DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə68/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

212 

 

Abdullayeva Gülnar 

magistr 

 

NƏCİB FAZİL QISAKÜRƏYİN ƏDƏBİ MÜHİTİ 



 

Cümhuriyyət  dövründə  Tənzimat,  Sərvət-i  fünun  və  Milli 

ədəbiyyatın nümayəndəsi olan şairlərin əksəriyyəti həyatda idilər. 

Bu şairlərdən Əhməd Hamid, Əli Əkrəm Bolayır, Məhməd Əmin 

Yurdaqul  və  başqaları  bu  dövrdə  də  yaradıcılıqla  məşğul  idilər. 

Gənclər  də  bu  şairlərdən  ilham  alır,  onların  təsiri  altında  yazıb-

yaradırdılar. Onlardan əsasən Əhməd Haşimin, Yəhya Kamal Ba-

yatlının və Mehmed Akif  Ərsoyun  gənclər üzərində təsiri böyük 

idi.  Demək  olar  ki,  bütün  gənc  şairlərin  şeir  zövqünün  formalaş-

masında bu şairlərin rolu var idi. 

İstanbul  aşiqi  Yəhya  Kamalın  yaradıcılığında  əsas  mövzu 

sevgi, qəhrəmanlıq, sonsuzluq və ölümdür. Türk ədəbiyyatında ən 

gözəl  İstanbul  şeirlərini  o  yazmışdır.  O,  şeirlərini  "Kəndi  göy 

qübbəmiz",  "Əski  şeirin  rüzgarıyla",  "Rübailər"  kimi  kitablarda 

toplamışdır. 

Dövrün  digər  nüfuz  sahibi  şairlərindən  biri  də  Mehmed 

Akif  Ərsoy  idi.  Onun  "Korkma  sönmez  bu  şafaklarda  yüzen  al 

sancak  (5,  147)"  misralarıyla  başlayan  cahanşümul  "İstiqlal 

marşı"  bu  dövrün  ilk  ən  qiymətli  şeiri  sayıla  bilər.  İslamçılığın 

əsas  nümayəndəsi  olan  Ərsoy  şeirlərində  dini  lirizim  ilə  diqqəti 

cəlb  edir.  "Küfə",  "Çanaqqala  şəhidlərinə"  və  s.  şeirləri  ilə  mil-

yonların  sevimlisinə  çevrilən  şair,  rütbələri  ilə  də  müharibə  və 

müharibədən  sonrakı  illərdə  xalqına  çox  ciddi  xidmət  etmişdir. 

Şair, bir neçəsi istisna olmaqla, bütün şeirlərini "Safahat" adı al-

tında toplamışdı. "Safahat''a daxil etmədiyi şeirlərdən biri yuxarı-

da  adını  çəkdiyimiz  "İstiqlal  marşı”  idi.  O,  bu  şeirini  "Safahaf'a 

daxil  etməməsinin  səbəbini  belə  izah  edir  ki,  bu  şeir  artıq  onun 

deyil, yalnız millətinindir (1, 159). 

Mehmed  Akif  Ərsoy  və  əsas  tədqiqat  obyektimiz  olan 

Nəcib  Fazil  Qısakürəyin  poeziyası  arasında  bir  çox  səsləşmələr 

vardır ki, bunlardan biri də qərbə münasibətlə bağlıdır. M.Akifin 



213 

 

fikrincə,  Babaililəri  basmaq  və  adam  asmaqla  inqilab  olmaz. 



Yenilik ancaq mədrəsələr, məktəblər, universitetlər açmaqla, elmə 

və  təhsilə  yiyələnməklə  olur.  Şərq  ruhuna  sadiq  qalan  şair  bu 

mütərəqqi ideyalarını Asimin simasında gəncliyə tövsiyə edir: 

Gezmeyin ortada oğlum, sokulun bir sapaya

             Varsa imkanı, yarın avdet edin Avrupa 'ya (4, 170 ). 

Böyük  şairin  fikrincə,  xalqın  inkişafı  üçün  Asimlərin 

Avropa  elminə  və  texnologiyasına  sahib  olması  çox  önəmlidir. 

Çünki elmin və texnologiyanın  milliyyəti yoxdur: 



Alınız ilmini Garb 'in, alınız sanatını, 

Veriniz, hem de mesainize son süratini. 

       Çünki kabil değil, artık yaşamak, bunlarsız; 

               Çünki milliyyeti yok sanatın, ilmin yalnız. (4, 170) 

M.Akif öz qərb düşüncələrini mərifət və fəzilət deyə iki ye-

rə ayırır. Mərifət qərbin elmi, sənəti, təhsili və texnologiyası, fəzi-

lət  isə  türkün  mənəvi  dəyərləri,  inanc  sistemidir.  Bu  baxımdan 

Ərsoyla Qısakürəyin mövqeyi üst-üstə düşür. Onların hər ikisinin 

fikrinə görə, türk xalqının nicat yolu öz mənəvi dəyərlərinə sahib 

çıxması və eyni zamanda qərb mədəniyyətini öyrənməsiylə başla-

yır. 


Bu dövrün türk poeziyyasında diqqəti cəlb edən əsas istiqa-

mətlərdən  biri  də  məmləkət  ədəbiyyatının  yaranması  idi.  Bu  cə-

rəyanın  nümayəndələri  əsasən  xalq  ədəbiyyatından  bəhrələnirdi-

lər.  Əvvəllər  ədəbiyyatda  əsasən  İstanbuldan,  İstanbullu  insanla-

rın arzu və istəklərindən, kədərlərindən bəhs edilirdisə, artıq indi 

yeni mövzular, Anadolu, bir sözlə məmləkət mövzusu poeziyaya 

gəlirdi. Onu da qeyd edək ki, bu istiqamət təkcə poeziyada deyil, 

nəsr  sahəsində,  xüsusən  də  Ömər  Seyfəddin,  Rəfıq  Xalid  Qaray 

və  Rəşad  Nuri  Güntəkinin  əsərlərində  daha  çox  özünü  doğrult-

muşdur. 


Yeni  tipli  ədəbiyyatda  məmləkət,  kasıb  insanlar,  onların 

sevgisi,  həyat  tərzi,  duyğu  və  düşüncələri  ön  plana  gəlirdi.  Ziya 

Göyalp  və  Məhməd  Əmin  Yurdaqulun  təsiri  altında  yaradıcılığa 

başlayan  məmləkətçi  şairlər  "sənət  xalq  üçün"  devizinə  sadiqlik 




214 

 

nümayiş  etdirir,  hamının  başa  düşəcəyi  sadə  bir  dillə  yazırdılar. 



Heca vəznindən ustalıqla istifadə edən bu şairlərin əsərləri əsasən 

didaktik xarakter daşıyırdı (3, 371). Bu cərəyanın əsas nümayən-

dələri "hecanın 5 şairi" adıyla məşhur olan Faruk Nafız Çamlıbel, 

Enis Behiç Koryürək, Yusif Ziya Ortac və Xalid Fəxri Ozansoy-

dur. 

Cərəyanın  ən  güclü  təmsilçisi isə  F.N.Çamlıbeldi.  İlk  yara-



dıcılığı  illərində  sevgi  şairi  kimi  gənclərin  sevimlisinə  çevrilən 

gənc  şair,  qısa  müddətdən  sonra  öz  sənət  anlayışını,  atacağı  ad-

dımları müəyyənləşdirir: 

  Başka sanat bilmeyiz, önümüzdə dururken 



Söylenmemiş bir masal gibi Anadolumuz. 

Arkadaş, biz buyolda türküler tutturarken 

        Sana uğurlar olsun, ayrılıyor yolumuz (2, 16). 

Şairin  "Sənət"  şeiri  məmləkət  ədəbiyyatının  yaranmasında 

bir növ təkan olur. Tədqiqatçı Necati Birinci haqlı olaraq bu şeirə 

belə münasibət bildirir: 

"Sənət" şeiri, milli şüurun, tam bir oyanışının ifadəsidir. Fa-

ruk Nafız bu şeirdə milli zövq və milli sənət anlayışını ölçü olaraq 

almışdır" (7, 223). 

Deməli,  bu  şeir  məmləkətçi  şairlər  üçün  simvolik  xarakter 

daşıyırdı. Faruk Nafiz xəlqi bir üslubda, nənələrimizin laylay de-

yib nağıl danışdığı bir dildə yazır, özü də bunu açıq etiraf edirdi: 



Hangi sözlerle ninem gönlünü açmışsa bana, 

            Ben o sözlerle gönül vermedeyim sevgilime. 

 Sözlerime ninni kadar duygulu olmak yaraşır, 

           Bağlıdır çünki dilim gönlüme, gönlüm dilime (2,161) 

Məmləkətçilərin  əsas  şeir  dilinə  çevrilən  bu  üslub  şairin 

bütün poeziyasında hiss olunur. O, "Xan divarları" (Karvansaray 

divarları), "Həyəcan və Sükut', "Axar su", "Çoban Çeşməsi" və s. 

kimi kitabların müəllifi idi. 

Məmləkətçi şairlərdən Enis  Behiç  Koryürək də,  digər  "Beş 

hecaçı'lar  kimi  ədəbiyyat  aləminə  əruzla  qədəm  qoymuşdur.  İlk 

şeirlərini Tofıq Fikrətin, Cənab Şəhabəddinin təsiri ilə yazan şair, 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə