteyi-nəzərindən  aşağıdakı  tipli  çalışmaların 

xüsusi əhəmiyyəti vardır: 

1.

 

Verilmiş  söz  və  söz  birləşmələrini  cümlədə  mübtəda 



vəzifəsində işlədin. 

2.

 



Mətn  içərisində  verilmiş  mübtədaların  ifadə  vasitələrini 

müəyyənləşdirin. 

3.

 

Cümlədə mübtəda vəzifəsində işlədilən sözü və ya söz bir-



ləşməsini onları əvəz edə biləcək nitq vahidləri ilə ifadə edin və s. 

“Həmcins  üzvlər”  müvzusunun  tədrisi  prosesində  isə  əsas 

diqqət  eyni  söz  və  şəkilçilərin  yersiz  təkrarına  yönəldilməlidir. 

Çünki  bu  cür  səhvlərə  yol  vermək  nitqdə  ağırlıq  yaradır  və  son 

nəticədə  şagirdlərin  cümlə  qurmaq  vərdişlərinin  inkişafına  mane 





Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə