DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə65/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   61   62   63   64   65   66   67   68   ...   77

203 

 

 



         Abbasova İlahə  

magistr 


        

 

 



 

 

II SİNİFDƏ AD BİLDİRƏN SÖZLƏRİN  



TƏDRİSİNDƏ MORFOLOJİ ELEMENTLƏRİN  

MƏNİMSƏDİLMƏSİ YOLLARI  

Bu  gün  orta  məktəb  şagirdlərindən  əvvəlki  dövrlərə  nisbətən 

daha  fərqli  keyfiyyət  və  bacarıqlar  tələb  olunur.  Məlumdur  ki, 

onların  formalaşması  ibtidai təhsillə başlayır.  İbtidai  təhsil təməl 

rolunu  oynadığından  müasir  ibtidai  sinif  müəllimlərinin  üzərinə 

böyük məsuliyyət düşür.  

Yeni fənn kurikulumları təlimin fəaliyyət üzərində qurulması-

nı  tələb  edir.  Bu  şagirdin  həyati  bacarıqlar  qazanmasına  xidmət 

edir. Ona görə də dərslər şagirdin maraq səviyyəsinə uyğun qurul-

malıdır.  Belə  dərslərin  təşkili  isə  asan  başa  gəlmir,  çünki  onlar 

müəllimdən də bacarıq (yaradıcılıq, dünyagörüşü kompüterlə işlə-

mək, elektron resurslardan istifadə və s.) tələb edir. İkinci sinifdə 

Azərbaycan dili fənni üzrə yeni təlim texnologiyasına uyğun təş-

kil edilən “Ad bildirən sözlər” mövzusunun tədrisinə diqqət yeti-

rək. 

Əvvəlcə  motivasiya  yaratmaq  məqsədilə  “Dədə  Qorqud” 



filmindən  Buğaca  ad  qoyulması  səhnəsi  seçilir  və  proyektorla 

şagirdlərə nümayiş etdirilir. 

Mövzuya başlamazdan əvvəl dərsə giriş vermək üçün uşaqla-

rın film haqqında təəssüratları öyrənilir. Bu məqsədlə əvvəlcə  şa-

girdlərdən    nə  səbəbə  bu  filmin  nümayiş  etdirildiyi,  sonra  isə 

məzmunu barədə soruşulur. Cavablardan məlum olur ki, şagirdlər 

Dədə  Qorqudun  Buğaca  ad  verməsi  məsələsinə  diqqətlə  yanaş-

mışlar. Ona görə də Dədə Qorqudun oğlana nə üçün Buğac adını 

qoyması  soruşulur. Cavablar dinlənildikdən sonra şagirdlərə mə-

lumat  verilir ki, Azərbaycan xalqının qədimdə adqoyma adəti var 

idi. Uşaq yetkinlik  yaşına çatanda öz hünəri, biliyi və hazırcavab-

lığı ilə özünə uyğun ad qazanardı. Lakin müasir dövrümüzdə uşaq 

anadan olanda ona ad qoyurlar. Siz heç adsız insana rast gəlmişsi-

nizmi?!  Hər  bir  insanın  adı  olduğu  kimi,  bizi  əhatə  edən  bütün 

canlı və cansız varlıqların da adı var. Bu adları onlara kim qoyub? 



204 

 

Şagirdlər: 



-

 

İnsanlar. 



Müəllim  izah  edir  ki,  hər  bir  varlığın  öz  adı  vardır.  İnsanlar 

okeanlara, çaylara, dağlara, hətta göydəki ulduzlara, planetlərə bir 

sözlə, bütün varlıqlara ad qoymuşlar. Bütün bu adlar toplusu dili-

mizin lüğət tərkibinin əsas hissəsini təşkil edir. Bugünkü dərsimi-

zin mövzusu da “Ad bildirən sözlər”dir. 

Şagirdlərə elektron lövhədə bir şəkil təqdim olunur və deyilir: 

-  Biz  ağacı  əkirik,  ona  qulluq  edirik,  illər  keçdikcə  ağac  kö-

kündən qüvvət alaraq boy atır. Gəlin dilimizdəki sözləri köklü bir 

ağaca bənzədək.  

Ad  bildirən  sözlərin  mahiyyətini  açıqlamaq  üçün  şagirdlərə 

adların  mənasına  yönəlmiş  bir  neçə  yardımçı  sualla  müraciət 

edilir. Şagirdlər sualların köməyi ilə anlayırlar ki, sözlər səslərdən 

və hecalardan yaranıb. 

-  Lakin    söz  nə  səs,  nə  də  hecadır,  onun  mənası  vardır.  Bəs 

sözlər nəyi ifadə edir? 

Şagirdlər: 

- Ətrafımızda olan  əşyaları,  yerləri,  insanları, onların əlamət-

lərini, sayını və s. 

Ona görə də sözlər müxtəlifdir. Onların bir qismi  əlamət,  bir 

qismi hərəkət, bir qismi say, bir qismi də ad bildirir. Bəs onda ad 

bildirən sözləri necə müəyyən edək? Bunun üçün şagirdlərə kim?, 

nə?, hara? suallarına cavab verən şəkillər göstərilir. Sonra şagird-

lərə şəkildə gördüklərinə dair suallar vermək təklif edilir. 

-

 



Bu nədir? – alma. 

-

 



Bura haradır? – Azərbaycan. 

-

 



Bu kimdir? – həkim. 

Müəllim şagirdlərə müraciət edir: 

-

 

Uşaqlar,  gördüklərinizə  ad  verərkən  siz  nədən  istifadə 



etdiniz? 

Şagirdlər: 

-

 

Suallardan. 




205 

 

Deməli,  ad  bildirən  sözlər  kim?,  nə?,  hara?  suallarına  cavab 



verir.  İndi isə  gəlin görək, biz özümüz ad qoya  bilərikmi? Bunu 

necə edəcəyik? 

Şagirdlərə  bildirilir  ki,  məhz  suallar  bizə  gördüklərimizi  ad-

landırmaqda  köməkçi  rolunu  oynayır.  Bunun  üçün  biz  sualları 

düzgün  verməyi,  eyni  zamanda  onları  düzgün  cavablandırmağı 

bacarmalıyıq.  Yeni  dərsin  qavranılmasını  yoxlamaq  üçün  şagird-

lərə tapşırıqlar verilir. Əslində, bu dərsi qruplara bölmədən də ke-

çirmək  mümkündür,  lakin  vaxta  qənaət  etmək,  bütün  şagirdləri 

fəaliyyətə cəlb etmək və sinfi ümumi işə dəvət etmək üçün onları 

qruplara bölmək faydalıdır. 

I qrupa kiçik mətn verilir. Tələb edilir ki, onlar həmin mətnə 

ad versinlər. Bu tapşırığı yerinə yetirərkən onlar ümumi bir fikrə 

gələcəklər.  Bu  zaman  onlar  özləri  də  hiss  etmədən  kim?,  nə?, 

hara?  sualları  ilə  axtarış  aparmalı  olacaq  və  həmin  sözləri  seçib 

yazacaqlar. 

II qrupa isə bir qədər fərqli tapşırıq verilir. Şagirdlər tapşırıqda 

verilmiş  cümlədə  ad  bildirən  sözləri  tapmalıdırlar.  Onlar  bu 

sözlərin fərqini bilməlidirlər. Şagirdlər bu fərqi tapmaq üçün hər 

bir sözə sual verməli olacaqlar. 

III  qrupun  tapşırığı  isə  yaxın  mənalı  adlara  aiddir.  Şagirdlər 

bilməlidirlər ki, elə adlar var ki, bir-birinə çox yaxın məna daşıyır. 

Onlara kiçik bir şeir parçası  verilir və həmin şeirdən eynimənalı 

sözləri tapmaq tələbi qoyulur. 

Məlum  olduğu  kimi  dilimizdə  həm  canlı,  həm  də  cansız 

cisimlərin adlarını bildirən sözlər  vardır. Bunları müəyyən etmək 

üçün şagirdlər həm kim?, həm də nə? sualına cavab verən sözləri 

cümlədə işlətməlidirlər. 

IV  qrupun  tapşırığında  şagirdlər  ad  bildirən  sözlərin  canlı  və 

cansız obyektlərini müəyyən etməyi bacarmalıdırlar. Yenə də on-

lara  suallar  kömək  edəcəkdir.  Bunun  üçün  elə  bir  cümlə  seçmək 

lazımdır ki, orada həm canlı, həm də cansız isimlər iştirak etsin. 

Tapşırıqlar yerinə yetirildikdən sonra qruplar işlərini təqdim edir-

lər və iş vərəqləri nümayiş etdirilir. İnformasiyanın müzakirəsi za-



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə