DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə69/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   65   66   67   68   69   70   71   72   ...   77

215 

 

sonralar heca vəzninə meyl etmişdir. Aşağıda verdiyimiz nümunə 



Enis Behiç Koryürəyin qələminə məxsusdur: 

   Biz kimleriz? Biz Altaydarı gelen erleriz, 



"ÇamlıbeV'de uğuldarız, coşar, gürleriz. 

                 Biz böyle bir milletiz ki, ezelden beri 

            Hakyolunda yalın kılınc hep seferberiz (1, 1133) 

Əsasən milli qəhrəmanlıq ruhunda şeirlər yazan Enis Behiç 

poeziya aləminə milli həyəcanla girərək, heca vəznində çox gözəl 

şeirlər yazmışdır. Onu da qeyd edək ki, vətənpərvərlik mövzusuna 

tez-tez  müraciət  edən  şair  ömrünün  son  illərində  mistikaya  meyl 

etmiş, axırıncı şeirlərini yenə də əruz vəznində yazmışdır. O şeir-

lərini "Miras", "Varidat-ı Süleyman", "Günəşin ölümü" adlı kitab-

larında toplamışdır. 

Beş  məşhur  hecaçılardan  başqa,  bu  istiqamətə  meyl  edən 

şairlərdən  biri  də  Kəmaləddin  Kami  Kamudur.  Əsasən  "Böyük 

Məcmua", "Dərgah", "Oluş", "Varlıq" kimi jurnallarda çıxış edən 

şairin poeziyasında hakim mövzu vətən sevgisi və qürbət duyğu-

sudur. 

Ne arzum, ne emelim, 

Yaralanmış bir elim. 

Ben gurbette değilim

Gurbet benim içimde (8, 56). 

-deyən  şair  ədəbiyyat  tarixində  haqlı  olaraq  "Qürbət  Şairi"  kimi 

tanınır. Əhməd Qüdsi Tecər, Zəki Ömər Dəfnə, Haluk Nihad Pe-

peyi kimi şairlərin yaradıcılığında da məmləkət mövzusu sanballı 

yer tutur. 

Poeziyada diqqəti cəlb edən istiqamətlərdən biri də "öz şeir" 

istiqamətidir. Məmləkətçilərdən fərqli olaraq, bu cərəyanın nüma-

yəndələri  şeirdə,  şeirdən  başqa  qayə  güdmürdülər.  Onların  əsas 

şüarı  "sənət  sənət  üçün"  idi.  Əsasən  C.Qüdrət,  V.M.Qocatürk, 

Y.N.Nayır, M.Lütfi, Ə.Siyavuşgil və Z.O.Səbadan ibarət "7 məşa-

ləçilər"  adıyla  tanınan  bu  cərəyanın  nümayəndələri  "7  məşalə" 

dərgisi  ətrafında  toplanmışdılar.  Ə.Haşimin  şeirlərini  nümunə 

alan bu  gənc şairlərin şeirlərində  "Sərvət-i  fünun" və  "Fəcr-i  ati" 



216 

 

ədəbiyyatının təsiri duyulurdu. Onlar həmin jurnalın müqəddimə-



sində öz məqsədlərini belə izah edirdilər: 

"Yazılarımızda nə dünənin donmuş hisslərini, nə də ənənəvi 

rəngsiz,  darıxdırıcı  Ayşə,  Fatma  tərənnümünü  görəcəksiniz.  Biz 

hər  şeydən  öncə  duyğularımızı  başqalarının  mənəvi  yardımına 

ehtiyac duymadan ifadə etməyə çalışacağıq" (3, 589). 

Deməli, onların fikrincə əsl şeir yalnız saf duyğuların ifadə 

olunduğu,  səmimi  və  yenilik  dolu  şeirdir.  Bir  sözlə  bu  şairlər 

şeirin hər hansı bir ideologiyaya xidmət etməsini istəmirdilər. 

Şair N.F.Qısakürək əvvəllər öz şeirə meyl etsə də, bu axın-

ların  heç birisinə  qatılmamışdır. Prof.O.Okay  N.Fazilin  yaradıcı-

lığını digər şeir cərəyanları ilə müqayisə edərək bu qənaətə gəlir: 

"Bu yeni səs, sosial-ideoloji mahiyətli şeirə verilən bir reak-

siya təsiri  bağışlayır. Xarici  aləmə  baxan  gözlər  N.Fazilin  poezi-

yasında  insanın  daxili  aləminə  çəkilir,  bu  zaman  yeni  və  orijinal 

təsir yaradan psixoloji bir dərinlik özünü biruzə verir. Mistik, me-

tafızik təmayüllər, tənhalıq, vahimələr, sayıqlamalarla özünü gös-

tərən  faciəvi  xarakter  Y.Kamal  və  Ə.Haşimin  saf  şeirindən  onu 

uzaqlaşdırır". 

Doğrudan  da  N.Fazilin  əsərləri  ideya-məzmun  baxımdan 

tamamilə fərqlənir. Onu bu istiqamətlərdən ayıran əsas nüans isə, 

şairin sənət anlayışıdır. Dövrünün və mühitinin şairlərindən fərqli 

olaraq  N.Fazilə  görə  sənət  nə  sənət  üçün,  nə  də  xalq  üçündür. 

Sənət  yalnız  Onu,  mütləq  həqiqəti  aramaq  üçündür.  Bu  fikirlər 

aşağıdakı şeirdə də öz poetik ifadəsini tapır: 



Anladım işi, sanat Allahı aramakmış; 

Marifet bu, gerisi yalnız çelik çomakmış (6, 64). 

Bu  sətirlər  bir  daha  şeirin  "Allahı  sirr  və  gözəllik  yolunda 

aramaq üçün" bir vasitə olduğunu təsdiq edir. 

Onu da qeyd edək ki,  N.Fazilin  yetişdiyi, müxtəlif təsir al-

tında qaldığı illər 1923-40-cı illər olduğu üçün biz əsasən bu illə-

rin  qaynar  ədəbi  mühitindən  bəhs  etdik.  1940-cı  ildən  sonra  da 

poeziyada  Orxan  Vəli  Qanıqın  başçılığı  ilə  qəribçilik,  II  yenilər, 

hisarcılar  kimi  ədəbi  istiqamətlər  fəaliyyət  göstərmişdir.  Amma 

bu mərhələ Nəcib Fazilin yaradıcılığının kamillik dövrünə təsadüf 



217 

 

edirdi. Elə buna görə də N.Fazil öz cığırına sığmayan müstəqil sə-



nətkar kimi fəaliyyət göstərmiş, bu cərəyanların heç birinə qoşul-

mamışdır. 

 

Ədəbiyyat  

1.

 

Cevdet K. “Türk edebiyatında hikaye ve roman” (Cumhu- riyet 

dönemi 1923-1959): 3cilddə, III c., İstanbul: İnkilap yaymlan, 

1999, 485 s. 



2.

 

Ekiz O. “N. Necip Fazıl Kısakürek”. İstanbul: Toker ya- ymla-

rı, 1982,300 s. 

3.

 

Erdem D. “M. Halkın diliyle şehrin şiirini yazan adam” // Hece 

dergisi, s.479-490 

4.

 

Gökdemir  A.E.  “Cenubi  Garbi  Kafkaz  hükümeti”.  Ankara: 

AAM, 1998, 289 s. 

5.

 

Kaplan R. “Necip Fazıl'in şiirinde "varlık"ın metafızik dünya-

sı” // Hece aylık edebiyat dergisi, 2005, S:97, ocak, s. 198-209 

6.

 

Kısakürek  N.F.  Hikayelerim.  İstanbul:  Büyük  doğu  yayınla-

rı,2007,287 s. 

7.

 

Lekesiz Ö. “N.Fazil öyküsünün Türk öykücülüğünde yeri” Ve-

fatının 10-cu  yıldönümüne hasr edilmiş anma haftasının bildi-

rileri. Ankara: Türkiye yazarlar birliyi yayınları, 1994, s.75-78 



8.

 

Şen A. “Son Sultanüş Şuara  Necip  Fazıl”.  İstanbul: Sarmaşık 

yaymları, 2005, 112 s. 

 

                                  Резюме 

 В   литературной среде Наджиба  Фазиля   зарождалисъ  

новые темы. Рядом с поэзией  это показало себя и  в прозу.  В 

новой  зарождающей  литературе   в  переднем  плане  были  

край, бедные   люди, их   любовъ, образ  жизнъ, их  мысли  и  

чуства. В этот период под названием “5  поэтов  Хиапа”  поя-

вилисъ знаменитые мастера. Одним из знаменитых  мастеров, 

который  вышел  из  литературный  среды   Наджиба  Фазиля   

был  Яхя Камал. Он был  влюблён  в  Истанбул. В  творчестве  

Мехмета Акифа Арсоя  отношение  к  западу  близко  связано  

с  поэзией   Наджиба  Фазиля  . 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə