DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə64/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

200 

 

olur.  Bu  nöqsanları  aradan  qaldırmaq  üçün  dərs  prosesində 



aşağıdakı tipli çalışmalara üstünlük vermək faydalı olar: 

1.

 



Verilmiş cümlələrdəki fikri həmcins üzvü olmayan bir neçə 

cümlə ilə ifadə edin 

2.

 

Verilmiş  cümlələrdəki  fikri  həmcins  üzvlü  cümlə  ilə  ifadə 



edin: 

3. Aşağıdakı cümlələrdə işlənmiş artıq sözləri ixtisara salın: 

4. Bu cümlələrdə artıq, yersiz işlədilmiş şəkilçiləri ixtisar edin 

və s. 

Cümlədə  sözlərin  sırası.  Şagirdlərin  səlis  və  dolğun  cümlə 

qurmaq  bacarığını  artırmağa  təsir  edən  amillərdən  biri  də  sözləri 

düzgün sıralamaqdan, onların arasındakı qrammatik və məna əla-

qələrini gözləməkdən ibarətdir. 

Cümlədə sözlərin  sırası sabit, dəyişməz olmur. Belə ki,  ifadə 

edilən  fikirdən  asılı  olaraq  cümlədəki  sözlər  müxtəlif  şəkildə 

sıralanır  və  bu  səbəbdən  məntiqi  vurğu  müxtəlif  sözün  üzərinə 

düşür. Məsələn, əgər Əlinin kitabı başqasına deyil, məhz atasına 

verdiyini demək istəyiriksə: Əli kitabı atasına verdi  cümləsindən 

istifadə etməliyik. Əlinin atasına başqa şey yox, məhz kitabı ver-

diyini  bildirmək  istəyiriksə,  cümləni  bu  şəkildə  qurmalıyıq:  Əli 

atasına  kitabı  verdi.  Kitabı  atasına  başqasının  yox,  məhz  Əlinin 

verdiyini  bildirmək  istəyiriksə,  cümləni  belə  qurmalıyıq:  Kitabı 



atasına məhz Əli verdi. 

Çox  vaxt  şagirdlər  söz  sırasının  əsasında  məhz  ifadə  edilən 

fikrin  durduğunu  unudaraq  cümləni  qrammatikanın  tələblərinə 

uyğun aşağıdakı düstur əsasında qururlar: 

Təyin—mübtəda—tamamlıq—zərflik—xəbər. 

Cümlə tərtibində hər bir üzvün özünəməxsus rolu vardır. Hər 

hansı  cümlənin  xəbəri  məna  və  şəkilcə  mübtədaya  uyğun  olan 

sözlə ifadə edilməli, ondan asılı vəziyyətdə olmalıdır. Bu prinsip 

pozulsa, cümlənin forma və məzmununda uyğunsuzluq yaranar. 

Mübtəda  və  xəbər  cümlənin  qurulmasında  aparıcı  rola  malik 

olduğu üçün ikinci dərəcəli üzvlər baş üvlərdən asılı olaraq sırala-

nır. Bir qayda olaraq, mübtəda əvvəl, xəbər isə sonra gəlir. Lakin 

bu ardıcıllıq bəzən şeirdə, bədii əsərlərdə surətlərin dilində, şifahi 



201 

 

nitqdə pozulur. İkinci dərəcəli üzvlərdən qeyri-müəyyən vasitəsiz 



tamamlıq  həmişə  xəbərin  yanında  işlənir;  məsələn,  Sahib  şəkil 

çəkir. Aysel kitab oxuyur. Sənubər çantadan qələm götürdü... 

Yanaşma əlaqəsinə girən sözlər leksik mənaya əsasən uyğun-

laşdıqları üçün cümlə daxilində onları bir-birindən uzaqlaşdırmaq 

olmaz;  məsələn:  Mən mağazadan maraqlı kitab aldım. Mən ma-



raqlı kitabı mağazadan aldım. 

Bütün  bunlardan  belə  bir  ümumi  nəticəyə  gəlmək  olur  ki, 

Azərbaycan  dili  məktəb  kursunun  əsas  bölmələrindən  olan 

sintaksisin  tədrisi  prosesində  şagirdlərin  nitq  inkişafının  bütün 

sahələrini,  o  cümlədən  cümlə  qurmaq  vərdişlərini  inkişaf 

etdirmək  üçün  geniş  imkanlar  vardır.  Müəllim  bu  imkanlardan 

istifadə  edərək  şagirdlərin  səlis,  məzmunca  dolğun,  obrazlı 

cümlələr  qurmaq  və  onlardan  yerli-yerində  istifadə  etmək 

bacarığını formalaşdırmalıdır. 

 

Nəticə 

1.

 

Şagirdlərin ədəbi nitqini və o cümlədən cümlə qurmaq vər-



dişlərini  inkişaf  etdirmək  müasir  dərsə  verilən  başlıca  tələblər-

dəndir. 


2.

 

Şagirdlərin  cümlə  qurmaq  vərdişlərinin  inkişaf  etdiril-



məsində  Azərbaycan  dili  məktəb  kursunun  bütün  bölmələrinin, 

eləcə də sintaksisin rolu əvəzedilməzdir. 

3.

 

Sintaktik  mövzuların,  demək  olar  ki,  hamısı  şagirdlərin 



cümlə qurmaq vərdişlərinin inkişaf etdirilməsi baxımından xüsusi 

əhəmiyyətə malikdir.  

4.

 

Şagirdlərin cümlə qurmaq vərdişlərinin inkişafına yönəldil-



miş  bütün  işlər  müəllimin  və  şagirdlərin  birgə  fəaliyyətinə 

əsaslanmalıdır. 




202 

 

Ədəbiyyat 

1.

 

Ə.Əfəndizadə,  N.Əhmədov,  Ə.Kəlbəliyev,  S.Vahidov.Orta 



məktəbdə Azərbaycandilinin tədrisi, II hissə, “Maarif”, Bakı, 

1977. 


2.

 

Ə.Əfəndizadə, B.Əhmədov, M.Həsənov, Y.Əfəndiyev.  Azər-



baycan dilinin tədrisi, II hissə, Bakı, “Maarif”, 1966. 

3.

 



H.Balıyev. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodi-

kası, Bakı, 2003. 



4.

 

B.Əhmədov.  Sadə  cümlənin  tədrisi  prosesində  nitq  inkişafı 

üzrə aparılan işlər, Bakı, 1964. 

 

Xülasə 

Məqalə şagirdlərin cümlə qurmaq vərdişlərinin inkişaf etdiril-

məsi  yolları  və  bu  inkişaf  prosesində  sintaktik  mövzuların  əhə-

miyyətindən  bəhs  edir.  Məlum  olur  ki,  nitq  inkişafı,  o  cümlədən 

cümlə qurmaq bacarığının formalaşmasında sintaktik mövzuların 

hər biri xüsusi əhəmiyyətə malikdir.  



Açar sözlər: nitq inkişafı, sintaksis, cümlə, üslubiyyat, çalış-

malar. 


Резюме 

 

В  статью  входят  способы  развития  привычек  учеников 

составлять  предложения  и  необходимость  синтаксических 

тем  в  данном  развитии.  Известно,  что  для  развития  речи,  а 

также  формирования  способности  построения  предложения 

каждая из синтаксических тем играет важную роль.  



Ключевые слова: развитие речи, синтаксис,предложение, 

стилистика, упражнения. 



      

 

Summary 

The  article  includes  the  ways  of  developing  the  habits  of 

students  in  writing sentences  and the need for the syntax themes 

in this development. It is known that for the speech development 

and  the  formation  of  the  capacity  of  building  the  sentences  each 

of the syntax themes plays an important role.  

Key words:  speech development,  syntax, sentence, stylistics, 

exercises. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə