DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə7/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   2   3   4   5   6   7   8   9   10   ...   77

20 

 

Çəkdiyim  eşqin  bəlalarından  bədənimi  zəiflətmə      nigarım 



bunu görüb mənə rişxənd edib vəfasızlıqla ittiham etməsin. 

Getdikcə hüsnün eylə ziyadə nigarımın, 

Gəldikcə dərdinə betər et mübtəla məni! 

Aşiq  Tanrıdan  nigarının  parlaqlığını  daha  da  artırmasını  və 

onun  gözəlliyinin  üstünə  nə  qədər  gözəllik  bəxş  edəcəksə,  bir  o 

qədər  çəkdiyi  eşq  bəlasının  ağırlıqlarından  betərini  ona  nəsib 

etməsini diləyir.  

Füzuli qəzəllərinin əsas motivi hüsn ilə eşqdir. 



Çıxma yarım gecələr, əğyar tənindən saqın, 

Sən məhi-övci-məlahətsən, bu nöqsandır sənə.(1, səh 43) 

Əğyarın tənəsindən özünü qoru. Gecələr görünmə. Sən aydan 

da gözəlsən. Bu, sənə nöqsandır. Əğyar səni görüb ayla bəhs etdi-

yini sanıb, rişxənd etməsin. 

Şair qəzəllərində hüsn ilə eşqi qarşı-qarşıya qoyur. 

Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı, 

Sayə tək bir yerdə durmağa qərarım qalmadı.  (3, səh57) 

Sənin günəştək parlaq surətini görcək ixtiyarını əlindən getdi. 

Gölgətək bir yerdə  durmağa səbrim qalmadı. 

Hüsn nə qədər parlaq nə qədər cazibədardırsa, bir o qədər və 

ondanda artıq eşqin ağırlıqları olur.Bu hüsn-camal qarşısında aşiq 

fələkləri, dağları, daşları yandıran ahlar çəkir, qəlbinin atəşi, ürə-

yinin yanğısı selə,çoşqun çaya dönüb gözlərindən yağış kimi axır. 

Hicran ilə yanar gecələr rişteyi-canım, 

Rövşən ola, ey şəm, sənə suzi-nihanım 

Sənsiz gecələr ahü fəğanım məh eşitdi, 

Ey məh, sənə həm yetdi ola ahü fəğanım?  (3, səh 80) 

Həsrətindən  gecələr  yaralı  canım  od  tutub  yanır.  Görəsən 

gizli  yanmağım sənə aşikar olurmu?! Çəkdiyim  ahları,  fəryadları 

ay eşidir. Sən aya ahlarım, fəryadlarım yetirmi? 

Görkəmli tədqiqatçı alimlər  Əlyar Səfərlinin (prof) və Xəlil 

Yusiflinin (prof)  qeyd etdiyi kimi “insana, onun hüsnünə vurğun-

luq  Füzuli  qəzəllərinin  canıdır.  Füzuli  məşuqənin  gözəlliyindən 

daha çox aşiqin həsrətini,  kədərini,  ahını, göz  yaşını qələmə  alır. 

Bütün intibah dövrü Şərqinin qabaqcıl humanist ziyalılarını təmsil 



21 

 

edən  Füzuli  qəhrəmanı  qeyri-adi  dərəcədə  kədərli,  qəmlidir.  Za-



manın  bütün  kədəri,  dərdi,  ahı,  naləsi  onun  ruhuna  hopmuşdur” 

(5,  səh.416).  Füzulinin  qəhrəmanı  onu  cəlb  edən  məşuqənin 

hüsnü-camalı  və  onun  vücudunun  hər  hansı  bir  xüsusatı  gözəl-

liyinin aşiqidir və çəkdiyi ağırlıqlar onun müqabilindədir. 



Mən qandanü mülaziməti- etibarü-cah, 

Qıl qabili- səadəti fəqrü fəna-məni! 

Öylə zəif qıl tənimi firqətində kim

Vəslinə mümkün ola yetirmək səba məni!  (3, səh 213) 

Yarın  vəslinə  yetmək  səadətini  ruhların  qovuşduğu  məkanı 

mən yazığa rəva bil. Bədənimi eylə zəif qıl ki, mehin ona yetirmə-

yə gücü çatsın.  



Naxvət qılıb nəsib Füzuli kimi mənə, 

Ya rəb,müqəyyəd eyləmə mütləq mana məni.  (3,səh213) 

Füzuli  kimi  mənə  qürur  nəsib  et  ki,  yarın  vəslinə  yetdikdən 

sonra çəkdiyim eşq bəlalarını məndən alma. 

“Söz”qəzəlində, “Ənisül-Qəlb” qəsidəsində Füzuli sözün fəl-

səfi dəyərindən, onun hikmətindən bəhs edir. Sözün qeybdən gəl-

diyini, söz sahibinin Tanrı olduğunu ifadə edir. Sözü gözəl ətirlər 

saçan nazlı nigara bənzədir. Gözəl sözlər könüllər fəth edir. Söz-

lərdən ətrafa min-min gövhər saçır.  



Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, 

Bu nə sirrdir kim, olur hər ləhzə yoxdan var söz. 

 

Artıran söz qədrini sidq ilə qədrin artırır, 

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. 

 

Ver sözə ehya ki, tutduqda səni xabi-əcəl

Edə hər saət səni ol uyqudan bidar söz. 

 

Bir nigari-ənbərinxətdir könüllər almağa, 

Göstərir hərdəm niqabi-qeybdən rüxsar söz. 

 

Xazini –gəncineyi-əsrardır, hər dəm çəkər 

Rişteyi-izhara min-min gövhəri-əsrar söz. 

 


22 

 

Olmayan qəvvasi-bəhri-mərifət arif deyil 



Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar söz. 

 

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü 

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.  (3,səh 44) 

Füzuli az danışmağı, az söz söyləməyi tövsiyyə etməklə sözə 

yüksək  dəyər  verir.  Şairə  görə  yersiz  söz  söyləyən,  mənasız  söz 

deyən kəsin qiyməti olmaz.Söz sahibinin şəxsiyyətini anladır. Sö-

zə  ziynət  vurarkən  onda  mənalar  axtarmağı,“bər-bəzəkli”  ancaq 

mənalar saçmayan, mərifətli deyilməyən sözün dəyərsizliyini söy-

ləyir: 

Sən ey söz dilbərinə ziynətü ziyvər verən insan, 

Libasi-mərifətdən qılma gəl mərhum o canani. 

 

Kifayətlənmə səslə, hərflə, mənada feyz axtar 

Ki, Davudi nübüvvətdir əziz etmiş, nə əlhani. 

 

Rəva görmə canın çıxsın bədəndən kəsbi-ürfansız 

Ki,irfan kəsbinə canın bədən  olmuş dəbistani 

 (2, səh263) 

Sözə verdiyi dəyərlə Füzuli Nizamini də xatırladır. Nizami də 

sözün sahibinə nüfuz gətirməsini, onun yerində deyilməsini, sözlə 

sahibinin, şəxsiyyətinin müəyyən olunmasına işarə etmişdir.  

Azərbaycan,  ərəb,  fars  dillərində  yazıb-yaradan  qüdrətli  söz 

ustadı şərq şeirinin müxtəlif şəkillərində gözəl əsərlər yaratmışdır. 

Qəzələ üstünlük  verməsinə baxmayaraq həm  də  o şeirin qitə, rü-

bai, qəsidə, tərkibənd, tərcibənd, müsəddəs, müxəmməs, mürəbbe 

kimi  janrlarında  da  əsərlər  yazmışdır.  Ümumiyyətlə,  bütün  janr-

larda  Füzuli  ədəbi-bədiyyatı  XVI  əsr  Azərbaycan  ədəbiyyatının 

yeni mərhələsi və poetik salnaməsidir. 

Füzuli Nizamini,  Xaqanini sevmiş onların  yolunu davam  et-

dirmişdir. Elmi ədəbiyyatdan məlumdur ki, Füzuli “Leyli və Məc-

nun” poemasını yazarkən Nizamini özünə müəllim bilmişdir. Xa-

qaninin “Qasideyi Şiniyyə”sinə, “Ənisül Qəlb” əsərini nəzirə yaz-

mışdır:  




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə