DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə71/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
1   ...   67   68   69   70   71   72   73   74   ...   77

222 

 

    Şirinova Gülnar  



magistr 

                                                          

 

ORTAQ TERMİNLƏRİN YARADILMASININ 

ZƏRURİLİYİ, UNİFİKASİYASI VƏ PROBLEMLƏRİ 

 

Türk dilləri üçün ortaq terminlər yaradılmasında, yaxud mü-

qayisəli dilçilik terminlərinin unifikasiya olunmasında bir sıra çə-

tinliklər meydana çıxır.Bunların bəziləri haqqında fikir söyləmək 

doğru olardı.Bu sahədəki çətinliklərdən biri və ən əsaslısı indiyə-

dək  türk  dillərinin  hamısı  üçün  normativ,  yaxud  nəzni  qramma-

tikaların yazılmamasıdır.İkincisi, türk dillərinin dilçilik terminləri 

içərisində  sinonim,  yaxud  dublet  terminlərin  çoxluğudur.Həmin 

məsələlər    üzərində  bir  qədər  ətraflı  məlumat  vermək  məsələnin 

işıqlandırılmasına kömək edə bilər. 

Ayrı-ayrı türk dillərində söylənmiş fikirlər arasında müxtə-

liflik qalmaqdadır. Mətləb aydınlığı üçün bəzi örnəklərə müraciət 

edək:məsələn, Azərbaycan dilinin qrammatika kitablarında sifətin 

dərəcələri  haqqında  məlumata  nəzər  yetirək.  M.Hüseynzadənin  

fikrincə, Azərbaycan dilində sifətin altı  dərəcəsi vardır: adi dərə-

cəsi, müqayisə dərəcəsi, üstünlük dərəcəsi, şiddətləndirmə dərəcə-

si, kiçiltmə dərəcəsi, çoxaltma dərəcəsi. Lakin AMEA Nəsimi dil-

çilik institunun çap etdirdiyi  qrammatikada sifətin cəmi üç dərə-

cəsi qeyd olunur: adi dərəcəsi, azaltma dərəcəsi və çoxaltma dərə-

cələri. Bu müxtəliflik təkcə azərbaycan dilçilərinin arasında deyil, 

həm də başqa türk dillərinin tədqiqatlarında da vardır. Türkmənis-

tan Dövlət Universitetinin nəşr etdirdiyi qrammatikada sifətin iki 

dərəcəsi adi və əzizləmə dərəcəsi göstərilir. Amma Türkmənistan 

EA dil və ədəbiyyat institutunun nəşr etdirdiyi elmi qrammatikada 

sifətin 4 dərəcəsi: adi dərəcə, üstünlük dərəcə, müqayisə dərəcəsi 

və kiçiltmə-əzizləmə dərəcələri müəyyənləşdirilmişdir. 

Burada bir məsələ də diqqəti cəlb edir ki, ayrı-ayrı türk dil-

lərinin qrammatik kateqoriyaları 50-ci illərdən indiyədək intensiv 

tədqiq  olunmasına  baxmayaraq,  hələ  də  bir  sıra  problem  düzgün 

elmi həllini tapmamış qalır. 




223 

 

  Türk dillərinin tədqiqi sahəsində hələ də müxtəliflik qalır. 



Türk dillərinin tədqiqi aydındır ki,dilin materialları əsasında öyrə-

dilir, ancaq  bu tədqiqatlardan  başqa  dil tədqiqatçılarının xəbəri 

olmur. Məsələn, Azərbaycan dilçiliyində keçən əsrin 60-cı illərin-

dən  başlayaraq  felin  lüğəvi  məna  qrupları  müəyyənləşdirilməyə 

başlanmışdır. Azərbaycan dili felləri, iş felləri, hərəkət felləri, nitq 

felləri,  görmə  və  eşitmə  felləri  və  s.kimi  lüğəvi  məna  qruplarına 

bölünməsinin  böyük  elmi  əhəmiyyəti  vardır.  Lakin  bu  məsələ 

Azərbaycan  dilçiliyində  qalır,  amma    başqa  türk  dillərinə  tətbiq 

olunmur.  Belə  olan  halda  felin  lüğəvi  məna  qruplarının  adı  olan 

dilçilik terminləri başqa türk dillərində yaradılmır.Belə bir vəziy-

yət Azərbaycan dilində tabesiz mürəkkəb cümlənin tiplərində, ta-

besiz  mürəkkəb  cümlənin  əlaqələrinin  növlərində,  felin  keçmiş 

zamanının bölgüsündə və s. rast gəlinir. Bu tip misalların  sayını 

istənilən qədər artırmaq olar. 

M.Hüseynzadənin yazdığı “Müasir Azərbaycan dili” dərsli-

yində qrammatikanın  bağlayıcı nitq hissəsi  altı məna növünə  bö-

lünür:  birləşdirmə,  bölüşdürmə  bildirənlər,  inkarlıq  bildirənlər, 

aydınlaşdırma bildirənlər. 

Azərbaycan  dilinin  akademik  qrammatikasında  isə  tabesiz 

bağlayıcılar yenə də altı yerə bölünür: inkarlıq bağlayıcıları, qarşı-

laşdırma  bağlayıcıları,  aydınlaşdırma  bağlayıcıları,  birləşdirmə-

bitişdirmə  bağlayıcıları,  iştirak  bildirən  bağlayıcılar.  Buradan 

göründüyü  kimi,  Azərbaycan  dilçiləri  tabesiz  bağlayıcıların  altı 

növünü qəbul edir. Amma türkmən dilçiliyində tabesiz bağlayıcı-

ların  on  bir  növü  müəyyənləşdirilir.  Burada  bir  sual  meydana 

çıxır:” Bəs necə olur ki, bir-birinə çox yaxın olan  iki qədim türk 

dili  bağlayıcılarının  bölgüsündə  bu  cür  müxtəliflik  yaranmışdır. 

Bunun  bircə  düzgün  izahı  vardır  ki,  tabesiz  sintaktik  vəzifəsinə 

görə bölgüsündə iki qohum dilin tədqiqatçılar arasında fikir birliyi 

yoxdur.Azərbaycan  dilçiləri  həmin  məsələyə  bir  cür  türkmən 

dilçiləri  isə  başqa  cür  yanaşırlar.  Tabesiz  bağlayıcıların  sintaktik 

vəzifəyə  görə  bölgüsünü biz qalan 22 müstəqil türk ədəbi  dilinin 

qrammatikalarında  da  müqayisə  etsək,  daha  çox  ayrılıq  üzə  çıxa 

bilər.Bu  ayrılıq  onu  göstərir  ki,  türk  dillərinin  tədqiqində  hər  bir  




224 

 

türk dili daşıyıcısı olan dilçilərin məsələyə fərqli yanaşması özünü 



göstərir.  Bütün  bu  elmi  ayrılıqlar,  fərdi  yanaşmalar  özünü  türk 

dillərinin  dilçilik  terminlərinin  müxtəlifliyinə  gətirib  çıxarmışdır. 

Türk dillərinin müqayisəli dilçilik terminləri lüğətinin tərtibi, ya-

xud  ortaq  türk  dilçilik  terminlərinin  yaradılmasında  ümumitürk 

dilçilik elmində qayda yaratmaq,elmi dürüstləşmələr aparmaq la-

zımdır. Bu işləri yerinə yetirmək üçün türkdilli dövlətlər vaxtaşırı 

türkoloji  simpoziumlar  keçirmək  yolu  ilə  elmi  problemləri  və 

terminologiya  məsələlərini  düzgün  həll  edə  bilər.  Bu  işləri  gör-

məkdə türk dillərinin dilçilik terminlərinin unifikasiya məsələsini 

ortaq terminlər yaratmaq işini həyata keçirməkolar. 

Türk dillərində işləmək   terminlərin tərkibində də ərəb və 

fars mənşəli terminlər işlənə bilir: 

Azərbaycan  dilində:  danışıq  üzvləri,  sadə  geniş  cümlə, 

dəyişən  nitq  hissələri,  əşya  yazısı,  əsas  söz,  eşitmə  üzvləri,şəxs 

sonluğu və s. 

Türk  dilində:  aheng  durağı,  aheng  obeği,  aheng  vurğusu 

alıntı  kelime,  ani  ses,  ani  üzsüzler,ara  cümle,asıl  anlam,ayırma 

işareti,bağımlı cümle ves. 

Türkmən dilində:  inkar  gitme söz sözlemi,  mukdar    gerjen 

sözlemi,səbəp-maksut dəldurqınçı, xal doldurqınçı və s. 

Qaqauz dilində: 

Türk dillərində elə termin birləşmələri də vardır ki, ərəb və 

fars mənşəli sözlərdən ibarətdir. 

Azərbaycan  dilində:  fel  əsası,  feli  cümlə,  felin  növləri,  feli 

sifət,  mürəkkəb  cümlə,  sadə  isim,  mürəkkəb  fel,  vasitəli  nitq, 

vasitəsiz nitq və s. 



Ədəbiyyat 

 

1.  Azərbaycan  dilinin  qrammatikası.  Azərbaycan  EA-nın  nəşri,  I 

h., B.,1960. 

2.Müasir Azərbaycan dili, IIhissə.Bakı, “ Elm”,1980. 

3.N.Hüseynov.  Azərbaycan  terminologiyasının  formalaşması  və 

inkişafı tarixi. NDA, Bakı,1994. 

4. Xəzirki zaman türkmen dili. Aşqabat,1960. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə