DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə66/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   62   63   64   65   66   67   68   69   ...   77

206 

 

manı dərsliklə iş aparılır.Şagirdlər – dərslikdəki “Cütləri müəyyən 



et” və “Səhv söz birləşməsini tap” tapşırıqlarını yerinə yetirirlər. 

1. Cütləri müəyyən et                          2. Cütləri müəyyən et 

Nümunə: uzun çay                               Nümunə: odun yarmaq 

1. uzun     A) meyvə                             1. odun     A) yemək 

2. şirin      B) yarpaq                             2. süd       B) yumaq 

3. ətirli      C) dağ                                      3. çörək    C) yarmaq 

4. yaşıl      Ç) çay                                      4. paltar    Ç) ələmək 

5. uca        D) gül                                   5. un       D) içmək 

 

3. Hansı sözlərin birləşməsi səhvdir?  



A) maraqlı hekayə 

B) uca dağ 

C) qalın dəniz 

Ç) sıx meşə 

Tapşırıq  yerinə  yetirildikdən  sonra  R.Behbudovun  “Azərbay-

can” mahnısı dinlənilə bilər. Şagirdlərdən mahnını diqqətlə dinlə-

yib və mahnıda ad bildirən sözləri deməyi tələb etmək məqsədə-

uyğundur.  Beləliklə,  dərsin  sonunda  ad  bildirən  sözlər  haqqında 

şagirdlər aşağıdakı nəticəni əldə edirlər. 

1)  Ad  bildirən  sözlər  həm  canlı,  həm  də  cansız  varlıqların 

adını bildirir. 

2) İnsan  bildirən sözlər – kim?, heyvan və cansız əşyalar bil-

dirən  sözlər  –  nə?,  yer  bildirən  sözlər  –  hara?  suallarına  cavab 

verir.  


Bu  bölmənin  tədrisindən  əldə  olunan  şagird  nailiyyətlərini 

belə ümumiləşdirmək olar: 

a) şagirdlər “Ad bildirən sözləri” digər sözlərdən fərqləndirir, 

bu sözlərin hansı suala cavab verdiyini təyin edirlər; b) ad bildirən 

sözlərin canlı və ya cansız varlıq bildirdiyini müəyyən edir.  

Sonda  çalışmaq  lazımdır  ki,  bu  nəticələri  şagirdlər  öz  nailiy-

yətləri kimi dərk edib təcrübi şəkildə istifadə etməyi bacarsınlar. 

 



207 

 

Ədəbiyyat 

1. Veysova Z. Fəal/interaktiv təlim. Müəllimlər üçün vəsait, Bakı. 

2. Tağıyev B. Ana dili ibtidai təhsil pilləsində. Dərs vəsaiti. Bakı, 

2008. 

3. II sinif  “Azərbaycan dili” dərsliyi. Bakı, 2012. 



4. II sinif müəllimlər üçün metodik vəsait. Bakı, 2012. 

 

Xülasə  

Məqalədə ibtidai məktəbin II sinfində ad bildirən sözlərin mə-

nimsədilməsi metodikasından bəhs edir. Bu mövzunun tədrisində 

morfoloji elementlərin öyrədilməsində yeri nəzərə çatdırılır. 

Açar sözlər: mənimsəmə, ad bildirən, suallar, qruplarla iş. 

 

                                    Резюме  



В  статье    говориться  о  методике  восприятие  существи-

тельное.  В  обучении  этой  тематике  привлекается  ко  внима-

нию изучение морфологических элементов.  

Ключевые  слова:  приобрение,  обозначение  имени, 

вопросы работа с группами. 

                                      

Summary 

In this article it deals with the methods  of learning the words 

which  are  known  about  the  name  in  the  second  form  of  primary 

school. In the Teaching of this theme the learning of morphologi-

cal elements is explained. 

Key  words:  Learning,  name  knowing,  questions,  work  with 

groups 


 

 



208 

 

                                                   Zahidzadə Afət                                                           

magistr

 

                  MİR CƏLAL ŞƏXSİYYƏTİ 

Hər  şey  şəxsiyyətdən  başlayır.  Sənətkarlıq  da,  alimlik  də, 

tənqidçilik də, hər şey. Yaradıcılıqla məşğul olan hər bir kəsin tər-

cümeyi-halı,  dünyagörüşü,  fərdi  xarakterləri  onun  əsərlərində  öz 

əksini  tapır.  Çünki  kənardakılara  başqa  cür  görünmək  müəyyən 

qədər mümkün olsa da, insan özündən qaça bilmir və üstündə ça-

lışdığı əsərlərində özünü həqiqi şəkildə təqdim edir.                                                              

“Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mənəviyya-

tını dünyaya nümayiş etdirirlər” –  H.Əliyev demişdir. 

Bəli,  bizim  də  mədəniyyətimizi,  elmimizi,  ədəbiyyatımızı 

dünyaya  nümayiş  etdirən  görkəmli  şəxsiyyətlərimizdən  biri  də 

Mir Cəlal Paşayevdir. 

Mir  Cəlal  Paşayev  XX  əsr  Azərbaycan    ədəbiyyatının  gör-

kəmli yazıçısı, ədəbiyyatşünas alim, ədəbi tənqidçi, pedaqoq kimi  

tanınmışdır.  Mir  Cəlalın  istər  bədii  yaradıcılığı,  istərsə  də  elmi-

nəzəri fəaliyyəti yeni dövr Azərbaycan ədəbiyyatinda mühüm yer 

tutur. O, ziyalılarımızın elə bir nəslinə mənsubdur ki, bizdə yeni 

estetik  fikrin,  müstəqil  bədii  təfəkkürün  inkişafında    öz  bədii 

əsərləri  və  nəzəri  fəaliyyəti  ilə  bilavasitə  iştirak  etmiş  və  böyük 

rol oynamışdır. Mi Cəlal Paşayev ölməz nəsr əsərləri, heç bir za-

man  dəyərini  itirməyən  monoqrafiyalar  yaratmış,  yeni  ədə-

biyyatşünas və pedaqoji  kadrlar  yetişdirərək öz xalqını  istər mə-

nəvi  cəhətdən,  istərsə  də  elmi  cəhətdən  yüksək  zirvəyə    qaldır-

mağa çalışmışdır. 

Mir  Cəlal  ədəbi  fəaliyyətə  20-ci  illərin  sonlarından  başla-

mışdır.  Onun  yaradıcılığa  başlamasında  Gəncə  ədəbi  mühitinin 

mühüm rolu olmuşdur. Bu zaman o,Darül-müəllimində təhsil alır, 

ictimai-təşkilati  işlərdə  fəal  çalışır,  pedaqoji  texnikumu  bitirib 

müəllimlik  edir,  direktor  isləyirdi.  Eyni  zamanda  məqalə  və 

şeirlər yazır, ədəbi münaqişə və müzakirələrə qoşulur, bəzi qəzet 

və  jurnallarda  iştirak  edir.  Mir  Cəlal  1928-ci  ildən  etibarən 

mətbuatda çıxış etməyə başlamışdır. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə